Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   58   59   60   61   62   63   64   65   ...   99

 
186
Həmin cümlənin azərbaycanca variantlarını diqqətlə 
öyrənməyə  dəyər. Mətbu tərcümədə budaq cümlə “bəlkə 
köməyi dəydi”  şəklində verilmişdir. Burada bəlkə modal 
sözü köməyi dəydi xəbəri ilə birlikdə icrası gələcəyə aid olan 
hərəkəti, hadisəni bildirir. Həmin xəbərin ifadə olunduğu 
mürəkkəb fel şühudi keçmiş zamandadır. Demək lazımdır 
ki, həmin ifadə  tərzi qrammatik cəhətdən  that’ll help budaq 
cümləsini ehtiva etməsə  də, semantik və üslubi cəhətdən 
onu tamamilə ehtiva edir. 
Bizim təklif etdiyimiz tərcümələrdə feli hissə  “əsas+feli 
sifət” formasındadır; onların ümid sözünün iştirakı ilə əmələ 
gətirdiyi tərkib bir-birinə  bərabər deyildir: bunun kömək 
edəcəyi ümidilə mürəkkəb təyini söz birləşməsi,  bunun bir 
köməyi olacağına ümid edərək feli bağlama tərkibidir. 
Sonuncu variant oricinala daha çox yaxındır. 
Will felinin əsas fellə  işlənməsinə dair daha bir neçə 
misal: 
I believe you’ll get it (AHA, 31) “İnanıram ki, o vəzifəni 
tutacaqsan” (AHA. a, 30) [Mən inanıram ki, sən  onu  əldə 
edəcəksən / ona nail olacaqsan]. 
Aralarındakı üslubi fərqlərə baxmayaraq, hər iki feli 
birləşmə qəti gələcək zaman formasındadır. 
b) Will modal felinin be feli ilə işlənməsi:  
“If anyone can get that airplane moved tonight, Mel 
conceded, it’ll be Coe” (AHA. 33) “Mel dedi: – hə,  əgər o 
təyyarəni yerindən tərpətsə, yalnız Cou tərpədəcək” (AHA. 
a, 32) [Əgər bir kəs bu axşam o təyyarəni yerindən tərpədə 
bilsə – deyə Mel zənn edirdi, – o, Cou olacaqdır (olasıdır)]. 
This advice will be a free sample, but like toothpaste – 
any  subsequent tubes will have to be paid for (AHA, 93) 
“Bu məsləhət reklam edilən ilk diş pastası kimi havayı 
olacaq, ancaq sonrakı  məsləhətdən ötrü pul vermək 
lazımdır” (AHA. a, 91) [Bu məsləhət müftə olacaq, amma – 
diş pastası kimi – hər bir sonrakı  pullu olacaqdır (hər bir 
sonrakına pul vermək lazım gələcəkdir)]. 
Azərbaycanca birinci və ikinci variantlar arasında fərq 
bundan ibarətdir ki, bunların birində haqqı ödəmək bir 
vaciblik kimi qeyd olunur, ikincisində isə  məcburiyyət, 


 
187
zərurət çaları ifadə olunur. Bu baxımdan o, oricinala daha 
yaxındır. 
c) Will modal felinin have feli ilə işlənməsi: 
Will felinin bu cür işlənməsi ilə biz indicə verdiyimiz 
misalda rastlaşdıq. Buna aid bir neçə misal. 
I  believe you will have no difficulty in proving it here 
(AHA, 91) “Ümid edirəm ki, bunu Sizə geniş izah etməyə 
ehtiyac yoxdur” (AHA. a, 89) [Mən inanıram ki, burada bunu 
sübut etməkdə Sizin heç bir çətinliyiniz olmayacaq]. 
Mel said grimly: “Meadowood will  have to suffer” (AHA. 
66) “Mel hiddətlə dedi: -Midouvud əziyyət çəkməlidir!” (AHA. 
a, 65) [Mel qeyzlə dedi: -Midouvud iztirab çəkəsi (çəkməli) 
olacaq!
Həmin bəhsə yekun olaraq qeyd etməliyik ki, ingilis 
dilində  be  və  have fellərinin Azərbaycan dilində müqabilləri 
vardır: bunlar var(dır) predikativi və olmaq felidir. Ancaq 
var/dır predikativi fellərlə yox, adlarla işlənir. Ona görə  də 
ingilis dilindəki  be  və  have fellərinin yuxarıda qeyd olunan 
məqamlarda işlənməsi Azərbaycan dilində ya fellərin sadə 
formaları ilə, ya da olmaq felinin analitik məqamda 
işlənməsində öz ifadəsini tapır. 
İndi isə  would modal feli barəsində.  Əlimizdə olan 
materiallar göstərir ki, bu fel ingilis dilində  will feli ilə 
müqayisədə daha artıq işləklik nümayiş etdirir. O, nitqdə 
həm təklikdə, həm əsas fellərlə birlikdə, həm modal sözlərin 
müşayəti ilə, həm də başqa modal fellərlə birlikdə  işlənə 
bilir. Bunların hər birinin müqabilinin Azərbaycan dilində 
axtarılıb-tapılması  həm nəzəri, həm də praktik əhəmiyyət 
kəsb edir. 
Would felinin tək işlənməsi: 
Everybody voted to get the hell out. I would, too (AHA, 8) 
“Hamı bir səslə bu cəhənnəmdən tezliklə aralanmağa 
tərəfdar çıxdı. Mənə qalsaydı, özüm də belə edərdim” (AHA. 
a, 8) [hər kəs (hamı) bu cəhənnəmi tərk etməyə tərəfdar idi. 
Mən də belə (ed)ərdim]. 
Mətndən gördüyümüz kimi, ingiliscə cümlədə  would 
felinin tək işlənməsi eliptik hadisənin nəticəsidir; o, məzmun 
etibarilə  əvvəlki cümlədəki  to get out əsas feli ilə 
əlaqədardır. Həmin felin (would) Azərbaycan dilindəki 


 
188
müqabilinin bu cür işlənməsi mümkün deyildir. Cümlənin 
azərbaycanca variantında o, edərdim forması ilə verilir. 
Ancaq nəzərə almaq lazımdır ki, modal məna  et- kökü ilə 
yox, onun konkret forması ilə ifadə olunur. O, məhz bu 
şəkildə “would + əsas fel” konstruksiyasına müvafiq gəlir.  
Modallığın bu yolla ifadəsi  would felinin işlənməsi 
sahəsində aparıcı rol oynayır.  Would feli əsas fellə ifadə 
olunan hərəkətin icrasını bir imkan kimi qarşıya qoyur. 
Konkret misallara müraciət edək. 
“What  would happen”, Mel wondered, “if he could reach 
out and touch Cindy now? Would the old magic work”. 
(AHA, 70) “Mel düşündü: “Əgər indicə  çıxıb özünü Sindiyə 
çatdırsaydı, görəsən,  nə olardı? Köhnə sehrli qüvvə  baş 
qaldırardımı?” (AHA. a, 68) [Mel bilmək istəyirdi ki, o indi 
əlini  uzadıb, Sindiyə toxundursaydı,  nə olardı? Köhnə 
möcüzə (sehr) yenə işə düşərdimi? (kara gələrdimi?)
Moreover, it was also agreed that aircraft taking off 
toward Meadowood would almost at once after becoming 
airborne – follow noise abatement procedures (AHA, 10) 
“Bu az imiş kimi, razılığa gəlmişdilər ki, Midouvud səmtə 
qalxan təyyarələr, yerdən aralanan kimi, səslərini azaltmaq 
qayğısına  qalmalıdırlar” (AHA. a, 10) [Bundan başqa 
(üstəlik), razılığa gəlmişdilər ki, Midouvud tərəfə uçan 
təyyarələr – yerdən aralanan kimi – səslərinin azalması 
qaydasına riayət edəcəklər
Only meatheads like us would work in this lousy weather 
(AHA, 45) “Yalnız bizim kimi səfehlər belə  zəhlətökən 
havada işləyər” (AHA. a, 44) [Ancaq bizim kimi kütbeyinlər 
(hərfən: ətbaşlar) belə bir pis havada işləyər (işləyə bilər)
Would modal feli əsas fellərlə inkarda da işlənir. Burada 
Azərbaycan dil təfəkkürü baxımından belə bir cəhət diqqəti 
cəlb edir. Not  ədatı  would modal felinə aiddir, amma 
bütövün mənası,  əsas fellə ifadə olunan hərəkətin icrası 
inkar edilir. Məsələn: 
He made sure the papers would not move around, but 
that the string could move freely under them (AHA, 102) 
“Kağızların çamadanda sürüşməməsi, onların altında ipin 
rahatca tərpənməsi üçün onlara da əl gəzdirdi” (AHA. a, 98) 
[O, arxayın idi ki, kağızlar  ətrafa  səpələnməyəcəklər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə