B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə113/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   109   110   111   112   113   114   115   116   ...   131

 

364 


Bu  oyunda  4  nəfərdən  20  nəfərədək  uşaq  iştirak  edə  bilər. 

Oyunçuların yanında yerdə düzbucaqlar çəkilir. bir oyunçu artıq olur. 

Oyunçular gərək bucaqdan-bucağa keçsinlər. Aparıcı işarə verəndə isə 

təzədən öz yerlərini tutsunlar. Bucaqsız qalan oyunçu hökmən bir şey 

ifa etməlidir. O, ya oynamalı, ya da oxumalıdır. 

Polşa 

«Kim cəlddir» 

 

Uşaqlar iki komandaya bölünüb bir-birinin aprdınca əyləşirlər. 



Onların  qabağında,  5-6  metr  məsafədə  aparıcı  dayanır.  O,  cürbəcür 

əşyaların adlarını deyir. Bu zaman hər komanda lazım olan əşyaları lap 

qabaqda  əyləşmiş  komandirə  ötürür.  Oyun,  aparıcı  əşyaların  adlarını 

deyib qurtarıncayadək davam edir. Sonra aparıcı gətirilən şeyləri sayır 

və qalibləri elan edir. 

Kuba 

«Oyun-rəqs» 

 

Oyunçular  bir-birindən  3-4  metr  aralıda  iki  xəttə  düzülürlər. 



Aparıcı  bu  xətlərin  arasında  dayanır.  Oyun  hər  hansı  bir  Kuba 

melodiyası  altında  aparılır.  Xətlərdə  dayanan  uşaqlar  uxuyur  və  əl 

çalırlar. Aparıcı isə xətlərin arasında rəqs edir və özünə bir nəfər uşaq 

götürür.  İkilikdə  rəqs  edirlər.  Qalan  uşaqlar  isə  oxumaqda  və  əl 

çalmaqda  davam  edirlər.  Sonra  aparıcı  öz  yoldaşının  yerində  dayanır 

və həmin uşaq indi də bu oyunu başqa birisi ilə davam etdirir. Oyun – 

rəqs bu qayda ilə başa çatır. 

 

AFR. 



«Kim diqqətlidir?» 

 

Bütün oyunçular dövrə vurub dayanırlar. Ortada, əlində yaylıq 



olan aparıcı dayanır. Oyunçular üç dəfə əllərini bir-birinə vururlar. Bu 

zaman  aparıcı  yaylığı  havaya  atanda  onlar  əl  çalmaqlarını  dərhal 

dayandırmalıdırlar. Bu zaman, əlbəttə, diqqətli olmaq lazımdır. Çünki 

aparıcı  əlini  qaldıra  bilər,  ancaq  yaylığı  atmaz.  Vaxtından  əvvəl  əl 

çalan uşaq cərimə olunur. O, hökmən bir mahnı oxumalıdır. 

 

 



ƏLAVƏLƏR 


 

365 


 

 

I «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi 

kompleksi 

 

1.1. VMH kompleksinin məqsədi və vəzifələri. 

1.2. VMH kompleksi üzrə sınaq növləri. 

1.3. VMH kompleksi üzrə işlərin təşkili. 

1.4. VMH kompleksi üzrə təbliğat-təşkilatı işlərin planı. 

1.5. VMH qruplarında məşğələlərin təşkili 

1.6. Təhlükəsizlik qaydaları. 

1.7. VMH kompleksi üzrə normativlər  

1.8. VMH kompleksi üzrə hərəkət texnikası 

 

 

 

II. İdman qurğuları 

 

 

 

ƏDƏBİYYAT  

 

1.  Abasov  T.T.  İdman  və  mütəhərrik  oyunları.  Bakı, 

«Maarif» nəşriyyatı, 1987-ci il. 

2.  Salmanova  N.V.  «Vətənin  müdafiəsinə  hazıram» 

kompleksi. Bakı, 2004-cü il. 

 

 

 

 

 

 

 

ƏLAVƏLƏR 

 

1. «Vətənin müdafiəsinə hazıram» Bədən tərbiyəsi 

kompleksi 

 


 

366 


1.1. VMH kompleksinin məqsədi və vəzifələri 

 

«Vətənin  müdafiəsinə  hazıram»  bədən  tərbiyəsi  kompleksi 

həyatımızın  ayrılmaz  bir  hissəsi  olmaqla,  fiziki  mədəniyyətimizin 

zənginləşməsində  özünəməxsus  yeri  vardır.  VMH  kompleksi  buna 

görə də əsl mənada müstəqil respublikamızın fiziki tərbiyə sisteminin 

ayrılmaz  hissəsidir.  Onun  əsas  istiqaməti,  mahiyyəti  ilk  növbədə 

müxtəlif yaş qrupundan ibarət olan uşaq və yeniyetmələrin, gənclərin, 

yaşlı  əhalinin  cansağlamlığını  qorumaq,  onların  şən  və  gümrahlığını 

təmin  etmək,  işgörmə  qabiliyyətini  yüksəltmək,  həmçinin,  çətin, 

mürəkkəb və keşməkeşli olan indiki həyatımızda mübariz bir şəxsiyyət 

kimi hazırlamaqdan ibarətdir.  

Bədən tərbiyəsi kompleksi 5 pillədən ibarətdir: 



I pilə 10-14 yaşlılar üçün. 

II pilə 15-18 yaşlılar üçün. 

III pilə 19-27 yaşlılar üçün. 

IV pilə 28-39 yaşlılar üçün. 

V pilə 40-60 yaşlılar üçün. 

Kompleks  bilik  və  bacarıqlardan,  hərəki  fəaliyyət  üzrə  sınaq 

növlərindən və normativlərdən ibarətdir.  

VMH  kompleksi  üzrə  nəzir  biliklər  öyrətməkdə  məqsəd 

müxtəlif  yaş  qruplarından  olan  Azərbaycan  vətəndaşının  sağlamlığını 

möhkəmləndirməklə  yanaşı,  eyni  zamanda  böyüməkdə  olan  gənc 

nəslin  tədris-idman  fəaliyyətini  artırmaqdan  ötrü  onlara  fiziki  tərbiyə 

məşğələləri  üzrə  gigiyenik  qaydaları  səhər  gigiyenik  gimnastikasını, 

bədən  tərbiyəsi  dəqiqə  və  fasilələrini  icra  və  onu  təşkil  etmək 

qaydalarını mənimsətmək vacib tələbat kimi qarşıya qoyulur. 

VMH  kompleksinə  aid  bacarıqlara  isə  dərslərarası  fasiləlrdə 

ümuminkişaf  kompleks  hərəkətlərini  yerinə  yetirməklə,  ilk  tibbi 

yardım  göstərmək  həftəlik  hərəki  rejim  və  də  üzrə  verilən 

tələblərdaxildir. 

Hərəki  fəaliyyətdən  danışarkən  zəruri  bir  cəhəti  unutmamaq 

yerinə  düşərdi.  Xüsusən,  hərəki  fəaliyyət  növləri  seçilərkən  oğlan  və 

qızların fiziki hazırlığı, fiziki inkişafı nəzərə alınmış və onların hər biri 

üçün ayrılıqda normalarda müəyyən edilmişdir. Burda qaçış, turnikdə 

dartınmaq,  qolları  büküb-açmaq,  üzgüçülük,  güllə  atıcılığı,  topun 

atılması,  yükün  aparılması,  zədə  almışlara  və  yaralananlara  ilk  tibbi 

yardım göstərmək və i.a. bilik və bacarıqlar nəzərdə tutulmuşdur.  



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə