Азярбайжан Республикасы Мцдафия Назирлийи


MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ AZƏRBAYCAN



Yüklə 226 Kb.
səhifə7/19
tarix14.03.2023
ölçüsü226 Kb.
#102457
1   2   3   4   5   6   7   8   9   10   ...   19
M-1təzə

MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ AZƏRBAYCAN
RESPUBLİKASI VƏTƏNDAŞLARININ HÜQUQLARI
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:
1) fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
2) fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;
3) fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müəyyən olunmuş qaydada iştirak etmək;
4) mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;
5) fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;
6) fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq;
Mülki Müdafiənin təşkil edilmə prinsipləri və məqsədləri

Azərbaycan Respublikasında mülki müdafiə, ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:



  1. ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);

  2. fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);

  3. kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin bütün əhalini əhatə etməsi və məcburi xarakter daşıması);

  4. daimi hazırlıq prinsipi (mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);

  5. dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında əhaliyə dərhal məlumat verilməsi);

  6. qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).




Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə