186
Həmin cümlənin azərbaycanca variantlarını diqqətlə
öyrənməyə dəyər. Mətbu tərcümədə budaq cümlə “bəlkə
köməyi dəydi” şəklində verilmişdir. Burada bəlkə modal
sözü köməyi dəydi xəbəri ilə birlikdə icrası gələcəyə aid olan
hərəkəti, hadisəni bildirir. Həmin xəbərin ifadə olunduğu
mürəkkəb fel şühudi keçmiş zamandadır. Demək lazımdır
ki, həmin ifadə tərzi qrammatik cəhətdən that’ll help budaq
cümləsini ehtiva etməsə də, semantik və üslubi cəhətdən
onu tamamilə ehtiva edir.
Bizim təklif etdiyimiz tərcümələrdə feli hissə “əsas+feli
sifət” formasındadır; onların ümid sözünün iştirakı ilə əmələ
gətirdiyi tərkib bir-birinə bərabər deyildir: bunun kömək
edəcəyi ümidilə mürəkkəb təyini söz birləşməsi, bunun bir
köməyi olacağına ümid edərək feli bağlama tərkibidir.
Sonuncu variant oricinala daha çox yaxındır.
Will felinin əsas fellə işlənməsinə dair daha bir neçə
misal:
I believe you’ll get it (AHA, 31) “İnanıram ki, o vəzifəni
tutacaqsan” (AHA. a, 30) [Mən inanıram ki, sən onu əldə
edəcəksən / ona nail olacaqsan].
Aralarındakı üslubi fərqlərə baxmayaraq, hər iki feli
birləşmə qəti gələcək zaman formasındadır.
b) Will modal felinin be feli ilə işlənməsi:
“If anyone can get that airplane moved tonight, Mel
conceded, it’ll be Coe” (AHA. 33) “Mel dedi: – hə, əgər o
təyyarəni yerindən tərpətsə, yalnız Cou tərpədəcək” (AHA.
a, 32) [Əgər bir kəs bu axşam o təyyarəni yerindən tərpədə
bilsə – deyə Mel zənn edirdi, – o, Cou olacaqdır (olasıdır)].
This advice will be a free sample, but like toothpaste –
any subsequent tubes will have to be paid for (AHA, 93)
“Bu məsləhət reklam edilən ilk diş pastası kimi havayı
olacaq, ancaq sonrakı məsləhətdən ötrü pul vermək
lazımdır” (AHA. a, 91) [Bu məsləhət müftə olacaq, amma –
diş pastası kimi – hər bir sonrakı pullu olacaqdır (hər bir
sonrakına pul vermək lazım gələcəkdir)].
Azərbaycanca birinci və ikinci variantlar arasında fərq
bundan ibarətdir ki, bunların birində haqqı ödəmək bir
vaciblik kimi qeyd olunur, ikincisində isə məcburiyyət,
187
zərurət çaları ifadə olunur. Bu baxımdan o, oricinala daha
yaxındır.
c) Will modal felinin have feli ilə işlənməsi:
Will felinin bu cür işlənməsi ilə biz indicə verdiyimiz
misalda rastlaşdıq. Buna aid bir neçə misal.
I believe you will have no difficulty in proving it here
(AHA, 91) “Ümid edirəm ki, bunu Sizə geniş izah etməyə
ehtiyac yoxdur” (AHA. a, 89) [Mən inanıram ki, burada bunu
sübut etməkdə Sizin heç bir çətinliyiniz olmayacaq].
Mel said grimly: “Meadowood will have to suffer” (AHA.
66) “Mel hiddətlə dedi: -Midouvud əziyyət çəkməlidir!” (AHA.
a, 65) [Mel qeyzlə dedi: -Midouvud iztirab çəkəsi (çəkməli)
olacaq!]
Həmin bəhsə yekun olaraq qeyd etməliyik ki, ingilis
dilində be və have fellərinin Azərbaycan dilində müqabilləri
vardır: bunlar var(dır) predikativi və olmaq felidir. Ancaq
var/dır predikativi fellərlə yox, adlarla işlənir. Ona görə də
ingilis dilindəki be və have fellərinin yuxarıda qeyd olunan
məqamlarda işlənməsi Azərbaycan dilində ya fellərin sadə
formaları ilə, ya da olmaq felinin analitik məqamda
işlənməsində öz ifadəsini tapır.
İndi isə would modal feli barəsində. Əlimizdə olan
materiallar göstərir ki, bu fel ingilis dilində will feli ilə
müqayisədə daha artıq işləklik nümayiş etdirir. O, nitqdə
həm təklikdə, həm əsas fellərlə birlikdə, həm modal sözlərin
müşayəti ilə, həm də başqa modal fellərlə birlikdə işlənə
bilir. Bunların hər birinin müqabilinin Azərbaycan dilində
axtarılıb-tapılması həm nəzəri, həm də praktik əhəmiyyət
kəsb edir.
Would felinin tək işlənməsi:
Everybody voted to get the hell out. I would, too (AHA, 8)
“Hamı bir səslə bu cəhənnəmdən tezliklə aralanmağa
tərəfdar çıxdı. Mənə qalsaydı, özüm də belə edərdim” (AHA.
a, 8) [hər kəs (hamı) bu cəhənnəmi tərk etməyə tərəfdar idi.
Mən də belə (ed)ərdim].
Mətndən gördüyümüz kimi, ingiliscə cümlədə would
felinin tək işlənməsi eliptik hadisənin nəticəsidir; o, məzmun
etibarilə əvvəlki cümlədəki to get out əsas feli ilə
əlaqədardır. Həmin felin (would) Azərbaycan dilindəki
188
müqabilinin bu cür işlənməsi mümkün deyildir. Cümlənin
azərbaycanca variantında o, edərdim forması ilə verilir.
Ancaq nəzərə almaq lazımdır ki, modal məna et- kökü ilə
yox, onun konkret forması ilə ifadə olunur. O, məhz bu
şəkildə “ would + əsas fel” konstruksiyasına müvafiq gəlir.
Modallığın bu yolla ifadəsi would felinin işlənməsi
sahəsində aparıcı rol oynayır. Would feli əsas fellə ifadə
olunan hərəkətin icrasını bir imkan kimi qarşıya qoyur.
Konkret misallara müraciət edək.
“What would happen”, Mel wondered, “if he could reach
out and touch Cindy now? Would the old magic work”.
(AHA, 70) “Mel düşündü: “Əgər indicə çıxıb özünü Sindiyə
çatdırsaydı, görəsən, nə olardı? Köhnə sehrli qüvvə baş
qaldırardımı?” (AHA. a, 68) [Mel bilmək istəyirdi ki, o indi
əlini uzadıb, Sindiyə toxundursaydı, nə olardı? Köhnə
möcüzə (sehr) yenə işə düşərdimi? (kara gələrdimi?)]
Moreover, it was also agreed that aircraft taking off
toward Meadowood would almost at once after becoming
airborne – follow noise abatement procedures (AHA, 10)
“Bu az imiş kimi, razılığa gəlmişdilər ki, Midouvud səmtə
qalxan təyyarələr, yerdən aralanan kimi, səslərini azaltmaq
qayğısına qalmalıdırlar” (AHA. a, 10) [Bundan başqa
(üstəlik), razılığa gəlmişdilər ki, Midouvud tərəfə uçan
təyyarələr – yerdən aralanan kimi – səslərinin azalması
qaydasına riayət edəcəklər]
Only meatheads like us would work in this lousy weather
(AHA, 45) “Yalnız bizim kimi səfehlər belə zəhlətökən
havada işləyər” (AHA. a, 44) [Ancaq bizim kimi kütbeyinlər
(hərfən: ətbaşlar) belə bir pis havada işləyər (işləyə bilər)]
Would modal feli əsas fellərlə inkarda da işlənir. Burada
Azərbaycan dil təfəkkürü baxımından belə bir cəhət diqqəti
cəlb edir. Not ədatı would modal felinə aiddir, amma
bütövün mənası, əsas fellə ifadə olunan hərəkətin icrası
inkar edilir. Məsələn:
He made sure the papers would not move around, but
that the string could move freely under them (AHA, 102)
“Kağızların çamadanda sürüşməməsi, onların altında ipin
rahatca tərpənməsi üçün onlara da əl gəzdirdi” (AHA. a, 98)
[O, arxayın idi ki, kağızlar ətrafa səpələnməyəcəklər
Dostları ilə paylaş: |