Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   62   63   64   65   66   67   68   69   ...   99

 
198
Did  you  have to wait for long him? “Sən onu uzun 
müddət (çox) gözləməli oldun? / Sənə onu çox gözləmək 
lazım gəldi?”. 
2) İnkar cümlələrində to have to lazımsızlıq, lüzumsuzluq 
modal mənasını ifadə edir. Məsələn:  
You  don’t have to go there. – Sən oraya getməməlisən 
(Sənin oraya getməyinə lüzum yoxdur).  
Qeyd etmək lazımdır ki, must modal feli inkar formasında 
qadağan modal mənasını bildirir. Məsələn:  
You  mustn’t go there. – Sən oraya getməməlisən (Sənə 
oraya getmək olmaz).  
İngilis danışıq dilində  zərurət, öhdəçilik modal mənası 
have (has) got to birləşməsi ilə  də verilə bilər.  To have to 
modal feli kimi o da sadə  məsdərlə (Simple Infinitive) 
birləşib bütün növ cümlələrdə  işlənmək keyfiyyətinə 
malikdir. Məsələn:  
He has got to go there.  
Has he got to go there?  
He hasn’t got to go there.  
To be to modal feli 
To be to modal fel kimi iki formada işlənir: indiki zamanın 
qeyri-müəyyən və keçmiş zamanın qeyri-müəyyən 
formalarında. Məsələn: 
We  are (were) to start off at dawn “Sübh tezdən (səhər 
erkən) biz yola düşürük (düşəcəyik)) ...düşməli idik”. 
To be to aşağıdakı modal mənaları ifadə edə bilir: 
1.  İrəlicədən olan sazişə  (şərtləşməyə)  əsaslanan borc 
(öhdəçilik, vəzifə) mənasını. 
He  is to arrive tomorrow “O sabah gəlir (gələcəkdir / 
gəlməlidir) gələsidir” (Bu cür şərtləşmişlər). 
The information was that stewardesses were issued 
almost no change, sometimes non, and where a stewardess 
conuld not make change, her instructions were to give the 
passenger his or her drinks free (AHA, 190), “Məsələ 
burasındadır ki, əgər stüardessalar sərnişin pulunun qalığını 
qaytara bilmirdilərsə, qaydaya görə, içkini pulsuz 
verməliydilər”) (AHA. a, 176). 
Who is to arrange the meeting “İclası kim təşkil eləyəcək? 
eləməlidir? 


 
199
2. Əmretmə, sərəncamvermə (çox vaxt rəsmi şəkildə) 
mənasını. 
The students are to hand in their course papers by the 1
st
 
of May “Tələbələr öz kurs işlərini mayın 1-dək  təhvil 
verməlidirlər”
3. Qaçılmaz fakt mənasını. 
He knew at the time that he was  never  to see his son 
again “O vaxt o bilirdi ki, öz oğlunu bir də görmək ona nəsib 
(qismət) olmayacaq”. 
4. Şəraitlə bağlı olan imkan mənasını. 
Where  is he to be found “Onu harda tapmaq olar / 
mümkündür?” 
Dare modal feli.  
Dare feli də  həm  qüsurlu (defective), həm də  düzgün 
(regular) fel kimi işlənə bilir.  
1) Qüsurlu Dare feli indiki və keçmiş zaman formalarında 
“bir işi görməyə  cəsarət etmək” mənasını bildirir. Onun 
işlənmə dairəsi çox məhduddur. Müasir ingilis dilində  dare 
modal feli how sözü ilə başlanan sual və inkar cümlələrdə 
işlənir. Məsələn:  
How dare you talk to me like that? – Sən mənimlə bu cür 
danışmağa necə cəsarət (cürət) edirsən?  
He  dared not look at her. – O (kişi) ona (qadına) 
baxmağa cürət eləmədi. 
Dare feli təsdiq cümlələrdə  də, xüsusən birinci şəxsin 
təkində tez-tez işlədilir. Bu məqamda o, güman modal 
mənasını ifadə edir və Azərbaycan dilinə  şəxs  əvəzliyi və 
əsas fellə birlikdə  “Güman edirəm”  şəklində  tərcümə edilir. 
Məsələn:  
“I dare say you are dull at home”, he said (C.Galsworthy). 
– “Güman edirəm ki, sən evdə kütsən”, o dedi.  
2) Dare düzgün (regular) fel kimi işlənərkən şəxslər üzrə 
dəyişir, keçmiş zamanın qeyri-müəyyən forması -ed şəkilçisi 
ilə düzəlir (dared), məsdər formasında to ədatına malik olur 
(to dare), indiki zaman feli sifəti  -ing  şəkilçisi ilə düzəldilir 
(daring), felin mürəkkəb zaman formalarında işlənə bilir, 
sual və inkar formaları  to do köməkçi feli vasitəsi ilə 
düzəldilir. Məsələn:  


 
200
How does she dare to return home so late. Why didn’t 
you dare it before? (C.London)  
O, evə belə gec qayıtmağa necə  cəsarət edir. Sən 
əvvəllər buna niyə cürət etmirdin.  
Misallardan da göründüyü kimi, Dare feli Azərbaycan 
dilinə  əsasən  “cəsarət etmək”, “cürət etmək” felləri ilə 
tərcümə olunur.  
Beləliklə, biz görürük ki, Azərbaycan dilində Avropa 
qrammatik  ənənəsində başa düşülən mənada modal fellər 
olmasa da, müvafiq modal mənaların ifadə vasitələri 
istənilən qədərdir. Hətta bir modal mənanı bir neçə  şəkildə 
ifadə etmək imkanı vardır. 
 
2.4.  İngilis və Azərbaycan dillərində modallığın 
sintaktik ifadə vasitələri. 
Modallığın sintaktik ifadə vasitələrindən danışmaq 
olduqca ümumi və şərti xarakter daşıyır. İş burasındadır ki, 
modallığın xüsusi olaraq sintaktik ifadə vasitələri vardır. 
Burada yenə leksika və morfologiyanın bir sıra xarakterik 
ünsürləri iştirak edir. O biri tərəfdən, bunu da nəzərdən 
qaçırmaq olmaz ki, həmin ünsürlər məhz müəyyən sintaktik 
kontekstdə modallığın ifadə vasitələri kimi özünü göstərir. 
Belə bir sintaktik fon olmadan onların modallığın ifadə 
vasitələri funksiyasından danışmaq mümkün deyildir. 
Bununla yanaşı, modallığın leksik və morfoloci vasitələri 
konkret cümlə tipləri ilə bağlıdır. Ona görə  də bunların 
nəzərdən keçirilməsi müəyyən seçmə əməliyyatı tələb edir. 
Məsələn,  ədatların və ara sözlərin (modal sözlərin) ifadə 
etdiyi modallıq istər məzmun, istərsə  də ifadə baxımından 
fərqli cəhətlər nümayiş etdirir. Odur ki, modallığın ifadə 
vasitələrinə görə  nəzərdən keçirilməsi heç də lüzumsuz bir 
məşğələ deyildir və özünü doğruldur. 
Bundan başqa, belə bir cəhəti də qeyd etmək vacibdir. 
Biz bu tədqiqatın  əvvəlki hissələrində  də gördük ki, 
Azərbaycan və ingilis dillərinin materialları müəyyən 
modallıq kateqoriyaları  çərçivəsində heç də  bərabər yer 
tutmur. Eyni vəziyyəti modallığın sintaktik ifadə vasitələri 
sahəsində də müşahidə edirik. Modallığın ədat və nidalarla 
ifadə üsullarını dillərarası birbəbir müqayisə üsulu ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə