111
getmir. Ancaq modal söz gerçəkliyə münasibət bildirirsə,
həmin gerçəklik olduğu kimi təqdim olunmalıdır.
Certainly modal sözü cümlənin ortası və axırında da gələ
bilir. O, cümlənin ortasında gələndə cümlənin özündən
sonrakı parçasına, yaxud üzvünə aid olur. Məsələn:
“Well, it certainly seems strange…” Mrs Quonsett con-
tinued fumbling in her purse (Arthur Hailey, “Airport”, 350)
“hm, doğrudan da, çox təəccüblüdür… Missis Kvonsett
təzədən çantasını eşələdi” (Artur Heyli, “Aeroport”, 320)
[Yaxşı, bu, əlbəttə qəribə görünür” …Missis Kvonsett öz
çantasında eşələnməyinə davam etdi].
Qeyd etmək lazımdır ki, ingilis dilində certainly sözü öz
kökündən (certain) semantik və sözdüzəltmə əlaqəsini
kəsməmişdir. Bu isə onun semantikasına müəyyən təsir
göstərir. Azərbaycanca mətndə onun müqabili kimi
götürülmüş doğrudan da modal sözünün kökünün (doğru)
tamam başqa motivi vardır. Əlbəttə sözünün Azərbaycan
dilində sözdüzəltmə baxımından qohum kökləri olsa da
( əlbət ki, dan. hələ-həlbət), bunlar onun işlənməsinə təsir
etmir. Bununla belə, məhz əlbəttə sözü doğrudan da sözü
ilə müqayisədə daha artıq müəyyənlik nümayiş etdirir və
ona görə də o, certainly modal sözünün mənasını daha
yaxşı ehtiva edir.
Good news would certainly be a surprise (Arthur Hailey,
“Airport”, 204)
“Yaxşı xəbərlər, əlbəttə, İnezi təəccübləndirəcəkdi” (Artur
Heyli, “Aeroport”, 189) [Xoş xəbərlər, əlbəttə ki, sürpriz
(göydəndüşmə bir şey) ola bilərdi].
Mətndən göründüyü kimi, oricinalda və tərcümədə yalnız
modal sözlər bir-birinə müvafiq gəlir. Qalan hissələrin nisbəti
isə təxmini xarakter daşıyır.
Mel wondered how much of the blame was his own;
some, certainly (Arthur Hailey, “Airport”, 231)
“Mel bütün bunlarda öz günahının nə dərəcədə olduğunu
götür-qoy edirdi, hiss edirdi ki, onda da bir az var” (Artur
Heyli, “Aeroport”, 214) [Mel təəccüb edirdi: günahların nə
qədəri onun özündə idi, bəziləri (bir qismi), əlbəttə].
İngilis dilində olduğu kimi, Azərbaycan dilində də həmin
modal mənalı sözün cümlənin axırında işlənməsi geniş
112
yayılmışdır. Əlimizdə olan yeganə nümunə həmin
mövqedə işlənən modal söz özündən qabaqkı cümlə
üzvünə aiddir. Ancaq nəzərə almaq lazımdır ki, bu işin zahiri
cəhətinə görə belədir. Əslində isə həmin cümlə üzvü ilə
elliptik cümlə verilmişdir.
Undoubtedly – şübhəsiz, şəksiz
İngilis dilində undoubtedly və azərbaycan dilində
şübhəsiz, şəksiz modal sözləri müvafiq isimlərlə (doubt;
şübhə, şəkk) şəffaf sözdüzəltmə münasibətindədir. Ona
görə də ingiliscə tərkibində undoubtedly sözü olan cümlələri
azərbaycanca verərkən məhz bu iki sözlə kifayətlənmək
lazım gəlir. Həmin şərtə nə dərəcədə əməl edildiyinə əmin
olmaq üçün konkret misallara müraciət edək.
Roberta was undoubtedly repeating Cindy’s words
exactly (Arthur Hailey, “Airport”, 17)
“ Heç şübhəsiz, Roberta anası Sindinin dediklərini
sözbəsöz təkrar edirdi (Artur Heyli, “Aeroport”, 16) [Roberta,
şübhəsiz, Sindinin sözlərini olduğu kimi (dəqiq) təkrar
etmişdi (edirdi)].
Somewhere, at this moment, Ordway was undoubtedly
hastening to a phone (Arthur Hailey, “Airport”, 315)
“ Deməli, indi hardasa leytenant Ordvey telefona sarı
tələsirdi” (Artur Heyli, “Aeroport”, 289) [Hardasa, bu saat
Ordvey, şübhəsiz, telefona tərəf (telefonla danışmaq üçün)
tələsirdi].
Birinci cümlədə heç şübhəsiz modal ifadəsi işlənmişdir.
Heç ədatı ilə bundan qabaqlar da rastlaşmışıq. Ədəbi dilə
məxsus olan bu ədat xalq danışıq dilində həmin məqamda
işlənmir.
İkinci cümlədə undoubtedly sözünün deməli modal sözü
ilə verildiyini görürük. Aydın məsələdir ki, bu kontekstdə o,
yerinə düşmür: undoubtedly yəqinlik bildirən modal sözdür,
deməli sözü isə nəticə, güman bildirir.
Aşağıdakı misal da bu qəbildəndir:
But the approaching flights had undoubtedly made a
tricky instrument descent and now were close to landing,
one behind the other (Arthur Hailey, “Airport”, 57)
“Ancaq yaxınlaşan təyyarə, çox güman ki, özlərini
alətlərin ixtiyarına verərək, kor-koranə, bir-birinin dalınca
113
yerə enməyə gəlirdi” (Artur Heyli, “Aeroport”, 56) [Ancaq
yaxınlaşmaqda olan təyyarələr, şübhəsiz, cihazların köməyi
ilə enirdi və indi bir-birinin dalınca yerə enməyə yaxın idilər
(az qalırdı ki, yerə ensinlər)].
Qeyd etmək lazımdır ki, çox sözünü güman sözünə
artırmaqla gümanın dərəcəsini artırmaq mümkündür: ancaq
güman yenə də güman olaraq qalır.
Bu kontekstdə undoubtedly sözünün işlənməsi elə
situasiya ilə bağlıdır ki, orada gümana yer qalmır. Həmin
şəraitdə uçuşu əllə yox, yalnız cihazların köməyi ilə idarə
etmək olar, özü də bu, “kor-koranə” uçuş, idarə deyil…
Undoubtedly the same thing was happening in the other
seven air craft concourses grouped around the terminal
(Arthur Hailey, “Airport”, 40)
“ Heç şübhəsiz, aeroportun yeddi digər girişi qarşısında
da eyni mənzərə var idi” (Artur Heyli, “Aeroport”, 39)
[Şübhəsiz, eyni şey (hadisə) terminal ətrafında toplanmış
yeddi başqa aviasiya dəstəsində də baş vermişdi].
Cümlənin başında gələn həmin modal mənalı söz
cümlənin ortasında gəlməklə müqayisədə daha artıq
dərəcədə bütöv cümlənin məzmununa aid olur.
No doubt – heç şübhəsiz, şübhə yoxdur ki, şübhə ola
bilməz
“They aren’t”, he told her, remembering Mrs Harriet Du
Barry Mussman, no doubt still being questioned in the
customs Hall (Arthur Hailey, “Airport”, 254)
“O dərəcədə yox” – o, missis Harriyet Dü Bərri Mossməni
xatırlayıb dedi, - onu yəqin hələ də yoxlayırdılar (Artur Heyli,
“Aeroport”, 234) [“Onlar deyillər” - o, (kişi) missis Harriyet Dü
Bərri Mossməni xatırlayacaq, ona (qadına) dedi, şübhə
(yeri) yoxdur ki, o, hələ də kömrükxana zalında sorğu-sualın
təsiri altında idi].
Qeyd edək ki, bu kontekstdə no doubt sözünün yəqin
sözü ilə verilməsi səhv deyil, yanlışdır.
No doubt modal sözünün cümlə başında işlənməsinə aid
bir nümunə ilə kifayətlənirik:
No doubt, the reason was traffic and the storm (Arthur
Hailey, “Airport”, 262)
Dostları ilə paylaş: |