Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   65   66   67   68   69   70   71   72   ...   99

 
207
Ax,  Aida, sən də buradasan? (M.İbrahimov. Madrid, 
129). 
Ax, nankor! (V.Babanlı. Vicdan susanda, 314). 
-Ax, namərd, -deyərək, atından yerə sərildi (M.İsmayıl. İki 
od arasında) – qəzəb, ağrı-acı məqamı. 
Ax,  bu nə  bəladır, özümü saldım! (C.Cabbarlı. Solğun 
çiçəklər, 61) – iztirab mənası. 
Yuxarıdakı misallarda ax  nidası az-çox ah  nidasından 
fərqli məqamlarda işlənmişdir. Ancaq onun ah nidası ilə tam 
uyğun gələn məqamlarda işləndiyini də görürük: 
Ax,  nə yaxşı oldu, yamanca düşmüsən  əlimə 
(H.Seyidbəyli. İ.Qasımov. Cəbhədən-cəbhəyə, 41). 
Ax, Turac, görəsən, doğrudur? (İ.Əfəndiyev. Bahar suları, 
174). 
Ax,  nə ola, indi ikisini də atalar bayıra! (Ə.Əbdülhəsən. 
Sədaqət, 234). 
Ax,  ləkfə gedib anama xəbər verəcək! (M.F.Axundov. 
Hekayəti-müsyö Cordan, 27). 
Ax,  məlunlar! Yəqin, quldurdurlar, at qovub-gətirib, 
keçirmək istəyirlər (M.F.Axundov. Hekayəti-mərdi xəsis). 
Ox nidası 
Belə düşünmək olar ki, həmin nida ax nidası ilə variantlıq 
münasibətindədir. O, ah və ax nidalarından az işlənib, yeni 
bir nidanın əmələ gəlməsində iştirak edir: oxqay. 
Ox, onu öldürdülər (C.Cabbarlı. Oqtay Eloğlu, 229). 
Məna etibarilə qeyd olunanlara yaxın olan məqamda  eh 
nidası da işlənir. Danışıq dilində onun əh variantına da 
təsadüf olunur. Eh nidasının kədər, etiraz mənalarından 
savayı, bezmə, bezikmə  məqamlarında da işləndiyini 
görürük. Məsələn: 
Eh,  neynirəm varı, ay bala, bir bığıburma  ərim olsaydı, 
onların hamısına dəyərdi! (İ.Şıxlı. Dəli Kür, 77). 
Eh, 
vallah, mən bir qəpik pula dəymərəm 
(C.Məmmədquluzadə. Danabaş kəndinin əhvalatları, 311). 
Eh, tanrının bir ucuz ölümü də yoxdur ki, ölək-qurtaraq! 
(Y.V.Çəmənzəminli. Qan içində, 328). 
Bütün bu misallarda eh  nidası  kədər, narazılıq 
məqamlarında işlənmişdir. Aşağıdakı nümunələrdə isə o, 
təəccüb, narazılıq, etiraz məqamlarında işlənir. 


 
208
Eh!  İnsanların təbiəti çox mürəkkəbdir! (S.Qədirzadə. 
Ülkər Aytəkin, 138). 
Eh,  nə qoyub, nə axtarırsan?! (Ə.Babayeva. Anadil 
ağlayırdı, 12). 
Eh, kimdir onlara inanan? (Z.Ağayev. Beş günün intizarı, 
32). 
Eh nidası sırf təəccüb məqamında da işlənir. 
Eh,  məsələni, gör, haradan başlayıb, hara gətirdik?! 
(V.Babanlı. Həyat bizi sınayır, 16). 
Eh,  necə axmaq işlər olur bu dünyada! (G.Fəzli. Yeddi 
ulduzlu səma, 37). 
Eh nidası emfatik məqamda da işlənir: 
Ehh,  doğrudan, qəribə adamsınız (V.Babanlı. Vicdan 
susanda, 45). 
Of / uf nidası 
Bu nida həm fiziki, həm də mənəvi əzab, əziyyət, iztirab 
bildirmək məqamlarında işlənir. Məsələn: 
Of… bu zəhrimar yara məni lap öldürür (H.Mehdi. 
Şöhrət). 
Of, nə iş tuturam?.. (S.Vurğun. Vaqif). 
Aşağıdakı nümunələrdə qeyd olunan modal məna ilə 
yanaşı, darılma, bezikmə çalarının da ifadəsini görürük. 
Uf, nə istidir… Uf, lənətə gələsiniz. Uf, əl çəkməzlər. Çarə 
yoxdur (M.F.Axundov. Hekayəti-Molla İbrahim Xəlil). 
Qorxu, təlaş modal mənası ilə əlaqədar olan nidalara vay, 
aman/ay aman/, haray/ay haray/, vaxsey sözləri aiddir. 
Vay nidası 
Həmin nida mənşə etibarilə vay ismi ilə bağlıdır. Müq.et: 
Toyda oynamaz, vayda ağlamaz (Zərb məsəl). 
Vay  ismi matəm, hüzn təsəvvürləri ilə assosiasiya 
yaradır. Həmin məna çaları modal mənalarda da qalır. Vay 
nidası qorxu, təlaş, ağrı,  əzab, nifrət, ikrah kimi modal 
mənalarla  əlaqədar olaraq işlənir. O həm tək, həm də 
təkrarlanaraq işlənə bilir. 
Vay nidası aşağıdakı modal mənaları müşayiət edir. 
1. Əzab, ağrı, iztirab modal mənasını. 
Vay!.. Vay! Bədənim başladı gicişməyə  (İ.Əfəndiyev. 
Sarıköynəklə Valehin nağılı, 232). 


 
209
Vay,  yeriyə bilmirəm. Ayaqlarım tutulub, başım 
gicəllənir (Ə.Hacızadə. Dünyanı tanı, 267). 
2. Qorxu, təlaş modal mənasını. 
Vay,  qoymayın, müsəlmanlar! (M.Cəlal. Dirilən adam, 
43). 
Vay,dədəm 
vay! 
İlahi, bu nə müsibətdir?! 
(M.Süleymanov. Fırtına, 200). 
Verilmiş nümunələrdən göründüyü kimi, vay nidası 
işləndiyi mətndə müvafiq situasiyanı bildirən sözlərlə 
müşayiət olunur. Vay nidası azərbaycanlılar, xüsusən də 
azərbaycanlı qadınlar tərəfindən işləndikdə müvafiq 
cestlərlə, əl hərəkətləri ilə (dizə vurmaq, başa vurmaq və s.) 
də müşayiət olunur. Məsələn: 
-Vay!  -deyə Sevinc dizlərinə vurdu (O.Salamzadə. 
Gqapısı, 110). 
Başa, dizə vurmaq hərəkəti sonsuz qəm, kədər 
bildirməyə xidmət edir. 
3. Rəhmetmə, mərhəmət modal mənasını. 
Vay, yazıq yetim! (V.Babanlı. Vicdan susanda, 310). 
4. Təəccüb, heyrət, etiraz modal mənasını. 
Vay,  Allah səni yox etsin, gör nə murdar səsi var! 
(S.S.Axundov. Nurəddin, 28). 
Vay,  köpək oğlu, gör, necə and içdi! Yox, bu, 
düşmənçilikdir! (N.Nağıyev. Həsrət, 175). 
Vay,  iraq olsun, bu nədir? (S.Qədirzadə. Ülkər Aytəkin, 
188). 
5. Nifrət, hədə-qorxu modal mənasını. 
Vay, Allah səni öldürsün! Bu nə sözdür! (A.Şaiq. Bir saat 
xəlifəlik). 
Vay, Ala pişik, Vay, Qara pişik! (Uşaq şeri). 
Vay nidası  dədə, nənə, qardaş  və s. sözlərlə birbaşa 
əlaqədə işlənir. 
Vay, dədəm vay, ay  şah, başına dönüm, sənə qurban 
olum, mənə yazığın gəlsin! (Ü.Hacıbəyov. Yuxuda, 494). 
Artıq qeyd etdiyimiz kimi, vay nidası  təkrarlanaraq da 
işlənir. 
Vay-vay-vay! A kişi, bu nə üst-başdır, bu nə əl-ayaqdır?! 
(H.Sarabski. Köhnə Bakı, 194). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə