Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   59   60   61   62   63   64   65   66   ...   99

 
189
(səpələnməzlər), amma onların altındakı  kəndir (ip) 
sərbəst surətdə oynaya (tərpənə) bilər]. 
Would modal feli eyni cümlədə təkcə bir yox, iki və daha 
artıq  əsas felə  də aid ola bilir. Bunun müqabilində 
Azərbaycan dilində  əsas fellərdən birincisi (arıxıncı 
olmayan) feli bağlama formasında işlənir. Məsələn, 
müqayisə edək: 
Demerest  would use the right seat – normally the first 
officer’s position – from where he would observe and report 
on Captain Harris’s performance (AHA, 50) “Demerest isə 
adətən birinci pilotun oturduğu sağ kresloda əyləşib
Hərrisin hərəkətlərinə göz qoyacaq, sonra isə uçuşun necə 
keçdiyi haqda raport yazacaqdı” (AHA. a, 49) [Demerest 
sağ oturacaqdan (kreslodan) – birinci pilotun yerindən – 
istifadə  edəcəkdi  (edə bilərdi) ki, oradan da müşahidə 
aparıb, kapitan Hərrisin hərəkətləri haqqında  məruzə  etsin 
(raport versin)]. 
Would + be… 
Be feli ingilis dilində  ən çox işlənən köməkçi fellərdən 
biridir. Onun köməyi ilə adlardan mürəkkəb fellər yaranır. 
Would modal feli bu qəbildən olan fellərlə işlənərkən həmin 
mürəkkəb fel əsas felin yerini tutur. Həmin tərkibdə 
hissələrin mövqeyi belədir: modal fel modallıq ifadə edir, be 
köməkçi feli özündən sonrakı birləşməyə prosessuallıq 
məzmunu verir, leksik-semantik dolğunluq isə müvafiq adın 
üzərinə düşür. Burada be felindən sonra gələn sözün 
qrammatik müəyyənlikdə isim, sifət, feli sifətlə ifadə 
olunması müəyyən rol oynayır. 
Ad hissəsi isimlə ifadə olunan tərkib: 
In this case, as Danny predicted, there would be a flood 
of protests when other airlines realized their food trucks 
were not getting through… (AHA, 8) “Dənni düz deyirdi, 
beləcə  hər  şey bir-birinə qarışanda  ərzağı vaxtında 
çatdırmayan digər şirkətlərin nümayəndələri də şikayəti dolu 
kimi yağdıracaqdılar” (AHA. a, 8) [Bu halda, Dənninin 
qabaqcadan dediyi kimi, öz ərzaq mallarını reallaşdıran 
başqa aviasiya xətləri onları almayanda şikayət sel (kimi) 
gələcəkdi]. 


 
190
Action  would be a theraphy (AHA, 8) [Əməl  terapiya 
ola bilərdi]. 
Ad hissəsinin sifətlə ifadəsi: 
He put the note on a table where Inez would be sure to 
see it (ANA, 99) [O, məktubu stolun üstünə qoydu: əmin 
olmaq olardı ki, İnez onu burada görəcəkdi (görərdi)]. 
Driving back toward the terminal, Mel radioed the Snow 
Desk confirming to Danny Farrow that runway one seven, 
left, would be usable shortly (AHA, 63) “Aeroportun binasına 
tərəf maşını sürərkən Mel ratsiya ilə qartəmizləmə 
məntəqəsinə Dənni Fərrouya dedi ki, soldakı bir-yeddi uçuş 
yolundan bir azdan istifadə etmək olar” (AHA. a, 62) [Maşını 
geri, terminala tərəf sürərkən Mel radio ilə Qartəmizləmə 
məntəqəsi ilə danışıb, Dənni Fərrouya xəbər verdi ki, 
soldakı bir-yeddi start xətlərindən bir azdan istifadə etmək 
olar (istifadə edilə( oluna) bilər)]. 
Ad hissəsinin sıra sayı ilə ifadəsi: 
After Captain Harris’s two flights, of which tonight’s would 
be the second, he would be given final check  by a senior 
supervisory captain before being accepted for international 
command (AHA, 50) “Kapitan Hərrisin iki uçuşundan sonra 
bu axşamkı uçuş  üçüncü ola bilərdi (olasıydı) o, 
internasional komandaya qəbul edilməzdən qabaq böyük 
təlimatçı eskadron komandirinin rəhbərliyi ilə axırıncı  “şah” 
verəcəkdi”
Həmin cümlədə saydan başqa, feli sifət də  (given) be 
kiməkçi feli ilə işlənmişdir. Sonuncuya aid daha bir misal: 
Flight insurance claims – in the absence of any evidence 
of sabotage - would be settled in full (AHA, 99) “Təxribatı 
sübut edən faktlar olmadığından, sığorta pulu tamamilə 
ödəniləcəkdi” (AHA. a, 96) [Təxribat aşkar edilmədiyi halda 
təsdiq olunmuş iddiaya görə uçuş  tam ödəniləcəkdi 
(ödənilməlidir)]. 
Eventually …the airport and the Federal Aviation 
Administration had conceded that cet takeoffs and landings 
directly over Meadowood would be made only when 
essential in special circumstances (AHA, 10) “Nəhayət… 
aeroport da, Federal Aviasiya idarəsi də güzəştə getməli və 
vəd etməli olmuşdular ki, təyyarələr yalnız müstəsna 


 
191
hallarda Midouvudun üstündən  qalxacaq və enəcəklər” 
(AHA. a, 10) [Nəhayət… aeroport və Federal Aviasiya 
idarəsi güzəştə getməli (etiraf etməli) olmuşdular ki, 
təyyarələrin birbaşa Midouvud üzərindən qalxıb-enməsi 
yalnız çox mühüm hallarda ola bilər (yerinə yetirilə bilər)]. 
Would modal felinin have köməkçi feli ilə işlənməsi 
Be köməkçi feli kimi, have köməkçi feli də  would feli ilə 
işlənməkdə  rəngarəng imkanlar nümayiş etdirir. Bunlardan 
bəzilərini Azərbaycan dili ilə müqayisədə nəzərdən keçirək: 
Have feli özündən sonra gələn məsdərə aid olur (bu 
zaman to ədatı da işlənir). Məsələn:He would probably have 
to borrow one exchange shirts with some other captain or 
first officer (AHA, 52) “Görünür, ya başqa komandirlə, ya da 
birinci pilotla dəyişməli olacaq” (AHA. a, 51) [Ehtimal ki, o ya 
başqa bir komandirlə, ya da birinci pilotla köynəklərini 
başabaş  dəyişməli olacaqdı; yaxud: dəyişmək  lazım 
gələcəkdi]. 
Have feli to ədatı olmadan da məsdərlə işlənə bilər: 
The mail he knew would have come off anyway (AHA. 
43) “Bilirdi ki, poçt ləngiməyəcək, yola salınacaqdı” (AHA. a, 
42) [Poçt, o bilirdi ki, hansı yollasa göndəriləsi olacaqdı]. 
Have felinin feli sifətlə işlənməsi: 
İngilis dilində  have felinin keçmiş zaman feli sifəti ilə 
işlənməsi geniş yayılmışdır. Məsələn: 
He  would have preferred a Scotch and soda, but, like 
most pilots, abstained from liquor for twenty four hours 
before a flight (AHA, 54) “O, əlbəttə, indi sodalı viski içməyi 
üstün tutardı, ancaq pilotların əksəri kimi, uçuşa iyirmi dörd 
saat qalmışdan dilinə spirtli içki vurmazdı” (AHA. a, 53) [O, 
şotland viskisi və sodanı üstün tutardı, ancaq təyyarəçilərin 
əksəri kimi, o da uçuşdan iyirmi dörd saat qabaq içkidən 
imtina edirdi]. 
A few years ago, in a storm like this, an airport would 
have closed completely (AHA, 59) “Bir-iki il qabaq belə bir 
çovğunlu havada aeroportu tamamilə bağlayacaqdılar” 
(AHA. a, 58) [Bir neçə il qabaq buna oxşar bir çovğunda 
(çovğunlu havada) bir aeroport tamam bağlanmalı olmuşdu 
(bağlanmışdı)]. 
Can modal feli. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə