Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   66   67   68   69   70   71   72   73   ...   99

 
210
Vay, vay, vay! Allah sənə 
lənət eləsin! 
(C.Məmmədquluzadə. Kişmiş oyunu, 93). 
Aman (ay aman, aman allah) nidası 
Aman  nidası öz törəmələri ilə birlikdə  şiddətli qorxu və 
onunla bağlı olan yalvarış, kömək diləmə  məqamlarında 
işlənir. Onları həmin ardıcıllıqla da nəzərdən keçirək:  
1. Aman nidasının qorxu məqamında işlənməsi. 
Ay aman! Vəzir gəlir! (M.F.Axundov. Hekayəti-vəziri-xani-
Lənkəran, 53). 
Ay aman, öldüm allah! (M.Süleymanlı. Dağlar qoynunda 
fırtına, 79). 
Xanıma güllə dəyib, ay aman! (B.Bayramov. Karvan yolu
216). 
2. Aman nidasının yalvarış, köməyə çağırma məqamında 
işlənməsi. 
Ay aman, Heydər bəy, Səfər bəy, Əskər bəy, yetişin, mən 
boğuldum! (M.F.Axundov. Hekayəti-mərdi-xəsis). 
Ay aman, qoymuyun! Mənim gözümün ağı-qarası bircə 
oğlum var! (M.F.Axundov. Hekayəti-xırs-quldurbasan, 72). 
Ay haray, ay aman! Kömək edin, ay allahı sevən, dadıma 
yetişin! (M.F.Axundov. Hekayəti-xırs-quldurbasan, 86). 
Deməliyik ki, aman nidası və onun törəmələrinin mətndə 
qorxu-təlaş  və yalvarış  məqamlarında işlənməsi bir sıra 
hallarda tamamilə  şərti xarakter daşıyır. Yəni, bunlar 
qorxmağa və yalvarmağa elə bir əsas olmadığı hallarda da 
işlənir. Məsələn: 
Aman allah, biliksiz adam nə qorxaq, nə yazıq, nə miskin 
olurmuş? (G.Hüseynoğlu. İşıq və zülmət, 259). 
Aman allah, Xam xəyal. Qeyri mümkün olan şey 
(A.Rzayev. Gürcü familiyası, 46). 
Aman allah, nə çox təpə var burada! (Ə.Nicat. 
Qızılbaşlar, 217). 
Sonuncu nümunədə sadəcə olaraq yüksək dərəcədə 
təəccüb ifadə olunur. 
Haray (ay haray) nidası 
Haray nidası qorxulu şəraitlə  əlaqədar olaraq işlənib, 
köməyə çağırış mənasını ifadə edir. 
Haray naşı əlindən! (Bayatı). 


 
211
Ay haray! Bir neçə  şair, neçə  şair kimilər.  İstəyir 
döndərələr Gəncəyə  Şirvanımızı! (Sabir. Hop-hopnamə, 
128). 
Vaxsey nidası 
Bu, Azərbaycan dilində qorxu və  təlaş  məqamında 
işlənən nidalardandır. O, sözdüzəltmə baxımından və 
işlənmə  məqamına görə  şaxsey nidası ilə bağlıdır.  (Şah 
Hüseyn şaxsey; vay(y)Hüseyn vaxsey). 
Aşura təziyəsi ilə  əlaqədar olaraq meydana gəlmiş bu 
nidalardan ikincisinin (vaxsey)  işlənməsi daha geniş vüsət 
almışdır. 
Vaxsey! Bəs mənim pullarım?! (Ü.Hacıbəyov. O olmasın, 
bu olsun, 530). 
Vaxsey! Balta əlini apardı kişinin! (E.Əfəndiyev. Talvar, 
103). 
Heyfsilənmə, təəssüflənmə modal mənası ilə  əlaqədar 
olan nidalar:  
Bura heyf(hayıf), əfsus (ki), təəssüf (ki) sözləri aiddir. 
Heyf (hayıf) nidası 
Həmin variantlardan birincisi ədəbi dilə, ikincisi isə 
danışıq dilinə məxsusdur. 
Heyf (hayıf) nidası  həm müstəqil olaraq, təcridolunmuş 
şəkildə, həm də cümlənin müəyyən ünsürləri ilə  əlaqəyə 
girərək işlənir. 
1. Heyf nidasının müstəqil olaraq işlənməsi. 
Tfu, nə fəlakətdir bu?! Heyf, heyf! (M.Süleymanov. Yerin 
sirri, ). 
-Heyf, heyf, -o, naümid bir halda pıçıldadı 
(M.Süleymanov. Dağlar qoynunda fırtına). 
Heyf nidası ki bağlayıcısı ilə də işlənir. 
Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası hayıf 
ki, yoxdur! Ucu tər cığalı siyah tellərin hərdən tamaşası, 
hayıf ki, yoxdur! (M.P.Vaqif. Əsərləri, 110). 
Heyf ki,  xətrinə  dəyə bilmirəm, deyərdim ki, bu “siz”, 
“biz”lə ətimi tökmə (B.Bayramov. Cıdır düzü, 30). 
Heyf ki, Əlibala yoxdur (M.Süleymanov. Dağlar qoynunda 
fırtına). 


 
212
Heyf nidasının ifadə etdiyi heyfsilənmə  mənasının 
daha intensiv çalarını bildirmək üçün «çox» ədatından 
istifadə olunur: 
Heyf, çox heyf ki, bizim millət peyğəmbər buyruğuna da 
əməl etmir belə (N.Nərimanov. Nadanlıq). 
2.  Heyf sözünün başqa sözlərlə  əlaqədar olaraq 
işlənməsi. 
Bu halda heyf sözü əlaqəyə girdiyi sözün ya yönlük, ya 
da çıxışlıq halda olmasını tələb edir. Məsələn: 
Hayıf o dağlara! (Əfqan. Həsrət də bir vüsaldır, ). 
Heyf ana südünə, heyf! (B.Babanlı. Həyat bizi sınayır, 
389). 
Heyf, çox heyf qayğısız, kədərsiz uşaqlıq çağlarından! 
(S.Qədirzadə. Kəndimizdə bir gözəl var). 
Heyf ondan, heyf! (H.Abbaszadə. Uzaqdan gələn qonaq). 
Biz burada istər modallıq, istər mətndə nidaların 
işlənməsi, istərsə də Azərbaycan dilinin sintaksisi baxımdan 
maraqlı bir hadisəyə toxunmaq istəyirik. Bu, heyf sözünün 
təkrar işlənməsi ilə bağlıdır. Onun təkrar olaraq işlənməsi 
başqa nidaların (məsələn, müq.et: bəh-bəh-bəh  və s.) 
təkrar-təkrar işlənməsinin eyni deyildir. Bu, məhz sintaktik, 
məsafəli təkrardır və  məhz heyfsilənmə bildirən nidalarla 
əlaqədar olaraq özünü göstərir. O, eyni zamanda 
emosionallıq ifadəsinə xidmət edir. 
Əfsus nidası 
Həmin nida iki şəkildə  işlənir: həm təklikdə, müstəqil 
şəkildə, həm də  ki bağlayıcısı ilə birlikdə. Hər iki variant 
ədəbi dilə məxsusdur. 
Əfsus, qocaldım, ağacım düşdü əlimdən (Sabir). 
Əfsus! Artıq gecdir, zavallı! (A.Rzayev. Zəncir, 118). 
Əfsus, bu aləmdən hələ uzaqdır (Qabil. Seçilmiş əsərləri
203). 
Əfsus ki, yar qeyrisinin aşinasıdır (C.Cabbarlı. Nəsrəddin 
şah). 
Əfsus ki, qadının gözlərindəki ifadəni  Əkrəm oxuya 
bilməyəcəkdi (S.Qədirzadə. Kəndimizdə bir gözəl var, 16). 
Ancaq,  əfsus ki,  şərti zəng indi vurulmuşdu (Z.Ağayev. 
Dünyanın düz vaxtı, 56). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə