Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

• Bütün türkl
ərin tərcümanı 

63
 ~ 
 
t
ərəfindən  əngəllənməsəydi, elə  təxmin  edirik  ki,  bu  gün  uğurla 
n
əticələnəcəkdi. Türk milləti üçün xeyirli olan hər  işin,  nədənsə 
daxili v
ə  xarici bədxahları  olmuşdur,  bundan  sonra  da  olacaqdır. 
Bizim  borcumuz,  İsmayıl  Qaspiralı  əzmi və  səbrini göstərərək bu 
oyunun  qurucularını  elmin  və  ağlın  yardımı  ilə  bitərəf etməkdir». 
(«İsmayıl Qaspiralı» əsərindən). 
 
 
Adas  Yakubaskas  (Yakub  oğlu):  «İsmayıl  Qaspiralı  Polşa 
v
ə Litvadakı tatarların həyatı ilə çox maraqlanmışdır». (Ağməscid, 
mart  1991,  İ.Qaspiralının  yubileyi  münasibəti ilə  keçirilən 
toplantıdakı çıxışından). 
 
 
Prof.dr. Tuncer Gül
ənsoy:  «…İ.Qaspiralı  yalnız  Krım 
türkünün deyil, bütün dünya türkl
ərinin səadəti və əbədi qurtuluşu 
üçün çalışmışdır. 
…İsmayıl  Qaspiralı  hələ  sağ  ikən çox gənc olan Mustafa 
Kamalın  onun  fikirlərindən  yararlanmadığını  söyləmək olmaz. 
Atatürkün g
ənc Türkiyə  Cümhuriyyətinin təməlini qoyarkən irəli 
sürdüyü «dil v
ə tarix tezislərinin» əsasında İ.Qaspiralı fikirlərindən 
yararlandığı  aşkar  görünür.  Bu  mövzu  mütləq  elmi  araşdırmaya 
möhtacdır.  Bundan  başqa  Atatürkə  ilham  qaynağı  olan  Ziya 
Göyalpın  da  «türkləşmək,  islamlaşmaq,  müasirləşmək»  düşüncəsi 
v
ə  eyni  adlı  əsərinin də  Qaspiralı  fikirlərindən  qidalandığı 
inkaredilm
əzdir. Bu problemin də müqayisəli şəkildə araşdırılması 
aktualdır».  («İsmayıl  Qaspiralı  və  Anadolu türklüyü» 
m
əqaləsindən). 
 


• Abid  Tahirli
 

64
 ~ 
 
Krım  mədəniyyət  xadimi,  yazıçı,  publisist,  tədqiqatçı 
Osman Nuri-
Asan  Aqçoqraqlı:  «Sözündən, fikrindən dönmək 
bilm
əyən  Qaspiralı  qəzet buraxmaq üçün çarələr  axtarırdı.  Çarə 
tapıldı. 1882-ci il ərzində «Tonğuç», «Şəfəq», «Qəmər», «Günəş», 
«Yıldız»  kimi  12  risalə  çıxardı.  Təbii ki, bu risalələrin  adları 
müxt
əlif olsa da, içi jurnal və ya qəzet olduğundan şübhə etməyən 
əski Rusiya  senzur idarəsi bunlara mane olurdu. Qaspiralı  ona 
badalaq vuran düşmənin ta ürəyinə, mərkəzinə (Peterburq nəzərdə 
tutulur – T.A.) getdi. N
ə necə də olsa da, rus və tatarca olmaq şərti 
il
ə  «Tərcüman»  adlı  həftəlik bir qəzet  çıxarmağa  ruxsət  aldı». 
(«Qart mü
əllim və  yazıçılarımızdan  İsmayıl  Qaspiralı»  əsərindən 
(1925). 
 
 
İ.Qaspiralının  nəvəsi  İnci  Ertəm:  «İsmayıl  Qaspiralının 
n
əvələrindən  biri  olmağıma  rəğmən qənaətimcə  əsil nəvələri onun 
«Dild
ə, fikirdə,  işdə  birlik»  əməlini mənimsəyib bu yolda 
yorulmadan ç
alışanlardır. Onlar necə də xoşbəxtdirlər». (Ağməscid, 
mart  1991.  İ.Qaspiralının  yubileyinə  həsr  olunmuş  toplantıdakı 
çıxışından). 
 
 
Doç.dok. Giray Saynur Bozqurt: 
«Qaspiralı  Rusiya 
imperiyasındakı türklər arasında birliyin simvolu və onların mümtaz 
şəxsiyyəti olduğu kimi ümumtürk-müsəlman hərəkatı fəaliyyəti ilə 
m
əşğul  olan  türk  ziyalılarının  əksəriyyəti də  ya onun tələbələri
yaxud  onun  sisteminin  yetişdirmələri  idi».  («Qaspiralı  və  Rusiya 
müs
əlmanlarının kimlik mücadiləsi» doktorluq işindən). 
 


• Bütün türkl
ərin tərcümanı 

65
 ~ 
 
Prof.dr. M
ustafa Kafalı: «…Krımda doğulub Krımda vəfat 
ed
ən və  Krımda  dəfn  olunan  İsmayıl  Qaspiralı  Türkiyə  də  daxil 
olmaqla  bütün  türk  dünyasında  ən  çox  tanınan  və  bilinən kimsə 
olmaq v
əsfini  qorumaqdadır.  Onun  bu  ölçüdə  tanınması  və 
bilinm
əsinin  ən böyük səbəbi yəqin  ki,  çoxşaxəli fəaliyyəti ilə 
bağlıdır. Çünki İsmayıl Qaspiralı düşünən bir kimsə olduğu qədər, 
bir m
əfkurə adamı, məfkurə adamı olduğu qədər öndər bir maarifçi
maarifçi  olduğu  qədər  idealist,  idealist  olduğu  qədər qəzetçi və 
naşirdir. Bütün bunların üstündə bir dava adamı və həyatı boyunca 
yorulmadan  inancı  yolunda  mücadilə  verən kimsədir. Bütün bu 
keyfiyy
ətləri özündə birləşdirmiş İ.Qaspiralı istər öz nəslinin, istər 
özünd
ən sonra gələn bir çox dəyərli  insanın  fövqündə  duran, 
tanınan bir insan kimi təzahür etməkdədir». («İsmayıl Qaspiralının 
naşirliyi və qəzetçiliyi» məqaləsindən). 
 
 
Prof.dr. Mehmet Saray: 
«Qaspiralı İsmayıl bəyin türkcənin 
bütün türk dünyasının istifadə edə biləcəyi dil halına gəlməsi üçün 
verdiyi bu s
əssiz və əsil mücadilə son dərəcə uğurlu olmuşdur. Belə 
ki, «T
ərcüman» qəzetində  istifadə  etdiyi sadə  türkcə  qəzetin 
yayıldığı hər yerdə, xüsusilə Kazanda, Şərqi və Qərbi Türkistanda, 
Az
ərbaycanda,  Balkanlarda,  Osmanlı  Türkiyəsində  yaşayan  bütün 
türkl
ər tərəfindən  anlaşılan  bir  dil  halına  gəlmişdir.  Ziya  Göyalp 
«Türkçülüyün 
əsasları»  adlı  əsərində  bu  mövzuda  yazır: 
«T
ərcüman» qəzetini  Şimal  türkləri  olduğu  qədər  Şərq türkləri ilə 
Q
ərb türkləri də anlardı. Bütün türklərin eyni dildə birləşmələrinin 
mümkün olduğuna bu qəzetin vücudu canlı bir dəlildir». 
…Bu gün… gerç
əkləşməsini çox arzu etdiyimiz dil və 
m
ədəni birlik ideyasının həyata keçməsi üçün, Qaspiralının ruhunun 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə