Азярбайжан Республикасы Мцдафия Назирлийи


Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri



Yüklə 226 Kb.
səhifə5/19
tarix14.03.2023
ölçüsü226 Kb.
#102457
1   2   3   4   5   6   7   8   9   ...   19
M-1təzə

Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri:

  1. Fövqəladə halların təsirindən, əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi.

  2. Fövqəladə hadisələr zamanı, insanların sağlamlığına təhlükə yaranması barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin xəbərdar edilməsi.

  3. Fövqəladə halların nəticələri aradan qaldırılarkən, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi.

  4. Rəhbər heyətin, Mülki müdafiənin idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, həmçinin müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili.

  5. Fövqəladə hallar zamanı təsərrüfat sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.



3-cü tədris sualı: Mülki müdafiə sahəsində dövlətin,
hüquqi şəxslərin, vətəndaşların vəzifələri və
hüquqları.


MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ DÖVLƏTİN
VƏZİFƏLƏRİ
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1) dövlət siyasətini, o cümlədən, vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;
2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;
3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;
5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;
6) mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədli və düzgün istifadə olunmasını təmin etmək;
7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatın toxunulmaz ehtiyatı ilə təmin etmək;
14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;
16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürtmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;
20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.



Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə