Азярбайжан Республикасы Мцдафия Назирлийи


BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur



Yüklə 226 Kb.
səhifə3/19
tarix14.03.2023
ölçüsü226 Kb.
#102457
1   2   3   4   5   6   7   8   9   ...   19
M-1təzə

BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
2-ci tədris sualı: Mülki müdafiə sahəsində qəbul edilmiş
rəhbər və normativ sənədlərin tələbləri.
Mülki müdafiənin əsas anlayışları.
Mülki müdafiə məsələlərinin səmərəli təşkili və həyata keçirmək məqsədilə aşağıdakı rəhbər sənədlər qəbul edilmişdir:
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31- də “ Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 93 saylı və 1998- ci il aprelin 18- də “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun ( 30 dekabr 1997- ci il, N° 420- İQ ) tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalamışdır. Nazirlər Kabinetinin 30 aprel 1992-ci il tarixli 239 nömrəli qərarı ilə “Fövqəladə hallarin qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmışdır, həm də Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarı və “Əhalinin mühafizəsinin əsas prinsipləri haqqında” 28 dekabr 1992 -ci il tarixli 700 nömrəli qərarı verilmişdir. Azərbaycan Respublikası FHN-nin Mülki müdafiə Qoşunları haqqında əsasnamə (29 dekabr 2006-ci il Azərbaycan Respublikası Prezidentinin 511 nömrəli fərmanı ilə ) təsdiq edilmişdir. Qanunda və Yeni Əsasnamədə Azərbaycan Respublikasında Mülki müdafiənin əsas məqsəd və vəzifələrini, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.
Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə