Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   69   70   71   72   73   74   75   76   ...   99

 
219
Odur,  uşaqlar da gəldilər (H.Sarabski. Köhnə Bakı, 
62). 
Odur ki, əvvəlcə özündən asılı olmayaraq “ata” deyə 
çağırmaq istədi (S.Hacıyev. Xatirələr dil açır, 128). 
Elədir ədatı 
Elədir, insanı  tərbiyə etmək, dəyişdirmək çətindir 
(Ə.Babayeva. Səni axtarıram, 55). 
Elədir ədatı daha çox cümlə (əvəzi) kimi işlənir: 
Elədir. Bunların hər ilməsini atanda xəyalımdan min fikir 
gəlib keçirdi (İ.Əfəndiyev. Bahar suları, 179). 
Elədir, amma kimi inandırasan? (N.Babayev. Babam, 
nənəm, atam, anam və biz, 244). 
-Elədir, -deyə  Əhməd sakitcə cavab verdi (İ.Şıxlı. Dəli 
Kür, 124). 
İnkar modallığının ədatla ifadəsi 
İnkar modallığı  yox, xeyr, heç inkar ədatları ilə ifadə 
olunur. 
Yox ədatı 
Həmin ədat inkar ədatı kimi  təsdiq ədatına qarşı durur, 
ancaq neytral məqamda işlənməsinə görə onun tam eynidir. 
Yox ədatı, hə, bəli, xeyr ədatları kimi, həm cümlə əvəzi kimi, 
həm də cümlənin tərkib hissəsi kimi işlənir. 
Yox, bu səs ona tanış deyil (G.Fəzli. Yeddi ulduzlu 
səma). 
Yox, qısa olmaz (Ə.Babayeva. Səni axtarıram, 4). 
Yox, lap yaxşıdır (İ.Şıxlı. Dəli Kür). 
Yox ədatı təkrar olunaraq da işlənir. 
Yox, yox,  Mənsurə, söhbətini elə, fikrim səndədir 
(S.Qədirzadə. SƏ, 162). 
Xeyr ədatı 
Xeyr ədatı nəzakət məqamında inkar modallığı bildirir. 
Xeyr,  nə Sabit müəllim belə güman edirdi, nə  də  mən 
belə düşünürəm (N.Babayev. Babam, nənəm, atam, anam 
və biz, 232). 
Xeyr, ay qız, qoy, sözümü qurtarım, sonra sən 
danışarsan (S.Qədirzadə. Ülkər Aytəkin, 225). 
Həmçinin müq.et: Xeyr, o otağın çölə  pəncərəsi belə 
yoxdur (M.S.Ordubadi. Dumanlı Təbriz, 222). 
Heç ədatı 


 
220
Bu ədat ritorik sual və nəqli cümlədə işlənib, cümlənin 
ümumi məzmununu qüvvətləndirir. 
Heç  dəxli var mətləbə?! -deyə üzünü yana tutub deyindi 
(S.Qədirzadə. SƏ, 14). 
Buna  heç  şübhə yoxdur, Seyfi əmi (M.Əliyev. Torpağın 
ətri, 150). 
Kefini heç pozub-eləmə, əşi! (V.Babanlı. Vicdan susanda, 
47). 
Sual modallığının ədatla ifadəsi 
Sual modallığı Azərbaycan dilində sual ədatlarının 
işlənməsini zəruri edir. Sual mənasının ifadəsində mühüm 
yerlərdən birini sual ədatları tutur. 
-mı
4
 ədatı 
Bu  ədat cümlədə özündən qabaq gələn sözə qoşulub 
sual mənasını qüvvətləndirir. Azərbaycan dilində -mı
4
  ədatı 
yeganə ədatdır ki, şəkilçi vəziyyətində işlənir. 
Nə  əmr?! Atları görmədən  əmr verə bilərəmmi?! 
(Y.V.Çəmənzəminli. Studentlər, 150). 
Baharın bunu deməyə haqqı varmı? (Mir Cəlal. Bir gəncin 
manifesti, 10). 
Bəs ədatı 
Bəs ədatı ya ayrı-ayrı cümlə üzvlərinin, ya da bütövlükdə 
cümlənin mənasını qüvvətləndirir. Aşağıdakı misallarda 
müvafiq sözlər (cümlə üzvləri) kursivlə veriləcəkdir. 
Burada da oxumasam, bəs harada oxuyacağam?! 
(H.Sarabski. Köhnə Bakı, 102). 
-Bəs, ay yoldaş, -deyə onu saxladı, -mən bunu hara 
köçürüm? (Əfqan. Həsrət də bir vüsaldır, 268). 
Bəs sən, oğlum, yatmayacaqsan? (S.S.Axundov. Qaraca 
qız, 125). 
Bəs  kəndimizin klubunda necə, qızlar oğlanlarla birlikdə 
toplaşırlar? (S.Qədirzadə. Ülkər Aytəkin, 64). 
Məgər ədatı 
Həmin  ədat ritorik sual cümlələrində  işlənərək, 
emosionallığın bir qədər də artmasına kömək edir. 
Məgər  mənim özümün pulum var?! (M.F.Axundov. 
Hekayəti-mərdi-xəsis, 102). 
Mən  məgər belə çirkinəm ki, məni ona oxşadırsan?! 
(H.Sarabski. Köhnə Bakı, 76). 


 
221
Məgər özünə kişi deyən  şəxs kişiyə layiq olmayan 
sifətlərlə barışa bilərmi? (N.Babayev. Adamın özü və sözü, 
6). 
Yəni ədatı 
Həmin  ədat mənşəcə  yəni izahedici bağlayıcısı ilə 
bağlıdır. Ona görə  də o, cümlədə suala əlavə  dəlil-sübut 
axtarışı çaları verir. 
Sonra otağa baxmışdı:  yəni, o iclas bura yerləşməz 
görəsən? (Hidayət. Sabaha çox var, 18). 
Yəni, Nurcabbar bilmir bunu? (İ.Məlikzadə. Günəşli payız, 
87). 
Sual modallığının bu tipi də  təsdiq məqsədi güdür. Bu, 
normativ qrammatikadan yaxşı  məlum olan ritorik sualdır. 
Həmin məqamda sual ədatı sual mənasının 
qüvvətlənməsinə, onunla birlikdə isə  təsdiq mənasının 
ifadəsinə xidmət etmiş olur. Bir qədər bundan qabaq 
M.F.Axundovdan verdiyimiz misal “Məgər mənim özümün 
pulum var?!” “Mənim özümün də pulum yoxdur” deməkdir. 
Həmin modal məna başqa  ədatların işləndiyi sual 
cümlələrində də özünü göstərir. 
Yəni, bundan asan nə var?! (M.F.Axundov.Hekayəti-xırs-
quldurbasan, 57) =Bundan asan heç nə yoxdur”. 
Bütün bunlar Əhmədin kələyi deyilmi? Elə keçən il 
Cahandar ağanı baş-beyindən çıxarıb  Əşrəfi oxumağa 
göndərtdirən də bu deyilmi? (İ.Şıxlı. Dəli Kür,129). 
Funksional təbəddülatın bütün başqa hallarında olduğu 
kimi, burada da ibarənin ifadə və məzmun planları arasında 
uyğunsuzluq vardır; o, ifadə  cəhətindən sual, məzmun 
baxımındansa təsdiq (nəqletmə) bildirir. 
Əmr modallığının ədatlarla ifadəsi 
Əmr modallığı  əsasən felin əmr  şəkli ilə ifadə olunur. 
Sintaktik səviyyədə bu modallığa  əmr cümlələri müvafiq 
gəlir. Bununla yanaşı, modallığın həmin növündə  əmr 
ədatlarından da istifadə olunur. 
Bildiyimiz kimi, felin əmr  şəklinin  əmrdən başqa bir sıra 
qeyri mənalar (arzu, öyüd, istək, dilək) ifadə etmək 
xüsusiyyəti vardır.  Əmr modallığı da təkcə  əmrlə 
məhdudlaşmır. O, arzu, mümkünlük və s. kimi mənalar da 
ifadə edir. Təsadüfi deyildir ki, əmr ədatı adı ilə tanınan bəzi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə