Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   45   46   47   48   49   50   51   52   ...   99

 
147
müəyyən, həm də indiki zamanın davamedici 
formalarının qarşılığı olaraq Azərbaycan dilində indiki 
zamanın əsas ifadə forması işlənir. 
İngilis dilində statiklik və dinamiklik tamamlanmadığına 
görə  həm indiki zamanın qeyri-müəyyən, həm də indiki 
zamanın davamedici formalarının işləndiyi halların 
müqabilində Azərbaycan dilində yalnız bir forma işlənir: 
You look (are looking) happy. “Sən xoşbəxt görünürsən”. 
My hands itch (are itching). “Mənim əllərim qaşınır (gicişir)” 
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın davamedici 
formasının danışıq vaxtı davam edən hərəkəti göstərdiyini 
qeyd etməklə yanaşı, həmin cümlələrdə danışıq vaxtını 
ifadə edən zaman zərflərinin də  (now, at the present, 
moment) işləndiyini qeyd edirlər. 
Listen, how well he is playing! “Gör, o nə yaxşı çalır!”. 
Burada da indiki zamanın davamedici forması  çalır tipli 
indiki zaman forması ilə verilir. Biz yuxarıda indiki zamanın 
qeyri-müəyyən formasından bəhs edərkən bəzi məqamlarda 
onun yerlik halda və  xəbərlik  şəkilçisi ilə  işlənən məsdərlə 
ifadə olunduğunu qeyd etmişdik. Qəribə burasıdır ki, 
ingiliscə indiki davamedici zamanın üçün həmin formadan 
istifadə etmək olmur. 
İ.Rəhimov və T.Hidayətzadə indiki davamedici zamanın 
formasının başqa bir xüsusiyyətini “icra etmək niyyətində 
olduğumuz və icrasına  əmin olduğumuz hərəkəti” ifadə 
etmək kimi təyin edirlər [39, s.113]. Məsələn:  
I  am buying a car soon “Bu yaxınlarda mən bir maşın 
alıram”. Müəlliflər həmin məqsədlə  “to go + məsdər” 
konstruksiyasından da istifadə olunduğunu göstərirlər. I am 
going to buy a car soon “Mən bu yaxınlarda maşın  almaq 
niyyətindəyəm”. 
Azərbaycan dilində  məsdərlə yanaşı, kontekstual şəraitə 
işarə edən  niyyət  sözü də  işlənmişdir. Diqqətəlayiq cəhət 
burasıdır ki, yuxarıda haqqında bəhs etdiyimiz məsdər 
forması kimi, niyyət  sözü də yerlik hal və  xəbərlik 
şəkilçilərinin əlavəsi ilə işlənir. 
Müasir Azərbaycan dilində  həmin modal mənanı ifadə 
etməkdən ötrü başqa vasitələr də vardır: “gərək ədatı + felin 
arzu şəkli”, felin vacib şəkli: gərək alam, alasıyam. 


 
148
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın 
davamedici formasının Azərbaycan dilində verilməsi 
yollarından danışarkən məlum indiki zaman formasını qeyd 
edirlər, “to be going+məsdər” konstruksiyasını “bir şeyi 
etmək niyyətində olmaq (hazırlaşmaq)”  şəklində verməyi 
təklif edirlər. 
I  am going to tell you an interesting tale “Mən sizə bir 
maraqlı nağıl söyləməyə hazırlaşıram”. 
Deməliyik ki, bu hərfi tərcümə  səviyyəsindədir. Kiməsə 
maraqlı bir nağıl söyləməyə hazırlaşan şəxs azərbaycanca, 
yəqin ki, belə deyərdi: “Sizə bir maraqlı nağıl 
danışım/danışmaq istəyirəm”. 
Burada arzu da, niyyət də, qətiyyət də vardır. 
İndiki zamanın bitmiş forması (The Present Perfeet 
Tense Form). 
[to have felinin indiki zamanı + əsas felin Participle II 
forması] 
İndiki zamanın bitmiş forması nitq zamanı qurtarmış 
hərəkəti ifadə etmək üçün işlənir. Hərəkətin icra olunması 
şəraiti (zamanı, yeri, tərzi) bu zaman elə bir əhəmiyyət kəsb 
etmir. 
We have bought a new TV set “Biz təzə televizor 
almışıq”. 
Göründüyü kimi, ingiliscə indiki zamanın bitmiş forması 
Azərbaycan dilində  nəqli keçmiş zaman forması ilə verilir. 
Qeyd edək ki, rus dilində  də  vəziyyət buna oxşardır. 
Yuxarıdakı cümlə rusca belə  tərcümə olunur: “Mı kupili 
novıy televizor”. 
İ.P.Krılova və Y.V.Krılova yazırlar: “The Present Perfect 
formasında olan fellər rus dilinə keçmiş zamanla tərcümə 
edilsə  də, yadda saxlamaq lazımdır ki, ingilis dilində həmin 
hərəkətlər indiki zaman hərəkətləridir” [122, s.20].  
Bunu bir tərəfdən köməkçi felin forması (Məsələn: He has 
come back), o biri tərəfdənsə indiki zamanın bitmiş forması 
keçmiş zaman (nəqletmə zamanı) yox, yalnız indiki zaman 
kontekstində  işlənməsi göstərir. Yəni indiki bitmiş zamanla 
ifadə olunan hərəkət həmişə danışıq anına nisbətən verilir, 
ona “bağlanmış” olur. 


 
149
İndiki zamanın bitmiş formasının ifadə etdiyi 
hərəkətlərin indiki zamana aid olduğunu dəyişmə (çevrilmə) 
də sübut edir: 
I  have heard the doctor’s opinion = I knew  the doctor’s 
opinion. 
Azərbaycan dilində  nəqli keçmiş zaman forması 
keçmişdə baş vermiş  hərəkəti bildirsə  də  və bu formanın 
əsasında tarixən keçmiş zaman feli sifəti dayansa da, 
onunla işlənən  şəxs / kəmiyyət  şəkilçisi məhz indiki zaman 
bildirir. Biz ingiliscə am, azərbaycanca -am/-əm morfemlərini 
dillərin uzaq keçmişinə aid şəkilçilər hesab edirik. 
Həmin  məsələ    ilə    əlaqədar  olaraq  bunu da yada 
salmaq lazımdır ki, -am/-əm və s. şəxs / kəmiyyət şəkilçiləri 
(başqa sözlə, xəbərlik  şəkilçiləri) təkcə fellərin ifadə etdiyi 
hərəkətləri deyil, adların müxtəlif kateqoriyalarının (isim, 
sifət, say və s.) ifadə etdiyi anlayış və təsəvvürləri də indiki 
zamanla bağlayır. Məsələn: Mən  müəlliməm.  Mən  kiməm
Bir  bikəsü -  bixaniman  (Füzuli). Sözümüz sözdür.  Mən 
yaxşıyam, sən necəsən? 
Beləliklə, biz deyə bilərik ki, Azərbaycan dilində  nəqli 
keçmiş zaman formasında hərəkətin qurtarmasını, tamam 
olmasını ifadə etmək vəzifəsi feli sifət tərkib hissəsinin 
üzərinə, həmin hərəkəti danışıq anına, indiki zamana 
bağlamaq vəzifəsi isə  şəxs/kəmiyyət  şəkilçisinin üzərinə 
düşür. 
Bu cəhətdən  İ.Rəhimov və T.Hidayətzadənin indiki 
zamanın bitmiş formasının işlənməsinə dair qeydləri diqqəti 
cəlb edir: «Bu zaman forması keçmişdə icra olub-bitmiş, 
nəticəsi hal-hazırda meydanda olan hərəkəti göstərmək 
üçün işlənir. Həmin nəticə indiki zamanla əlaqədardır» [39, 
s.120]. 
The workers have built a new house “Fəhlələr təzə ev 
tikmişlər” 
Həmin zaman forması zaman zərfləri (today, this week / 
month, year, minute, afternoon, evening) ilə də işlənə bilir. 
have not received a letter from him this week “Bu həftə 
mən ondan heç bir məktub  almamışam” (Mən bu həftə 
ondan məktub almamışam). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə