Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   42   43   44   45   46   47   48   49   ...   99

 
138
Xoşbəxtlikdən, yer üzü buludlarla örtülmüşdü və 
şəhərlərin işıqlarına görə istiqaməti müəyyən etmək 
olmazdı” (Artur Heyli, “Aeroport”, 317) [Xoşbəxtlikdən, yerin 
buludla örtülməsi o demək idi ki, heç kəs  şəhərləri görüb 
müəyyənləşdirə (tanıya) bilməzdi]. 
Fortunately, the woman had left cust before the flight 
finished loading (Arthur Hailey, “Airport”, 251) 
Nə yaxşı ki, minik başlanmamış, o qız rədd olub ordan 
getmişdi” (Artur Heyli, “Aeroport”, 232) [Xoşbəxtlikdən  (nə 
yaxşı ki), qadın təyyarənin yüklənməsindən azca qabaq 
çıxıb (duşub) getmişdi]. 
Fortunately cümlənin ortasında 
Bu sözün cümlənin ortasında işlənməsinə aid əlimizdə 
yalnız bir misal var, lakin burada o, tam mənası ilə cümlənin 
ortasında deyil, tabesiz mürəkkəb cümlənin tərkib 
hissələrindən birinin əvvəlində işlənmişdir. 
A trait of character of Coe Patroni’s was a white hot, 
violent temper; fortunately, the violent part was not easily 
set off, but once it was, all reason and logic deserted him 
(Arthur Hailey, “Airport”, 109) 
“Cou Pətroninin çılğın, ipə-sapa yatmaz xasiyyəti vardı; 
xoşbəxtlikdən, onu özündən dərhal çıxarmaq asan deyildi, 
ancaq özündən çıxdımı, ağlı da başından uçurdu” (Artur 
Heyli, “Aeroport”, 101) [Cou Pətroninin xasiyyəti tünd, çılğın 
idi: xoşbəxtlikdən, onu təbdən çıxarmaq asan deyildi, ancaq 
təbdən çıxdımı, ağıl və məntiq onu tərk edirdi]. 
Unfortunately – bədbəxtlikdən, təəssüf ki, əfsuslar olsun 
ki (köh.) 
Azərb.: xoşbəxtlikdən – bədbəxtlikdən, ing.: fortunately – 
unfortunately antonim cütlər təşkil edir. Həmin sözlər üçün 
eyni cümlədə iştirak etmək səciyyəvi deyil (ancaq bu istisna 
olunmur). 
Unfortunately sözü, sözdüzəltmə  və semantik cəhətdən 
bağlı olduğu fortunately sözü kimi, cümlənin əvvəlində gəlib, 
bütün cümlədə ifadə olunan fikrə modal münasibət ifadə 
edir. Eyni sözü azərb.:  bədbəxtlikdən sözü barəsində  də 
demək olar. 
Qeyd etmək lazımdır ki, fortunately, unfortunately sözləri-
nin Azərbaycan dilində müqabilləri 
xoşbəxtlikdən, 


 
139
bədbəxtlikdən sözləridir. Ancaq Azərbaycan dilində 
müvafiq məqamlarda nə yaxşı, nə əcəb, yaxşı ki, təəssüf ki, 
əfsuslar olsun ki modal ifadələri də  işlənir.  Təəssüf ki, 
əfsuslar ki modal ifadələri motivlərinə görə ing. unfortunately 
sözündən fərqlənsələr də, işlənmə  məqamına görə ona 
uyğun gəlirlər. 
Unfortunately sözünə aid misalların sayı çox deyil. 
Əlimizdə olan misallarda bu söz istisnasız olaraq cümlənin 
başında gəlir. 
Unfortunately, it often didn’t (Arthur Hailey, “Airport”, 191) 
Təəssüflər ki, tez-tez əksinə olur” (Artur Heyli, 
“Aeroport”, 177) [Təəssüf ki, çox vaxt bu belə olmur]. 
Unfortunately, the glamour no longer affected him 
personally (Arthur Hailey, “Airport”, 282) 
Bədbəxtlikdən, bütün bunların Melə  qətiyyən aidiyyəti 
yoxdur” [Bədbəxtlikdən,  əfsun  şəxsən ona daha təsir 
etmirdi]. 
Unfortunately, Lionel was now a long way from eighteen 
he was forty – eight (Arthur Hailey, “Airport”, 184) 
Təəssüf ki, Layonel indi on səkkizdən uzun bir məsafədə 
idi; o, qırx səkkiz yaşında idi.  
 
2.2.1. Nəticələr.  
1. Modallıq çox mühüm dil kateqoriyalarından biridir. 
Onun ifadə vasitələrinin sayı dildən-dilə  dəyişsə  də,  əsas 
sinifləri olan prosodik, leksik və qrammatik vasitələr dillər 
arasında eyniyyət təşkil edir. Azərbaycan və ingilis dillərinin 
materiallarının müqayisəli nəzərdən keçirilməsi də bu fikrin 
doğruluğunu təsdiq edir. 
2. Modallıq kateqoriyasının mühüm ifadə vasitələrindən 
birini modal sözlər təşkil edir. Bunlar danışanın öz nitqində 
ifadə edilən fikrə münasibətini obyektiv gerçəkliyə nisbət, 
ağıl və düşüncə qaydalarına müvafiqlik, emosional 
qiymətvermə, insan həyatı  və taleyində oynadığı rola görə 
ifadəsinə xidmət edən sözlərdir. Təsadüfi deyil ki, 
Azərbaycan və ingilis dillərində modal sözlər sahəsində 
birbaşa təmas nöqtələri olmasa da, həmin dillərin modal 
sözlərinin əsas sinifləri bir-birinə uyğun gəlir. 


 
140
3. Modal sözlər mənsub olduqları dilin leksik sistemi 
və qrammatik quruluşu ilə sıx təmasda fəaliyyət göstərir və 
inkişaf edir. Modal sözlər tarixən dilin başqa 
kateqoriyalarından olan sözlərindən törəmişlər. Bundan 
başqa, modal sözlərin bir qismi müasir dildə mövcud olan 
başqa sözlərlə canlı sözdüzəltmə və semantik münasibətləri 
büruzə verir. Məsələn: Azərb. doğru 

 doğrudan, xoşbəxtlik 

 xoşbəxtlikdən; ing. like 

 likely, obvious 

 obviously və 
s. Dilin leksik sistemi ilə canlı  əlaqələr modal sözlərin 
işlənməsinə də təsir göstərir. 
4. Modal sözlər sadə  və mürəkkəb cümlələrdə, dialoci 
nitqdə, nitq parçaları  və nitq situasiyaları ilə  sıx  əlaqədə 
istifadə olunur. Onlar cümlənin müxtəlif yerlərində  gələrək
olduqca rəngarəng cümləyaratma imkanları, qabiliyyəti 
nümayiş etdirir. Azərbaycan və ingilis dillərinin cümlə 
modellərini nəzərdən keçirdikdə görmək olur ki, onlar 
arasında həmin sahədə ümumi, oxşar cəhətlər çox olduğu 
kimi, fərqli cəhətlər də az deyil. Məsələn, bir çox modal 
sözlər ingilis dilində cümlənin ortasında və axırında gəldiyi 
halda, Azərbaycan dilində onların normal işlənmə mövqeyi 
cümlənin əvvəlindədir. 
5. Modal sözlər arasında  əksmənalılıq və yaxınmənalılıq 
münasibətləri tez-tez özünü büruzə verir. Bundan başqa
modal sözlərin bir qismi özlərinin sözdüzəltmə motivini 
saxlamış, bir qismi isə öz motivini itirmiş sözlərdir. 
Azərbaycan və ingilis dillərində motivini saxlamış sözlər 
arasında funksional oxşarlıq tapmaq daha asan olur. 
Məsələn, müq. et: xoşbəxtlikdən (xoşbəxt) – ing. fortunately 
(fortunate); Azərb.  bədbəxtlikdən (bədbəxt) – ing. 
unfortunately (unfortunate). Motivini saxlamış sözlər daha 
artıq funksional sabitlik nümayiş etdirir.  
6. Modal sözlərin işlədilməsi dil ənənəsindən çox asılıdır. 
Məsələn, Azərb.  Ehtimal ki, modal sözünün işlənmə tezliyi 
onun ingilis dilindəki müqabili ilə müqayisədə o qədər də çox 
deyil. 
7. Modal sözlər çoxfunksiyalılıq nümayiş etdirir. Dilin 
başqa sözləri kimi, bunlara da əsas məna və  əlavə  məna 
xasdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə