273
Bu metodikaların köməyi ilə alınmıĢ nəticələri qrafik Ģəkildə təqdim
etmək məqsədə uyğundur. Bunun üçün iki kəsiĢən Ģaquli xətt çəkmək
lazımdır. Mərkəzdən (nöqtə 0) alınmıĢ dörd xəttin hər birinin üzərindən
sorğu açarlarına uyğun toplanmıĢ balları iĢarələmək lazımdır. Sonra, alınmıĢ
nöqtələri
birləĢdirmək
lazımdır.
Nəticədə
sosial-
psixoloji
istiqamətlənmənin xüsusiyyətlərini əks etdirən müstəvi əmələ gəlir.
Qeyd etmək lazımdır ki, metodikalardan istifadənin nəticələri əsasında,
yoxlanılanlar arasında bir neçə qrup aĢkarlamaq olar:
1.
Harmonik istiqamətlənmələri olan yüksək motivasiyalı qrup.
Bütün meylləri güclü və eyni eyni səviyyədə ifadə olunmuĢdur.
2.
Bütün meylləri çox zəif ifadə olunmuĢ aĢağı motivasiyalı qrup.
3.
Qeyri – harmonik meylilikləri olan qrup. Onlarda bəzi meyllər
güclüdür, bəziləri isə hətta olmaya da bilərlər.
Fərdi konsultasiya prosesində qeyri- harmonik meylliliyin və zəif
motivasiyanın səbəblərini dəqiqləĢdirmək məqsədəuyğundur. Bu səbəblər
müvəqqəti ola bilərlər və onların düzəliĢlərə ehtiyacı yoxdur.
ƏMƏK KOLLEKTIVINDƏ SOSIAL- PSIXOLOJI IQLIMIN
ÖYRƏNILMƏSI (O. S. MIXALYUK VƏ A. Y. ġALITO)
Təcrübə göstərir ki, psixoloji iqlimin tədqiqi, adətən iki məqsəd
güdür:
1) qruplarda psixoloji iqlimin xüsusiyyətləri ilə onlarda gedən bir
sıra proseslərin gediĢatının qanunauygunluqları arasındakı qarĢılıqlı əlaqə
haqqında fərziyyənin təsdiqi, yəni müxtəlif psixoloji iqlimli kollektivlərdə
istehsalat, sosial və ya sosial – psixoloji proseslərin fərqli getməsi haqqında
fərziyyənin
təsdiqi ;
2) kollektivdə psixoloji iqlimin optimallaĢdırılması üzrə konkret
tövsiyələrin hazırlanması.
Əgər ikinci qrup məsələlərin həlli üçün hər bir halda xüsusi
metodikanın təĢkili vacibdirsə, birinci halda təcrübə göstərdiyi kimi,
kollektivdə psixoloji iqlimin vəziyyətinin öyrənilməsi məqsədilə müxtəlif
zamanda nəzarət edilməsinə ehtiyac yaranır, bu və ya digər tədbirlərin
gücünü və onların psixoloji iqlimə təsirini izləmək lazım olur və s. Belə
ölçülər faydalı ola bilərlər, məsələn: yeni iĢçilərin uyğunlaĢmasının, əməyə
münasibətin, kadrlar axınının dinamikasının, rəhbərliyin effektivliyinin,
fəaliyyətin məhsuldarlığının öyrənilməsində.
Ġlkin əmək kollektivinin psixoloji iqlimi müəlliflər tərəfindən heç bir
fərdin kollektivə qarĢı olan sosial asılı və nisbətən dayanıqlı münasibətlər
sistemi kimi qəbul edilir. Metodika kollektivdəki münasibətlərin emosional,
davranıĢ və ünsiyyət kimi komponentlərini aĢkarlamağa imkan verir.