Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   50   51   52   53   54   55   56   57   ...   99

 
162
Azərbaycan dili vasitələri ilə vermək təşəbbüsləri kimi 
qiymətləndirilə bilər. Həmin vasitələr ingilis dilində  gələcək 
zamanın davam edib bitəcək formasının qarşılığı hesab 
edilə bilməz. Bizim indiyə  qədər apardığımız çoxsaylı 
müqayisələrdən də göründüyü kimi, Azərbaycan dili müvafiq 
analitik formaların olduğu hallarda belə sintetik formalara 
üstünlük verir. 
Keçmişə nəzərən gələcək zaman forması (The Future-in-
the Past)  
[should / would + məsdər] 
Həmin forma keçmiş zaman nöqteyi-nəzərindən 
gələcəkdə baş verəsi hərəkətləri bildirmək üçün işlənir. 
Adi gələcək zaman formalarından hansı ilə 
işlənməsindən asılı olaraq keçmişə  nəzərən gələcək 
zamanın aşağıdakı növləri meydana çıxır:  
1) Keçmişə  nəzərən gələcək zamanın qeyri-müəyyən 
forması (The Future-Indefinite-in-the Past); 
2) Keçmişə  nəzərən gələcək zamanın davamedici 
forması (The Future Continuous-in-the Past;)  
3) Keçmişə  nəzərən gələcək zamanın bitmiş forması 
(The Future Perfect-in-the Past);  
4) Keçmişə  nəzərən gələcək zamanın davam edib 
bitəcək forması (The Future Perfect Continuous-in-the 
Past). Misallar:  
I thought then he would return soon “Mən o vaxt 
fikirləşdim ki, o tezliklə qayıdacaq / qayıdar”.  
I didn’t know what I should do without them “Mən 
bilmirdim ki, onsuz nə edəcəyəm / Mən onsuz nə edəcəyimi 
bilmirdim”. 
I expected we should be having coffee after dinner as 
usual “Mən güman edirdim ki, biz adətimizə görə, günorta 
yeməyindən sonra kofe içəcəyik”. 
I hoped she would have got supper ready by the time we 
got home “Mən ümid edirdim ki, o (qadın) biz evə  gələnə 
(çatana) qədər  şam yeməyini  hazırlayar / hazırlayacaq / 
hazırlamış olacaq”. 
He said that by the end of May be would have been 
working on that problem for a year.  


 
163
O dedi ki, may ayının sonunda o, bu problem üzərində 
bir il işləmiş olacaq.  
Beləliklə, biz görürük ki, Azərbaycan dilində keçmişdə 
gələcək zaman formalarının olmasına baxmayaraq, həmin 
formalar özlərinin işlənmə xüsusiyyətlərinə görə ingilis 
dilindəki keçmişə  nəzərən gələcək zaman formalarına 
müvafiq gəlmirlər. Ona görə  də ingilis dilindəki keçmişə 
nəzərən gələcək zaman formaları Azərbaycan dilində  qəti 
və qeyri-qəti gələcək zaman formaları ilə verilir. Fakültativ 
olaraq həmin formalar gələcək zaman feli sifəti (sadə 
cümlədə) və “gələcəkdə keçmiş” forması ilə verilir 
(yuxarıdakı misallara bax). 
 
2.3.2. İmperativ modallıq.  
Əmr modallığı dilin funksional xüsusiyyətləri arasında 
mühüm yer tutur. Əmr modallığı  həm sintaksisdə, həm də 
morfologiyada müvafiq vasitələrlə təmsil olunur. 
Qeyd etmək lazımdır ki, “əmr” anlayışı müvafiq sintaktik 
və morfoloci vasitələrin ifadə etdiyi bütün mənaları ehtiva 
etmir. Başqa sözlə desək,  əmr cümləsi və felin əmr  şəkli 
heç də yalnız əmr mənası bildirmir. 
Azərbaycan və ingilis dillərində felin əmr  şəkillərini 
müqayisə etsək, onlar arasında oxşar, ümumi cəhətlərlə 
yanaşı, bəzi mühüm fərqlərin də olduğunu görərik. Hər 
şeydən  əvvəl, nəzərə çarpan odur ki, bu dillərdə  əmr  şəkli 
üçün bazis forma Azərbaycan dilində məsdərin kökü, ingilis 
dilində isə (xalis) məsdər forması ilə üst-üstə düşür. Bu 
dillərdə  əmr  şəkli ilə ifadə olunan mənanın zənginliyi də 
qeyd olunan oxşarlıqlar sırasına daxildir. 
İngilis və Azərbaycan dillərində felin əmr  şəkilləri 
arasında oxşarlıq üçüncü şəxsin təki ilə  məhdudlaşır. 
Azərbaycan dilində ikinci şəxsin cəmi və birinci, üçüncü 
şəxslərin tək və  cəmi üçün formal cəhətdən fərqlənən 
şəkilçilər vardır. Belə bir vəziyyət sintaktik konstruksiyalarda 
(cümlələrdə)  şəxs  əvəzliklərinin işlənməsinə müəyyən 
sərbəstlik verir. 
Azərbaycan və ingilis dillərində imperativ modallıq bir çox 
çalarlar nümayiş etdirir. Bunları konkret misallar əsasında 
nəzərdən keçirək. 


 
164
1. Felin əmr şəkli icrası əmr edilən, təmin edilməli olan 
hərəkəti bildirir. Məsələn: 
After a while, Whenever there was pressure, or a difficult 
repair cob, the word went out: get  Coe Patroni! (AHA, 35) 
“Bir qədər keçəndən sonra harda sınıqlıq, ya təmir işləri 
olsaydı,  dərhal deyirdilər: -Cou Pətronini  tapın!” (AHA. a, 
34). [Bir qədər sonra nə vaxt ki, nə isə  sındı, yaxud çətin 
təmir işi düşdü, o saat deyirdilər: -Cou Pətronini tapın!]. 
Felin  əmr  şəklinin  əmretmə  məqamında işlənməsini 
ümumi kontekstdən, müşayətedici sözlərdən, felin inkar 
formasında işlənməsindən də bilmək olur. 
Get all that crap out of here! (AHA, 111) “Yığışdırın bütün 
zir-zibilinizi burdan!” (AHA. a, 102) [Bütün bu zir-zibilinizi 
burdan götürün (çıxarın)]. 
Get him the hell out of the approach area! (AHA, 78) 
“Onu enməyə gələn təyyarənin yolundan rədd eləyin! (AHA. 
a, 76) [Onu giriş sahəsindən cəhənnəm (rədd) eləyin]. 
“Pay attention”, he commanded (AHA, 90) “Fikriniz 
məndə  olsun”, Elliot göstəriş verdi” (AHA. a, 89) [O, əmr 
elədi: - Fikir ver!]. 
Keep an eye on TWA and North west (AHA, 78) “Bir 
gözün  TWA və  “Şimal-Qərb”in  üstündə olsun!” (AHA. a, 
77).(TWA-ya və Şimal-Qərbə göz qoy
2. Felin əmr  şəkli icrası müəyyən  şərtlə bağlı olan 
hərəkəti bildirir. 
If you want to lose some airplanes in flight, throw me out 
of here. If you don’t, sit down and listen (AHA, 35) “Əgər Siz 
bəzi təyyarələrin uçuş vaxtı partlamasını istəyirsinizsə, məni 
bayıra ata bilərsiniz.  Əgər istəmirsinizsə, onda oturun  və 
qulaq asın” (AHA. a, 35) [Siz bəzi təyyarələri havada 
(uçuşda) itirmək istəyirsinizsə, məni buradan bayıra atın; 
istəmirsinizsə,  (aşağı) oturun  qulaq asın (eşidin, 
dinləyin)]. 
Tərcümələrin bir-birilə 
və oricinalla müqayisəsi 
aşağıdakıları söyləməyə imkan verir. İngiliscə mətndə ikinci 
şəxsin təkinə müraciət olunur. Həmin  şəxs bu dildə ikinci 
şəxsin təki və  cəmi üçün ümumi (müştərək) olan you 
əvəzliyi ilə ifadə olunmuşdur. Azərbaycan dilindəki mətndə 
belə bir qeyri-müəyyənlik yoxdur: burada ikinci şəxsin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə