B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə115/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   111   112   113   114   115   116   117   118   ...   131

 

370 


normalar  onların  məzmunu  və  mahiyyəti  barədə  tövsiyələr  verilməsi, 

hazırlıq  və  işin  gedişinə  dair  divar  qəzetində,  radio  qovşağında 

məlumatların  verilməsi  də  təbliğat  bölməsində  öz  yerini  tutmalıdır. 

Xüsusən,  görkəmli  idmançılarla  söhbət  və  görüşün  təşkili,  VMH 

kompleksinə  həsr  edilmiş  axşamların  təşkili  də  plan  tutarkən  nəzərə 

alınması faydalı olardı. 

 

Planın  təşkilatı  bölməsinə  isə  komissiyanın  iclasının  təşkili, 

iş planının təsdiqi, üzvlər arasında vəzifə bölgüsünün aparılması, tələb 

və  normaların  yerinə  yetirilməsinə  aid  müzakirələrin  aparılması, 

məktəb pedaqoji şurasına VMH kompleksi işlərinin həyata keçirilməsi 

üzrə informasiyanın verilməsi, hakimlər heyətinin seçilməsi və təsdiqi 

məsələləri daxil edilə bilər. 

Planın  məktəbyanı  idman  bazası  hissəsində  onun  vəziyyəti, 

təmir  və  ya  yenisinin  yaradılması  ilə  bərabər,  qaçış  yolları,  tullanma 

çalaları  və  atmalar  üçün  bölmələrin,  atıcılıq  tirinin  yaradılması  və  ya 

yaxud da təmiri və s. öz əksini tapması məqsədəuyğundur. 



Tələb  və  normalar  üzrə  tədris  tədbirlərinə  isə  tələb  və 

normaların  qəbuluna  dair  təqvim  planının  tutulması,  təsdiqi,  VMH 

təlim qrupunun təşkili, üzməyin öyrədilməsi, idman fəallarının (ictimai 

məşqçilər və gənc hakimlər) hazırlanması üçün seminarların təşkili və 

s. daxildir. 

1.5. VMH qruplarında məşğələlərin təşkili. VMH kompleksi 

üzrə qrupların təşkilinə ilk növbədə məktəblilərin tibbi müayinəsindən 

başlamaq  lazımdır.  Ciddi  bədən  qüsurları  olanların  məşğələyə 

buraxılması  tövsiyə  edilmir.  Bu  bir  çox  xoşagəlməz  bədbəxt 

hadisələrin meydana gəlməsinə səbəb ola bilər. Lakin orqanizmində o 

qədər də narahatlığı olmayan şagird və tələbələrin qrup məşğələlərində 

iştirakına  icazə  verilə  bilər.  Bu  yalnız  tibb  mütəxəssislərinin  və 

valideyninin razılığı ilə həyata keçirilməlidir. 

Həmin  qrup  məşğələlərində  iştirak  edənlər  məktəbin  tibb 

məntəqəsində,    yaxud  məktəbi  təmsil  edən  poliklinikaların  həkimləri 

tərəfindən  müayinədən  keçirilməlidir.  Tibb  işçilərinin  müayinəsinin 

nəticəsinə uyğun olaraq məşğələlərə start verilir. Bu ilk və ya başlanğıc 

tibbi müayinə adlandırılır. 

Tibbi  müayinələr  məşğələlər  dövründə  də  cari  olaraq  aparılır. 

Belə  müayinələr  bir  növ  məktəblilərin  orqanizminə  tibbi  nəzarət 

məqsədi  daşıyır.  Cari  tibbi  nəzarətin  nəticəsi  olaraq  hər  hansı  bir 




 

371 


məşğul  olanın  orqanizmində  mənfiyə  doğru  dəyişiklik    olarsa  həmin 

uşaq  məşğələlərdən  azad  olunmalıdır.  Bu  uşağın  gələcəkdə  VMH 

kompleksi məşğələlərinə qatılması üçün müvafiq tədbirlərin görülməsi 

yerinə  düşərdi.  VMH  kompleksi  üzrə  qrup  məşğələlərində  tətbiq 

olunmuş ayrı-ayrı hərəkət növlərinin (qaçış, tullanma, atma, üzgüçülük 

və s.) iştirakçıların səhhət-sağlamlığına müsbət, yaxud da mənfi təsirini 

də  aydınlaşdıran  tədris  ilinin  sonunda  təşkil  olunan  tibbi  nəzarət 

yoxlamalarının keçirilməsi çox vacibdir. 

Kompleks  məşğələlərinin  daha  effektli  olmasında  qrupların 

düzgün  kompleksləşdirilməsi  zəruri  şərtlərdəndir.  Burada  hər  şeydən 

əvvəl  məşğul  olanların  yaşı,  hərəki  qabiliyyətləri,  fiziki  hazırlığı  və 

inkişafı,  onların  bu  işə  psixoloji  cəhətdən  nə  qədər  hazır  olmaları 

mütləq  nəzərə  alınmalıdır.  İşin  belə  təşkili  məşğul  olanların  əhval-

ruhiyyəsinin  yüksəlməsinə,  hərəki  fəallığının  artmasına  zəmin 

yaratmaqla,  onların  məşğələyə  marağını  və  şüurlu  olaraq  iştirakına 

səbəb olur. Bütün bunlar nəticə etibarı ilə VMH kompleksinin tələb və 

normalarının 

yerinə 


yetirilməsinə, 

müvəffəqiyyətlə 

həyata 

keçirilməsinə önəm verən meyarlardandır.  



Əks  təqdirdə  yəni  qrup  məşğələlərində  kompleksləşdirmə 

başdansovdu  aparılarsa  o  bir  sıra  xoşagəlməz  halların  meydana 

çıxmasına  şərait  yaradacıqdır.  Xüsusən,  məşğul  olanların  məşğələyə 

marağı  azalacaq,  qeyri  mütəşəkkillik  özünü  biruzə  verəcək, 

davamiyyət  zəifləyəcəkdir.  Eləcə  də  hərəkətlər  texniki  və  taktiki 

baxımından  lazımınca  icra  olunmayacaq,  nizam-intizam  minimum 

səviyyəyə enəcəkdir. Güclünün zəiflə eyni qrup məşğələlərində iştirakı 

məşğul  olanların  özünə  öz  gücünə  laqeyidliyini  ortaya  çıxaracaq, 

tapşırıqların  inamla,  böyük  ruhla  yerinə  yetirilməsinə  maneçilik 

törədəcəyinə şübhə yeri qalmır. 

VMH  kompleksi  üzrə  qrupların  komplekləşdirilməsi  üçün 

bədən  tərbiyəsi  müəllimləri  müxtəlif  yarışlar  keçirməli  onların  fiziki-

psixoloji hazırlığını müəyyənləşdirməlidir. Tibbi müayinənin nəticələri 

və  ümumi  fiziki-psixoloji  hazırlıq  nəzərə  alınmaqla  VMH  qrup-

məşğələlərində  məşğul  olanların  soyadları  açıqlanmalı  və  VMH  qrup 

jurnalına qeyd edilməlidir. 

Məşğələlər 45 dəqiqədən 120 dəqiqəyə qədər davam edə bilər. 

Məşğul olanların sayı isə 10-20 nəfər ola bilər. 

VMH komplekst üzrə məşğələlər adətən 3 hissədən ibarət olub 

bunlarında hər birinin özünəməxsus məqsədi və vəzifələri vardır.  




 

372 


Məşğələnin birinci hissəsi olan hazırlayıcı hissənin mühüm 

vəzifəsi  orqanizmi  əsas  hissədə  mənimsədiləcək  hərəkətlərə  lazımi 

səviyyədə  hazırlamaqdan  ibarətdir.  Bunun  üçündə  məşğələnin  ilk 

hissəsi  üçün  tərtib  olunub  tətbiq  edilən  hərəkət  növləri  müxtəlif 

ümuminkişafetdirici,  maraqlı,  diqqəti  cəlbedici,  emosional  və  əhval-

ruhiyyəni  yüksəldən  hərəkətlərdən  ibarət  olmalıdır.  Həmin  hissədə 

əşyasız  hərəkətlərlə  yanaşı,  əşyalı  hərəkətlərdən  də  (doldurulmuş) 

toplar,  gimnastika  skamyası,  gimnastika  ağacları  və  s.)  istifadə  etmək 

məşğələnin  səmərəliliyinə  müsbət  təsir  göstərə  bilər.  Ən  başlıcası  isə 

hazırlayıcı mərhələdə tətbiq edilən hərəkətlər əsas hissədə öyrədiləcək 

hərəkətlərə təsir etmə gücünə, xarakterinə malik olmalıdır. 



Məşğələnin  ikinci  hissəsi  əsas  hissə  adlanır.  Əsas  hissənin 

mühüm  vəzifələrinə  VMH  kompleksi  üzrə  fiziki  hərəkətlərin 

mənimsənilməsi,  onların  təkmilləşdirilməsi,  konkret  desək,  bu  sahədə 

bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmək,  qazanılmış  vərdişləri  daha  da 

möhkəmləndirmək,  məqsədəuyğun  formalaşdırmaq  daxildir.  Bu 

prosesdə  mürəkkəb  və  olduqca  çətin  yerinə  yetiriləcək  hərəkət 

növlərinin  texnika  və  taktikasını  mənimsəmək  ön  planda  durmalıdır. 

Həmin  işin  istənilən  səviyyədə  reallaşdırılmasında  əvvəllər 

mənimsənilmiş  fiziki  hərəkətlərin  texnika  və  taktikasına  istinad 

edilməsi, onların əsasında prosesin qurulması  xüsusi əhəmiyyət kəsb 

edir.  Məşğələnin  əsas  hissəsinin  başlanğıcında  sürət-güc,  cəldlik  və 

çevikliyi  inkişaf  etdirən  cürbəcür,  rəngarəng  hərəkətlərə  xüsusi  yer 

ayrılmalıdır.  Bundan  sonra  isə,  yəni əsas  hissənin  axırına  yaxın digər 

qabiliyyətlərin inkişafını tələb edən fiziki hərəkətlər diqqət mərkəzində 

saxlanılmalıdır. Bura gücün, davamlılığın inkişafına yönəldilmiş seriya 

hərəkət növləri daxil edə bilər. 

VMH  kompleksi  üzrə  qrup  məşğələlərində  ayrı-ayrı  hərəkət 

növlərinin  təlimində  təlim  mərhələləri  və  onların  hər  birinin  hansı 

məqsəd və vəzifələr daşıdığını da nəzərə almaq faydalıdır.  

İlk  mərhələ  tanışlıq  mərhələsində  hərəkət  növləri  barədə 

ümumi  təsəvvür  yaratmaq,  sonrakı  mərhələlərə  hazırlıq  mənasında 

elementar  bilik  və  bacarıqları  mənimsəmək  daxildirsə,  ikinci 

mərhələdə isə öyrədiləcək bərəkətlərin yerinə yetirilməsinə dair bilik, 

bacarıq və vərdişlər aşılamaq kimi vacib məqsəd və vərdişlərin həyata 

keçirilməsi  qarşıda  durur.  Ən  nəhayət,  fiziki  hərəkətlərin  təliminin 

üçüncü  mərhələsində  əldə  edilmiş  bilik,  bacarıq  və  vərdişlərin  daha 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə