• Bütün türkl
ərin tərcümanı
~
81
~
H.X.Qaradağı, Qoridə A.O.Çernyayevski və S.Vəlibəyov, Tiflisdə
M.H.Qayıbov və Ə.Axundzadə, Teymurxanşurada M.Ə.Talıbov,
Peterburqda Ə.Haqverdiyev və b. ilə yaradıcılıq əlaqələri diqqəti
c
əlb edir». («Tərcüman»: Dildə, fikirdə, işdə birlik» məqaləsindən.
«Ədəbiyyat qəzeti», № 26, 6 iyul 2001).
«
Qaspiralınin ölüm xəbəri Rusiyanın müsəlmanlar yaşayan
bütün vilay
ətlərində olduğu kimi, Azərbaycanda da dərin kədər
doğurdu. Qəzetlərin həmin günlərdə çıxan saylarında bu böyük
şəxsiyyət haqqında müxtəlif səciyyəli yazılara və matəm
t
ədbirlərinin təsvirinə geniş yer ayrılmışdı. O zaman Bakıda nəşr
olunan «B
əsirət» qəzeti N.Nərimanovun «Bağçasarayda imtahan
meydanı» məqaləsini dərc etdi (13 sentyabr 1914, № 21). «İqbal»
q
əzeti isə sentyabrın 14-də çıxan nömrəsini demək olar ki,
bütövlükd
ə İsmayıl bəyə həsr etmişdi. Qəzetin ikinci səhifəsində
başda İsmayıl bəyin portreti, sağ və sol tərəflərində Sənətulla
İbrahimovun «Yasi-əzim: böyük və tarixi milli matəm», Xəlil
İbrahimovun «Uful», Hüseyn Rzanın «İsmayıl bəy vəfat etdi»
m
əqalələri, Məhəmməd Hadinin «Böyük İsmayıl bəy» şeiri
verilmişdi. Bir gün əvvəl Təzəpir məscidində keçirilən və Zeynal
b
əy Səlimxanov tərəfindən maliyyələşdirilən matəm yığıncağından
reportaj d
ərc olunmuşdu.
Mat
əm günlərində nəşrə başlayan «Dirilik» jurnalının birinci
sayında İsmayıl bəy Qaspiralıyə xüsusi yer ayrılmışdı. Jurnalın üz
qabığında və 6-cı səhifəsində böyük millət xadiminin portreti,
«Ustadi-
əzim İsmayıl bəy» adlandırılan «Türk Yurdu»
m
əcmuəsindən götürülmüş tərcümeyi-halı və Əlabbas Müznibin
«Sevgili atamız İsmayıl bəy» şeiri verilmişdi». («Türk yurdunun
yolbaşçısı» məqaləsindən. «Xalq qəzeti», 17 oktyabr 1996).
• Abid Tahirli
~
82
~
«Volqaboyunda, Krımda, Orta Asiyada milli ədəbiyyatın
ir
əliləyişinə xidmət göstərən yazıçılarla yanaşı Qafqazda yazıb-
yaradan Sultan M
əcid Qənizadə, Nəriman Nərimanov, Əbdülssəlam
Axundzad
ə və Axund Yusif Talıbzadə haqqında portret oçerk dərc
etmişdi. Bu Rusiyanın islam türk xalqlarının yeni dövr vahid
ədəbiyyat tarixini yaratmaq sahəsində ilk əməli addım və örnək idi.
Burada t
əməli M.F.Axundov tərəfindən qoyulan realist sənət və
onun yaradıcıları əhatə olunmuşdu. Haqqında söz gedən ədəbiyyat
bütövlükd
ə Azərbaycan modeli əsasında yaranmışdı». («Qaspiralı
v
ə Azərbaycan» məqaləsindən. «Ulduz» jurnalı, 1992, № 9-10).
«T
ərcüman» (1883-1918) XIX əsrin sonu, XX əsrin
əvvəlində Rusiya müsəlmanları mühitində nəşr edilən qəzet və
jurnalların ən uzunömürlüsü, geniş miqyasda yayılanı və ən çox
oxunanı olmuşdur. O, bir il iki ay «Ziyayi-Qafqasiyə», səkkiz il
yarım «Kəşkül», bir il doqquz ay «Şərqi-Rus», 1905-ci il
inqilabından sonra Qafqazda, Krımda, Volqaboyunda, Türkistanda
çıxan müxtəlif məsləkli dövri mətbuat orqanları («Həyat», «İrşad»,
«Tanq», «Molla N
əsrəddin», «Vətən xadimi», «Nur», «Azad xalq»,
«Yıldız», «Əl-əsəri-Əl-cədid», «Əl-islah», «Fikir», «İdil», «Dan
yıldızı», «Vaxt» və s.) ilə paralel fəaliyyət göstərmişdir. 1891-ci ilin
oktyabrında «Kəşkül»ün bağlanmasından 1903-cü ilin martında
«Şərqi-Rus»un nəşrə başlamasına qədər təxminən 12 il «Tərcüman»
Rusiya imperiya
sının müsəlman əhalisinə məxsus yeganə qəzet
olmuşdur.
Qazan, Orenburq, Qarasubazar, Bağçasaray, Uralsk, Sibir
tatarları kimi Cənubi Qafqaz türklərinin həyatı, əliqələmli
Az
ərbaycan ziyalılarının fəaliyyəti həmişə böyük Krım
«murza»sının diqqət mərkəzində idi.
• Bütün türkl
ərin tərcümanı
~
83
~
«T
ərcüman»ın redaktoru kimi fəaliyyət göstərdiyi otuz bir il
ərzində Azərbaycan həyatında elə bir əlamətdar hadisə olmamışdır
ki, İsmayıl bəy ona münasibət bildirməsin və elə az-çox tanınan
ziyalı yox idi ki, qəzetdə adını zikr etməsin. İllər bir-birini əvəz
edir, ictimai fikrin inkişafında təzə meyllər əmələ gəldikcə, ədəbi
h
ərəkata yeni qüvvələr cəlb olunduqca İsmayıl bəyi əhatə edən
adamların tərkibi dəyişir, qələm savaşında «nozuhur» adlar
s
əslənirdi. Ötən əsrin 80-90-cı illərində böyük millət xadimi
«q
ərbliləşmək», müasir Avropa elmlərini müsəlman-türk xalqlarına
öz ana dill
ərində öyrətmək ideyasını meydana qoyub, bunu xalq
h
əyatına tətbiq etmək uğrunda mübarizə apararkən, o, «üsuli-
c
ədid»i özünə məslək seçib xalqın maariflənməsi yolunda böyük
s
əylə çalışan Səid və Cəlal Ünsizadə qardaşları, Əbdüssəlam
Axundzad
ə, Molla Hüseyn Qayıbov, Səfərəli bəy Vəlibəyov,
Firudin b
əy Köçərli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov,
M
əhəmməd Tağı Sidqi Səfərov və başqaları ilə sıx əlaqə
saxlamışdı. Ədib bunların ictimai fikrin oyanışı, siyasi şüurun
yüks
əlişi və milli mədəniyyətin dirçəlişi sahəsində xidmətlərini
q
əzetdə vaxtaşırı işıqlandırıb təbliğ etməklə müasir tərəqqi
ideyalarının
inkişafına
misilsiz
xidmət göstərmişdir».
(«İ.Qaspiralınin Ə.Hüseynzadəyə «Açıq məktubu» məqaləsindən.
«Ədəbiyyat qəzeti», 17 iyul 1992).
«İsmayıl bəy Qaspiralı 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə
başlayan «Molla Nəsrəddin» jurnalını Azərbaycan mətbuatı
tarixind
ə orijinal hadisə, Rusiyanın, Türk-müsəlman xalqlarının
ədəbiyyatında satira və yumorun dirçəlişinə və inkişafına təkan
ver
ən və kömək edən yeni istiqamət kimi bəyənib təqdir etdi.
«T
ərcüman»da verilmiş müxtəlif səpkili materiallardan görünür ki,
jurnal f
əaliyyətə başladığı gündən İ.Qaspiralınin diqqət mərkəzində
Dostları ilə paylaş: |