• Bütün türkl
ərin tərcümanı
~
149
~
«Mill
ətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla» -
q
ənaətində olan Molla Abbasa görə hər bir Avropalının düşüncəsinə
bu şüar hakim olduğu üçün bu ölkələrdə tərəqqi və firavanlıq
mövcuddur. Molla Abbas elmi, maarifi, m
əktəbi dünyanı nura
boyayan gün
əşə bənzədir, bütün geriliyin səbəbinin nadanlıqda,
cahillikd
ə görür. Onun fikrincə, alim nadanın, bilən bilməyənin
buyruqçusudur. Haqqa,
ədalətə yüksək dəyər verən Molla Abbas
yazır ki, malın çoxluğu insanı xoşbəxt edə bilməz, səadətin çeşməsi
ədalətdir. Elm, təhsil, tərbiyə ədalətin intişarına xidmət etmədikcə
insan oğlu səadətdən uzaq qalacaqdır. Avropanı səyahət edən Molla
Abbasın hekayəti, macəraları oxucuda böyük maraq oyadır, onu
əyləndirir, eyni zamanda düşündürür, qayğılandırır. Molla Abbasın
Fransa s
əyahəti bir-birini əvəz edən müxtəlif hadisələrlə,
unudulmaz obrazlarla z
əngindir. Daha çox yadda qalanı,
ibr
ətamizisə Molla Abbasın qənaətləridir: oxumalıyıq, təlim
keçm
əliyik, öyrənməliyik. Rahat yaşamaq, məsud olmaq, tərəqqi
etm
ək istəyirsənsə, maariflənməlisən!
Darrürrahat müs
əlmanları
Əvvəldə də söylədiyimiz kimi, bu əsər «Firəngistan məktub-
ları»nın davamıdır və hissə-hissə «Tərcüman»da dərc edildikdən
sonra 1906-
cı ildə Baxçasarayda kitab şəklində nəşr olunmuşdur.
Mü
əllif burada Molla Abbasın İspaniyaya səyahətindən, oradakı
insanların, o cümlədən müsəlman toplumunun həyat, düşüncə
t
ərzindən bəhs edir. Fransadan İspaniyaya qədəm qoyandan bu
ölk
ənin abadlığı, təbiətinin gözəlliyi səyyahın diqqətini çəkir: «Hər
t
ərəfdə iş və qeyrət, hünər və mərifət gördüm, xarabalığa, sahibsiz
bir mahala, yer
ə rast gəlmədim». Molla Abbasın fikrincə, ispanlarda
• Abid Tahirli
~
150
~
da nizam-intizam,
əməksevərlik, ədalət hissi güclüdür, lakin onlar
«fransızlardan ziyadə dindar olub, ibadətxanalara ziyadə hörmət
ed
ərlər». Müəllif İspaniyanın tarixindən, ərəb xilafətinin bu ölkənin
işğalından və islamdan sonra İspaniyanın çiçəklənməsindən bəhs
edir, zamanında hərbin, elmin, maarifin, mədəniyyətin, ticarətin
inkişafına görə bütün dövlətlərdən üstün olduğunu vurğulayır.
C
əhalət və ətalət bataqlığında can verən Türkistandan tərəqqi edən
Avropaya g
ələn, burada təhsilin, elmin, mədəniyyətin sürətli
inkişafını gözləri ilə görən Molla Abbas «Firəngistan məktub-
ları»ndan tanıdığımız Şeyx Cəlalla və ərəb qızları ilə birlikdə çox
ç
ətinliklə də olsa, tunelləri, gizli yolları dəf edə-edə Darrürrahat
şəhərinə – müsəlman toplumunun məskunlaşdığı ölkəyə təşrif gətir.
Burada gördükl
əri türkistanlıların xəyallarına belə gətirə
bilm
əyəcəkləri, fransızların isə yalnız arzulaya biləcəyi bir cəmiyyət
mövcuddur. Haqq-
ədalət tam bərqərar olmuşdur, qanunlardan kənar
əməl insanların düşüncəsinə yaddır, oğurluq yox, yalan danışmaq
yox, qul, dil
ənçi yox, məktəblərdə islam dini ilə yanaşı dünyəvi
elml
ər tədris edilir, hər yer abaddır, hər yerdə təmizlik, səliqə-
sahman hakimdir, küç
ələr Avropadakı kimi fənərlərlə yox, elektrik
işığı ilə nura boyanır, telefon, poçt xidməti qüsursuz xidmət
göst
ərir, pulsuzdur. Molla Abbası islam mədəniyyətinin bu ali
d
ərəcəsi məftun etmişdir. Molla Abbas bu islam ölkəsinin
m
ədəniyyətinin, məişətinin «Avropadan çox irəli olduğunu,
türkistanlıların çox geridə qaldığını anlayır. Yaraşıqlı baxçalar,
b
ərəkətli bağlar, dəmiryol xətləri, məktəblər göz oxşayır.
Darrürrahat sakinl
əri biləndə ki, Türkistan mədrəsələrində yalnız
dini elml
ər öyrədilir, onlar buna çox təəccüblənirlər, «nə ayıb, nə
qorxunc q
əflətdir bu, gözü bağlı adam hərəkət edərmi, torpağı
bilm
əyən onu əkərmi, suyu bilməyən suyu içərmi, dünyanı
• Bütün türkl
ərin tərcümanı
~
151
~
bilm
əyən yaşaya bilərmi?! Vah, nə yazıq, vah nə qəflət! Allah
dadınıza çatsın» - deyə heyrətlənirlər, Molla Abbasa ünvanlanan
suallar bir-birini
əvəz edir: - «Sizin diyarlarda təbib, kimyagər,
memar v
ə mühəndis lazım olmurmu? Sizin xanlar, ölkəni idarə
ed
ənlər dövlət üçün məmurların, maliyyə işçilərinin, memarların
olmasına hacət görmürlərmi? Sənin sözünə görə mədrəsələrdə dini
elml
ərdən başqa bir fənn təhsil edilmir, tibbi, həndəsə, kimya,
f
əlsəfə və bu kimi qeyri elmlərdən dərs keçilmir, belə çıxır ki, din
adamlarından başqa millətin və məmləkətin məsul şəxsləri yetişmir,
bel
əmi?»
Darrürrahatda kişili qadınlı hər kəs oxumağı, yazmağı
bacarır, qəzetlər, kitablar buraxılır, kitabxanalar zəngin ədəbiyyatla
doludur. Burada m
əktublar zərfə qoyulmur, gizlədiləsi bir fikir,
əməl yoxdur, əxlaqa və qanuna zidd hərəkət barədə heç kim
fikirl
əşmir. Xəyanət edənlər, xalqı aldadanlar üçün nə qamçı var, nə
h
əbsxanalar. Adamın günahı məlum olan kimi bütün ölkə ona
əcnəbi və yad adam kimi baxır, heç kim ona salam vermir, hamı
ondan v
əbadan qorxan kimi kənar durur. Həbsxanadan ziyadə tənha
v
ə yalnız qalır. Arzusu ilə ölkənin bir küncünə çəkilir, ibadətlə,
xidm
ətlə və dərs oxumaqla məşğul olur, əxlaqını düzəltməyə səy
göst
ərir, ona nail olduqdan sonra topluma qayıdır.
Molla Abbas Darrürrahatda gördükl
ərinə heyrandır:
«…bunca ölk
ələr seyir və səyahət etdim, Darrürrahat kimi lətafətli
mahal görm
ədim, bunca insanlar gördüm, bu mahalın islami kimi
mahir, m
ədəni olanları görmədim». Molla Abbas darrürrahatlı
müs
əlmanları «ən mədəni və mərifətli, ən rahat və məsud xalq»
adlandırır və göstərir ki, onları uca peyğəmbərimizin tövsiyəsi ilə
elm harada olursa olsun, onun arxasınca gedirlər. Molla Abbas bu
diyarda
ən böyük sərmayənin xeyirxahlıq, yaxşılıq və ən böyük
Dostları ilə paylaş: |