Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   46   47   48   49   50   51   52   53   ...   99

 
150
Həmin forma never, ever, often, already, cust, yet kimi 
qeyri-müəyyən zaman zərfləri ilə də işlənir. 
İ.Rəhimov və T.Hidayətzadə indiki zaman bitmiş 
formasının Azərbaycan dilinə  nəqli keçmiş zaman forması 
ilə  tərcümə edildiyini qeyd edirlər. Onlar göstərirlər ki, 
hərəkətin başlanğıcının  since  sözü ilə ifadə edildiyi 
cümlələrdə fel azərbaycancaya həm indiki zaman, həm də 
nəqli keçmiş zaman formaları ilə tərcümə edilir: Məsələn: 
I  have not seen him since 1965 “Mən onu 1965-ci ildən 
görmürəm / görməmişəm” [39, s.125]. 
Belə bir kontekstual şəraitdə indiki zaman və nəqli keçmiş 
zaman formalarının paralel olaraq işlənməsi faktdır. Amma 
bizə belə  gəlir ki, Azərbaycan dilində bu iki zaman 
formasının işlənmə məqamları arasında belə bir fərq vardır: 
uzaq keçmiş üçün nəqli keçmiş zaman, yaxın keçmiş zaman 
üçünsə indiki zaman forması yarayır.  
İndiki zamanın davam edib bitmiş (The Present Perfect 
Continuous Tense Form). 
[have felinin “bitmiş” indiki zamanı+be felinin Participle II 
forması (been/+əsas felin -ing forması]. 
İndiki zamanın davam edib bitmiş forması yalnız dinamik 
fellərlə  işlənir. O, keçmişdə başlanıb, hazırkı danışıq anına 
qədər davam edən hərəkəti ifadə edir. 
İndiki zamanın davam edib bitmiş forması  işlənən 
cümlələrdə  hərəkətin baş verdiyi dövrü (müddəti) göstərən 
ifadələr (zərfliklər, qoşma birləşmələri,  since  sözü) də 
işlənir. Məsələn: We have been staying here all this week 
“Biz bütün bu həftəni burada qonaq qalırıq” He has been 
working for two hours “O, iki saatdır ki, işləyir”. I have known 
him since my childhood “Mən onu uşaqlıqdan tanıyıram”. 
Beləliklə, biz görürük ki, ingiliscə  İndiki zamanın davam 
edib bitmiş formasına Azərbaycan dilində yenə  də indiki 
zaman forması müvafiq gəlir. 
Bəzi hallarda İndiki zamanın davam edib bitmiş forması 
keçmişdə baş verib qurtarmış hərəkəti bildirir. Bu zaman o, 
felin indiki zaman formasından düzəlmiş hekayə forması ilə 
verilir. “Siz burada olmayanda mən bu məqaləni  tərcümə 
edirdim”. 


 
151
İndi isə, görək, ingiliscə  İndiki zamanın davam edib 
bitmiş formasının Azərbaycan dili ilə müqayisədə 
öyrənilməsi nə vəziyyətdədir. 
İ.Rəhimov və T.Hidayətzadənin ingilis dili qrammatika-
sında “I have been reading this article for two hours” 
cümləsi azərbaycanca “Mən bu məqaləni iki saatdır ki, 
oxuyuram”  şəklində verilir [39, s.134]. Bu, “İki saatdır ki, 
mən bu məqaləni oxuyuram” variantının çevrilmiş şəklidir. 
Etiraf etmək lazımdır ki, tərcümə istər oricinalın zaman 
göstəricisini, istərsə  də orada işlənən felin məzmununu 
dəqiq ehtiva edir. Ancaq burada belə bir cəhətə diqqət 
vermək lazımdır.  İngilis dilində  həmin cümlə sadə cümlə 
şəklində olub, for  two hours ifadəsi də cümlə üzvüdür 
(zaman zərfliyi). Azərbaycan dilində isə bütövlükdə cümlə 
mürəkkəb cümlə olubiki saatdır ki baş cümlə, qalan hissə 
isə mübtəda budaq cümləsidir. 
İngilis dilində zaman göstəricisi budaq cümlə ilə də ifadə 
oluna bilir. 
He  has been working at the plant since we came here 
“Biz bura gələndən (bəri) o, zavodda işləyir”. 
Aydındır ki, zamanın nə ilə, necə verilməsi indiki zamanın 
davam edib bitmiş formasının azərbaycanca necə ifadə 
olunmasına təsir etmir. Misallardan gördüyümüz kimi, həmin 
zaman forması Azərbaycan dilində  əsasən indiki zaman 
forması ilə verilir. 
B) KEÇMİŞ ZAMAN FORMALARI.  
Keçmiş zamanın qeyri-müəyyən forması (The Past 
İndefinite Tense Form). 
Keçmiş zamanın qeyri-müəyyən forması qaydalı, 
qaydasız və qarışıq üsulla düzəlir. Bunun modallıq 
məsələsinə elə bir dəxli yoxdur. 
Keçmiş zamanın qeyri-müəyyən formasından keçmişdə 
tək-tək, ardıcıl olaraq, təkrar olaraq baş vermiş 
hərəkətlərdən bəhs edərkən istifadə edilir. Müvafiq 
cümlələrdə keçmişə aid zaman müddətlərini bildirən zaman 
zərfləri də  işlənir:  yesterday, last week (month, year), in 
2000 və s. 
Məsələn: He wrote the letter and gave me “O, məktubu 
yazdı və mənə verdi (yazıb, mənə verdi)”.  


 
152
Yesterday he came from Turkey “Dünən o, Türkiyədən 
gəldi”  
The teacher entered the room, greeted us and sat down 
at the table “Müəllim otağa daxil oldu, bizi salamladı və stol 
arxasında oturdu”. 
Gördüyümüz kimi, ingiliscə keçmiş zamanın qeyri-
müəyyən forması azərbaycanca müntəzəm olaraq şühudi 
keçmiş zaman forması ilə verilir. Ancaq bu, yeganə imkan 
deyil. Keçmiş zamanın qeyri-müəyyən forması başqa 
keçmiş zaman formaları ilə də verilir. Məsələn: Dan worked 
at a factory “Dən fabrikdə işləyirdi” (davamlı keçmiş) 
I only met  Peter six months ago “Mən Peterlə  cəmi-
cümlətanı altı ay bundan qabaq tanış olmuşam” (nəqli 
keçmiş zaman). 
Şərt və zaman budaq cümlələrində  işlənərkən keçmiş 
zamanın qeyri-müəyyən forması azərbaycanca ümumiyyətlə 
keçmiş zaman forması ilə verilmir. Məsələn: 
He said that if he got tickets he would give me a call “O 
dedi ki, bilet tapa bilsə, mənə zəng edəcək”. 
The children promised that they would turn the TV set off 
before they went to bed “Uşaqlar vəd etdilər ki, yatmağa 
getməzdən qabaq televizoru söndürəcəklər”. 
Keçmiş zamanın qeyri-müəyyən forması müəyyən 
müddətdə baş verib qurtarmış  hərəkəti bildirərkən 
azərbaycanca həm  şühudi, həm də  nəqli keçmiş zaman 
formaları ilə verilə bilir: 
After seminar we sat in the Academian garden for a long 
time “Seminardan sonra biz uzun müddət Akademiya 
bağında oturduq (oturmuşuq)”. 
Buna oxşar bir halı  used+to infinitive qaydasında 
düzəldilmiş keçmiş qeyri-müəyyən zamanda da müşahidə 
edirik. 
Həmin forma azərbaycanca həm indiki zamanın, həm də 
qeyri-müəyyən gələcək zamanın formasından düzəlmiş 
hekayə forması ilə verilir. Məsələn: 
He used to come to see us every Sunday “O adətən hər 
bazar günü bizi görməyə gəlirdi (gələrdi)”. 
Davamlı keçmiş zaman forması (The Past Continuous 
Tense Form). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə