Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   52   53   54   55   56   57   58   59   ...   99

 
168
görə bunu etməyə  məcburdur. Amma bunu etməyə  də 
bilər. Misallara müraciət edək. 
Take a break, Keith. It was the tower watch chief’s voice 
(AHA, 79) “Bir az dincini al, Keyz, - bu, uçuş rəhbərinin səsi 
idi” (AHA. a, 77) [Nəfəsini dər, Keyz]. 
Daha bir misal: 
Tanya Livingston steered her to a chair. “Make yourself 
comfortable”. Tanya said practically, “and take your time” 
(AHA, 20) “Tanya Livinqston onu stula oturtdu, amiranə 
səslə dedi: “Özünüzü ələ alın, tələsməyin” (AHA. a, 20) 
[Tanya Livinston onu stula tərəf yönəltdi: “Arxayın (rahat) 
olun, Tanya qayğıkeşliklə (canıyananlıqla) dedi, - və tələsib-
eləməyin”]. 
Give this to the taxi dispatcher, Patsy, and he’ll send you 
home (AHA, 24) “Ver bunu taksi dispetçerinə, Pətsi, o səni 
evə göndərər” (AHA. a, 23) [Bunu taksi dispetçerinə  ver
Pətsi, o səni evə göndərər]. 
6. Felin əmr şəkli xahiş, ricaetmə məqamında. 
Tell me one thing. How is it you know so much about all 
this? (AHA, 123) “Mənə düzünü de. Necə olub ki, bu barədə 
belə çox məlumat yığmısan?” (AHA. a, 114) [Mənə bir şeyi 
söylə (de): Bu necə olub ki, Siz bütün bunlar barəsində bu 
qədər çox şey bilirsiniz?]. 
He gestured unhappily. “Forget it. I’m sorry” (AHA, 117) 
“Veron bədbəxt görkəmlə  əlini yellədi: “Bunu unut-getsin. 
Üzr istəyirəm” (AHA. a, 109) [O, məyus-məyus əlini yellədi. 
“Bunu yadınızdan çıxarın! Üzr istəyirəm]. 
7. Felin əmr şəkli dilək, yalvarma məqamında. 
Dear God in heaven, give me strength not to blow, which 
is probably what the ornery son-of-a bitch wants (AHA, 52) 
“Ey gözəgörünməz Allah, yıxılmamaq üçün mənə  qüvvət 
ver, bu it küçüyünün bütün çalışdığı onun üçündür” (AHA. a, 
51) [Ya Rəbbim, mənə güc, qüvvə ver, yıxılmayım – bu 
qancıq uşağının istəyi budur]. 
Əmr modallığı bildirən cümlələrdə felin əmr şəkli formaları 
ilə yanaşı, müvafiq hərəkətlərin icrasının  şəraitini bildirən 
sözlər də  işlənir. Bunlar zaman zərfləri, köməkçi sözlər və 
s.-dən ibarət olur. Məsələn: 


 
169
Mobile one, hold until the Lake Central Nord crosses 
ahead of you, then follow it in (AHA, 66) “Bir nömrəli maşın, 
gözləyin,  qoy “Leyk Sentral Nord” keçsin, sonra onun 
arxasınca sürün!” (AHA. a, 65) [Birinci maşın, Leyk Sentral 
Nord Sizdən  qabağa keçməincə dayanın (gözləyin),  sonra 
arxasınca gedin (onu izləyin)]. 
The lieutenant pointed to it : “Keep closed up behind that 
car” (AHA, 113) “Leytenant maşını çırtmaladı: - Bu maşının 
dalınca gedin” (AHA. a, 105) [Leytenant onu barmağı ilə 
göstərdi: “O maşının dalınca düşün!”]”. 
 
2.3.3. Modal məsdər. 
İngilis dilində  əmr konstruksiyalarında istifadə edilən fel 
formaları vardır. L.S.Barxudarova görə “xalis” məsdər fel 
formasını xüsusi kateqorial forma – əmr forması hesab 
etmək lazımdır [146, s.66]. 
Xalis məsdər və əmr formasının əlaqədə götürülməsi heç 
də bütün ingilis dili mütəxəssisləri tərəfindən qeyd-şərtsiz 
qəbul edilməmişdir. D.Bolincerin belə bir məqaləsi vardır: 
“Əmr forması  məsdərdirmi?” Amma bu da inkaredilməz bir 
faktdır ki, ingilis dilində xalis məsdər modal xarakter daşıyır. 
D.Bolincer qeyd edir ki, məsdər formasının  əmr mənası 
təəccüb doğurmamalıdır: bir çox dillərdə bununla 
qarşılaşmaq olur [146, s.66] . 
L.S.Barxudarov ingilis dilində  məsdər formasının iki 
variantda təmsil olunduğunu göstərir: nişanlanmış variant (o 
– o məsdər), nişanlanmamış məsdər – xalis əsas (kök). 
L.S.Barxudarov məsdərin bu iki forması arasında fərqi 
onların sintaqmatik işlənməsi  şəraitindən ibarət bilir. 
Nişansız forma modal fellərlə birləşmələrdə  və  bəzi başqa 
konstruksiyalarda işlənir; nişanlanmış forma bütün qeyri 
şəraitlərdə işlənir [146, s.148-149].  
N.A.Slüsareva qeyd edir ki, müasir ingilis dilində “xalis” 
modal məsdər və  to  ədatlı  məsdərin açıq-aşkar 
qarşılaşdırılması  təmayülü başa çatır [146, s.66]. O, əlavə 
edir ki, ikinci formanın da modal mənası özünü büruzə verir. 
Əmr  şəklinin fel sistemində yeri məsələsi müxtəlif 
cəhətlərdən dilçi mütəxəssisləri düşündürmüşdür. 
V.V.Vinoqradov yazır: “Əmr  şəkli fel sisteminin ucqarında 


 
170
yerləşib, ondan qopub-ayrılmağa can atır; belə ki, onu 
inadla cəzb edir [78, s.590].  
O, belə hesab edir ki, əmr  şəklinin imperativ 
intonasiyasından azad olan əsas forma – şərt-arzu şəklinin 
dairəsinə yaxın modal mənalar ifadə edir [78, s.598]. 
N.A.Slüsareva  əlavə edir ki, analitik ingilis dilində “xalis” 
məsdər hərəkətə sövqetmə  mənasına daha yaxındır [146, 
s.66]. 
Bəs Azərbaycan dilçilik ənənəsində ingilis dilinin məsdər 
formasının ifadə etdiyi modal məna nə şəkildə təqdim edilir? 
Azərbaycan dilçilərinin ingilis dilinin qrammatikasına həsr 
olunmuş əsərləri əsasən tədris xarakteri daşıyır. Biz burada 
məhz qrammatik məsələləri müəyyən nöqteyi-nəzərdən, 
nəzəri platformadan şərh etmək təşəbbüslərinə diqqət 
yetirəcəyik. 
İ.Rəhimov və T.Hidayətzadənin “İngilis dilinin 
qrammatikası”  əsərində  məsdərin tarixən isimdən törəndiyi 
qeyd olunur.( Həmin məsələ ilə  əlaqədar olaraq bax: [109, 
s.195-202]. 
Bu fikir Azərbaycan dilində məsdəri nəzərdən keçirərkən 
bizə lazım olacaqdır. 
Müəlliflər məsdərin ismi və feli xüsusiyyətlərini qeyd 
edirlər. Onlar belə hesab edirlər ki, to  ədatı ilə  işlənən 
məsdər Azərbaycan dilində –maq / -mək şəkilçisi ilə işlənən 
felə müvafiq gəlir (to write – yazmaq). 
Buradaca məsdərin təsirli fellərdə  məlum növdə dörd, 
məchul növdə iki forması olduğu qeyd edilir. Bu məsələyə 
Azərbaycan dilçiliyində toxunulmamışdır. Biz deyə bilərik ki, 
Azərbaycan dilində felin bütün məna növlərinin (məlum, 
məchul, qayıdış, qarşılıq-müştərək, icbar) məsdər forması 
vardır və bunlar struktur cəhətdən bir-birindən fərqlənmirlər. 
Bizim üçün məsdərdə isim və feli xüsusiyyətlərin nisbəti
məsdərin  to  ədatı ilə  və onsuz işlənməsi, bunun modallıq 
məsələsi ilə əlaqəsi mühüm əhəmiyyət kəsb edir. 
İngilis dili məsdərinin ismi xüsusiyyəti onun mübtəda və 
xəbər vəzifəsində işlənməsi, ismi xəbərin ad hissəsi olması 
kimi izah edilir. Məsdərin mübtəda vəzifəsində  işlənməsi 
məsələsində Azərbaycan və ingilis dillərinin arasında elə bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə