Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   54   55   56   57   58   59   60   61   ...   99

 
174
deyildir. Üstəlik, bacarmaq feli əsas fellərlə işlənə bilmir. 
Belə bir xüsusiyyət istəmək felində özünü göstərir. İngilis və 
başqa Avropa dillərindəki modal fellərin ifadə etdiyi 
mənalara Azərbaycan dilində fel kateqoriyalarının bəzi 
şəkilləri müvafiq gəlir. Bu dildəki  bilmək felininsə modal 
mənası onun əsas yox, ikinci mənasıdır. 
İngilis dilində modallıq bildirən fellərin sayı təxminən eyni 
göstərilir. F.R.Palmer “Qrammatik şəkil və modallıq” 
əsərində yazır: «İngilis dilində formal olaraq təyin edilə bilən 
modal fellər  şəbəkəsi vardır. Bunlar aşağıdakılardır:  may, 
can, must, ought to, will, shall; həmin şəbəkənin ucqarında 
need  və  dare  yer tutur. Might, could, would və  should  da 
bura aiddir» [201, s.100].  
Will, shall, may, might, can, could, must, ought to, 
should, would, used to, need” kimi köməkçi, yaxud yardımçı 
fellər  əsas fellərlə birləşmədə zaman və  şəkil çaları ifadə 
etmək üçün işlənir. Köməkçi fellərin əsas fellərlə birləşməsi 
feli ifadələr (frazalar) və yaxud feli cərgələr (silsilələr) 
deyilən heyətlər yaradır.  
Bu bölmədə biz çıxış nöqtəsi kimi ingilis dilinin modal 
fellər  şəbəkəsini götürəcəyik.  İngilis dilində modal fellərin 
çox, Azərbaycan dilində isə az olması heç də bu dillərin 
göstərilən aspektdə müqayisəli öyrənilməsi lüzumunu 
aradan qaldırmır. Biz burada konkret ingilis modal fellərini 
nəzərdən keçirəcək və müvafiq modal mənaların 
Azərbaycan dilində hansı vasitələrlə verilməsi imkanlarını 
qeyd edəcəyik. Bu məqsədlə ingilis dili materiallarını 
müxtəlif variantlarda Azərbaycan dilinə  tərcümə edəcək və 
yeri düşdükcə oricinal Azərbaycan dili materiallarından da 
istifadə edəcəyik. Belə bir işin bir əhəmiyyəti də ondadır ki, 
Azərbaycan dilçiliyində modallıq məsələsi yalnız modal 
sözlərin timsalında öyrənilmişdir. 
Biz modallıq kateqoriyasının elə bir sahəsinə daxil oluruq 
ki, ingilis və Azərbaycan dillərində onun ifadə vasitələri 
kateqoriyal baxımdan bir-birinə müvafiq gəlmir. Bunlar ingilis 
dilində modal fellər və Azərbaycan dilində felin modallıq 
bildirən (arzu, lazım, vacib və bacarıq) şəkilləri, bəzi zaman 
formalarıdır. 


 
175
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan dilində modal 
fellərlə yaxın mənalarda işlənən cəmi iki fel vardır: 
bacarmaq  və  bilmək.  Bacarmaq  felinin mənası “qabil 
olmaq”, “qadir olmaq” mənalarına çox yaxın olsa da, onun 
başqa fellərə qoşulub, onların ifadə etdikləri mənalara 
modal məna çaları vermək qabiliyyəti yoxdur. O, yalnız əsas 
fel kimi, özü də adlarla əlaqədar olaraq işlənə bilir. Müq. et: 
Mən bu işi bacarıram/bacarmıram. 
Bilmək  feli isə  həm  əsas fel, həm də köməkçi fel kimi 
işlənə bilir. Məsələn: Mən öz işimi yaxşı  bilirəm.  Mən o 
adamı  görə bilmədim.  Lakin  bilmək  feli modal fel kimi 
işlənsə  də, onun ifadə edə biləcəyi modal mənaların sayı 
çox deyil. Bu səbəbdən  bilmək  feli Azərbaycan dilində 
modallıq kateqoriyasının ifadə vasitələri cərgəsində elə bir 
əhəmiyyətli yer tutmur. Bu heç də o demək deyil ki, 
Azərbaycan dilində modallığın ifadə vasitələri kasaddır. 
Modallığın ifadə vasitələri həm növlərinə, həm də saylarına 
görə olduqca müxtəlif və  rəngarəngdir. Bunlardan birinin 
azlığı o birilərinin çoxluğu ilə tarazlaşır. 
Bu fikri ingilis dilindəki modal fellərin işləndiyi kontekstual 
şəraitləri Azərbaycan dilində verməklə də sübut edə bilərik. 
Modal məna təkcə ayrı-ayrı sözlərlə deyil, onların leksik-
sintaktik əhatəsi ilə də ifadə olunur. Bundan başqa, modallıq 
kateqoriyası dildənxaric gerçəklik, dil kateqoriyalarının 
funksional rəngarəngliyi və ünsiyyətin xüsusi məqsədlərinin 
kəsişməsi, çarpazlaşması yolu ilə təmin olunur.  
Biz bunu ingilis dilində modal fellərin işlənmə 
kontekstlərinin Azərbaycan dili vasitələri ilə verilməsinin 
timsalında bariz şəkildə görürük. 
Shall modal felinin işlənməsi. 
Müasir ingilis dilində  shall  əsasən gələcək zaman 
formalarını  əmələ  gətirən köməkçi fel kimi işlənir. Həmin 
formalarda müəyyən modal məna çaları da qalır.  Shall  feli 
aşağıdakı modal mənaları ifadə edir: 
1. İkinci və üçüncü şəxslərdə işlənən shall feli vəd, hədə-
qorxu və xəbərdarlıq mənasını ifadə edir. 
You  shall have my answer tomorrow “Sən mənim 
cavabımı sabah alacaqsan (vəd)”. 


 
176
He  shall do as I say “Necə  mən deyirəm, o da elə 
eləməlidir (eləyəcək)” (O mən dediyim kimi eləyəcək) (hədə-
qorxu). 
2. Birinci və üçüncü şəxslərlə  əlaqədar  shall  sual 
cümlələrində danışanın müraciət etdiyi şəxsdən göstəriş, 
buyruq gözlədiyini ifadə edir. 
Who  shall meet the delegation? “Nümayəndələri kim 
qarşılayacaq / qarşılamalıdır?”. 
İngilis dilində  shall  feli I şəxs üçün olan İ  və  we 
əvəzliklərinə aid olan sadə  gələcək zamanı ifadə edir. 
Məsələn: Shall we meet by the river? “Biz çayın sahilində / 
yanında görüşəcəyik?” 
II-III  şəxslər üçün will  feli işlənir.  Will  felinin I şəxs üçün 
işlənməsi danışanın iştirakının müəyyənləşdirilməsini ifadə 
edir: We will finish this procect by tonight. “Biz bu işi 
(tikintini) bu (gün) axşam qurtaracağıq”. 
Shall felinin II-III şəxslər üçün istifadə olunması mübtəda 
barəsində müəyyən bir vəd bildirir: This shall be revealed to 
you in good time. “Bu, münasib bir vaxtda sizə göstəriləcək”.  
Shall  və  Will felləri arasındakı  fərq  ‘ll  ixtisar forması 
sayəsində silinir. Həmin forma hər iki modal fel üçün eynidir. 
Azərbaycan dili ilə müqayisədə götürdükdə biz shall 
felinin aşağıdakı xüsusiyyətlərini qeyd edə bilərik. 
Shall  felinə Azərbaycan dilində felin qəti gələcək zaman 
forması müvafiq gəlir. Məsələn: I shall go to the village this 
summer. “Bu yay mən (yaxud: Mən bü yay) kəndə 
gedəcəyəm”. 
Əlbəttə, modallığın növlərindən birini inam, yəqinlik, 
əminlik mənasını hesab ediriksə, demək lazım gəlir ki, məhz 
belə bir məna sadə (yaxud Indefinite)  gələcək zaman 
formasına tamamilə xas olan bir keyfiyyətdir. 
Shall  modal felinin sual məqamında işlənməsi 
ikimənalıdır. O, birincisi, cavab almaq məqsədi güdən sual 
mənası bildirir. Məsələn: Shall I see you tomorrow? “Mən 
sabah səni (yaxud səni sabah) görəcəyəm(mi)?” 
Aydın məsələdir ki, müraciət edilən şəxsin rəyindən asılı 
olaraq bu suala həm “hə”, həm də “yox” cavabı vermək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə