Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   57   58   59   60   61   62   63   64   ...   99

 
183
(AHA, 117) “Qız onun sözünü kəsdi: –Əksinə, 
soruşmalısan. Sənin soruşmağa haqqın var” (AHA. a, 108) 
[O (qız) onun sözünü kəsdi: -Bəli, sən  soruşmalısan
Soruşmağa sənin haqqın var]. 
İkincisi,  should feli əsas fellə birbaşa  əlaqədə  işlənir. 
Məsələn: I should say you’re twenty – eight (AHA. 151) 
“Məncə, yaşınız iyirmi səkkizdən çox olmaz” (AHA. a, 104)  
Demək lazımdır ki, tərcümədə sərbəstliyə yol verilmişdir. 
Cümlə quruluşu və fel formalarını saxlamaqla onu belə 
vermək olar: Mən  deməliyəm ki, sizin iyirmi səkkiz yaşınız 
var (yaxud: …siz iyirmi səkkiz yaşında olarsınız). 
Eyni sintaktik məqamda (ancaq sual cümləsində) should 
feli müxtəlif cür başa düşülməyə imkan verir.  
Should he return to the radar room now? (AHA, 127) “İndi 
radar otağına qayıtsınmı?” (AHA. a, 113)  
Yalnız cümlə  çərçivəsində qalmaqla belə bir tərcümənin 
düzgün olub-olmaması barəsində heç nə demək mümkün 
deyildir. Sual daxili nitqə aiddirsə, onun yuxarıdakı  şəkildə 
verilməsi məqbuldur; sual cavab almaq məqsədi güdürsə 
həmin cümləni bu şəkildə  də vermək olar: “İndi o, radar 
otağına qayıtmalıdırmı?” 
Should felinin sual əvəzliyi ilə işlənməsi cümlədəki qeyri-
müəyyənliyi aradan qaldırır.  “Why should I sign anything?” 
Mrs. Harriet Du Barry Mossman demanded (AHA, 244) “-Nə 
münasibətlə  mən nəyisə  imzalamalıyam?!” (AHA. a, 226). 
Aydındır ki, burada sual feli xəbərə yox, ona aid olan zərfliyə 
(why sual əvəzliyinin müqabilinə) mənsubdur. 
Will və would modal fellərinin işlənməsi. 
İngilis dilində  will  və  would felləri həm tam predikasiya 
vasitələri, həm də modal fellər kimi işlənir.  Will feli bu 
məqamda  əsas (müntəzəm—“regular”) fel kimi işlənə bilir 
(wills, willed). O, bu məqamda “özünü biruzə vermək 
(göstərmək)”, “əmr etmək”, “məcbur etmək”, “təlqin etmək” 
mənasında işlənir. 
Will felinin modal feli kimi iki forması vardır:  will – indiki 
zaman;  would – keçmiş zaman. İ.P.Krılova və Y.M.Qordon 
yazırlar ki, would forması iki qaydada işlənir: a) keçmişdə 
baş vermiş aktual faktı ifadə etmək çün; b) indiki zamanda 


 
184
qeyri-reallığı ifadə etmək üçün yaxud will felinin daha 
yumşaq və nəzakətli forması kimi [191, s.61].  
Müəlliflər  will  və  would fellərini  shall  və  should felləri ilə 
müqayisə edərək, göstərirlər ki, müasir ingilis dilində  shall 
və should felləri iki müstəqil fel kimi təfsir edildiyi halda will 
və would felləri başlıca olaraq paralel şəkildə işlənir; onların 
ilkin mənası da iradi aktdır (istək). Bununla yanaşı,  will feli 
özünün bəzi mənalarında would felinə paralel olaraq işlənib, 
keçmişdə baş verən aktual hərəkəti bildirir. Will başqa 
mənalarında would felindən təcrid olunmuş mövqe tutur. Bu 
elə hallarda özünü göstərir ki, would hal-hazırda real 
olmayan hərəkəti bildirir, ya da will felinin daha yumşaq və 
nəzakətli forması kimi özünü göstərir [191, s.61].  
İ.Rəhimov və T.Hidayətzadə. “İngilis dilinin praktik 
qrammatikası”  əsərində  həmin fellərdən bir ad altında  (will) 
danışırlar və qeyd edirlər kiwill feli niyyət, xahiş, arzu və 
vəd ifadə etmək üçün işlədilir” [39, s.166]. 
Burada vəd mənasına misal olaraq belə bir cümlə verilir: I 
will help you to learn grammar. “Qrammatikanı öyrənməkdə 
sənə kömək edəcəyəm”. Azərbaycanca tərcümə oricinalın 
məzmununu ehtiva edir, amma burada sözlərin sintaktik 
əlaqələnmə üsulu nəzərə alınmamışdır (daha dəqiq desək, 
qismən nəzərə alınmışdır). Ona görə  də biz belə hesab 
edirik ki, həmin cümlənin daha adekvat tərcüməsini 
axtarmaq lazımdır: bizcə, bu belə olmalıdır: “Mən sənə 
kömək edərəm (edəcəyəm) ki, sən qrammatikanı 
öyrənəsən”. 
Arzu mənasına misal olaraq aşağıdakı cümlə verilir: Will 
you go there tomorrow? “Sabah oraya gedəcəksinizmi? – 
“Siz sabah oraya getmək arzusundasınızmı?”. Bizcə, həmin 
cümləni, felin modal mənasını saxlamaqla, belə  tərcümə 
etmək olar: “Siz sabah oraya getmək istəyirsinizmi?”. 
Bizim tərcümədə  istəmək feli özündən qabaq gələn 
getmək feli ilə  işlənir. Ancaq bu cür işlənmə üsulu istəmək 
felindən ötrü yeganə imkan deyildir. Azərbaycan dilində 
istəmək feli cümlənin mübtədası ilə birbaşa  əlaqəyə 
girməklə  də  işlənə bilir. Bu zaman o, köməkçi fel yox, tam 
predikasiya feli kimi özünü göstərir və onun əlaqəyə girdiyi 
fel özündən sonra gəlib,  əmr yaxud arzu şəklində  işlənir. 


 
185
Məsələn, yuxarıdakı cümləni həmin qayda üzrə belə  də 
vermək olar: “Siz istəyirsinizmi ki, sabah ora gedəsiniz?”. 
İ.Rəhimov və T.Hidayətzadə qeyd edirlər ki, nəzakətli 
danışıqda sual cümlələrində will və would fellərindən istifadə 
olunur: Will (would) you open the window? “Zəhmət olmasa, 
pəncərəni açın”. 
Azərbaycanca təcrümədəki 
zəhmət olmasa söz 
birləşməsi nəzakət mənasını kifayət qədər qənaətbəxş ifadə 
edir. Deməliyəm ki, cümlənin oricinalında ona müvafiq gələn 
söz birləşməsi yoxdur. Həmin məna  will felinin işlənmə 
məqamı  və ümumi kontekstdən hasil olur. Amma belə bir 
fakt nədənsə müəlliflərin nəzərindən qaçmışdır ki, 
azərbaycanca tərcümə sual yox, əmr cümləsi  şəklindədir. 
Bizcə, həmin cümləni Azərbaycan dilinə sual cümləsi kimi 
də  tərcümə etmək mümkündür: “Siz, zəhmət qəbul edib, 
pəncərəni açmazsınız (açmazdınız)?”. 
İndi isə  will  və  would fellərinin hər birinin ayrı-ayrılıqda 
işlənməsinə dair daha təfsilatı ilə danışmaq istərdik.  
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, will feli mənşə 
və  məzmunca  would feli ilə bağlı olsa da, işləkliyinə görə 
ondan çox geri qalır. 
Will modal felinin nitqdə işlənməsi məqamlarını nəzərdən 
keçirdikdə ilk növbədə gözə dəyən onun özündən qabaq və 
özündən sonrakı sözlərlə  əlaqələridir.  Əlimizdə olan 
materiallara görə deyə bilərik ki, will feli özündən qabaq 
ikinci və üçüncü şəxslərə aid əvəzliklərdən savayı,  that, 
there, one əvəzlikləri, isimlərlə  işlənir. Bu elə bir mühüm 
linqvistik əhəmiyyət kəsb etmir. 
Dillərarası tipoloci oxşarlıqlar baxımından  will modal 
felinin özündən sonrakı sözlərlə əlaqəsi diqqətəlayiqdir. Biz 
bunlardan tam predikasiyalı felləri,  be, have kimi köməkçi 
felləri qeyd edə bilərik. 
İndi isə will felinin işlənmə məqamlarını həmin ardıcıllıqla 
da nəzərdən keçirək. 
a) Will modal felinin əsas fellərlə işlənməsi: 
We’re taking off more weight, hoping that’ll help (AHA, 
43) “Yükü boşaldırıq ki, bəlkə köməyi dəydi” (AHA. a, 42) 
[Biz bunun kömək edəcəyi ümidilə daha çox yük boşaldırıq; 
yaxud: …bir köməyi olacağına ümid edərək…]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə