Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   43   44   45   46   47   48   49   50   ...   99

 
141
8. Modal sözlərə çoxifadəlilik, variativlik də yad deyil. 
məsələn, subyektin öz münasibətini bildirməsi müxtəlif 
şəkillərdə ola bilər:  məncə, bizcə, mənim fikrimcə, bizim 
fikrimizcə, mənə görə, bizə görə və s. 
9. Modal sözlərin seçilib-işlədilməsi  şifahi nitqdə 
danışanın, yazılı nitqdə isə yazanın, müəllifin linqvistik 
məqsəd və niyyətindən asılıdır. Məsələn, Azərbaycan və 
ingilis dillərinə  məxsus olan dil materiallarını müqayisə 
edərək görürük ki, eyni modal məna müxtəlif  şəkillərdə, iki 
cür, üç cür ifadə edilir. 
10. Modal münasibət başqa yollarla, üsullarla ifadə 
olunsa da, modal sözlər həmin münasibətlərə daha çox 
konkretlik,  əyanilik verir. Hər iki dilin materialları bu fikri 
təsdiq edir. 
 
2.3.  İngilis və Azərbaycan dillərində modallığın 
morfoloci ifadə vasitələri. 
Modallığın morfoloci ifadə vasitələri modallığın ikinci növü 
ilə əlaqədardır. Y.A.Zverevanın qeyd etdiyi kimi, “modallığın 
ikinci növündə mülahizənin bütün məzmununun gerçəkliyə 
müvafiqliyinə danışanın inamı, 
şübhəsinin (yaxın 
inamsızlığının) dərəcəsi ifadə olunur” [104, s.20]. İndi isə 
İngilis və Azərbaycan dillərində modallığın morfoloci ifadə 
vasitələrini nəzərdən keçirək.  
 
2.3.1. Indikativ modallıq. 
Fel  şəkilləri ilə ifadə edilən modallığın bir növü 
“təsdiqetmə modallığı” (nəqletmə, iqraretmə modallığı), 
“indikativ modallıq” adlanır. İndikativ modallıq həm sintaksis, 
həm də morfologiya sahəsində özünə yer tapır. Sintaksisdə 
indikativ modallıq nəqli cümlələrdə özünü göstərir. 
Morfologiya sahəsində indikativ modallıq felin xəbər şəkli 
ilə ifadə olunur. Sintaksisdə  nəqli cümlə cümlənin məqsəd 
və intonasiaya görə növləri içərisində  mərkəzi mövqe 
tutduğu kimi, morfologiyada da xəbər şəkli felin zaman-növ 
formaları sistemində  mərkəzi mövqe tutur. A.N.Slüsareva 
yazır: “Fel morfologiyası modallıq ifadə edərkən bazis 
(baza) kateqoriyası kimi xəbər  şəklini özünə daxil edir ki, 


 
142
inkar, sual və modal mənaları onunla nisbətdə götürülür” 
[146, s.69].  
Təsdiqetmə (iqraretmə, nəqletmə) morfologiyası felin 
xəbər  şəklinə söykənir. Felin xəbər  şəkli danışana hal, 
hərəkət prosesi əslində baş vermiş kimi, eləcə də gələcəkdə 
icrası  qəti  şəkildə baş verəcək kimi təqdim etməyə imkan 
verir. N.A.Slüsareva təsdiqetmənin (iqraretmənin, 
nəqletmənin) morfologiyalaşdırılmasını ingilis dilinin 
müstəsna xüsusiyyətlərindən biri kimi qiymətləndirir [146, 
s.53]. Həmin xüsusiyyəti Azərbaycan dilində  də müşahidə 
edirik.  
Məlumdur ki, felin xəbər  şəklinin xüsusi ifadə vasitəsi 
yoxdur. O, felin zaman formaları ilə ifadə olunur. Bu, 
Azərbaycan dilində də, ingilis dilində də eynidir. 
İngilis dilinin təsdiqetmə (iqraretmə) modallığının 
ifadəçiləri olan felin zaman kateqoriyası formaları bu dilin 
morfoloci sistemində mərkəzi mövqe tutur. Bu, Azərbaycan 
dilində də belədir. 
Bununla belə, unutmaq olmaz ki, Azərbaycan və ingilis 
dillərinin xəbər  şəkillərini təmsil edən zaman formaları  həm 
formal, həm də semantik cəhətdən bir-birindən kəskin 
surətdə  fərqlənir. Bu iki dilin zaman formalarını müqayisəli 
şəkildə  nəzərdən keçirərkən həmin fərqlər daha açıq-aşkar 
nəzərə çarpır. 
Modallıq kateqoriyasının reallaşmasının morfoloci 
vasitələri şəkil formaları ilə təmsil olunur [146, s.52]. Burada 
indikativ modallıq  əsas yer tutur. İndikativ modallıq felin 
şəxsli formaları ilə bağlıdır. O, felin şəxsli formaları 
içərisində morfoloci olaraq və  şəxs (kəmiyyət/şəkil) zaman 
morfemləri ilə ifadə olunmuşdur.  İngilis dilində bunlar 
xəbərlik göstəriciləridir [63, s.107]. 
İndikativ modallığın felin xəbər  şəkli ilə ifadəsindən 
danışarkən keçmiş  və indiki zaman formaları ilə 
kifayətlənmək lazım gəlir. Bunun əsas səbəbi odur ki, yalnız 
indiki və keçmiş zaman formaları subyektlə predikat 
arasındakı real şəkildə mövcud olan, yaxud real münasibət 
kimi təqdim olunan münasibəti bildirir. Başqa səbəb bundan 
ibarətdir ki, ingilis dilində felin gələcək zamanı modal fellərin 
köməyi ilə ifadə olunur. Bundan isə biz artıq müəyyən qədər 


 
143
bəhs etmişik. Başqa bir səbəb də onunla bağlıdır ki, felin 
gələcək zaman formaları 
qətilik və qeyr-qətilik 
bildirmələrindən asılı olmayaraq, hələlik baş verməmiş 
hərəkəti bildirir. Onu görə  də  gələcək zaman formalarının 
ayrıca nəzərdən keçirilməsi vacibdir. 
A) İNDİKİ ZAMAN FORMALARI 
İndiki zamanın qeyri-müəyyən forması (The Present 
Indefinite Tense Form). 
İndiki zamanın qeyri-müəyyən forması  hərəkətin yalnız 
icra olunmasını bildirir. Hərəkət indiki zamanda baş versə 
də, danışıq anına bağlı deyil. O, adətən, ümumiyyətlə  və 
yaxud həmişə baş verə bilər. Məsələn:  
He knows nobody. He hates all people. Us he tolerates, 
for we are  the way of his desire (C.London. Short Stories, 
216) “O heç kimi tanımır (tanımaq istəmir)”.  O, bütün 
insanlara nifrət edir. Bizə o, onun yolundan olduğumuz üçün 
dözür  (C.London, Qısa hekayələr, 216) [Bizi isə onun 
ürəyincə / istəyincə olduğumuz üçün yola verir]. 
Bununla belə, indiki zamanın qeyri-müəyyən forması 
müvafiq kontekstual şəraitdə danışıq anına aid olan hərəkəti 
də ifadə edə bilir: 
I  tell  you  true. I am afraid. He is the breath of death 
(C.London, Short Stories, 214) “Mən sənə  doğru deyirəm. 
Mən  qorxuram. O, ölüm havasıdır” (CLQH, 214) […ölüm 
nəfəsidir].  
İngilis dilində indiki zamanın qeyri-müəyyən forması 
başqa zaman formalarının da yerində işlənə bilir. Məsələn: 
Ah, that is cust what I don’t  understand! (M.Christie, 
Selectid Stories, 91) “Ah, mən elə bunu başa düşə 
bilmirəm!” (İndiki zamanın davamedici forması əvəzinə). 
Even if it rains, we’ll work “Yağış  yağsa da (belə),  biz 
sabah işləyəcəyik”. Your plane leaves in an hour’s time, he 
said “Sənin təyyarən (sizin təyyarə) bir saatdan sonra uçur”, 
-o dedi” (Gələcək zamanın qeyri-müəyyən forması əvəzinə). 
I remember the scene very well. Miss. Blake in a dinner- 
caket, arrives, at the ground floor by lift. The lift door opens 
Blake gets out, looks at something on his left registers alarm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə