Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   47   48   49   50   51   52   53   54   ...   99

 
153
[To be felinin keçmiş zaman forması (was, were) + 
əsas felin -ing forması] 
Keçmiş zamanın davamedici forması keçmişdə  dəqiq 
vaxt çərçivəsində və ya müəyyən vaxt ərzində davam etmiş 
hərəkəti bildirir. Onun əlavə xarakteristikası natamamlıq, 
dinamiklik və  əyanilikdir. Ona görə  də yalnız dinamik fellər 
bu formada işlənir. 
I  was reading at 5 o’clock “Dünən saat 5-də  mən 
oxuyurdum”. 
I  was writing when he came “O gələndə  mən yazı 
yazırdım”. 
We were working in the garden the whole day yesterday. 
“Dünən biz bütün günü bağda işləmişik / işlədik”. 
Keçmiş zamanın davamedici formasında hərəkətin uzun 
müddət davam etməsini bildirmək vəzifəsi felin formasından 
başqa, felin leksik-semantik əhatəsinin də üzərinə düşür. 
Həmin məna zamana işarə edən  constantly, always, ever 
zəfləri ilə də ifadə olunur. 
He  was always coming to our garden “O həmişə bizim 
bağa gəlirdi”. 
She was noisy and constantly trying to attract attention 
by any means “O, səs-küylü ili və  həmişə, hər yolla özünü 
gözə soxmağa (başqalarının nəzərini cəlb etməyə) 
çalışırdı”. 
Beləliklə, biz görürük ki, keçmiş zamanın davamedici 
forması Azərbaycan dilində  əsasən felin qeyri-qəti gələcək 
və indiki zaman formalarından düzəlmiş hekayə forması ilə 
ifadə olunur. 
Bəzi hallarda ilkin təşkiledicilər kimi nəqli, şühudi keçmiş 
zaman formaları da işə yarayır. 
Keçmiş zamanın davamedici forması keçmişə nisbətdə 
gələcək olan hərəkti bildirmək üçün də işlənir (qəti gələcək). 
Məsələn: 
At the end of the week she wired that she was returning 
“Həftənin axırında o, teleqram vurdu (göndərdi) ki, 
qayıdacaq / qayıdır”. 
Qeyd: Yadımıza salaq ki, indiki zaman forması  hər iki 
dildə qəti gələcəyi bildirmək üçün də işlədilir. 


 
154
Keçmiş zamanın davamedici forması intensivlik çaları 
ilə keçmiş zamanın qeyri-müəyyən forması  əvəzinə  və 
statiklik bildirən fellərlə də işlənir: 
was seeing (was meeting) Tom regularly now “İndi mən 
Tomla tez-tez görüşürdüm / rastlaşırdım”. 
Keçmiş zamanın bitmiş forması (The Past Perfect Tense 
Form).  
[to have felinin qeyri-müəyyən keçmiş zaman forması 
(had) + əsas felin Participle II forması]. 
Keçmiş zamanın bitmiş forması keçmişdə müəyyən bir 
vaxta qədər bitmiş, tamamlanmış  hərəkəti bildirmək üçün 
işlənir. Həmin vaxt zaman zərfləri, təyinedici cümlələrlə 
ifadə olunur. Məsələn:  
His wife didn’t tell him of the many presents which had 
came before and since the Wonderful Christmas (Th. 
Dreiser. Cennie Gerhardt, 62). “Hər halda arvadı o xoşbəxt 
milad bayramınadək və bayramdan sonra Brenderdən 
alınmış çoxlu həddiyyələr haqqında ona bir şey deməmişdi” 
(T.Drayzer. Cenni Herhardt, 47). 
read attentively the note which he had left for me “Onun 
mənim üçün qoyub-getdiyi  məktubu mən diqqətlə  oxudum” 
hərfən: “O məktub ki, o mənim üçün qoyub-getmişdi
diqqətlə oxudum”. 
Gördüyümüz kimi, keçmiş zamanın bitmiş forması 
Azərbaycan dilində  həm keçmiş zaman feli sifəti (yadımıza 
salaq ki, ingilis dilində bu zaman formasının  əsasında 
keçmiş zaman feli sifəti durur), həm də  şəxsli fel forması 
(nəqli keçmiş zaman formasından düzəlmiş forması) ilə 
verilir. 
Keçmiş zamanın bitmiş forması müəyyən hərəkətdən 
qabaq baş vermiş  hərəkəti bildirir. Bu zaman onun 
cümlədəki yeri əvvəldə  də, axırda da ola bilir. Bir qədər 
bundan qabaq verdiyimiz cümlələrdə cümlədə onun yeri 
axırda idi. İndi verəcəyimiz cümlədə isə onun yeri cümlənin 
əvvəlindədir. 
After they had written the exercises, they went to the 
cinema “Onlar çalışmaları  yazıb-qurtardıqdan sonra kinoya 
getdilər” (Elə ki, onlar çalışmaları  yazıb-qurtardılar, kinoya 
getdilər”. 


 
155
Biz yuxarıda bir neçə  dəfə “felin şəxssiz forması” 
terminindən istifadə etmişik və ingiliscə şəxsli fel formalarını 
bu  şəkildə  tərcümə etmişik. Bununla əlaqədar olaraq bir 
neçə söz demək istərdik. 
Felin  şəxssiz formaları anlayışı Azərbaycan və ingilis 
dillərində bir-birini o qədər də tutmur. İngilis və başqa 
Avropa dillərində bu ad altında cümlənin mübtədası ilə şəxs 
və  kəmiyyətə görə uzlaşmayan qeyri-finit formalar nəzərdə 
tutulur. Azərbaycan dilində feli sifətlər mübtəda ilə şəxsə və 
kəmiyyətə görə uzlaşır, amma cümlənin xəbəri olmur və 
belə bir məqamda o, predikativlik xüsusiyyətindən məhrum 
olur. 
Beləliklə, biz görürük ki, ingiliscə keçmiş zamanın bitmiş 
formasının Azərbaycan dilində kateqorial müqabili nəqli 
keçmiş zaman formasından düzəlmiş hekayə formasıdır. 
Ancaq onu fakültativ olaraq şühudi keçmiş zaman forması 
ilə  də vermək olur. Bu məqamda  əlavə vasitələrə  də 
müraciət etmək mümkündür (bizim tərcümədə bu, 
tamamlayıcı feldir: …qurtardılar). 
Bizim müstəqil olaraq tapdığımız bu üsuldan keçmiş 
zamanın bitmiş formasının tərcüməsində  İ.Rəhimov və 
T.Hidayətzadə  də istifadə etmişlər: I had written the article 
by 5 o’clock “Saat 5-ə kimi mən məqaləni  yazıb-
qurtarmışdım” (s.129). 
Müəlliflər qeyd edirlər ki, keçmiş zamanın bitmiş forması 
Azərbaycan dilinə uzaq keçmiş zaman forması ilə  tərcümə 
edilir. Bu münasibətlə verilmiş qeydlərdə deyilir ki, keçmiş 
zamanın bitmiş forması feli bağlama və feli sifətlə  də 
tərcümə edilə bilir. 
At last, I met my school friend whom I had not seen for a 
long time “Nəhayət, mən uzun müddət görmədiyim məktəb 
dostuma rast gəldim”. 
Keçmiş zamanın bitmiş formasının bir işlənmə  məqamı 
da yadasalma (xatırlama) konteksti ilə bağlıdır. Burada 
ardıcıl olaraq baş vermiş hərəkətlər və onlardan qabaq baş 
vermiş hərəkətlərin nisbəti diqqət mərkəzindədir. 
The morning was beautiful. I took a towel and went down 
to the beach, outside the hotel I met Max. I had gone to 
school with him “Gözəl bir səhər idi. Mən məhraba götürüb, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə