• Bütün türkl
ərin tərcümanı
~
261
~
ibar
ələrin «türkcəsini çox gözəl bilir, bildiyi halda yazması»nı da
t
ələb edir.
«F
əcr» adlı tənqid («Tərcüman», 18 avqust, № 32, 1896)
İstanbul şairlərindən Abbas Xavərinin eyni adlı kitabına həsr
olunmuşdur. Həcmcə kiçik olan məqalədə müəllif əsərlə bağlı çox
əhatəli məlumatlar verməyə, kitabdakı şeir və hekayələri təhlil
etm
əyə, dəyərləndirməyə müvəffəq olmuşdur. Kitabın həcmi (30
s
əh.), içindəkilər (beş-on parça şeir, bir-iki nəsir), tərtibatı (gözəl və
sevimli), dili (sad
ə türkcə, gözəl yazılmış, rahat oxunan) barədə
qısa, lakin kifayət qədər dolğun informasiyalar əsər barədə xeyli
t
əəssürat yaradır. İ.Qaspiralı kitabdan sitatlar gətirərək şeir və
hekay
ələrin məzmununun qısa xülasəsini verir, əsərin ideyası,
yazıçının məramını təhlil edir, yazıların tərbiyəvi əhəmiyyətini
m
əmnunluqla vurğulayır. Bəzən tənqidin dilini quru, rəsmi dilə
b
ənzədirlər. İ.Qaspiralı tənqidi ilə bağlı bunları söyləmək olmur.
Onun t
ənqidinin dili canlı, obrazlı, bədii dilə yaxındır. Elə haqqında
b
əhs etdiyimiz məqalədəki bir cümləyə diqqət yetirək: «Haqqında
b
əhs etdiyimiz əsər «Fəcr» olduğundan (dan yeri söküləndə
üfüqd
əki qızartı – T.A.) irəlidə daha parlaq sabahın və gündüzün
görülm
əsini arzu edirik». İ.Qaspiralının tənqidçi «mən»i həmişə
h
əm yazıçının, həm də oxucunun yanındadır. O, təhlil, tənqid,
yaxud t
əqdir etməklə, dəyərləndirməklə kifayətlənmir. Tövsiyələrini
d
ə əsirgəmir: «…daim sadə yazmağa himmət edin. Bunu
bacarırsınız. İstedadınızı Şirazivari gül, bülbül və qədəhə xidmətçi
etm
əyin, bunlardan bezdik. Qəhrəmanları xatırlayın, cəhalət və
nadanlığa qarşı mübarizə aparan böyük simaları təsvir edin. Belə
əsər dildən-dilə dağları aşar, şüuru oyandırar, iş görər. «Fəcri»
Kaşqara da göndərin, çünki sadə dili sayəsində orada da onu
anlayacaqlar». İ.Qaspiralı tənqiddə prinsipial, qətiyyətli olduğu
• Abid Tahirli
~
262
~
q
ədər səmimidir, arqumentləri inandırıcıdır. Ümumiyyətlə,
t
ənqidçinin inandırmaq məharəti həmişə gündəlikdə olmuşdur, bu
gün d
ə aktuallığını itirməmişdir. Görkəmli alim prof. Nizaməddin
Şəmsizadə «Tənqidin ədəbi prosesdə rolu» monoqrafiyasında yazır
ki, h
ər cür mühakimə kimi, tənqidi mühakimənin də birinci
m
əziyyəti inandırmadır. O, həm yazıçını, həm də oxucunu eyni
s
əviyyədə inandırmalıdır. İnandırmaq üçün, tənqidi mühakiməni
ir
əli sürən subyektin ehtimal və fərziyyələri haqqında fikir
söyl
ənilən bədii obyektin tarixi vəziyyəti baxımından məntiqli,
mülahiz
ələri isə arqumentli olmalıdır (Nizaməddin Şəmsizadə.
Seçilmiş əsərləri. Üç cilddə. Üçüncü cild. Bakı, «Elm», 2011,
s
əh.27). Xələfin mühakimə və müddəaları sələf üçün hələ 100-150
il bundan
əvvəl kredo olmuşdur – desək, yəqin yanılmarıq.
İ.Qaspiralı yaradıcılığını Osmanlı həyatından, ədəbi, mətbu
mühitind
ən kənar təsəvvür etmək qeyri-mümkündür. Onun ədəbi-
t
ənqidi görüşlərinin formalaşmasında, inkişafında, zənginləşmə-
sind
ə bu faktorların yeri, rolu danılmazdır «Osmanlıların ən sevimli
yazıçısı, İstanbulda ən mötəbər dil, səadətli Namiq Kamal, «sadədən
sad
ə, açıqdan açıq ibarələri ilə məqbul» Sami Şəmsəddin, «Os-
manlıların ən güclü publisistlərindən Midhət Əhməd», «Osmanlı
müh
ərrirləri və naşirləri arasında şöhrətli Tofiq Əbüzziya», digər
Osmanlı yazıçı, şairlərinin yaradıcılığı, İstanbulda nəşr olunan
m
ətbu orqanların materialları ilə bağlı İ.Qaspiralının tənqidi bu gün
d
ə böyük maraq doğurur, aktualdır.
Eyni sözl
əri Azərbaycan ədiblərinin yaradıcılığına həsr
etdiyi yazılara da şamil etmək olar. M.F.Axundzadə, Həsən bəy
Z
ərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mə-
h
əmmədağa Şahtaxtlı, Nəriman Nərimanov və s. kimi xadimlərin
ədəbi-mədəni fəaliyyəti ilə bağlı çoxsaylı qeydləri, Seyid Əzim
• Bütün türkl
ərin tərcümanı
~
263
~
Şirvaninin şeirləri («Tərcüman», 1 oktyabr 1895), Əbdürrəhim bəy
Haqverdiyevin «Dağılan tifaq» komediyası haqqında («Tərcüman»,
18 oktyabr, 1899) r
əy və resenziyaları, eləcə də «Əkinçi», «Ziyayi-
Qafqaziyy
ə», «Kəşkül», «Şərqi-Rus», «Həyat», «İrşad», «İqbal»,
«S
əda», «Həqiqət», «Molla Nəsrəddin», «Məktəb» kimi
Az
ərbaycan mətbuat nümunələri, xüsusi ilə onların dil sahəsindəki
f
əaliyyətləri ilə əlaqədar İ.Qaspiralının çoxsaylı mülahizə və
mühakim
ələri onun ədəbi-tənqidi görüşlərini dəyərləndirmək
baxımından xüsusi əhəmiyyət kəsb edir.
XIX
əsrin II yarısı Rusiya müsəlmanları üçün tərcümə
ədəbiyyatı necə olmalıdır? Kimlər, hansı əsərlər tərcümə
edilm
əlidir? Tərcümə ədəbiyyatı Rusiya müsəlmanları arasında
hansı missiyanı daşımalıdır? Bu suallara Rusiya müsəlmanlarının
t
ərcümanı İ.Qaspiralı «Tərcüman» qəzetinin bir neçə nömrəsində
(20 noyabr, № 41, 12 dekabr, № 44, 1884; 17 yanvar, № 2, 15
fevral, № 6, 8 mart, № 9, 15 mart, № 10, 1885; 17 sentyabr, № 35,
1895) d
ərc etdirdiyi «Osmanlının məişət və ədəbiyyatı» adlı
irih
əcmli yazısında özünəməxsus tərzdə – ciddi arqumentlərə,
konkret faktlara istinad ed
ərək, ədəbi materialları dəyərləndirərək
cavab verir. M
əqalədə Osmanlıda Qərb ədəbiyyatından edilən
t
ərcümələr timsalında İ.Qaspiralı fikir və mülahizələrini irəli sürür,
t
ərcümə ədəbiyyatı ilə bağlı baxışlarını bölüşür.
Mü
əllif əvvəlcədən bəyan edir ki, məqsədi mədhiyyə etmək
yox, t
əhlil və tənqid etməkdir. Onu da bildirir ki, Osmanlıda belə bir
ənənə yoxdur, odur ki, yazılanlarda nöqsan görüldükdə həmən
bird
ən-birə ayıb dəftərinə yazılmasın». Tənqidçi son 10-15 ildə
Osmanlıda kitab, qəzet nəşrinin xeyli irəlilədiyini vurğulasa da,
onların sırasında Qərb ədəbiyyatının qorxulu melodramlarının,
m
əişət romanlarının üstünlük təşkil etdiyini təəssüflə bildirir:
Dostları ilə paylaş: |