Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   63   64   65   66   67   68   69   70   ...   99

 
201
araşdırmaq mümkün deyildir. Burada olsa-olsa yalnız 
ümumi kateqorial miqyasda müqayisədən söhbət gedə bilər. 
Deyilənlərə bunu da əlavə etmək istərdik ki, ədat və nidalar 
sahəsində Azərbaycan və ingilis dilləri üzrə bizim materiallar 
kəmiyyət etibarilə  də  bərabər deyildir: birincilər çox, 
ikincilərsə azdır. Belə bir vəziyyət bizim ümumi 
qənaətlərimizə də təsir edir. 
 
2.4.1. Azərbaycan dilində modallığın sintaktik ifadə 
vasitələri.  
Modallığın sintaktik ifadə vasitələrindən bəhs edərkən biz 
aşağıdakı ardıcıllığa riayət etmək fikrindəyik: 
1. Modallığın nidalarla ifadəsi. 
2. Modallığın ədatlarla ifadəsi. 
3. Modallığın ara sözlər, ara cümlələr,  əlavə sözlər və 
əlavə cümlələrlə ifadəsi. 
Həmin ardıcıllıq müvafiq ifadə vasitələrinin modallıq 
kateqoriyasını ifadə etməkdə oynadığı rolla müəyyənləşir. 
Belə ki, məsələn, nidalar modallığın birbaşa ifadəsində 
iştirak etməyib, müvafiq modal məna fonunda danışanın 
əhvali-ruhiyyəsini, cümlənin məzmununa emosional 
münasibətini bildirir. 
Ədatlar nidalara nisbətən cümlə, mətnlə daha üzvi 
surətdə bağlıdır. Onlar hansı isə cümlə üzvünə, ya da 
bütövlükdə cümləyə “bənd edilərək”, modal mənanın 
ifadəsində iştirak edirlər. 
O ki qaldı ara söz və cümlələr,  əlavə söz və cümlələrə, 
bunlar artıq cümlə  və  mətnin zəruri olmasa da, fakultativ 
tərkib hissələri kimi özünü göstərir. 
1. Modallığın nidalarla ifadəsi. 
Nidaların ifadə etdiyi “hiss və  həyəcan” tipləri 
rəngarəngdir. Bunlar içərisində emosional münasibət 
bildirən nidalardan aşağıdakıları qeyd edə bilərik.  
Təəccüb modal mənasının ifadəsi: 
Bıy, buy, boy, bay nidası. 
Həmin nida əsasən təəccüb, bəzən də sevinc mənası 
ifadə edir. Bıy, buy variantları çox, boy, bay variantları isə az 
işlənir. Bundan başqa, həmin nida tək, cüt və s. variantlarda 
da işlənir.  


 
202
Həmin mənanı variantlar üzrə nəzərdən keçirək. 
Bıy variantı. 
Bıy …  Qəzetdə  nə yazırsınız, siftəsini mən oxuyuram 
(S.Qədirzadə. Ülkər Aytəkin, 106) – təəccüb, etiraz. 
Bıy, boyuna qurban, gəlibsənmi? Bə niyə dinmirsən?! 
(İ.Şıxlı. Dəli Kür, 79) – təəccüb, sevinc. 
Bıy nidasının təkrarən işlənməsi daha artıq intensivliyə, 
emosional təsirə (həyəcana) işarə edir. Məsələn: 
Bıy, bıy, başıma xeyir, ay qız, deyəsən, bizi bəxtəvərliyə 
salacaqsan yatmaq nədi?! (İ.Şıxlı. Dəli Kür, 74). 
Buy variantı 
Həmin variantın işlənmə  məqamı eynən  bıy variantında 
olduğu kimidir. Məsələn: 
Buy,  şair, Sizsiniz?! Mənim bu kasıb komama xoş 
gəlmisiniz! (Ə.Babayeva. Səni axtarıram, 34). – təəccüb, 
sevinc. 
Buy, ay Həmid sənsənmi?! – dedi, - keç içəri 
(M.Süleymanlı. Yel Əhmədin bəyliyi, 250) – təəccüb, sevinc. 
Buy variantı təkrarən də işlənir: 
Buy! Buy! Sən nə danışırsan! (S.Qədirzadə. S.Ə, 120). 
-Buy! Buy! - deyə guya təəccüblənmiş  Kəklik Bayramı 
aralamaqdansa, lap kişinin çənəsinin altına girdi 
(M.Qocayev. Gecələrin mahnısı, 90). 
Bizə belə  gəlir ki, buy  və  boy variantlarının işlənməsi 
daha çox qadın nitqinə xasdır. Amma bu faktın tam 
qətiyyətlə qoyulmasının əlavə materiallara ehtiyacı vardır. 
Boy variantı 
Boy… Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ 
sap… (E.Əfəndiyev. Şuşaya duman gəlib, 116). 
Bay variantı 
-Bay  səni, - dedi və qar-boranın fironluq elədiyi bu 
məqamda doluxsundu (E.Əfəndiyev. Qış nağılı, 91). 
Buy variantının fonetik dəyişikliyi təkcə saitlərin 
əvəzlənməsi, müxtəlifliyi ilə  məhdudlaşmır.  Əlimizdə olan 
materiallar içərisində son samiti cütlənmiş (ikiləşmiş) 
variantla da qarşılaşırıq. Bu, modallığın fonetik ifadə 
vasitələrinin bir nümunəsi hesab edilə bilər: 
Buy-y! Kişidə üzə bax, ey! (N.Nağıyev. Həsrət, 134). 
Baho/paho nidası 


 
203
Həmin nida bıy nidası ilə müqayisədə təəccübün daha 
yüksək dərəcəsini (heyrəti) bildirir. Məsələn: 
Baho! Siz yenə mültəfit olmadınız! (C.Cabbarlı. Vəfalı 
Səriyyə, 35). 
Baho… Onda lap axşama düşəcəyik (S.Qədirzadə. Ülkər 
Aytəkin, 35). 
Bizə belə  gəlir ki, baho  və  paho variantlarının işlənmə 
məqamları arasında müəyyən qədər fərq vardır:  paho 
heyrətin daha artıq dərəcəsini ifadə edir. 
Paho!.. Xalacıq, bu çox bahadır, qarpıza beş şahı vermək 
student cibinə yaraşmaz (Y.V.Çəmənzəminli. Studentlər, 
40). 
Paho! – qaşqabağını salladı, - indi biz ona nə cavab 
verəcəyik?! (S.Qədirzadə. Ülkər Aytəkin, 214). 
-Paho! – deyə Gülyaz içini çəkdi, -nə gözəl qızdır, nə 
qəşəng qızdır, necə  də bic-bic gülür?! (M.Süleymanlı. 
Dağlar qoynunda fırtına, 17). 
Paho,  qəttəzə  dəsmalı zay elədin! (Ə.Babayeva. Səni 
axtarıram, 127). 
Paho nidası nadir hallarda cümlənin axırında da işlənir: 
-Yüz min, paho! (İ.Qasımov, H.Seyidbəyli. Uzaq 
sahillərdə, 7). 
Sevinc, razıqalma, təqdiretmə, bəyənmə modal 
mənasının ifadəsi: 
Həmin modal məna  əsasən  bəh/bah/pəh/pah nidasının 
vasitəsilə ifadə olunur. Qeyd etmək lazımdır ki, həmin nida 
bütün variantlarda həm təklikdə, həm də təkrar olaraq işlənə 
bilir; təkrar olaraq işlənmək bu nida üçün daha xarakterikdir. 
Bəh!.. Bəh!.. Gör, Sərinbulaqda nələr yetişir! 
(S.Qədirzadə. Ülkər Aytəkin). 
Bəh-bəh, lap gün kimi açıldın! (İ.Şıxlı. Dəli Kür, 78). 
Bəh-bəh!  Bu idbarı  nə  qəşəng çəkiblər! (S.Qədirzadə. 
Kəndimizdə bir gözəl var). 
Bəh-bəh-bəh! Sən bir gül-çiçəyə bax! (N.Nağıyev. Həsrət, 
168). 
Bəh-bəh-bəh-bəh! Maşallah, kəlama bax, -deyib, başını 
bir neçə  dəfə o tərəf-bu tərəfə  tərpətdi (M.İbrahimov. 
Gələcək gün, 220). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə