Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   48   49   50   51   52   53   54   55   ...   99

 
156
çimərliyə düşüb-getdim. Mehmanxananın yanında 
Maksla rastlaşdım. Mən onunla məktəbə getmişəm 
(gedərdim) = Biz bir yerdə məktəbdə oxumuşuq”.  
Keçmiş zamanın davam edib bitmiş forması (The Past 
Perfect Continuous Tense Form). 
Keçmiş zamanın davam edib bitmiş forması keçmişdə 
baş vermiş hərəkətdən əvvəl başlanıb-davam edən hərəkəti 
bildirmək üçün işlədilir. O, zaman müddəti bildirən zərflərlə 
müşayiət olunur: for an hour (month, longtime və s.); həmin 
vasitələr sırasına qoşma birləşmələri (for…), zərf, qoşma və 
bağlayıcı kimi çıxış edən since sözü də aiddir. 
Qeyd etmək lazımdır ki, keçmiş zamanın davam edib 
bitmiş formasından yalnız mürəkkəb cümlələrdə istifadə 
olunur. Məsələn: 
I  had been living in Baku for ten years when they came 
here “Onlar buraya gələndə  mən artıq 10 il idi ki, Bakıda 
yaşayırdım” (“Mən 10 il Bakıda yaşayırdım ki, onlar buraya 
gəldilər”). 
I was very tired as I had been working “İşlədiyim üçün 
(işlədiyimdən) mən çox yorğun idim” = Mən çox yorğun idim 
(çünki, belə ki), (çox) işləmişdim”. 
He said he had been working in a newspaper office since 
he returned from abroad “O dedi ki, xaricdən  qayıtdıqdan 
bəri (sonra) bir qəzetdə işləyir(miş)”. 
C) GƏLƏCƏK ZAMAN FORMALARI. 
Bizim bundan qabaq nəzərdən keçirdiyimiz indiki və 
keçmiş zaman formaları artıq həyata keçmiş, icra olunmuş 
hərəkətləri bildirir. Gələcək zaman formaları ilə ifadə 
olunmuş  hərəkətlər belə deyil. Bunlar olsa-olsa niyyətdə 
tutulur, irəlicədən güman, fərz edilir. Bunların modal çaları 
vardır. Həmin hərəkətlər həyata keçməsində yəqinlik, inam, 
şübhə olan, arzu edilən və edilməyən, zəruri, mümkün olan
vacib, lazım, ehtimal edilən (edilməyən), hərəkətlər kimi 
təqdim olunur. Gələcək zamanın həmin məna çalarları 
ingilis dilində müxtəlif leksik və qrammatik vasitələrin köməyi 
ilə öz ifadəsini tapır [122, s.41]. 
İngilis dilində gələcək zamanın aşağıdakı formaları işlənir:  
1) Gələcək zamanın qeyri-müəyyən forması (The Future 
Indefinite Tense Form);  


 
157
2) Gələcək zamanın davamedici forması (The Future 
Continuous Tense Form);  
3) Gələcək zamanın bitmiş forması (The Future Perfect 
Tense Form);  
4) Gələcək zamanın davam edib bitəcək forması (The 
Future Perfect Continuous Tense Form); 
5) Keçmişə nəzərən gələcək zaman forması (The Future 
in the Past). 
Azərbaycan dilində gələcək zamanın aşağıdakı formaları 
vardır: qəti gələcək, qeyri-qəti gələcək, keçmişdə  qəti 
gələcək (idi  və  imiş bağlamaları ilə), keçmişdə qeyri-qəti 
gələcək (idi  və  imiş  bağlamaları ilə),  şərti qəti gələcək və 
şərti qeyri-qəti gələcək. 
Hər iki dildə qeyd olunan zaman formalarının işlənmə 
tezliyi bərabər deyil. Bundan başqa, həmin zaman 
formalarının işlənmə  məqamları da çox vaxt bir-birinə 
müvafiq gəlmir. Bunu konkret zaman formalarının 
müqayisəsi açıq-aşkar göstərir. 
Gələcək zamanın qeyri-müəyyən forması (The Future 
Indefinite Tense Form).  
Həmin forma danışıq anına nisbətdə  gələcəyə aid olan 
hərəkətləri bildirir. O, statik və dinamik fellərlə müxtəlif 
şəkildə işlənir. 
Gələcək zamanın qeyri-müəyyən forması statik fellərlə 
heç bir məhdudiyyət olmadan işlənir və  hərəkətə heç bir 
modal məna çaları vermir. Bunu neytral hesab etmək olar. 
Everybody  will be at the meeting “Bu gün axşam hamı 
iclasda  olacaq”. Gələcək zamanın qeyri-müəyyən forması 
dinamik fellərlə işlənərkən shall və will fellərinin modal məna 
saxlamalarına görə modal məna kəsb edirlər. 
Əvvəllər məcburiyyət modal mənası olmuş  shall feli 2-ci 
və 3-cü şəxslərdə bütün cümləyə vəd, təhdid və xəbərdarlıq 
mənası verir.  
You shall pay for it “Sən buna görə cavab verəcəksən”.  
He shall get the money tomorrow “O, sabah həmin pulları 
mütləq alacaqdır”.  
Shall feli sualda birinci şəxslə  əlaqədar olaraq əmr 
(komanda, buyruq), sərəncam, gözləmə mənası bildirir. 


 
158
Shall we alter the plan? “Biz planı  dəyişdirməliyik / 
dəyişdirəsiyik? 
Will(‘ll) feli birinci şəxsin tək və cəmində arzu, hazırolma, 
razılaşma, niyyət, qətiyyət mənaları bildirir. Məsələn: 
All right, I’ll come “Yaxşı, (mən) gələrəm/gələcəyəm”. 
Give this to the taxi dispatcher, Patsi and he’ll send you 
to home (AHA, 24) “Ver bunu taksi dispetçerinə, Pətsi, o 
səni evə göndərər” (AHA. a, 23). 
Let’s take him off a while, anyway, and as an 
afterthought,  I’ll do it (AHA, 79) “Hər halda ona bir az 
istirahət verməliyik”. – bir az düşünüb,  əlavə etdi, - “özüm 
deyərəm” (ANA. a, 77) […özüm bunu edərəm]. 
We’ll explain everything to them “Biz onlara hər şeyi izah 
edərik / edəcəyik”. 
Will feli 2-ci və 3-cü şəxslərlə  əlaqədar olaraq buyruq 
(komanda) ifadə edir.  
My husband will pay for the taxi “Mənim  ərim taksinin 
haqqını verər / ödəyər”. 
İnkar cümlələrində  will  hərəkəti icra etməkdən 
boyunqaçırma mənası ifadə edir. 
I  won’t argue with you “Mən səninlə  mübahisə etmirəm 
(etməyəcəm) edəsi deyiləm”. 
Sual cümlələrində  will xahiş  və  dəvət mənalarını ifadə 
edir.  
Will you ask him into my office? “Zəhmət olmasa, onu 
mənim ofisimə (kabinetimə) çağırın/dəvət edin”. 
Will you come in! “Buyurun, içəri keçin / gəlin”. 
İ.Rəhimov və T.Hidayətzadə ingiliscə  gələcək zamanın 
qeyri-müəyyən formasından danışarkən bir dəfə  və  təkrar 
olaraq baş verən hərəkətləri bildirən fellərin Azərbaycan 
dilinə müxtəlif  şəkildə  tərcümə olunduğunu qeyd edirlər. 
Ancaq həmin fikri sübut etmək üçün verilmiş misallarda 
bunu görmürük [39, s.109]. 
Bundan başqa, müəlliflər gələcək zamanın qeyri-
müəyyən formasının azərbaycancaya tərcümə olunması 
yollarından danışarkən onun qəti və qeyri-qəti gələcək 
zaman formaları ilə verildiyini qeyd edirlər. Müq.et: He will 
come tomorrow. “O, sabah gələcək” və He will help us. “O, 
bizə kömək edər”. Belə  çıxır ki, qəti və qeyri-qəti gələcək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə