Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

• Bütün türkl
ərin tərcümanı 

87
 ~ 
 
tük
ənməz məhrumiyyətlərə  məruz  qaldığı  son  yarım  əsrdə  onun 
h
əyatı,  mühiti,  şəxsiyyəti, ictimai-siyasi fikirləri, maarifçilik və 
yazarlıq fəaliyyətləri ilk əvvəl Rusiya, daha sonra isə bütün dünya 
müs
əlmanlarını  birləşdirmək  uğrundakı  uzun  mübarizəsi, tarixi 
yönd
ən gerçək və  obyektiv olan elmi əksini xarici alimlərin, daha 
çox  Türk  araşdırıcıların  incələmələrində  özünü göstərmişdir.  Bu 
gün  İsmayıl  bəy  Qaspiralı  ilə  əlaqədar həqiqətlərin göstərilməsi 
m
əlum bir gerçəkdir.  Bu  böyük  fikir  adamını  və  məslək 
mücahidinin xalqa, Sovetl
ərin istədiyi kimi deyil, tələb olunan 
şəkildə  tanıdıldığı  bir  dövrdə  yaşayırıq,  onunla  əlaqədar 
inc
ələmələrin elmi nəticələrindən vaz keçmək mümkün deyil». 
(«Türk aliml
ərinin  araşdırmalarına  görə  Qaspiralı  İsmayıl  bəy» 
m
əqaləsindən). 
 
 
Prof. Fuad b
əy Köprülüzadə:  «Tərcüman»  yalnız  Krımda 
deyil, Kazanda, Qafqazda, Türkistanda, Çin Türkistanında, Sibirdə, 
Rumıniyada,  Bolqarıstanda,  Osmanlı  imperiyası  daxilində, xülasə 
bütün Türk ölk
ələrində  böyük bir təsirə  malik oldu; Türklərin və 
xüsusil
ə Rusiya Türklərinin milli intibahında mühüm bir amil oldu. 
H
ər tərəfdə İsmayıl bəyin bir çox təqdirgahları, ardıcılları yetişdi». 
«İsmayıl  bəy Türk-islam  dünyasında  «qadın»ın  yerini, 
mövqeyini yüks
əltmək üçün də  çox  çalışdı.  Onun  bir  məsələsi 
haqqındakı  fikirləri də  diqqəti cəlb edəndir: «Tərcüman»ın  şüarı 
«Dild
ə, fikirdə,  işdə  birlik!» düsturu ilə  xülasə  edilirdi.  Osmanlı 
ədəbi ləhcəsinin sadələşdirilmiş bir şəkillə qəzetini çıxaran İsmayıl 
b
əy müxtəlif  danışıq  şivələrinə  malik olan müxtəlif  türk  şöbələri 
arasında bir «ümumi ədəbi dil olmasını, türklüyün mədəni tərəqqisi 
üçün 
ən böyük vasitə hesab edirdi. O, bu çox doğru fikrini tamamilə 


• Abid  Tahirli
 

88
 ~ 
 
q
əbul etdirə  bilmədi, lakin bu  fikrin qələbəsi üçün əlindən gəldiyi 
q
ədər çalışdı. 
Bütün h
əyatını Türklüyün yüksəlməsinə sərf edən bu böyük 
adam  Türk  xalqının  əbədi  şükranına  layiqdir».  («İsmayıl  bəy 
Qaspiralı» məqaləsindən. «Cümhuriyyət» qəzeti,  7  mart,  1928,  № 
1377). 
 
 
Ayaz b
əy İshaki: «Bəli, İsmayıl bəy böyükdü, onun işləri də, 
etdiyi xidm
ətləri də böyükdür. Onun əkdiyi toxumlardan yetişəcək 
yemişlər də əhəmiyyətlidir. Onun əkdiyi güllərdən çıxacaq çiçəklər 
d
ə dilbərdir, gözəldir. Onun təməlini qurduğu bina da sağlamdır. 
Artıq İsmayıl bəy aramızda yoxdur. 
O, darürrahata getdi. Lakin onun 
əkdiyi toxumlar, çiçəklər, 
peyv
ənd etdiyi ağaclar bütün Rusiya boyunca dağıldı. Milyonlarla 
t
ələbələri onun başlatdığı işi alıb götürməyə, onun götürdüyü işləri 
böyütm
əyə  başladılar.  Belə  ulu bir ataları  olduğuna  sevinərək  işin 
sonuna götürül
ə biləcəyinə iman edərək işə girişdilər. Bu qəhrəman 
atalarının  nümunə  və  misal edərək  canlı  imandan  təcəssüm edən 
atalarının  cızdığı  yoldan  ayrılmamağa  əzm edərək  işə  tutuşdular». 
(«Böyük ustad İsmayıl bəy» məqaləsindən. «İl» qəzeti, 1914,  № 40). 
 
 
S
əlimə  xanım  Yaqub:  «İsmayıl  bəy müsəlman  qadın-
qızlarının  mənsub  olduqları  milləti minillik uzaq yuxusundan 
oyatdı. Kişilərin qalın qafalarına qadın-qızların hicabdan, əsarətdən 
xilas olmaları, onların da oxumaları lazım gəldiyi, qadın-qızın əsir 
dözümsüz  bir  şey  o  cahil  hüququ  insaniyyəti etiraf edilməmiş,  o 


• Bütün türkl
ərin tərcümanı 

89
 ~ 
 
m
ədəniləşməmiş  qaldıqca  müsəlmanların  tərəqqiləri  haqqında  ağız 
açmanın belə doğru olmadığına dair fikir verdi. 
Xalqın  mədəni, iqtisadi və  ictimai cəhətdən irəliyə  gedə 
bilm
əsi  qadın-qızın  əsirlikdən  qurtulması  ilə  təhəqqüq edə  bilir. 
İsmayıl  bəy bunu özünün yüksək səsi ilə  hər yerdə  sarsılmadan, 
s
əbatla elan etdi. Bu həqiqət ona əfsanəvi  Baxçasaraydakı  günəşli 
açıq gün qədər məlumdur. Qadın-qız özünə aid məsələni anladı və 
onu t
əhəqqüq etdirmək üçün məşğul olmağa başladı. 
Müs
əlman  qadın-qızları  İsmayıl  bəyin məqsədini meydana 
çıxararaq  qiymətli  yolbaşçısını  unudulmayacaq  qədri üzərinə  ən 
göz
əl və  ən mətin heykəli  quracaqdırlar».  («Müsəlman  qadın  və 
qızlarının hamisi İsmayıl bəy Qaspiralı» məqaləsindən. «İl» qəzeti, 
№ 101, 1914). 
 
 
Osman b
əy  Akçoqraqlı:  «1917-ci  il  inqilabından  sonra 
Krımda  qurulmuş  Müsəlman Mərkəzi  İcraiyyə  Komitəsinin 
«Mü
əllimlər  İnstitutunun  Təsis Heyəti» tərəfindən nəşr  olunan 
b
əyannamədən: 
«Bizi  bu mühüm saatlarda milli ideal 
ətrafında  kafi  bir 
imanla, yüks
ək bir fədakarlıqla, sarsılmaz bir əzmlə toplayan nədir? 
Bunun tarixi ictimai s
əbəbləri də  buna hər  şeydən çox bizim 
cahilliyimizin 
ən böyük amil olduğunu hamımız təsdiq edirik. 
Krım müsəlmanları İcraiyyə Komitəsi elmdən, nurdan yetim 
qaldırılan zavalı tatar atalarını əsaslı məlumatla, həqiqi tərbiyə ilə, 
inc
ə hisslərlə yüksəldəcək müəllimlər yetişdirə bilmək üçün böyük 
mill
ət xadimi ölməz  İsmayıl  bəy  adına  layiq  bir  müəllimlər 
institutunu  açmağa  qərar  verdi.  Əcəba, bu millət qərarı  necə 
qarşılayacaq?  Əcəba millət özünün 30 illik müəllimini bu gün də, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə