Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   71   72   73   74   75   76   77   78   ...   99

 
225
mənşəcə fellərlə bağlı olmayanlar da vardır: di, da/də, ha 
və s. 
Di bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam… 
(M.F.Axundov. Hekayəti-mərdi-xəsis, 104). 
Hə, di başlayın! (V.Babanlı. Vicdan susanda, 10). 
Keçin, qabaqda əyləşin,  də! (M.Süleymanov. Dağlar 
qoynunda fırtına,61). 
Bu xalq da sənin kimi vətəndaşdır,  da! (C.Cabbarlı. 
Almaz). 
Ancaq sən də  gələndə bu saçlarını daramağı yaddan 
çıxarma, ha! (S.Qədirzadə. Seçilmiş əsərləri, 83) 
Ədə, kişi, bunu sənə etibar eləyirəm, itirməzsən,  ha! 
(F.Kərimzadə. Qarlı aşırım, 15). 
Misallardan gördüyümüz kimi, cümlələrdəki  əsas fellərə 
di  ədatı qabaqdan, da/də  və  ha  ədatları axırdan yanaşır 
(qoşulur). 
Arzu modallığının ədatla ifadəsi 
Azərbaycan dilində arzu modal mənası əsasən felin arzu 
şəkli ilə ifadə olunur. Felin arzu şəklinin iki forması 
məlumdur: 1) -a/ə  şəkilçisi ilə düzələn sadə forma (alam, 
görəm); 2) -a/-ə+idi bağlaması ilə düzələn mürəkkəb forma 
(alaydım, görəydim). 
Biz burada həmin iki forma arasındakı  məna fərqi 
məsələsini bir kənara qoyuruq. Bizim müşahidələrimizə 
görə, arzu bildirən ədatlar məhz ikinci forma ilə işlənir. 
Barı ədatı 
Barı, Rüstəmin yazıb-yaratmasına imkan veriləydi”! 
(S.Qədirzadə. Ülkər Aytəkin, 86). 
Barı,  nənəmə yazığı  gələydi! (S.Hacıyev. Xatirələr dil 
açır, 125). 
Kaş ədatı 
Nola, bir evdə qalaydım qaravaş,  Verməyəydiz  məni bu 
əbləhə, kaş! (Sabir. Hop-hopnamə, 173). 
Kaş,  şəhərdə qalıb, ondan bir xəbər gözləyəydim! 
(S.S.Axundov. Nurəddin, 27). 
Kaş öləydim, səni dərdə salmayaydım! (İ.Şıxlı. Dəli Kür, 
64).  
Kaş ədatı ki bağlayıcısı ilə də işlənir. 


 
226
Kaş ki, heç çevirməyəydi! (Mir Cəlal. Dirilən adam, SƏ, 
28). 
Təki ədatı 
Bu ədat daha çox danışıq dilinə xasdır. O əksər hallarda 
felin  əmr  şəkli, az-az hallarda isə felin arzu şəklinin 
mürəkkəb forması ilə işlənir. Məsələn: 
Təki,  ağıllı, sədaqətli olsun, Gülşad (S.Qədirzadə. Ülkər 
Aytəkin, 26). 
Təki, elə olsun, nə deyirəm, ay qardaş?! 
(Y.V.Çəmənzəminli. Studentlər,49). 
Gördüyümüz kimi, təki  ədatı  işləndiyi cümlələrin xəbəri 
olan felin əmr  şəklinin mənasını  zəiflədir, onu əmretmədən 
çıxarıb, arzu, istək, dilək mənasına yaxınlaşdırır. 
Əlimizdə olan materiallar içərisində  təki  ədatının arzu 
şəklinin mürəkkəb forması ilə işlənməsinə də təsadüf edirik. 
Təki doğru çıxaydı! (S.Qədirzadə. Ülkər Aytəkin, 183). 
Bircə ədatı 
Arzu modal mənası ilə  əlaqədar olaraq işlənən bu ədat 
təcridetmə çaları da bildirir. 
Bircə, bu yerlərə su çəkilsəydi, dərdim olmazdı! 
(Ə.İsayev. Göyərçin pərvazlanır, 17).  
Bircə,  mən bu ağacdan qorxmazdım (Ə.Hacıyeva. O 
günlərə baxıram, 15). 
Bircə  ədatının cümlədə  işlənməsi təkcə  şərt  şəklinin 
mürəkkəb forması  və arzu şəklinin mürəkkəb forması ilə 
məhdudlaşmır. O, felin əmr şəkli ilə də işlənir [10, s.303]. 
3. Modallığın ara cümlə və əlavələrlə ifadəsi. 
Sintaksis sahəsində modallıq aşağıdakı üsullarla ifadə 
olunur. Birincisi, daxiledici sözlərin köməyi ilə. Bu, ilk 
növbədə qiymətləndirmə bildirən sözlərin köməyi ilə 
mürəkkəb cümlələrin qurulması  şəklində özünü göstərir. 
Məsələn: 
Yaxşı ki, bunu yadıma saldın! 
Nə yaxşı, vaxtında gəlib-çıxdın! 
Təəssüf ki, bu gün mənim vaxtım yoxdur (işim var). 
Yoxsa mütləq sizinlə gedərdim. 
İkincisi, modallığın sırf sintaktik ifadə vasitələri sırasına 
ara cümlələr, daxiledici cümlələr və  əlavə, qoşma tərkiblər 
daxildir. Bunlardan aşağıdakıları qeyd edə bilərik. 


 
227
1. Ümid etmək, ümidvar (olmaq) ifadələrinin köməyi ilə 
modallığın ifadə olunması. Həmin sözlər baş cümlənin 
xəbəri olur, özü də indiki zamanı bildirir, budaq cümlənin 
xəbəri isə gələcək zamanı bildirir. 
Ümid edirəm ki, hələ Milliylə çox görüşəcəksiz (Z.Ağayev. 
Dünyanın düz vaxtı, 55). 
2. Məlumata qiymət verməklə modallığın ifadə olunması. 
Biz onu yaxşı bilirik ki, Siz bizə xəyanət edən adamlardan 
deyilsiniz (C.Məmmədquluzadə. Kişmiş oyunu, 94). 
Əlbəttə, Fazilə  də, Cavanşir də bilirdi ki, əslində lap 
doğrusu bu idi ki, var – Kərki kişinin acığı tutub, öz səksən 
yaşına (Elçin, SƏ, I, 84). 
Əslinə baxsan, nökərlərin araçılıq eləməyi zahir üçün idi 
(Mir Cəlal. Bir gəncin manifesti, 19). 
Əslinə baxsan, o da yaman qəribsəyir (İ.Şıxlı. Dəli Kür, 
131). 
Aydın məsələ idi ki, bu həyət həmişə çox adamlı, beləcə 
gur olmamışdı (Elçin. SƏ, I, 99). 
Qəribə bu idi ki, Şamxal evlənmişdi (İ.Şıxlı. Dəli Kür, 92). 
Zərər o idi ki, Dilşadın adının ləkələnməsinə, kənddə bir 
para söz-söhbətin gəzməsinə, qızının indiyə  qədər dul 
qalmasına […] səbəb olmuşdu (N.Nağıyev. Həsrət, 41). 
Söz yox ki,  Ağarəşid hampalığına, belinin xəncərinə, 
qolunun qüvvətinə, sözünün kəsərinə arxalananda da təkə-
təklikdə  Mərdanın üstünə  gələ bilməzdi (Mir Cəlal. Bir 
gəncin manifesti, 27). 
Amma gözünə döndüyüm arvad, acıqcan belə deyirəm, 
usta tərpənib, özünü ona tutdurmur (V.Babanlı). 
Birinci dəfə olduğu üçün şiddətli töhmətlə keçiniblər (bunu 
Asif bilmirdi) (Z.Ağayev. Beş günün intizarı, 39). 
3. Məlumatın mənbəyini dəqiqləşdirməklə bağlı olan 
modallığın ifadəsi. 
Bu qəbildən olan modallıq daha çox şifahi mənbələrə 
əsaslanır. Məsələn: 
Həmidə xəbər tutmuşdu ki, - əslində atasının dediyi idi – 
Tiflisin  əlyazmaları evində gürcü əlifbası ilə yazılmış 
Azərbaycan bayatıları saxlanılır (B.Bayramov. Karvan yolu
337). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə