Азярбайъан республикасы



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix22.07.2018
ölçüsü0,82 Mb.
#58368
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

53 
 
1986 
 
250.
 
Məktəblinin  musiqi  aləmi  [Mətn].-  Bakı:  İşıq, 
1986.- 100 s. 
Kitabda  bəstəkar  C.Cahangirovun  uşaqlar  üçün  yazdığı 
“Mahnı  çələngi”  bölməsində  sözləri  Ə.Ağayeva  və 
Z.Cabbarzadəyə məxsus “Uşaqlar, ay uşaqlar” mahnılarının not 
yazısı və sözləri verilmişdir [S.103-113]. 
 
1987 
 
251.
 
Azərbaycan Sovet ensiklopediyası [Mətn]: 10 cilddə.- 
Bakı, 1987.- C.10.- 607 s. 
Ensiklopediyada  C.Cahangirovun  həyat  və  yaradıcılığı 
haqqında qısa məlumat verilir [S.400-401]. 
252.
 
Möhbəddin  S.  İncəsənət  ustaları  [Mətn]:  oçerklər 
/Möhbəddin Səməd.- Bakı: İşıq, 1987.- 180 s. 
Kitabda  müəllifin  “İnsan  hisslərinin  əlvan  boyaları” 
başlığı altında verilən yazıda C.Cahangirovun həyat və yaradı-
cılığından geniş bəhs olunur [S.80-89].   
 
1988 
 
253.
 
Pioner və  məktəbli mahnıları [Not]: almanax /tərt. 
ed. Rəşid Şəfəq.- Bakı: İşıq, 1988.- 95 s.- (Azərb. və rus dillərində).  
Almanaxda  bəstəkarın  C.Cabbarlının  sözlərinə  yazmış 
olduğu “20-ci illərin pioner mahnısı”nın not yazıları və sözləri 
daxil edilmişdir.  
 
1989 
 
254.
 
Əbdülqasımov, V. Azərbaycan tarı [Mətn] /V.Əbdül-
qasımov.- Bakı: İşıq, 1989.- 96 s. 


54 
 
Kitabda  bəstəkarın  “Ana”  mahnısının  ifasından  söhbət 
açılır.  
 
1995 
 
255.
 
Zöhrabov,  R.  Bəstəkarlarımız  haqqında  söz 
[Mətn] /R.Zöhrabov.- Bakı, 1995.- 89 s. 
Kitabda  “Lirik  nəfəsli  bəstəkar”  məqaləsində  C.Ca-
hangirovun  həyat  və  yaradıcılığından  bəhs  olunur  və  əsərləri 
təhlil olunur [S.30-33]. 
 
1996 
 
256.
 
Üzeyir Hacıbəyov ensiklopediyası  [Mətn].- Bakı: 
Azərnəşr, 1996.- 302 s. 
Ensiklopediyada C.Cahangirovun həyat və fəaliyyətinin 
əsas  tarixləri  verilir,  həmçinin  Ü.Hacıbəylinin  bəstəkarın 
yaradıcılığında mühüm rol oynadığı qeyd olunur [S.218-219].  
 
1998 
 
257.
 
Kərimov,  K.  Musiqidən  keçən  ömürlər  [Mətn] 
/K.Kərimov.- Bakı, 1998.- 288 s.        
Kitabda bəstəkarın doğulduğu Balaxanıda keçirilən kon-
sertdən geniş söhbət açılır [S.95-101]. 
 
2001 
 
258.
 
Hüseynov,  R.  Millətin  zərrəsi  [Mətn]  /R.Hü-
seynov.- Bakı: Azərbaycan, 2001.- 720 s.: şək.  
Kitabda  C.Cahangirovun  “Ana  yurdum”  mahnısının 
yaranmasından söhbət açılır [S.544]. 
259.
 
Min    bir    mahnı  [Mətn]:  [Rafiqin  mahnı  kitabı] 
/tərt. Babayev Rafiq.- Bakı, 2001.- 511 s.  


55 
 
Kitabda  bəstəkar  C.Cahangirovun  mahnılarının  not 
yazıları  və  sözləri  dərc  edilmişdir:  Ağ  şanı,  qara  şanı  /söz. 
İ.Səfərli  [S.7];  Alagöz  /söz.  Z.Cabbarzadə  [S.28];  Ana  Kür; 
Yaşa  Kürüm  /söz  R.Zəka  [S.35];  Ana  yurdumuz  /söz.  A.Şaiq 
[S.381];  Ay  qız  /söz.  Z.Cabbarzadə  [S.19];  Aylı  gecələr  /söz. 
İ.Səfərli [S.25];  Azərbaycan /söz. Z.Cabbarzadə  [S.15];  Bahar 
nəğməsi /söz. Ə.Əlibəyli [S.57]; Bahar nəğməsi /söz. Ə.Vahid; 
Bahar  olsun  /söz.  Ə.Əlibəyli  [S.58];  Buludlar  /söz.  İ.Səfərli 
[S.77];  Bülbülün  nəğməsi  /söz.  A.Şaiq  [S.387];  Dəniz  /söz  
A.Aslanov  [S.392];  Düşərgə  nəğməsi  /söz.  B.Qasımzadə 
[S.394];  Harda  qalmısan  /söz.  Z.Cabbarzadə  [S.341];  Həyat  
eşqi  /söz.  M.Müşfiq  [S.344];  Xəzər  /söz.  Ə.Əlibəyli  [S.335]; 
Qara  gözlər  /söz.  M.Rahim  [S.92];  Qarabağ  /söz.  R.Zəka 
[S.89]. 
 
2002 
 
260.
 
Rəhimova,  A.  Azərbaycan  musiqisində  meyxana 
janrı [Mətn] /A.Rəhimova.- Bakı: Nurlan, 2002.- 120 s. 
Kitabın  “Azərbaycan  bəstəkarlarının  “Vokal  instrumen-
tal  və  instrumental  əsərləri”,  “Meyxana  janrının  ünsürləri” 
bölmələrində  C.Cahangirovun  “Xor  üçün  qəzəl”,  “Dinmə, 
danışma” mahnılarının adı çəkilir və “Dəli Kür” kinofilmindən 
söhbət açılır [S.40-80].  
 
2003 
 
261.
 
Əliyeva,  F.  Musiqi  tariximizin  səhifələri  [Mətn] 
/F.Əliyeva.- Bakı: Adiloğlu, 2003.- 281 s. 
Kitabda  müəllif  “Ömrün  müdriklik  çağı”  adlı  bölmədə 
C.Cahangirov haqqında geniş söhbət açır [S.26-28]. 
262.
 
Vüqar, Ə. Söz, musiqi, bir də mən [Mətn] /Vüqar 
Əhməd.- Bakı, 2003.- 271 s. 


56 
 
Kitabda söhbət bəstəkarın “Qatır Məmməd” kinofilminə 
yazdığı mahnıların ifasından gedir [S.152]. 
 
2005 
 
263.
 
 Sədraqızı,  Z.  Uşaq  bağçalarında  musiqi  məşğə-
lələrinin  müntəxabatı  [Mətn]  /Z.Sədraqızı.-  Bakı:  Şirvannəşr, 
2005.- 374 s.  
Müntəxabatda  C.Cahangirovun  “Bahar  nəğməsi”,  “Də-
niz” mahnıları verilmişdir [S.284- 285]. 
264.
 
UĢaq  mahnıları  [Mətn]:  3  cilddə:  (bağça  uşaqları 
üçün).- Bakı, 2005.- C.1.- 212 s. 
Kitabda  Cahangir  Cahangirovun  mahnılarının  not  yazı-
ları və sözləri verilmişdir: “Bülbülün nəğməsi” /söz. A.Şaiq və 
“Uşaqlar, ay uşaqlar” /Z.Cabbarzadə [S.40,190].  
265.
 
UĢaq  mahnıları  [Not]:  3  cilddə:  (aşağı  sinif  şa-
girdləri  üçün)  /tərt.  ed.  və  baş  red.  Rəşid  Şəfəq.-  Bakı,  2005.- 
C.2.- 212 s. 
Not  məcmuəsində  “Köhlən  atım”,  “Mahnı  və  rəqs”; 
“Məktəblinin  yürüş  mahnısı”;  “Yaz  günləri”  mahnılarının  not 
yazısı və mətni daxil edilmişdir [S.90; 122, 134, 190]. 
266.
 
UĢaq  mahnıları  [Not]:  3  cilddə:  (yuxarı  sinif 
şagirdləri üçün) /tərt. ed. və baş red. Rəşid Şəfəq.- Bakı, 2005.- 
C.3.- 212 s.  
Not  məcmuəsində  bəstəkar  C.Cahangirovun  “Bahar 
nəğməsi”;  “Bülbülün  nəğməsi”;  “Dəniz”;  “Qarabağ”;  “Mahnı 
və  rəqs”;  “Məktəblinin  yürüş  mahnısı”;  “Uşaqlar, ay uşaqlar”; 
“Yaz  günləri”  mahnılarının  not  yazısı  və  mətni  verilmişdir 
[S.3; 40-190]. 
 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə