Азярбайъан республикасы



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix22.07.2018
ölçüsü0,82 Mb.
#58368
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

49 
 
1992 
 
234.
 
Göylərə  yüksələn  bayraq  [Mətn]:  mahnı  /C.Ca-
hangirov; söz. Ə.Ağayev //Mədəniyyət.- 1992.- 4 iyun.- S.4. 
 
 
HAQQINDA 
KİTABLAR 
 
1955 
 
235.
 
Ġbtidai  məktəb  üçün  nəğmələr  məcmuəsi  [Mətn].- 
Bakı: Azərnəşr, 1955.- 102 s. 
Məcmuədə  C.Cahangirovun  “Bahar  nəğməsi”;  “Gənc 
səyyahlar mahnısı” və “Moskva” mahnılarının mətni və not yazısı 
verilmişdir [S.38, 72, 82]. 
 
1960 
236.
 
Kərimov,  K.  Musiqini  necə  dinləməli  və  başa 
düşməli [Mətn] /K.Kərimov.- Bakı: Uşaqgəncnəşr, 1960.- 62 s. 
Kitabda C.Cahangirovun 1949-cu ildə Stalin mükafatına 
layiq  görülən  “Arazın  o  tayında”  adlı  vokal-simfonik  poe-
masından danışılır [S.54]. 
 
1961 
237.
 
Gənclik, dostluq, sülh və əmək mahnıları [Mətn].- 
Bakı: Uşaqgəncnəşr, 1961.- 68 s.                           
Kitabda  C.Cahangirovun  Novruz  Gəncəlinin  sözlərinə 
yazdığı “Mərdlik nəğməsi”nin mətni verilmişdir [S.25]. 


50 
 
238.
 
Ġsazadə,  Ə.  Azərbaycan  Sovet  bəstəkarlarının 
instrumental yaradıcılığı: kamanla çalınan simli musiqi alətləri 
[Mətn] /Ə.İsazadə.- Bakı, Az.SSR EA nəşr., 1961.- 146 s. 
Kitabda  bəstəkarın  “Skripka  ilə  fortepiano  üçün 
sonatina”  və  orkestr  ilə  skripka  üçün  yazdığı  “Konsert” 
əsərlərindən söhbət açılır.  
Qeyd:  Bakıda  Ü.Hacıbəyov  adına  Azərbaycan  Dövlət 
Simfonik orkestri ilə ilk dəfə ifa olunan konsertin dirijoru SSRİ 
Xalq artisti Niyazi idi. 
 
1967 
 
239.
 
Mehmandarova,  L.  Cahangir  Cahangirov  [Mətn] 
/L.Mehmandarova.- Bakı: Azərnəşr, 1967.- 45 s.   
 
1974 
 
240.
 
Ələsgərov,  S.  Musiqi  [Mətn]:  4-cü  sinif  üçün 
dərslik /S.Ələsgərov, S.Quliyev.- Bakı: Maarif, 1974.- 117 s. 
Dərslikdə  C.Cahangirovun  “Pioner  yürüşü  mahnısı”; 
“Dəniz”;  “Düşərgə  nəğməsi”  əsərlərinin  mətni  və  not  yazıları 
verilmişdir [S.53, 82, 98]. 
241.
 
Quliyev,  S. Musiqi [Mətn]: 3-cü sinif üçün dərslik 
/S.Quliyev.- Bakı: Maarif, 1974.- 130 s. 
Kitabda  C.Cahangirov  haqqında  qısa  məlumat  verilir. 
Həmçinin  burada  onun  uşaqlar  üçün  bəstələdiyi  “Tonqal 
ətrafında” mahnısının notu və sözləri çap olunmuşdur. 
242.
 
Məlikməmmədov,  N.  Musiqi  [Mətn]:  2-ci  sinif 
üçün dərslik /N.Məlikməmmədov.- Bakı: Maarif, 1974.- 87 s. 
Dərslikdə  bəstəkarın  M.Seyidzadənin  sözlərinə  yazdığı 
mahnı  və  rəqs  əsərlərinin  not  yazısı  və  sözləri  verilmişdir 
[S.70]. 
 


51 
 
1976 
243.
 
Zülfüqarov,  O.  Musiqi  [Mətn]:  5-ci  sinif  üçün 
dərslik /O.Zülfüqarov, V.Xəlilov.- Bakı: Maarif, 1976.- 98 s. 
Dərslikdə  C.Cahangirovun  həyat  və  yaradıcılığından 
qısa  məlumat  verilir,  habelə  “Musiqini  dinləyin”  bölməsində 
“Düşərgə  nəğməsi”  /söz.  B.Qasımzadə  və  “Tonqal  ətrafında” 
/söz.  Aslan  Aslanov  mahnılarının  not  yazıları  və  sözləri  dərc 
olunmuşdur. [S.106-107].  
 
1977 
 
244.
 
Məmmədov,  V.  Füzulinin  musiqi  dünyası  [Mətn] 
/V.Məmmədov.- Bakı, 1977.- 67 s. 
Kitabda C.Cahangirovun “Füzuli” kantatasından da bəhs 
olunur.   
245.
 
Rəhmanzadə,  F.  Gözəlliyə  açılan  pəncərə  [Mətn] 
/F.Rəhmanzadə.- Bakı: Gənclik, 1977.- 134 s. 
Kitabın “Kino və musiqi” adlı bölməsində SSRİ Dövlət 
mükafatı  laureatı,  bəstəkar  C.Cahangirovun  uzun  illər  Azər-
baycanfilm kinostudiyası ilə əməkdaşlığından söhbət açılır, bir 
çox  filmlərə  bəstələdiyi  musiqinin  (“Koroğlu”,  “Yenilməz 
batalyon”,  “Dağlarda  döyüş”,  “Dəli  Kür”,  “Qatır  Məmməd”, 
“Doğma  Azərbaycana”  və  s.)  insanlara  bəxş  etdiyi  estetik 
zövqdən  danışılır.  Kino  sahəsində  zəngin  təcrübə  toplamış 
bəstəkar  kinonun  problemlərindən  danışır.  Bir  çox  mahnıların 
ekrandan  adlayıb  həyata  vəsiqə  aldığını,  xalqın  dilində  əzbər 
olduğunu qeyd edir. Musiqinin  müxtəlif janrlarda olan filmlər 
üçün əsas aparıcı qüvvə olduğunu söyləyir [S.79-85].   
 
1979 
246.
 
Əliyev,  H.  Bəstəkarın  yüksək  vəzifəsi  və  amalı: 
Respublika  bəstəkarları  ilə  Azərbaycan  KP  MK-da  keçirilmiş 


52 
 
görüşdə  çıxış.  1  oktyabr  1979-cu  il  [Mətn]  /Heydər  Əliyev, 
Sov.İKP  MK-nın  Siyasi  Bürosu  üzvlüyünə  namizəd,  Azər-
baycan KP MK-nın birinci katibi.- Bakı: Azərnəşr, 1979.- 33 s. 
ÇıxıĢda  ulu  öndər  Heydər  Əliyev  Azərbaycan  bəstəkar-
larının  yaradıcılığı,  musiqidə  mövqeləri,  vəzifələri  və  amal-
larından  söhbət  açır,  onların  uğurlarından  danışır,  habelə 
Cahangir  Cahangirovun  da  “Xanəndənin  taleyi”  operasını 
böyük hadisə kimi qiymətləndirir [S.4]. 
 
1983 
 
247.
 
Bakıxanov,  T.  Skripka  sinfi  müəllimləri  üçün 
metodik iş [Mətn]: [C.Cahangirovun “Skripka ilə orkestr üçün 
konsert”ində  Azərbaycan  xalq  musiqisinin  səciyyəvi  cəhət-
ləri].- Bakı, 1983.- 23 s. 
 
1984 
 
248.
 
Qasımova, S. Azərbaycan Sovet musiqi ədəbiyyatı 
[Mətn] /S.Qasımova, N.Bağırov.- Bakı, 1984.- 221 s. 
Kitabın “Cahangir Cahangirov” (1921) bölməsində bəs-
təkarın  həyat  və  yaradıcılığından  bəhs  olunur,  ayrı-ayrı  əsər-
lərinin təhlili verilir [S.177-188]. 
 
1985 
 
249.
 
Pioner  mahnıları  [Mətn].-  Bakı:  Gənclik,  1985.- 
96 s. 
Kitabda bəstəkar C.Cahangirovun bəstələdiyi mahnıların 
mətni  və  not  yazıları  çap  olunmuşdur:  Pioner  qızım  (R.Rza); 
Gənc  səyyahlar  mahnısı  (H.Abbaszadə)  [S.4];  Sovet  ordusu 
(İ.Tapdıq)  [S.29-30];  Sülh  haqqında  pioner  mahnısı; 
Düşərgəmiz [S.18]. 
 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə