Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   53   54   55   56   57   58   59   60   ...   99

 
171
fərq müşahidə olunmur. Məsələn:  To read is useful 
“Oxumaq xeyirlidir”. 
Amma nəzərə alaq ki, bu, azərbaycanca təbii səslənmir, 
hərfi tərcümə  təsiri bağışlayır. Həmin cümləni belə  də 
vermək olar: “Oxumağın xeyri var”. Burada xeyri  sözü eyni 
zamanda iki birləşmənin tərkib hissəsi kimi çıxış edir: 
oxumağın xeyri və xeyri var. 
Həmin dillər arasında ən maraqlı fərq ikinci halla bağlıdır:  
The boy asked to go away “Oğlan icazə istədi ki, getsin 
(bizcə, çıxıb-getsin daha düzgün olardı). 
Buradakı  to go (away) tamamlıq hesab edilir. Bu fikir 
bizdə etiraz doğurmur. Amma həmin cümlənin 
azərbaycanca variantında (tərcüməsində) bu belə deyil. 
Burada  getsin (çıxıb-getsin)  sözü birincisi, isimlə ifadə 
olunmuş üzv deyil; o, felin əmr  şəklindədir.  İkincisi, həmin 
söz cümlədə tamamlıq yox, tamamlıq budaq cümləsi 
vəzifəsi daşıyır. 
Bu cümləni sadə cümlə şəklində də vermək olur: “Oğlan 
çıxıb-getməyə icazə istədi”. 
İndi isə prof. O.Musayevin həmin məsələyə aid verdiyi 
misala müraciət edək. I promise to obey… (Dickens) [36, 
s.173]. “Mən vəd etdim ki, tabe olum…”// “Mən  tabe 
olacağıma boyun oldum”//“Mən  tabe olacağımı  vəd etdim”. 
To obey birinci cümlədə tamamlıq budaq cümləsi, ikinci və 
üçüncü cümlələrdə isə başqa-başqa formalarda olan 
tamamlıq kimi verilmişdir.  
İ.Rəhimov və T.Hidayətzadənin «İngilis dilinin 
qrammatikası» kitabında məsdərin to ədatı ilə  və onsuz 
işlənməsi də qeyd olunur. Bizim burada daha çox məsdərin 
to  ədatı olmadan işlənməsi maraqlandırır. Ancaq məsdərin 
to  ədatı ilə  işlənməsində  də elə  məqamlar vardır ki, 
tutuşdurma-tipoloci baxımdan müəyyən maraq doğurur. 
Müəlliflər göstərirlər ki, bir cümlədə iki və daha artıq eyni 
(oxşar) vəzifədə  işlənən məsdər olduqda to  ədatı birinci 
məsdərlə  işlənib, ikincidən  əvvəl buraxılır. Məsələn: She 
wants  to be a doctor and work in her village “O, həkim 
olmaq və öz kəndlərində işləmək istəyir”. 
Azərbaycan dilində  həmcins məsdərlərdən birincisinin 
şəkilçisiz işlənməsi mümkün deyil. Amma bu dildə  də 


 
172
məsdər  şəkilçisinin (və, ümumiyyətlə, hər hansı 
sözdəyişdirici  şəkilçinin) təkrar işlənməsindən qaçmaq 
təmayülü vardır. Yuxarıdakı cümləni həmin təmayülə uyğun 
olaraq belə  də vermək olar: «O (qız) həkim olub, öz 
kəndlərində işləmək istəyir».  
Deməli, Azərbaycan dilində həmcins vəzifədə işlənən fel 
formalarının işlənməsi qaydası ingilis dilindəkinin  əksinədir: 
ingilis dilində to ədatı ikinci məsdərdən əvvəl buraxılır; azər-
baycan dilində isə  –maq/-mək  şəkilçisi birinci məsdərdən 
sonra, feli bağlama  şəkilçisi ilə  əvəz edilir. Həmin qayda 
sintetik (iltisaqi, aqlütinativ) və analitik dillər arasındakı 
ünsürlərin yaradıcılığında tərs mütənasibliyə tamamilə 
uyğundur.  
İ.Rəhimov və T.Hidayətzadə  to  ədatının aşağıdakı 
hallarda işlənmədiyini göstərirlər: “Shall, will, do köməkçi və 
can, may, must modal fellərindən sonra”. Məsələn: We shall 
be teacher “Biz müəllim olacağıq”. Every one must love his 
country “Hər kəs öz vətənini sevməlidir” [39, s.173]. 
Aydın məsələdir ki, bu hal modal fellərin işlənməsi 
mövzusu ilə çulğaşır. Məlumdur ki, modal fellər içərisində 
yalnız ought feli məsdərin to ədatı ilə işlənməsini tələb edir. 
Do feli köməkçi fel hesab edilsə  də onun modal 
xüsusiyyətləri də qeyd olunur. 
Deməliyik ki, “modal fel”+(xalis) məsdər” konstruksiyası 
Azərbaycan dilində vahid sintaktik (morfoloci) tərkiblə verilir: 
(We) shall be “ola-cağ-ıq”. 
Məsdərin hansı modal fellə  işlənməsindən asılı olaraq 
modal mənaların da xarakteri dəyişir. N.V.Yermakova yazır 
ki, “Can, will modal felləri” modal fel+məsdər” 
konstruksiyasına yəqinlik,  əminlik konnotativ mənası,  may 
modal feli və  might, could, should, would formaları isə 
inamsızlıq (inanmama) konnotativ mənası verir” [98, s.10]. 
Hər iki əsərdə  məsdərin  to  ədatı olmadan işlənməsinin 
başqa bir halı da qeyd edilir. Bu, modal məna bildirən 
qiymətverici konstruksiyalarla bağlıdır. I’d  better come with 
you “Mən daha çox səninlə getmək istərdim”. We’d better go 
home “Yaxşı olardı ki, evə gedəydik”. You should rather say 
so “Gərək Siz belə deyəydiniz”. You’d better not do anything 
(Maugham) “Yaxı olardı ki, Siz heç nə etməyəydiniz” 


 
173
(Əvvəldən üç cümlə  İ.Rəhimov və T.Hidayətzadənin, 
sonrakı cümlələrsə O.Musayevin kitabından götürülmüşdür). 
You’d rather go out (Braine) “Yaxşı olardı ki, Siz çıxıb-
gedəydiniz”. 
Misallardan göründüyü kimi, Azərbaycan dilində  həmin 
modal mənaları vermək olur, amma məsdər forması yox, 
şərti olaraq “keçmişdə arzu şəkli” adlandırdığımız forma ilə. 
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində felin məsdər 
formasının modal mənası yoxdur. Bu dildə  məsdər həm 
isim, həm də fel funksiyasında işlənir. Məsdərin həmin 
xüsusiyyəti Azərbaycan dilinin morfologiyasına həsr 
olunmuş  hər bir əsərdə qeyd edilir. Azərbaycan dilində 
məsdərin isim kimi işlənməsi ingilis dili ilə müqayisədə daha 
zəngin, onun fel kimi işlənməsi isə daha kasıb xüsusiyyətlər 
nümayiş etdirir. 
Azərbaycan dilində  məsdərin iki formasından danışmaq 
olar: geniş  məsdər (yaşamaq)  və müxtəsər məsdər 
(yaşama). Azərbaycan dilçilik ənənəsində müxtəsər məsdər 
feli isim kimi qəbul edilmişdi. 
İngilis dili ilə müqayisə belə bir fərziyyə irəli sürməyə 
imkan verir ki, Azərbaycan dilində geniş  məsdər forması 
müxtəsər məsdər formasının yönlük halda işlənməsindən 
törəmiş ola bilər. Bu fikri Azərbaycan dilində  bəzi sintaktik 
konstruksiyalarda müxtəsər və geniş  məsdər formalarının 
müvazi  şəkildə  işlənə bilməsi faktı da sübut edir: müq.et: 
Onun belə eləməyi/eləməsi. Hər halda bunun modal məsdər 
məsələsinə aidiyyəti yoxdur.  
İngilis dilindəki “shall + məsdər” tipli konstruksiyalar 
Azərbaycan dilində 
tərkibində 
məsdər olmayan 
konstruksiyalarla verilir. Deməli, Azərbaycan dilində bir dil 
hadisəsi kimi modal məsdərdən danışmaq olmaz.  
 
2.3.4.  İngilis dilində modal fellər və Azərbaycan dilində 
felin modallıq bildirən şəkilləri. 
İngilis və Azərbaycan dillərində modallıq bildirən fellərin 
sayı eyni deyildir. İngilis dilində modal fellərin sayı təxminən 
10-12-dir. Azərbaycan dilində modallığa yaxın mənada 
işlənən yalnız iki fel vardır:  bilmək  və  bacarmaq. Lakin 
həmin fellərin modal məna ifadə etmək qabiliyyəti çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə