Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   49   50   51   52   53   54   55   56   ...   99

 
159
formalarından istifadə olunması zaman zərfinin işlənib-
işlənməməsindən asılıdır. 
Daha sonra müəlliflər likely, probably, possibly sözləri ilə 
işlənən gələcək zamanın qeyri-müəyyən formasının 
Azərbaycan dilinə qeyri-qəti gələcək zamanın forması ilə 
tərcümə edildiyini göstərirlər. He will  probably come 
tomorrow “Yəqin ki, o, sabah gələr”. Biz deyə bilərik ki, 
həmin cümlədə ehtimal, güman bildirən sözün işlənməsinə 
baxmayaraq, onda qəti gələcək zaman formasından da 
istifadə etmək olar. 
Həmin mövzunun axırında verilmiş qeyddə deyilir. Tabeli 
mürəkkəb cümlənin xəbəri gələcək zamanın qeyri-müəyyən 
forması ilə ifadə olunmuşsa, o, məzmunundan asılı olaraq, 
həm qəti, həm də qeyri-qəti gələcək zaman forması ilə 
tərcümə edilir: If he comes, we shall go to the cinema “O 
gəlsə, biz kinoya gedəcəyik / gedərik” (s.111). Burada hansı 
məzmun fərqinin nəzərdə tutulduğu açılmamış qalır. 
Gələcək zamanın davamedici forması (The Future 
Continuous Tense Form). 
[to be felinin gələcək zaman forması (shall/will be) + əsas 
felin Participle I forması]. 
Gələcək zamanın davamedici forması hadisələrin adi, 
təbii gedişində  gələcəkdə baş verəsi hərəkətləri bildirir. 
Məsələn: 
Today is 20 of March. The peoples will be celebrating the 
Novruz Holiday “Bu gün martın 20-sidir. Adamlar Novruz 
bayramını qeyd edəcəklər”.  
Meg, will you close the window? The food will be getting 
cold . “Meq, zəhmət olmasa, pəncərəni örtün. Xörək 
soyuyar / soyuyacaq”. 
İ.Rəhimov və T.Hidayətzadə göstərirlər ki, gələcək 
zamansy davamedici forması  gələcəkdə müəyyən vaxt 
ərzində davam edəcək hərəkəti bildirmək üçün işlədilir. 
Həmin müəyyən vaxt zaman zərfləri, zərflikləri və zaman və 
şərt budaq cümlələri ilə ifadə olunur. 
Müəlliflər gələcək zamanın davamedici formasının 
Azərbaycan dilində qəti gələcək zaman və “məsdər + olmaq 
felinin qəti gələcək zaman forması”  şəklində  tərcümə 
edildiyini qeyd edirlər: 


 
160
We  shall be writing when he comes “O, evə  gələndə 
biz yazı yazmaqda olacağıq” [39, s.116]. 
Deməliyik ki, ikinci formanın işlənmə tezliyi Azərbaycan 
dilinin özündə belə olduqca məhduddur. 
Gələcək zamanın bitmiş forması (The Future Perfect 
Tense Form). 
[to have felinin gələcək zamanı  (shall / will have + əsas 
felin Participle II forması]. 
Gələcək zamanın bitmiş forması  zərfliklərlə ifadə 
olunmuş ana qədər tamamlanacaq hərəkətləri bildirir. 
I suppose he will have made up his mind before the 
meeting “Mən belə güman edirəm ki, o, iclasa qədər bir 
qərara gələcək / gəlmiş olacaq”.  
She  will have cleaned the house by their arrival “Onlar 
gələnə  qədər o (qadın) evi yığışdıracaq / yığışdırmış 
olacaq”. 
Həmin tərcümələr içərisində “gəlmiş olacaq” tipli ifadə 
tərzi diqqəti cəlb edir. İngilis dilində olduğu kimi, burada da 
əsas fel keçmiş zaman feli sifəti formasındadır; gələcəyin 
ifadəsi isə köməkçi felin üzərinə düşür. “Keçmişə  nəzərən 
gələcək” termini ilə əks assosiasiya yolu ilə bunu “gələcəkyə 
nəzərən keçmiş” adlandırmaq olar. 
Gələcək zamanın bitmiş forması  bəzən gələcək zamana 
aid olan hərəkəti deyil, keçmişə aid olan və icrası güman 
edilən hərəkəti bildirir. Bu halda gələcək zamanın bitmiş 
forması semantik cəhətdən  “Must + Perfect Infinitive” 
birləşməsinin ifadə etdiyi mənaya uyğun gəlir, yəni modallıq 
məna çaları ilə yüklənir. Müqayisə edin:  
a) You will have read in the newspapers about the 
conclusion of this agreement.  
Siz  yəqin ki, (çox güman ki, görünür, deyəsən)  qəzetdə 
bu sazişin bağlanması haqqında oxumuşsunuz.  
b) He must have known someone in the registrar’s office 
there (I.Levin/ A kiss Before Dying, 140).  
O  yəqin ki, (çox güman ki, görünür, deyəsən) orada 
qeydiyyat bürosundakılardan kimisə tanıyırmış.  
Yuxarıdakı misallardan aydın olur ki, gələcək zamanın 
bitmiş formasının bu mənası Azərbaycan dilində «yəqin ki», 
«çox güman ki», «görünür», «deyəsən» sözlərinin iştirakı ilə 


 
161
felin nəqli keçmiş zaman forması  və başqa fel şəkilləri 
vasitəsilə ifadə olunur.  
Gələcək zamanın bitmiş  və keçmiş zamanın bitmiş 
formalarının müqayisəsi göstərir ki, onların arasındakı  fərq 
gələcək bitmiş formanın hərəkəti gələcəyə, keçmiş bitmiş 
zamanın isə keçmişə aid etmələridir:  
a) The students will have translated the article by two 
o’clock.  
Tələbələr saat ikiyədək məqaləni  tərcümə etmiş 
olacaqlar.  
b) The students had translated the article by two o’clock.  
Tələbələr saat ikiyədək məqaləni (artıq)  tərcümə 
etmişdilər.  
Müasir ingilis dilinin ümumi zaman sistemində  fəaliyyət 
göstərən gələcək zamanın bitmiş forması olduqca az işlənir. 
Bu dilin materialları  əsasında birbaşa çıxarışlar inandırıcı 
statistik nəticələr üçün yetərli sayda misallar toplamağa 
imkan vermir.  
Gələcək zamanın davam edib bitəcək forması (The 
Future Perfect Continuous Tense form) 
[to be felinin gələcək bitmiş zaman forması  (shall / will 
have been) + əsas felin Participle I forması]. 
Bu zaman forması müəyyən hərəkətdən və ya 
müddətdən qabaq başlanıb-davam edəsi hərəkəti bildirir. 
Misallar: 
I shall begin to translate this article from 5 o’clock. When 
you came home at 7 o’clock I shall have been translating 
this article already two hours. “Mən bu məqaləni saat 5-dən 
tərcümə etməyə başlayacağam. Siz saat 7-də evə gələndə 
artıq iki saat olacaq ki, mən bu məqaləni  tərcümə 
edəcəyəm” [39, s.138]. Biz başqa cür tərcümə etməyi təklif 
edərdik: “…Siz saat 7-də evə  gələndə  mənim bu məqaləni 
tərcümə etməyim iki saat çəkmiş olacaq”
She  will have been teaching for 20 years by the end of 
this year. “Bu ilin axırında iyirmi il olacaq ki, dərs deyir”. 
Həmin cümləni başqa cür də vermək olar: “Bu ilin axırında 
onun dərs deməyi (dediyi) iyirmi il olacaq”. 
Həm  İ.Rəhimov və T.Hidayətzadə, həm də bizim 
tərcümələr müvafiq cümlələrin ümumi məzmununu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə