Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 

57 


göstərir.  Əgər  hüquqi  şəxslər  istehlak  bazarının  pərakəndə  əmtəə  dövriyyəsində 

2005-ci  ildə  22,5%,  fiziki  şəxslər  isə  77,5%  xüsusi  çəkiyə  malik  olmuşdursa,  bu 

göstərici 2014-cü ildə müvafiq olaraq 16,2; 83,8% təşkil etmişdir. 

Aparılan  tədqiqatlar  göstərir  ki,  həyata  keçirilən  iqtisadi  islahatlar  istehlak 

bazarının  əsas  iqtisadi  göstəricisi  olan  pərakəndə  əmtəə  dövriyyəsinə  də  öz  təsirini 

göstərmişdir.  Belə  ki,  ticarət  sisteminin  liberallaşdırılması  və  özəlləşdirilməsi 

mahiyyət  etibarilə  istehlak  bazarının  pərakəndə  əmtəə  dövriyyəsində  qeyri-dövlət 

mülkiyyətli  təsərrüfat  subyektlərinin  xüsusi  çəkisinin  yüksəlməsinə  gətirib 

çıxarmışdır. Məhz bunun nəticəsidir ki, 2014-cü ildə pərakəndə əmtəə dövriyyəsində 

qeyri-dövlət  mülkiyyətinin  xüsusi  çəkisi  99,1%-ə  bərabər  olmuşdur.  Qeyd  etmək 

lazımdır  ki,  bu  tendensiya  ictimai  iaşənin  əmtəə  dövriyyəsinə  də  öz  təsirini 

göstərmişdir.  Belə  ki,  əgər  2005-ci  ildə  ictimai  iaşənin  əmtəə  dövriyyəsində  dövlət 

mülkiyyətinin xüsusi çəkisi 15,7%, qeyri-dövlət mülkiyyətinin xüsusi çəkisi 84,3%-ə 

bərabər  olmuşdursa,  2014-cü  ildə  bu  göstərici  müvafiq  olaraq  6,0  və  94,0%  təşkil 

etmişdir [88]. 

Beləliklə,  istehlak bazarının  mülkiyyət  və  sahə üzrə  strukturunu  təhlil edib  belə 

qənaətə  gəlmək  olar  ki,  transformasiya  yönümlü  dəyişikliklər,  mülkiyyətin 

özəlləşdirilməsi  və  iqtisadi  münasibətlərin  liberallaşdırılması  istehlak  bazarına  da 

əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir.  İstehlak  bazarının  sahə  strukturunda  kənd 

təsərrüfatı və  ərzaq məhsullarının xüsusi  çəkisinin  yüksək olması  müəyyən  mənada 

neqativ  tendensiya  kimi  dəyərləndirilsə  də,  müqayisə  olunan  dövrdə  qeyri-neft 

sektorunun  inkişaf  etdirilməsi  və  əhalinin  pul  gəlirlərinin  artırılması  istiqamətində 

həyata  keçirilən  tədbirlər  bu  sahədə  də  müsbət  dəyişikliklərin  baş  verməsinin 

fundamental əsaslarını yaratmışdır. 

İstehlak bazarının mövcud durumunu xarakterizə edən ən mühüm göstəricilərdən 

biri  də  bazarda  pərakəndə  əmtəə  dövriyyəsinin  fiziki  həcm  indeksidir.  Pərakəndə 

əmtəə  dövriyyəsinin  fiziki  həcm  indeksinin  dəyişməsi  bir  qayda  olaraq,  satış 

həcminin və qiymətlərin səviyyəsinin tərəddüd lərini özündə əks etdirir. 

Pərakəndə  əmtəə  dövriyyəsinin  fiziki  həcm  indeksləri  aşağıdakı  cədvəldə 

göstərilmişdir  (Bax:  cədvəl  2.6).  Cədvəl  2.6-ın  təhlili  göstərir  ki,  2005-2014-cü 




 

58 


illərdə  hər  il  əvvəlkinə  nisbətən  istehlak  bazarında  pərakəndə  əmtəə  dövriyyəsinin 

artımı müşahidə edilmişdir. 2009-cu ildə əvvəlki ilə nisbətən bu artım 13,2%, 2014 

cü ildə isə əvvəlki ilə nisbətən 15,3% təşkil etmişdir. 

Pərakəndə  əmtəə  dövriyyəsi  xüsusilə  fiziki  şəxs  statuslu  qurumlar  üzrə  daha 

yüksək artıma malik olmuşdur. Belə ki, 2014-cü illə müqayisədə 2015-ci ildə ölkə 



 

59 


Cədvəl 2.6 (10) 

Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksləri (əvvəlki ilə nisbətən, 

faizlə) 

Göstəricilər 

2005 

2009 


2014 

Pərakəndə  əmtəə  dövriyyəsi  - 

cəmi 

110,9 


113,2 

115,3 


o cümlədən: 

Hüquqi şəxslər 

102,0 

103,6 


107,9 

Fiziki şəxslər 

113,8 

115,7 


116,9 

ondan 


Kənd  təsərrüfatı  məhsulları  ba-

zarları,yarmarkalar 

113,8 

118,5 


113,8 

Hüquqi şəxs yaratmadan ticarət-

lə məşğul olan fərdi sahibkarlar 

113,7 


116,0 

121,0 


Pərakəndə əmtəə dövriyyəsindən 

Ərzaq malları 

109,6 

110,8 


113,1 

ondan 


Alkoqollu içkilər 

100,9 


101,6 

109,2 


Qeyri-ərzaq malları 

114,1 


119,5 

120,0 


ondan 

Avtomobil benzini 

112,8 

115,1 


117,8 

Pərakəndə əmtəə dövriyyəsindən 

Pərakəndə ticarət 

110,7 


113,0 

114,9 


İaşə 

131,5 


126,1 

135,7 


nin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların real həcmi 10,9 faiz və ya 

3.719,4  milyon  manat  artaraq  25.721,1  milyon  manat  təşkil  etmişdir.  İstehlak 

mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 10,8 faizi hüquqi şəxs 

statuslu  özəl  müəssisələrdə,  55,4  faizi  fərdi  sahibkarlara  məxsus  ticarət 

subyektlərində,  33,6  faizi  əmtəə  bazarlarında,  0,2  faizi  hüquqi  şəxs  statuslu  dövlət 

müəssisələrdə  satılmışdır.  Özəl  sektor  üzrə  pərakəndə  ticarət  dövriyyəsinin  həcmi 

2014-cü  ilin  səviyyəsini  10,9  faiz  üstələyərək  25.682,7  milyon  manata  bərabər 

olmuşdur. [88] 

Əmtəə  dövriyyəsinin  ümumi  həcmində  qeyri-ərzaq  mallarının  xüsusi  çəkisi 

artaraq  2014-cü  ilin  yanvar-dekabr  ayları  ilə  müqayisədə  49,9  faizdən  50,0  faizə 

yüksəlmişdir.  Pərakəndə  şəbəkədə  satılmış  qeyri-ərzaq  mallarının  həcmi  12,8  faiz 

artaraq  12.849,9  milyon  manata  çatmışdır.  Pərakəndə  əmtəə  dövriyyəsinin  ümumi 

həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 50 faiz təşkil edərək 



 

60 


12.871,2  milyon  manata  bərabər  olmuş  və  2014-cü  ilin  müvafiq  dövrünü  10,1  faiz 

üstələmişdir. 

2015-ci  ildə  hər  bir  istehlakçı  fərdi  istehlak  məqsədi  ilə  pərakəndə  ticarət 

müəssisələrində  orta  hesabla  ayda  112,5  manatlıq  qida  məhsulları,  içkilər  və  tütün 

məmulatları,  112,4  manatlıq  qeyri-ərzaq  malları  almışdır.  2014-cü  ilin  müvafiq 

göstəricisi ilə  müqayisədə  istehlakçılar  tərəfindən  qeyri-ərzaq  mallarının  alınmasına 

15,2  manat  daha  çox  vəsait  xərcləndiyi  halda,  qida  məhsulları,  içkilər  və  tütün 

məmulatları üçün xərclərdə artım 15,0 manata bərabər olmuşdur. 

Hesabat  dövründə  istehlakçıların  pərakəndə  ticarət  şəbəkələrində  xərclədiyi 

vəsaitin  50,0  faizi  (12  871,2  milyon  manat)  qida  məhsulları,  içkilər  və  tütün 

məmulatlarının,  17,8  faizi  (4.579,9  milyon  manat)  toxuculuq  malları,  geyim  və 

ayaqqabıların,  6,7  faizi  (4.579,9  milyon  manat)  avtomobil  yanacağının 

(1.709,7milyon manat), 6,0 faizi elektrik malları və mebelin (1.550,2 milyon manat), 

1,2  faizi  (300,2  milyon  manat)  əczaçılıq  və  tibbi  malların,  0,8  faizi  (198,0  milyon 

manat)  kompüterlər,  telekommunikasiya  avadanlıqları  və  digər  məmulatların,  17,5 

faizi  isə  (4.511,9  milyon  manat)  digər  qeyri-ərzaq  mallarının  alınmasına  sərf 

olunmuşdur. [90] 

2016-cı ilin yanvar ayında istehlakçılara 2  milyard 243,2  milyon  manatlıq və ya 

2015-ci  ilin  eyni  ayı  ilə  müqayisədə  4,3  faiz  çox  məhsul  satılmışdır.  Burada  ərzaq 

məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1 faiz artaraq 1 milyard 

124,8 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2 faiz artaraq 1 milyard 118,4 

milyon  manata  bərabər  olmuşdur.  Hesabat  ayında  istehlakçıların  pərakəndə  ticarət 

şəbəkələrində  xərclədiyi  vəsaitin  50,1  faizi  ərzaq  məhsulları,  içkilər  və  tütün 

məmulatlarının,  16,7  faizi  toxuculuq  məhsulları,  geyim  və  ayaqqabıların,  6,6  faizi 

elektrik  malları  və  mebelin,  5,9  faizi  avtomobil  yanacağının,  1,4  faizi  əczaçılıq  və 

tibbi  malların,  0,8  faizi  kompyuterlər,  telekommunikasiya  avadanlıqları  və  digər 

məmulatların,  18,5  faizi  isə  digər  qeyri-ərzaq  məhsullarının  alınmasına  sərf 

olunmuşdur.[88] 

İstehlak  bazarı  gündəlik  tələbat  məhsullarının  reallaşdırılması  ilə  yanaşı,  eyni 

zamanda,  əhaliyə  göstərilən  pullu  xidmətləri  də  özündə  əks  etdirir.  Statistik 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə