195
Must modal feli.
Must modal feli indiki
və gələcək zamana aid olan
hərəkəti bildirir. O, məcburilik, vaciblik, əmr, məsləhət
(tövsiyə) kimi modal mənalar ifadə edir.
1. Borc, zərurət mənasının ifadəsi.
You
must warn him “Sən onu
xəbərdar etməlisən” (Onu
xəbərdar etmək sənin borcundur)
.
2. İnama əsaslanan güman (zənn) mənasının ifadəsi.
He looks so pale. He
must be ill. “O, solğun görünür
(Onun rəngi qaçıb). O,
xəstə olmalıdır (O,
yəqin ki,
xəstədir)”.
3. Qadağan modal mənasının ifadəsi.
She
must not do so much work about the house “O, evdə
çox işləməli deyil / Ona evdə
çox işləmək olmaz”.
4. Tövsiyə (öyüd) mənasının ifadəsi.
You
must not be impatient, my son “Sən
hövsələsiz
olmalı deyilsən (olmamalısan), oğlum / Sən
hövsələli
olmalısan, oğlum”.
5. Emosional etiraz modal mənasının ifadəsi.
How
many times must I
tell you? (AHA, 245) “Eyni şeyi
Sizə neçə dəfə
təkrar etməliyəm?” (AHA. a, 226)
[...
deməliyəm?].
6. Zərurət modal mənasının ifadəsi
He
must go back soon to the radar room (AHA, 126) “O
artıq radar otağına
qayıtmalıdır”.
Obviously, it
must be adequate to destroy the airplane,
but equally important – it must occur at the right time (AHA,
99) “Aydındır ki, o [partlayış] təyyarəni dağıtmağa
kifayət
etməlidir, amma eynilə vacibdir ki, o,
vaxtında baş versin”.
Ought to modal feli.
Ought modal felinin yalnız bir forması vardır. O, indiki
zaman kontekstində işlənir.
Ought feli aşağıdakı modal mənaları ifadə edir:
1. Gərəklik, lazımlılıq modal mənasını.
You
ought to be thankful. I think we
ought to be starting
(Galsworthy). - Siz
gərək minnətdar olasınız. Məncə, biz
gərək yola düşək.
2. Güman (zənn) modal mənası.
196
She
ought to be very happy “O (qadın) gərək ki, çox
xoşbəxt olsun”.
3. Arzu, tövsiyə (öyüd) modal mənasını.
There’s another thing you
ought to know (AHA, 258), “Bir
şeyi də
bilməyiniz məsləhətdir” (AHA. a, 237).
At your age you
ought to help your
mother about the
house “Bu yaşda sən gərək anana ev işində
kömək
edəsən”.
Your brother
ought not to be so credulous “Sənin
qardaşın bu qədər
sadəlövh olmamalıdır” / ...gərək bu qədər
sadəlövh olmasın”.
4. Peşmançılıq modal mənasını.
I am sorry. I
ought not to have said it “Bağışla.
Mən bunu
deməli deyildim (deməməli idim)... gərək deməyəydim”.
Son söz olaraq demək istədim ki, Azərbaycan dilində
həm leksik mənasına, həm də (yönlük halla) işlənməsinə
görə ingiliscə
ought felinin müqabili ola biləcək sözlər vardır:
borc, borclu olmaq. Ancaq yuxarıdakı məqamların heç
birisinin ifadəsində bunlar işə yaramır.
Need modal feli.
Need modal feli həm
qüsurlu (defective), həm də
düzgün
(regular) fel kimi işlənə bilir.
1)
Need qüsurlu fel kimi yalnız indiki zaman formasında
işlənir və ondan sonra məsdər
“to” hissəciyi olmadan gəlir.
Need feli lazımlılıq, ehtiyac bildirir.
Hərəkətin indiki və
gələcək zamana aid edildiyi inkar və sual cümlələrində
need
felindən sonra sadə məsdər
(Simple infinitive) işlədilir. Bu
məqamda o, hərəkətin icrasına zərurət, ehtiyac olmaması,
lazımsızlıq, lüzumsuzluq modal mənasını ifadə edir.
Məsələn:
You
needn’t come – Sənin
gəlməyinə ehtiyac (lüzum)
yoxdur; və ya Sən
gələsi deyilsən.
Need I
tell you everything in detail? – Mənim hər şeyi sizə
təfərrüatı ilə
deməyimə ehtiyac vardırmı? /...deməyim
lazımdırmı?”.
Müasir ingilis dilində inkar cümlələrində
need feli inkar
formasında olmur. İnkarlıq cümlənin digər hissələrində də
ola bilər. Məsələn:
197
I don’t think we
need continue the conversation. –
Düşünmürəm ki, söhbəti davam etdirməyimizə ehtiyac
olsun.
I
need hardly
show it to you. – Mən çətin ki, bunu sənə
göstərə bilim.
Need felindən sonra bitmiş məsdər
(Perfect Infinitive)
işləndikdə hərəkətin artıq yerinə yetirilmiş olması ifadə
olunur. Buna baxmayaraq həmin hərəkətin icrasına zərurət,
ehtiyac yoxdur. Məsələn:
You
needn’t have come. (We managed to do it without
your help) – Sizin
gəlməyinizə ehtiyac yox idi. (Sizin
köməyiniz olmadan da biz onun öhdəsindən gəldik).
2)
Need düzgün
(regular) fel kimi işlənərkən məsdər
“to”
ədatı ilə gəlir.
Həmin məqamda need əsasən inkarda, bəzən
də sual cümlələrində işlənərək zərurət, lazımlılıq bildirir və
mənaca
“to have to” modal felinə yaxın olur. Məsələn:
I
do not need to explain anything – Mən heç nəyi
izah
etməli (edəsi) deyiləm.
Did you
need to read all those books? – Sənə bütün bu
kitabları
oxumaq lazımdırmı? və ya Sənin bütün bu kitabları
oxumağına ehtiyac (lüzum) vardımı?
Qeyd etmək yerinə düşərdi ki,
need felinin
bu cür
işlənməsi onun qüsurlu
(defective) variantına nisbətən az
yayılmışdır.
Düzgün
(regular) need felindən sonra isim də işlənə bilir.
Bu məqamda
“to need” artıq modal fel olmaq keyfiyyətini
itirir. Məsələn:
He needs a dictionary.
Dose he need a dictionary?
He does not need a dictionary.
To have to modal feli.
To have to feli modal mənada bütün növ-zaman
formalarında, o cümlədən bitmiş və davamedici
formalarda
işlənir. Məsələn:
I’ll have to work alone “Mən təklikdə
işləməli olacağam” /
“...işləməyə məcburam””.
1)
To have to daha çox şəraitlə bağlı olan məcburilik,
zərurət bildirir: