B a L o ğ L a n q u L i y e V


İlk  tibbi  yardım  göstərmək  hazırlığı



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə114/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   110   111   112   113   114   115   116   117   ...   131

 

367 


İlk  tibbi  yardım  göstərmək  hazırlığı.  İlk  tibbi  yardım 

hazırlığının  yoxlanılması  aşağıda  göstərilən  suallar  əsasında  həyata 

keçirilir: 

1.Yaralanma və sınıqlar zamanı ilk tibbi yardım. 

2.Qanaxmalar zamanı ilk tibbi yardım. 

3.Sula boğulana ilk tibbi yardım. 

4.Sarğının qoyulması. 

5.Yaralananın daşınması. 

Bütün  normativlərin  yerinə  yetirilməsi  üçün  5  ballıq 

qiymətləndirmə sistemi müəyyən olunmuşdur.  

Normativlərin  ödənilməsində  iştirak  edən  hər  bir  şəxsin 

topladığı xallar aşağıdakı kimi qiymətləndirilir: 

Əla – minimum 31 xal. 

Yaxşı – 26-31 xal. 

Kafi – 20-25 xal. 

Qəbul olunmuş əsasnaməyə görə iştirakçı hər hansı bir növdə 3 

qiymət normativ tələbindən aşağı nəticə göstərərsə, onun nəticəsi balla 

qiymətləndirilir. 

Mükafatlandırma aşağıdakı kimi aparılır: 

•Qızıl medal – 36 xal və ondan yüksək. 

•Gümüş medal – 31 xala qədər. 

•Bürünc medal – 26 xaldan 30 xala qədər. 

 

1.2. «Vətənin müdafiəsinə hazıram» kompleksi üzrə 

sınaqların növləri. 

 

I pillə 10-14 yaşlılar üçün: 60m məsafəyə qaçış, 12 dəqiqəlik 

qaçış  (3000-2000m),  turnikdə  dartınma  (sayla),  gimnastika 

skamyasında  qolların  bükülüb-açılması,  üzgüçülük,  güllə  atıcılığı, 

tennis  topunu  atmaq,  yoldaşı  kürəyində  aparmaq,  yerindən  uzununa 

tullanmaq və ilk tibbi yardım göstərmək qaydaları. 



II  pillə  15-18  yaşlılar  üçün:  100m  qaçış,  12  dəqiqəlik  qaçış, 

turnikdə  dartınma  (sayla) 70  kq-dan  yuxarı  çəkisi  olanlar,  gimnastika 

skamyasında qolların bükülüb-açılması (sayla) 70kq-dan yuxarı çəkisi 

olanlar,  üzgüçülük,  güllə  atıcılığı,  qumbara  atmaq  (çəkisi  700qr, 

500qr),  yoldaşı  kürəyində  aparmaq  (öz  çəkisinə  uyğun),  yerindən 

uzunluğuna tullanmaq və ilk tibbi yardım hazırlığının yoxlanılması (5 

sual). 



 

368 


III pillə 19-27 yaşlılar üçün: 100m qaçış 12 dəqiqəlik qaçış, 

turnikdə  dartınma  (sayla),  70kq-dan  yuxarı  çəkisi  olanlar  gimnastika 

skamyasında qollarınbükülüb açılması, 70kq-dan yuxarı çəkisi olanlar, 

üzgüçülük,  güllə  atıxılığı,  qumbara  atmaq,  yoldaşını  kürəyində 

aparmaq  (öz  çəkisinə  uyğun),  yerindən  uzunluğuna  tullanma  və  ilk 

tibbi yardım göstərmək hazırlığının yoxlanılması (5 sual). 



IV pillə 28-39 yaşlılar üçün isə sınaq normativləri III pillədə 

nəzərdə  tutulmuş  normativlərlə  eynilik  təşkil  edir.  Lakin  IV  pillədə 

kişilər  və  qadınlar  üçün  müəyyən  edilmiş  normalar  III  pilləyə  daxil 

olan  qadın  və  kişilərin  normalarından  bir  qədər  asandır.  Burada 

qiymətləndirmədə də müvafiq fərq mövcuddur. 

V  pillə  40-60  yaşlılar  üçün  verilmiş  normativlər,  əvvəlki 

pillələrdəki  normativlərlə  əsasən  eynilik  təşkil  edir.  Fərq  normaların 

yüngülləşdirilməsində  və  100m  qaçış  üzrə  normativ  əvəzinə  60m 

məsafəyə  qaçışın  verilməsindədir.  Bütün  bunlar  həmin  yaş 

qruplarındakı  insanların  fiziki  hazırlığı,  fiziki  inkişafı  ilə  sıx 

əlaqədardır.  Kompleksin  normativ  və  normaları  nəzərə  alınaraq 

qiymətləndirmənində  aparılması  orqanizmin  funksional  imkanları  və 

morfoloji  xüsusiyyətlərinin  göstəricilərinə  əsaslanır.  Başqa  sözlə 

desək,  müxtəlif  yaş  qrupları  üzrə  VMH  kompleksinin  norma  və 

normativləri  tələb  olunarkən  orqanizmin  dinamik  inkişafı  və  digər 

xüsusiyyətləri nəzərə alınmışdır. 

 

 



1.3. «Vətənin müdafiəsinə hazıram» kompleksi üzrə işlərin 

təşkili 

 

Dahi  öndərimiz  Heydər  Əliyev  gənclərin  sağlam  böyüməsini 



diqqət  mərkəzində  saxlamaqla  bərabər,  onun  səmərəli  təşkilində 

tövsiyə etməyi unutmayıbdır. H.Əliyev bu münasibətlə demişdir ki, 



hər  bir  məktəbdə  səmərəli  idman  məşğələləri  üçün  şərait 

yaradılmalı,  uşaqlar  fiziki  cəhətdən  hər  bir  vasitə  ilə 

möhkəmləndirilməli, 

onların 

sağlamlığına 

düzgün 

qayğı 

göstərilməlidir. 

Həmin  baxımdan  VMH  kompleksi  üzrə  işlərin  düzgün  təşkili 

və keçirilməsi xüsusən əhəmiyyətlidir. Çünki, müxtəlif yaş qruplarına 

uyğun  seçilmiş  rəngarəng  fiziki  hərəkətlər  məktəbyaşlı  uşaqların 

hərtərəfli inkişafında, təlim-tərbiyəsində mühüm rol oynayır. 



 

369 


VMH  kompleksi  üzrə  işlərə  ümumi  rəhbərliyi  məktəb 

direktoru  etməli  ,  sinifdənkənar  işlərin  və  çağırışaqədər  hazırlığın 

rəhbərləri,  sinif  rəhbəri  onun  həyata  keçirilməsinə  yaxından  kömək 

göstərməli,  şagird  ictimai  təşkilatlarının  nümayəndələri  kompleksinin 

tətbiqinin  bilavasitə  iştirakçı  olmalıdır.  Məktəbin  bədən  tərbiyəsi 

müəllimləri  isə  birbaşa  məsuliyyət  daşımalı  və  onu  hər  vasitə  ilə 

reallaşdırmalıdır. 

Kompleksə  hazırlıq,  onun  normativləri  üzrə  məşğələlərin 

təşkili, normaların qəbulu ciddi və mürəkkəb bir fəaliyyət olduğundan 

müvafiq  tədbirlərin  görülməsi  təxirəsalınmazdır.  Təcrübədən  məlum 

olur ki, məktəbdə bədən tərbiyəsi kollektivi şurası yaradılmaqla yanaşı, 

məktəb  direktorunun  əmri  ilə  komissiyada  olmalıdır.  Adətən  bu 

komissiya 11 nəfərdən ibarət olur. Bura məktəb direktoru (sədr), bədən 

tərbiyəsi  müəllimləri  (sədr  müavinləri),  tərbiyə  işlərinin  təşkilatçısı, 

çağrışaqədər  hazırlığın  rəhbəri,  həkim  (tibb  bacısı),  bədən  tərbiyəsi 

kollektivi  şurasının  sədri  daxil  edilir.  Digər  fənn  müəllimlərindən  və 

fəal  şagirdlərdən  də  VMH  kompleksi  kommisiyasının  tərkibinə  daxil 

etmək  lazımdır.  Heyət  üzvlərinin  sayı  məktəbdə  oxuyan  şabirdlərin 

sayından asılıdır. Komisiyya heyəti 5 və 9 nəfərdə ola bilər. 

VMH 


kompleksi 

üzrə 


komissiyanın 

fəaliyyətinin 

gücləndirilməsi  və  lazımi  effekt  verməsi  məqsədilə  real  illik  iş  və 

təqvim planı tutulmalıdır. Plan dəqiq olmalı, mövcud idman bazası və 

iqlim  şəraiti  nəzərə  alınmalıdır.  Plan  plan  xatirinə  deyil,  bütün 

reallıqlar hərtərəfli və diqqətlə öyrənildikdən sonra tərtib  olunmalı və 

məktəb direktoru tərəfindən təsdiq edilməli və icraya götürülməlidir. 

Kommisiyanın  planında  5  cəhət  konkret  surətdə  öz  əksini 

tapmalıdır.  Buna  təşkilatı,  təbliğat  və  təşviqat  işləri,  idman  bazasının 

möhkəmləndirilməsi, təmir işləri və ya yenisinin yaradılması, norma və 

tələblərin  qəbulu  üçün  müvafiq  tədbirlərin  görülməsi,  nəhayət  VMH 

kompleksinin  tam  reallaşdırılması  məqsədilə  idman  fəallarının 

hazırlanması və onların fəallığının artırılması. 

1.4.  VMH  kompleksinin  üzrə  təbliğat-təşviqat  işləri  üzrə 

plana  təxminən  bunları  daxil  etmək  məsləhətdir:  bədən  tərbiyəsi  və 

idman  üzrə  guşələrin  düzəldilməsi  onların  diqqəti  cəlbedici  plakat  və 

şüarlarla,  idman  göstərişləri,  rekordları  ilə  bəzədilməsi.  Guşədə 

Azərbaycan idmançılarının Dünya, Avropa çempionatlarında çıxışları, 

nüfuzlu  beynəlxalq  yarışlarda  uğurları,  Olimpiya  oyunlarında  iştirakı 

və  nailiyyətləri  də  öz  əksini  tapmalıdır.  Bundan  əlavə,  tələb  və 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə