174
deyildir. Üstəlik, bacarmaq feli əsas fellərlə işlənə bilmir.
Belə bir xüsusiyyət istəmək felində özünü göstərir. İngilis və
başqa Avropa dillərindəki modal fellərin ifadə etdiyi
mənalara Azərbaycan dilində fel kateqoriyalarının bəzi
şəkilləri müvafiq gəlir. Bu dildəki bilmək felininsə modal
mənası onun əsas yox, ikinci mənasıdır.
İngilis dilində modallıq bildirən fellərin sayı təxminən eyni
göstərilir. F.R.Palmer “Qrammatik şəkil və modallıq”
əsərində yazır: «İngilis dilində formal olaraq təyin edilə bilən
modal fellər şəbəkəsi vardır. Bunlar aşağıdakılardır: may,
can, must, ought to, will, shall; həmin şəbəkənin ucqarında
need və dare yer tutur. Might, could, would və should da
bura aiddir» [201, s.100].
“ Will, shall, may, might, can, could, must, ought to,
should, would, used to, need” kimi köməkçi, yaxud yardımçı
fellər əsas fellərlə birləşmədə zaman və şəkil çaları ifadə
etmək üçün işlənir. Köməkçi fellərin əsas fellərlə birləşməsi
feli ifadələr (frazalar) və yaxud feli cərgələr (silsilələr)
deyilən heyətlər yaradır.
Bu bölmədə biz çıxış nöqtəsi kimi ingilis dilinin modal
fellər şəbəkəsini götürəcəyik. İngilis dilində modal fellərin
çox, Azərbaycan dilində isə az olması heç də bu dillərin
göstərilən aspektdə müqayisəli öyrənilməsi lüzumunu
aradan qaldırmır. Biz burada konkret ingilis modal fellərini
nəzərdən keçirəcək və müvafiq modal mənaların
Azərbaycan dilində hansı vasitələrlə verilməsi imkanlarını
qeyd edəcəyik. Bu məqsədlə ingilis dili materiallarını
müxtəlif variantlarda Azərbaycan dilinə tərcümə edəcək və
yeri düşdükcə oricinal Azərbaycan dili materiallarından da
istifadə edəcəyik. Belə bir işin bir əhəmiyyəti də ondadır ki,
Azərbaycan dilçiliyində modallıq məsələsi yalnız modal
sözlərin timsalında öyrənilmişdir.
Biz modallıq kateqoriyasının elə bir sahəsinə daxil oluruq
ki, ingilis və Azərbaycan dillərində onun ifadə vasitələri
kateqoriyal baxımdan bir-birinə müvafiq gəlmir. Bunlar ingilis
dilində modal fellər və Azərbaycan dilində felin modallıq
bildirən (arzu, lazım, vacib və bacarıq) şəkilləri, bəzi zaman
formalarıdır.
175
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan dilində modal
fellərlə yaxın mənalarda işlənən cəmi iki fel vardır:
bacarmaq və bilmək. Bacarmaq felinin mənası “qabil
olmaq”, “qadir olmaq” mənalarına çox yaxın olsa da, onun
başqa fellərə qoşulub, onların ifadə etdikləri mənalara
modal məna çaları vermək qabiliyyəti yoxdur. O, yalnız əsas
fel kimi, özü də adlarla əlaqədar olaraq işlənə bilir. Müq. et:
Mən bu işi bacarıram/bacarmıram.
Bilmək feli isə həm əsas fel, həm də köməkçi fel kimi
işlənə bilir. Məsələn: Mən öz işimi yaxşı bilirəm. Mən o
adamı görə bilmədim. Lakin bilmək feli modal fel kimi
işlənsə də, onun ifadə edə biləcəyi modal mənaların sayı
çox deyil. Bu səbəbdən bilmək feli Azərbaycan dilində
modallıq kateqoriyasının ifadə vasitələri cərgəsində elə bir
əhəmiyyətli yer tutmur. Bu heç də o demək deyil ki,
Azərbaycan dilində modallığın ifadə vasitələri kasaddır.
Modallığın ifadə vasitələri həm növlərinə, həm də saylarına
görə olduqca müxtəlif və rəngarəngdir. Bunlardan birinin
azlığı o birilərinin çoxluğu ilə tarazlaşır.
Bu fikri ingilis dilindəki modal fellərin işləndiyi kontekstual
şəraitləri Azərbaycan dilində verməklə də sübut edə bilərik.
Modal məna təkcə ayrı-ayrı sözlərlə deyil, onların leksik-
sintaktik əhatəsi ilə də ifadə olunur. Bundan başqa, modallıq
kateqoriyası dildənxaric gerçəklik, dil kateqoriyalarının
funksional rəngarəngliyi və ünsiyyətin xüsusi məqsədlərinin
kəsişməsi, çarpazlaşması yolu ilə təmin olunur.
Biz bunu ingilis dilində modal fellərin işlənmə
kontekstlərinin Azərbaycan dili vasitələri ilə verilməsinin
timsalında bariz şəkildə görürük.
Shall modal felinin işlənməsi.
Müasir ingilis dilində shall əsasən gələcək zaman
formalarını əmələ gətirən köməkçi fel kimi işlənir. Həmin
formalarda müəyyən modal məna çaları da qalır. Shall feli
aşağıdakı modal mənaları ifadə edir:
1. İkinci və üçüncü şəxslərdə işlənən shall feli vəd, hədə-
qorxu və xəbərdarlıq mənasını ifadə edir.
You shall have my answer tomorrow “Sən mənim
cavabımı sabah alacaqsan (vəd)”.
176
He shall do as I say “Necə mən deyirəm, o da elə
eləməlidir (eləyəcək)” (O mən dediyim kimi eləyəcək) (hədə-
qorxu).
2. Birinci və üçüncü şəxslərlə əlaqədar shall sual
cümlələrində danışanın müraciət etdiyi şəxsdən göstəriş,
buyruq gözlədiyini ifadə edir.
Who shall meet the delegation? “Nümayəndələri kim
qarşılayacaq / qarşılamalıdır?”.
İngilis dilində shall feli I şəxs üçün olan İ və we
əvəzliklərinə aid olan sadə gələcək zamanı ifadə edir.
Məsələn: Shall we meet by the river? “Biz çayın sahilində /
yanında görüşəcəyik?”
II-III şəxslər üçün will feli işlənir. Will felinin I şəxs üçün
işlənməsi danışanın iştirakının müəyyənləşdirilməsini ifadə
edir: We will finish this procect by tonight. “Biz bu işi
(tikintini) bu (gün) axşam qurtaracağıq”.
Shall felinin II-III şəxslər üçün istifadə olunması mübtəda
barəsində müəyyən bir vəd bildirir: This shall be revealed to
you in good time. “Bu, münasib bir vaxtda sizə göstəriləcək”.
Shall və Will felləri arasındakı fərq ‘ll ixtisar forması
sayəsində silinir. Həmin forma hər iki modal fel üçün eynidir.
Azərbaycan dili ilə müqayisədə götürdükdə biz shall
felinin aşağıdakı xüsusiyyətlərini qeyd edə bilərik.
Shall felinə Azərbaycan dilində felin qəti gələcək zaman
forması müvafiq gəlir. Məsələn: I shall go to the village this
summer. “Bu yay mən (yaxud: Mən bü yay) kəndə
gedəcəyəm”.
Əlbəttə, modallığın növlərindən birini inam, yəqinlik,
əminlik mənasını hesab ediriksə, demək lazım gəlir ki, məhz
belə bir məna sadə (yaxud Indefinite) gələcək zaman
formasına tamamilə xas olan bir keyfiyyətdir.
Shall modal felinin sual məqamında işlənməsi
ikimənalıdır. O, birincisi, cavab almaq məqsədi güdən sual
mənası bildirir. Məsələn: Shall I see you tomorrow? “Mən
sabah səni (yaxud səni sabah) görəcəyəm(mi)?”
Aydın məsələdir ki, müraciət edilən şəxsin rəyindən asılı
olaraq bu suala həm “hə”, həm də “yox” cavabı vermək olar.
Dostları ilə paylaş: |