Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   64   65   66   67   68   69   70   71   ...   99

 
204
Bah, bah! Böyük adamın arvadıdır! (Ə.Haqverdiyev. 
Seçilmiş əsərləri, 49) – təəccüb, istehza. 
Bah!.. Bah!.. Kişi! –deyə o, fərəhlə gülüb qoluma girdi 
(İ.Əfəndiyev. Sarıköynəklə Valehin nağılı, 12). 
Pəh/pah variantı 
Pəh, pəh, maşallah, nə göyçək qızdır, -deyə Xankişi 
Məlahətin alnından öpdü (S.S.Axundov. Təbrik, 14). 
Pəh-pəh! Sağ ol! Afərin! (S.Qədirzadə. S.Ə, 44). 
Pəh-pəh!.. 
Nə 
ləzzətli qovurmadır! (M.Qocayev. 
Gecələrin mahnısı, 34). 
Misallardan göründüyü kimi, həmin nida üçün cümlənin 
başında gəlmək daha xarakterikdir. Bununla yanaşı, o 
cümlənin axırında da gəlir: 
Bəli, Soltan bəyin qızı bir gədəyə aşıq olub, pəh-pəh-pəh! 
(Ü.Hacıbəyov. Arşın mal alan, 604). 
Pah, pah, gözünə dönüm, a hökumət! (Mir Cəlal. Ayaz, 
281). 
Qeyd etmək lazımdır ki, həmin nidanın tək yaxud 
təkrarlanaraq işlənməsi müəyyən məqamlarda  əhəmiyyət 
kəsb edir. Belə ki, təklikdə o, etiraz, təəccüb, istehza 
mənasında işlənir: 
Pəh! Çox elə böyük adamsız! (B.Babanlı. Vicdan 
susanda, 128). 
Həmin qrupa o, oh, aha, oho nidalarını da aid etmək olar. 
O! nidası 
Təəccüb bildirən bu nida danışanlardan birinin o birisinin 
sözünə qüvvət verməsi məqamında işlənir. Məsələn: 
O! Faiq əfəndi ilə Hüseyn Minasazovun yazılarını mən də 
əlahiddə bir həvəslə oxuyuram (B.Bayramov. Karvan yolu, 
646). 
Oh nidası 
Həmin söz etimoloci cəhətdən, yəqin ki o və oho nidaları 
ilə bağlıdır. 
Oh,  Şəmsiyyə xanım, darıxmaq nədir? Belə bir tanışlıq 
üçün təşəkkür edirəm (M.İbrahimov. Gələcək gün, 242). 
-Oh!  “Qoç” lülə ürəyə  qız keçməz! -deyə  qəhqəhə ilə 
güldü (Y.V.Çəmənzəminli. Qızlar bulağı, 29). 


 
205
Mətndən göründüyü kimi, oh nidası etiraz məqamında 
işlənmişdir, amma etiraz bir növ xoşagəlimli, dostluğa, 
mehribançılığa xidmət edən etirazdır. 
Oho variantı 
Təəccüb bildirən bu nida mənşə etibarilə  aha nidası ilə 
bağlıdır.Biz burada mənşə etibarilə deyərkən bir sözün 
şəkilçiləşmə yolu ilə başqa sözdən törəməsini deyil, sait və 
samit dəyişməsi yolu ilə sözlərin müxtəlif variantlarının 
meydana gəlməsini nəzərdə tuturuq. 
Oho!  Sən fəlsəfəyə keçdin, əmiqızı  (İ.Əfəndiyev. Bahar 
suları, 183). 
Oho… Demək, məsələni sənə bu şəkildə çatdırıblar 
(S.Qədirzadə. Ülkər Aytəkin, 190). 
Oho,-Covanni ucadan dedi, -Martimonio?(H.Abbaszadə. 
Uzaqdan gələn qonaq, 105). 
Oho! heç inanmazdım ki, uzaq Berlində bakılı professorla 
rəqs edəcəyəm (Z.Ağayev. Dünyanın düz vaxtı, 10). 
Oho, lap qiymətini də bilir ki! (Ə.Hacızadə. dünyanı tanı, 
253). 
-Oho!.. -mən süni təəccüblə gözlərimi bərəltdim 
(İ.Hüseynov. Tütək səsi, 115). 
Verilmiş bütün misallarda oho nidası  təəccüb, heyrət 
məqamında işlənmişdir. Aşağıdakı misalda həmin məna 
qalmaqla yanaşı, yüngülcə məzəmmət mənasında öz əksini 
tapmışdır. 
Oho!  Nə böyük yerdən yapışıb sənin bu qızın?! 
(Ə.Hacızadə. Dünyanı tanı, 253). 
Aha nidası 
Bu nidanın işləndiyi modallıq kontekstinin növləri çoxdur. 
O, təəccüb, heyrət, sevinc, istehza, yadasalma (xatırlama) 
və s. kimi məqamlarda işlənir. Məsələn: 
Aha, budur birisi əlindəki qazançanı yellədə-yellədə gəlir 
(C.Əlibəyov. Vida görüşü, 260) – təəccüb mənası. 
Aha,  deməli belə! Yəqin, bunlar çoxdan dost imişlər 
(N.Nağıyev. Həsrət, 133) – zənn, güman mənası. 
Aha!  deməli, Vüqar Şəmsizadə? (V.Babanlı. Vicdan 
susanda, 19) – zənn, güman mənası. 
Aha,  dayanın, dayanın, yadıma gəldi. Mən ondan 
soruşdum ki, nə vaxtdan Ərəstun qız adı olub? 


 
206
(H.Seyidbəyli. Cəbhədən-cəbhəyə, 77) – xatırlama, 
yadasalma mənası. 
Narazılıq, kədər modal mənasını ifadə edən nidalar:  
Bura ah, ax və eh sözlərini aid etmək olar. 
Ah nidası 
-Ah,  dovşan, - deyə içini çəkib, yerində  hərləndi, -tüfəng 
olsaydı, atardıq, -dedi (Y.V.Çəmənzəminli. Studentlər, 151). 
Burada  ah nidasının işlənməsi tüfəngin olmaması ilə 
bağlıdır. Danışanın əhval-ruhiyyəsi onun içini çəkməkdən də 
bilinir. Ancaq nidanın işlənmə  məqamı heç də  həmişə bu 
cür aydınlıqla mətndə öz əksini tapmır. Məsələn: 
-Ah, Rüstəm bəy! –deyə Rüstəm bəylə görüşdü 
(Y.V.Çəmənzəminli. Studentlər, 153). 
Ah, yuxuya qalmısınız (Y.V.Çəmənzəminli. Studentlər, 
24). 
Hə, yazmaq lazımdır, yox, ah,  ilahi, dəli olacağam, dəli 
olacağam (Z.Ağayev. Beş günün intizarı, 93) – iztirab 
mənası. 
Ah, bu nə deməkdir, ilahi?!. Mənə  nə olub?! (G.Fəzli. 
Yeddi ulduzlu səma, 7) – heyrət, təşviş, iztirab mənası. 
Ah, bu farsçılıq, bu farspərəstlik, -dedi, -nə çirkin bir 
fikirdir! (M.İbrahimov. Gələcək gün, 300) – narazılıq, qəzəb 
mənası. 
Ah,  mənim Yusifdən xoşum gəlir (Z.Ağayev. Dünyanın 
düz vaxtı, 12) – məmnunluq, həyəcanlanma mənası. 
Bizim materiallar içərisində  ah  nidasının müəyyən fono-
semantik çalarla işlənməsinə  də  təsadüf olunur. Bu, iki 
şəkildə özünü göstərir: a saitinin uzun tələffüz olunması və h 
samitinin sürəkli, davamlı tələffüz olunması şəklində. Bunlar 
modallığın fonetik ifadə vasitələri hesab oluna bilər. 
Yadımıza salaq ki, bu qəbildən olan nümunələrə bir qədər 
yuxarıda da rast gəlmişik. 
Rəis sərin kompotu birnəfəsə başına çəkib, ürəkdən bir 
aaah” elədi, dodaqlarını yalayıb, ortalığa dedi (Z.Ağayev. 
Beş günün intizarı, 3). 
Ahhh!  Mən də deyirəm, nəyə  işarə eləyirsiniz 
(Y.V.Çəmənzəminli. Studentlər, 136). 
Ax variantı 
Həmin nida da narazılıq, iztirab məqamlarında işlənir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə