Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   51   52   53   54   55   56   57   58   ...   99

 
165
cəminə aid olan siz  əvəzliyi nəzakət məqamında ikinci 
şəxsin cəminə aid edilmişdir. 
Tərcümələr arasında fərq throw me out of here ifadəsinin 
necə verilməsi ilə bağlıdır: “məni bayıra ata bilərsiniz” və 
“məni buradan bayıra atın”. Birincidə  of here ifadəsi  əksini 
tapmayıb. Ancaq məhz həmin buraxılmış ünsürlər belə bir 
tərcüməni qeyri-mümkün edir. Belə bir tərcümə əmr cümləsi 
şəklində olmaması bir yana, qeyzlənmiş şəxsin (danışanın) 
əhval-ruhiyyəsinə də uyğun deyil. 
İkinci tərcümədə oricinalın həmin xüsusiyyətləri 
saxlanılmışdır. Burasını da qeyd etmək lazımdır ki, ingilis 
dilində təkcə you əvəzliyi yox, felin əmr şəkli də ikinci şəxsin 
təki və  cəmi üçün müştərəkdir. Azərbaycan dilində ikinci 
şəxsin təki və  cəmi üçün ayrı-ayrı formaların olması  həmin 
qeyri-müəyyənliyi də aradan qaldırır. 
Listen, son, you’ll never move that rig with one tow truck! 
(AHA, 38) “Qulaq as, bala, bircə yedəklə bu leşi buradan 
heç vaxt tərpədə bilməzsən!” (AHA. a, 37) [Eşit, qulaq as, 
oğlum, sən bir dənə burazla o cəmdəyi (leşi) heç vaxt 
yerindən tərpədə bilməyəcəksən!]. 
Burada  əmr  şəklinin işlənməsinin daha maraqlı 
xüsusiyyəti ilə qarşılaşırıq. Listen  feli ikinci şəxsin təkinə 
aiddir. Funksional baxımdan o, you  əvəziyinə tuşlanmışdır. 
Mətndə onun əvəzinə son sözü işlənir. Azərbaycanca mətbu 
tərcümədə o, bala  sözü ilə verilmişdir. Onu oğlan, oğlum 
sözləri ilə də vermək olardı. 
Həmin mətndə  listen  feli  əmr yox, xəbərdarlıq funksiyası 
daşıyır. O, müraciət olunan şəxsi bir qədər sonra eşidəcəyi 
hökmü qavramaq üçün səfərbər edir, onun diqqətini həmin 
mətləb üzərində cəmləşdirir. Bu, felin əmr şəklinin müstəqil 
modal çalarlarından olub, ayrıca nəzərdən keçirilməlidir. 
3. Felin əmr şəklinin xəbərdarlıq məqamında işlənməsi. 
Drive carefully out there”, she cautioned, “Don’t get in 
the way of any airplanes!” (AHA, 34) “Qız qayğıkeşliklə 
dilləndi: “ Çöldə maşını ehtiyatla sür. Təyyarə yollarına-zada 
çıxma” (AHA. a, 33) [Ehtiyatla sürüb çıx,  - o (qız) 
xəbərdarlıq elədi, - gözlə  təyyarənin yoluna (qabağına) 
çıxma]. 


 
166
Oricinalda ikinci şəxsə müraciət edilməsi morfoloci 
cəhətdən açıq-aşkar ifadə olunmuşdur. Cümlənin 
xəbərdarlıq məqamında işlənməsi onun birinci tərkib 
hissəsində  carefully  sözünün, ikinci tərkib hissəsində felin 
inkarda işlənməsi, bundan əlavə, “She cautioned” ara 
cümləsi ilə nişanlanmışdır. Azərbaycan dilində  həmin 
vasitələr adekvat ifadəsini tapmışdır. Yalnız bir fərqlə ki, 
felin inkarı sintetik üsulla ifadə olunmuşdur. İkinci tərcümədə 
gözlə  ədatının işlənməsi xəbərdarlıq modal mənasını bir 
qədər də qüvvətləndirir. 
4. Felin əmr şəkli göstəriş, sərəncam vermə məqamında. 
Həmin modal çalar onunla səciyyələnir ki, burada təkcə 
hansı isə  hərəkətin icra edilməsi  əmr olunmur, onun 
icrasının yolu, üsulu da qeyd olunur. Məsələn: 
“Pan Am fifty-four, stand by!” The briefest pause, then the 
controller’s voice again: “Cessna seven three metro from 
ground control. Enter the next right intersection, hold ant led 
Pan American pass  you” (AHA, 40) “Pən  Əmerikə” – əlli 
dörd,  saxla,  - ikinci fasilədən sonra yenə dispetçerin səsi 
[gəldi]; - “Kesna yetmiş üç”, danışan yerüstü nəzarət 
dispetçeridir. Qarşıdakı ilk kəsişmədə sağa dönüb gözləyin, 
qoy,  “Pən  Əmerikə”  şirkətinin təyyarəsi Sizi keçsin!” (AHA. 
a, 39) [“Pən  Əmerikə” – əlli dörd, hazır ol” - az fasilədən 
sonra yenə  nəzarətçinin səsi [gəldi]: - “Kesna” - yeddi-üç, 
nəzarət dispetçeridir. Ən yaxın sağ kəsiyə daxil ol, dayan və 
qoy, Pən Əmerikən səni (Sizi) ötüb keçsin]. 
Burada bizim üçün yeni olan let ədatının işlənməsidir. Bu, 
ingilis dilində  əmr məzmununun ifadə vasitələrindən biridir. 
Burada o, üçüncü şəxsin təkinə aid olan pass  felinin nitqə 
daxil edilməsi üçün işlənmişdir. 
Mətbu tərcümədə  let  sözü haqlı olaraq qoy  ədatı ilə 
verilmişdir. Bu ədat Azərbaycan dilində birinci və üçüncü 
şəxslərə aid olan əmr şəkli forması ilə geniş surətdə işlənir. 
Müq.et:  Qoy, gülüm gəlsin, ay nənə.  Qoy, yarım  gəlsin, ay 
nənə! (Xalq mahnısı). 
Azərbaycanca mətbu tərcümədə oricinaldakı  əmr  şəkli 
formalarının verilməsində  bəzi uyğunsuzluqlar müşahidə 
edilir. Enter feli right sözünə görə dönüb şəklində verilmişdir. 
Bir az da dəqiq desək, enter felinin tərcümədə feli bağlama 


 
167
formasında verilməsi hold felinə görədir. Ancaq buna heç 
bir lüzum yoxdur. Birincisi, ona görə ki, enter  “dönmək” 
mənasını daşımır; ikincisi, bu söz hold felini təyin edə bilmir. 
Bir sözlə, həm  hold, həm də  enter felləri  əmr  şəkli forması 
ilə verilməlidir. 
Let ədatının işlənməsinə aid bir misal: 
Let’s go to my car!” he told the Aereo Mexican foreman 
(AHA, 44) “Mel “Aero Meksikən”  şirkətinin baş texnikinə 
dedi: -Gedək mənim maşınımla!” (AHA. a, 43) [Gəl – yaxud: 
gəlsənə mənim maşınımla gedək, - o, “Aeromeksikən”in baş 
texnikinə dedi]. 
Burada istər  let sözü, istərsə  də  go feli birinci şəxsin 
cəminə aiddir. Amma mətndə o, faktiki olaraq ikinci şəxsin 
təkinə müraciətlə deyilir. Həmin kontekstdə ona Azərbaycan 
dilində gəl(sənə) ədatı müvafiq gəlir. 
Qeyd etmək lazımdır ki, Azərbaycan danışıq dilində 
həmin modal mənanın başqa bir ifadə forması da vardır: o, 
əsas felə müvafiq şəkilçinin artırılması yolu ilə düzəlir: 
gedəyin.  
5. Felin əmr şəkli icbar, vadaretmə məqamında. 
Go ahead, Pan Am, you great big bully! (AHA, 40) “Keç 
get, “Pən Əmerikə”, öküzün biri” (AHA. a, 40). 
Azərbaycan dilində  bəzi fellərin  əmr  şəkli qoşa 
leksemlərin işlənməsi yolu ilə verilir: çıx-get  və s. Go  feli 
mətbu tərcümədə  məhz bu cür verilmişdir:  keç get. Amma 
onu başqa cür də vermək mümkündür: irəli! (go ahead elə 
belə deməkdir). Bu cür tərcümədə  əmr  şəkli işlənməsə  də, 
əmr modallığı oricinala uyğun şəkildədir. 
Felin  əmr  şəkli bir çox hallarda icbar, vadaretmə 
məqamında, mənasında işlənir. 
Azərbaycan dilçilik ənənəsində  icbar  sözü müəyyən bir 
işi, hərəkəti başqasına gördürmək, etdirmək mənasında 
başa düşülən fel növlərindən birini ifadə edir. Biz burada 
həmin sözdən felin əmr  şəklinin ifadə etdiyi modal 
mənalardan birini bildirmək məqsədilə istifadə edirik. 
İcbar, vadaretmə (olma) modal mənası  əmr, nəsihət, 
tövsiyə və s. deyil; o elə hallara aiddir ki, nəyinsə haqqında 
kiminsə  nəzərinə çatdırılır; rəsmi olaraq o bunu etməyə 
məcbur olmasa da, şəraitə görə, sərfəli olub-olmamasına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə