B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə111/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   107   108   109   110   111   112   113   114   ...   131

 

357 


 

 

 



8.5. Yay oyunları 

 

«Çobanlar və keçilər» 

 

Bu  oyunu  həyətdə,  talada,  idman  zalında,  bir  sözlə,  geniş  və 

hamar olan hər bir meydançada keçirmək olar. 

Oyunun gedişinə nəzarət yetirmək üçün əvvəlcə hakim seçilir. 

Sonra isə hazırlıq işləri görülür. Bunun üçün yerdə diametri 8-10 metr 

olan  bir  dairə  çəkilir.  oyunçular  sayları  eyni  olmaqla  iki  komandaya 

ayrılırlar.  Oyunu  artıq  başlamaq  olar.  Komandalardan  biri  keçib 

dairənin  içərisində  dayanır.  Bunlar  «keçilər»,  o  biri  komanda  isə 

dairədən  kənarda  qalır.  Bunlar  da  «çobanlar»  olurlar.  «Çobanlar»dan 

biri  dairənin  içərisinə  keçib,  bir  ayağı  üstə  atılaraq  «keçilərə»  çatmaq 

istəyir.  «Çoban»  «keçiyə»  ancaq  şəhadət  barmağı  ilə  toxuna  bilər. 

«Keçini»  itələməyə,  ya  da  tutmağa  icazə  verilmir.  «Keçilər» 

Çobandan»qaçıb  uzaqlaşarkən  dairədən  bayıra  çıxmamalıdırlar.  Əgər 

«çoban»  «keçiyə»  toxuna  bilərsə  hər  ikisi  dairəni  tərk  edir.  Onların 

əvəzinə  dairəyə  başqa  bir  çoban  girir.  «Çobanlar»  bütün  «keçiləri» 

tutandan  sonra  komandalar  yerlərini  dəyişirlər.  Bütün  «keçiləri»  daha 

tez tutan komanda qalib sayılır. 

 

Kim tapar? 

 

Oyunçular sıraya düzülürlər. Onlardan üç metr aralı isə aparıcı 



dayanır.  O,  bir hərfin  adını  çəkib  əlində tutduğu  topu  sıradakı  birinci 

oyunçuya  atır.  Həmin  oyunçu  topu  tutan  kimi  yanındakına  ötürür. 

Beləliklə  top  əldən-ələ  keçir.  Aparıcı  «şəhər»  deyən  kimi  topun 

ötürülməsi dayandırılır. 

Top kimin əlində qalıbsa həmin oyunçu hakimin dediyi hərflə 

başlayan bir şəhər adı deməlidir. Bu vaxt hakim geriyə çəkilib dayanır. 

Oyunçu  şəhərin  adını  tapandan  sonra  hakim  qollarını  halqa  şəklində 

birləşdirir.  Cavabı  tapan  isə  üç  metr  irəliləyib  topu  ataraq  həmin 

halqaya  salmağa  çalışır.  Əgər  top  halqaya  düşərsə,  əvvəlki  aparıcı 

oyunu davam etdirir. 




 

358 


Oyunda tək şəhər adı yox, heyvan, çiçək, meyvə, quş, çay, göl 

və başqa adlardan da istifadə etmək olar. 

 

Suda yarış. 

 

Bu oyunu dənizdə, çayda və göldə keçirmək olar. Sahilə yaxın 



elə yer seçilməlidir ki, bu boğazdan yuxarı olmasın. Oyunda hərəsində 

10-12  uşaq  olamqla  iki  komanda  iştirak  edir.  İdarə  etmək  üçün  isə 

hakim  də  seçilir.  Sahilə  aralarında  50  metr  məsafə  olmaqla  iki  dirək 

basdırılır. Bunlardan biri «finiş», o biri isə «start» olur. 

Hər komandadan bir iştirakçı əlindəki topla suya girib startda 

dayanır.  Hakimin  işarəsilə  onlar  əllərindəki  topu  qarşılarına  qoyur, 

sonra da başları ilə itələyərək üzə-üzə finişə tərəf gedirlər. 

Kim finişə tez çatarsa o, qalib sayılır. 

 

Asta get, tez çat! 

 

Bu  oyun  üçün  hamar  meydança  lazımdır.  Meydançada  start, 



finiş  xətləri  çəkilir.  Aparıcı  işarə  verən  kimi  start  xəttinə  düzülmüş 

oyunçular finiş xəttinə çatmağa tələsirlər. 

Kim irəliləyərək finişə daha tez çatarsa, o, qalib sayılır. 

 

8.6. Müsabiqə yarış oyunları 

Dairədə qaçmaq 

 

Yerdə 15x15 ölçüsündə bir kvadrat, bu kvadratda da diametri 



100 santimetr olan beş dairə çəkin (şəkil 66). Yarışın keçirilmə qaydası 

belədir:  mərkəzdə  çəkilmiş  dairədə  oyunun  aparıcısı  öz  yerini  tutur. 

Kənardakı  digər  dörd  dairənin  içində  isə  o  biri  üç  oyunçu  dayanır. 

Hakimin  işarəsi  ilə  dairələrdə  durmuş  oyunçular  boş  dairəyə  tərəf 

qaçmağa  başlayırlar.  Bu  zaman  mərkəzdə  durmuş  oyunçu  onlardan 

daha tez hərəkət edib boş dairələrdən birini tutmağa çalışmalıdır. Əgər 

o,  buna  nail  olmuşsa,  onda  dairələrdən  kənarda  qalan  oyunçu  mərkəz 

dairədə  onun  yerini  tutur.  Əgər  qaçış  zamanı  bir  dairədə  iki  oyunçu 

olarsa  onda  bu  oyunçuların  hər  ikisi  məğlub  hesab  edilir  və  onlardan 

biri mərkəzdə aparıcı-oyunçunun yerini tutur. 

 Oyun  fasiləsiz  olaraq  beş  dəqiqə  davam  edir.  Qaçış  hər  30 

saniyədən  bir  davam  etməlidir.  Qaçışa  oyunun  hakimi  nəzarət  edir. 




 

359 


Qalib hamıdan az cərimə xalı toplamış, yəni dairədən daha az kənarda 

qalmış oyunçu hesab edilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 66. 

«Dairədə qaçmaq» oyunu 

 

Tullanma 

 

Meydançada  oyunun  başlanğıcını  bildirən  xətt  çəkin.  Yarışda 



iştirak  edəcək  oyunçuların  sayından  asılı  olaraq  həmin  xətdən 

meydança  boyu  işarələr  qoyulur.  Oyunçular  start  xəttində  yerlərini 

tuturlar.  «Marş»  işarəsi  ilə  oyunun  bütün  iştirakçıları  hər  iki  ayağa 

təkan  verməklə  tullanmağa  başlayırlar.  Bu  zaman  uzununa  fasiləsiz 

olaraq 10 tullanma hərəkəti yerinə yetirilməlidir. Qızlar isə bu hərəkəti 

beş tullanışla başa çatdıra bilərlər. Sonuncu oyunçunun nəticəsi qeydə 

alınır  (şəkil  67).  Hamıdan  uzağa  tullanmış  oyunçu  qalib  hesab  edilir. 

Nəzərinizə  çatdırılır  ki,  tullanmaları  yerinə  yetirərkən  fasilə  verib 

dayanmaq olmaz. Bütün tullanışlar bir surətdə yerinə yetirilməlidir. Bu 

qaydaları pozan oyunçuların nəticələri qeydə alınmır və onlar yenidən 

hərəkəti  təkrar  etməlidirlər.  Eyni  zamanda  bir  ayaqla  təkan  verib 

tullanmağa da icazə verilmir.  

 

 

 



 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə