Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   55   56   57   58   59   60   61   62   ...   99

 
177
Sual məqamında işlənən shall felinin başqa bir mənası 
zərurət, vaciblik bildirməkdir: Shall I come and fetch you 
(Maugham W.S.) “Mən gəlib sizi tapmalıyam?” 
Shall Abas give himself up Tun? (Maugham W.S., Rain). 
“Abas Tuna güzəştə getməlidir?”. Y.A.Zvereva göstərir ki, 
shall felinin bu cür işlənməsi bədii üslubla məhdudlaşır; elmi 
üslubda o özünü göstərmir [104, s.34]. F.R.Palmer belə 
hesab edir ki, shall  felinin məcburilik (vaciblik) mənasında 
işlənilməsinin formal əlaməti onun will  feli ilə  əsəz oluna 
bilməsi və  shall felinin şərt buraq cümlələrində  işlənməsi 
imkanıdır [104, s.34].  
Shall  felinin inkarda işlənməsi də Azərbaycan dili ilə 
müqayisədə bir sıra özünəməxsusluqlar nümayiş etdirir. 
Həmin mənalardan birincisi əsas fellə ifadə olunan hərəkətin 
icrasının inkar edilməsidir: We shall not work tomorrow “Biz 
sabah işləməyəcəyik”.  
Həmin məqamda müvafiq məzmun Azərbaycan dilində
misaldan da göründüyü kimi, qəti gələcək formasının inkarı 
ilə ifadə olunur. Ancaq bununla yanaşı, ingiliscə  gələcək 
zamanın həmin forması Azərbaycan dilində  sırf modallıq 
bildirən formalarla da verilə bilər: “Biz sabah işləyəsi/işləməli 
deyilik”. Həmin məzmunu hətta bu şəkildə  də ifadə etmək 
olar: …işləyəsi olmadıq
Azərbaycan dili materialları  həmin felə daha bir nöqteyi-
nəzərdən baxmağa imkan verir. Biz bilirikki, shall köməkçi 
felinin  should  keçmiş zaman forması da vardır. Belə bir 
forma yalnız bu felə xas deyildir: Will, may fellərinin də oxşar 
derivatları vardır.  
Bəs Azərbaycan dilində  vəziyyət necədir? Bu dildə  də 
maraqlı  məqamlara rast gəlirik.  İş burasındadır ki, 
Azərbaycan dilində  qəti gələcək zaman forması ilə yanaşı, 
qeyri-qəti gələcək zaman forması da işlənir. O, -ar/-ər/-r 
şəkilçisi ilə düzəlib, icrası mütləq xarakter daşımayan 
hərəkəti bildirir [10, s.198-200].  
Shall  felinin işlənməsi sahəsində Azərbaycan dilində 
ingilis dili ilə tipoloci oxşarlıq başqa bir cəhətdən də özünü 
göstərir: hər iki dildə “keçmişdə  gələcək” zaman forması 
işlənir. İngilis dilində həmin zaman shall felinin derivatı olan 
should modal feli ilə, Azərbaycan dilində isə  qəti və qeyri-


 
178
qəti gələcək zaman formalarının  idi  və  imiş bağlamaları 
ilə  işlənməsi  şəklində özünü göstərir. Bu isə artıq başqa 
mövzudur. 
Coe Patroni grinned: “If I don’t blast her out, maybe I’ll 
flow her apart (AHA, 325). “Cou Pətroni gülümsündü: “Əgər 
bunu buradan çıxara bilməsəm, heç olmasa tikə-tikə edə 
bilərəm ki?” (AHA. a, 298) [Cou Pətroni dişini qıcadı: -Əgər 
mən onu (qadını) buradan üfürüb-çıxarmasam, ola bilsin 
başqa yerdə (onun külünü göyə) sovurdum/sovuracağam]. 
“Nothing but a sky hook’ ll help her now” Inram said 
(AHA. 324) “İnqrəm dedi: -Yalnız göydən qarmaq salmaqla 
bunu qaldırmaq olar” (AHA. a, 291) [İndi ona “göy 
qarmağı”ndan başqa heç nə kömək edə bilməz]. 
İngiliscə mətndə diqqətəlayiq cəhətlərdən biri modal felin 
ümumi isimlə  əlaqəli  şəkildə  işlənməsidir (o, III şəxs 
əvəzliyinə müvafiq gəlir). Həmin incəliyi azərbaycanca 
tərcümələrdə vermək mümkün olmamışdır. 
Shall  felinə xas olan maraqlı xüsusiyyətlərdən biri onun 
təfəkkür felləri ilə  işlənməsidir. Baş cümlədə  işlənən həmin 
fellər shall felinin qoşulduğu əsas felin ifadə etdiyi hərəkətin 
icra olunması imkanını artırır. Məsələn: 
I  think I’ll cust  go  to the ladies room. I expect It’ll be all 
right (AHA. 234) “Deyirəm, bəlkə ayaqyoluna gedim. Məncə, 
orada  keçib-gedər” (AHA. a, 216). [Belə düşünürəm ki, tez 
qadın otağına (ayaqyoluna) gedim.  Zənn edirəm ki, yaxşı 
olacağam ]. 
She reassured him “I’ve had an attack like this before, I’m 
sure I’ll feel better soon ( AHA, 234) “Qarı özü agenti 
sakitləşdirdi: -Əvvəllər də, belə  ağrılarım olub. Əminəm  ki, 
tezliklə  ötüb-keçər” (AHA. a, 217) [O, (qarı) onu 
sakitləşdirdi: -Mənim buna oxşar tutmalarım  əvvəllər də 
olub.  Əminəm ki, (yəqinimdir ki), tezliklə özümü yaxşı  hiss 
edəcəyəm]. 
Shall  modal feli to have feli ilə  də  işlənir. Müvafiq 
konstruksiya ilə  zərurət (məcburiyyət) mənası ifadə olunur. 
Bu zaman budaq cümlədə  if  şərt bağlayıcısı  işlənir və hal-
hazırda mümkün olmayan şəraiti bildirir. Məsələn: “Look”, 
Ordway said, “If this is a bad time, I’ll tell these people they’ll 
have to come back some other day” (ANA, 286) “Ordvey 


 
179
dedi: -Əgər münasib vaxt deyilsə,  mən bu adamlara 
deyim ki, başqa gün gəlsinlər” (AHA. a, 262) [Bax, -Ordvey 
dedi, -Əgər bu pis vaxtırsa, mən bu adamlara deyim ki, 
onlar bir də başqa gün gəlsinlər]. 
As he sensed the girl hesitate, “If I’ll have to, I’ll call your 
district manager and get authority” (AHA, 313) “Qızın 
tərəddüd etdiyini hiss edib əlavə elədi: -lazımdırsa,  Sizin 
müdiriyyətə zəng vurub, icazə ala bilərəm” (AHA. a, 287) [O, 
qızın tərəddüd etdiyini duyunca: -Əgər mən bunu 
eləməliyəmsə, Sizin sahə rəisinə zəng vurub, izacə alım]. 
Həmin misallarda shall  modal feli təkcə  to have feli ilə 
deyil, həm də  if  şərt bağlayıcısının işlənməsi ilə öz 
məzmununu reallaşdırır.  İf  bağlayıcısı ilə  işlənməyə dair 
daha bir sual: If  you like, I’ll explain it to you (AHA, 244) 
“Əgər istəyirsinizsə, bunun nə üçün edildiyini başa salaram” 
(AHA, 266) [İstəyirsiniz(sə), bunu Sizə izah edim]. 
Bu kontekstdə qeyri-qəti gələcək zaman formasından çox 
əmr forması  işə yarayır. Ona görə ki, ingiliscə cümlənin 
birinci tərkib hissəsində  məsləhətləşmə, ikinci tərkib 
hissəsində isə təklif vardır. Burada danışan gələcəkdə qeyri-
müəyyən  şəkildə olsa belə, nə edəcəyini yox, nə etməyə 
hazır olduğunu nəzərdə tutur:  
But if you’re waiting in your car, outside, I’ll come through 
the main doors in fifteen minutes (AHA. 172) “Ancaq küçədə 
maşınınızda gözləsəniz, mən on beş dəqidədən sonra əsas 
qapıdan çıxaram” (AHA. a, 172) [Ancaq əgər Siz küçədə 
maşında gözləyirsinizsə, mən on beş dəqiqədən sonra əsas 
qapıdan çıxıram]. 
But I’ll tell you we’re not here to get cosy (AHA. 287) 
“Ancaq Sizə  deməliyəm ki, biz bura rahat otaqda oturub, 
çənə döyməyə  gəlməmişik” (AHA. a, 262) [Ancaq Sizə 
deyim ki, biz həzz almaq üçün burda deyilik]. 
Müvafiq linqvistik şərait zaman zərflikləri ilə  də ifadə 
olunur:  tomorrow, then və s. Bu qəbildən olan cümlələrdə 
Azərbaycan dilində modal məna  -malı / -məli  şəkilçisinin 
köməyi ilə ifadə olunur. Misallara müraciət edək. 
Then we’ll have to disagree (AHA, 164) “Bizim də 
çoxumuz sizinlə razılaşmırıq” (AHA. a, 153). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə