370
normalar onların məzmunu və mahiyyəti barədə tövsiyələr verilməsi,
hazırlıq və işin gedişinə dair divar qəzetində, radio qovşağında
məlumatların verilməsi də təbliğat bölməsində öz yerini tutmalıdır.
Xüsusən, görkəmli idmançılarla söhbət və görüşün təşkili, VMH
kompleksinə həsr edilmiş axşamların təşkili də plan tutarkən nəzərə
alınması faydalı olardı.
Planın təşkilatı bölməsinə isə komissiyanın iclasının təşkili,
iş planının təsdiqi, üzvlər arasında vəzifə bölgüsünün aparılması, tələb
və normaların yerinə yetirilməsinə aid müzakirələrin aparılması,
məktəb pedaqoji şurasına VMH kompleksi işlərinin həyata keçirilməsi
üzrə informasiyanın verilməsi, hakimlər heyətinin seçilməsi və təsdiqi
məsələləri daxil edilə bilər.
Planın məktəbyanı idman bazası hissəsində onun vəziyyəti,
təmir və ya yenisinin yaradılması ilə bərabər, qaçış yolları, tullanma
çalaları və atmalar üçün bölmələrin, atıcılıq tirinin yaradılması və ya
yaxud da təmiri və s. öz əksini tapması məqsədəuyğundur.
Tələb və normalar üzrə tədris tədbirlərinə isə tələb və
normaların qəbuluna dair təqvim planının tutulması, təsdiqi, VMH
təlim qrupunun təşkili, üzməyin öyrədilməsi, idman fəallarının (ictimai
məşqçilər və gənc hakimlər) hazırlanması üçün seminarların təşkili və
s. daxildir.
1.5. VMH qruplarında məşğələlərin təşkili. VMH kompleksi
üzrə qrupların təşkilinə ilk növbədə məktəblilərin tibbi müayinəsindən
başlamaq lazımdır. Ciddi bədən qüsurları olanların məşğələyə
buraxılması tövsiyə edilmir. Bu bir çox xoşagəlməz bədbəxt
hadisələrin meydana gəlməsinə səbəb ola bilər. Lakin orqanizmində o
qədər də narahatlığı olmayan şagird və tələbələrin qrup məşğələlərində
iştirakına icazə verilə bilər. Bu yalnız tibb mütəxəssislərinin və
valideyninin razılığı ilə həyata keçirilməlidir.
Həmin qrup məşğələlərində iştirak edənlər məktəbin tibb
məntəqəsində, yaxud məktəbi təmsil edən poliklinikaların həkimləri
tərəfindən müayinədən keçirilməlidir. Tibb işçilərinin müayinəsinin
nəticəsinə uyğun olaraq məşğələlərə start verilir. Bu ilk və ya başlanğıc
tibbi müayinə adlandırılır.
Tibbi müayinələr məşğələlər dövründə də cari olaraq aparılır.
Belə müayinələr bir növ məktəblilərin orqanizminə tibbi nəzarət
məqsədi daşıyır. Cari tibbi nəzarətin nəticəsi olaraq hər hansı bir
371
məşğul olanın orqanizmində mənfiyə doğru dəyişiklik olarsa həmin
uşaq məşğələlərdən azad olunmalıdır. Bu uşağın gələcəkdə VMH
kompleksi məşğələlərinə qatılması üçün müvafiq tədbirlərin görülməsi
yerinə düşərdi. VMH kompleksi üzrə qrup məşğələlərində tətbiq
olunmuş ayrı-ayrı hərəkət növlərinin (qaçış, tullanma, atma, üzgüçülük
və s.) iştirakçıların səhhət-sağlamlığına müsbət, yaxud da mənfi təsirini
də aydınlaşdıran tədris ilinin sonunda təşkil olunan tibbi nəzarət
yoxlamalarının keçirilməsi çox vacibdir.
Kompleks məşğələlərinin daha effektli olmasında qrupların
düzgün kompleksləşdirilməsi zəruri şərtlərdəndir. Burada hər şeydən
əvvəl məşğul olanların yaşı, hərəki qabiliyyətləri, fiziki hazırlığı və
inkişafı, onların bu işə psixoloji cəhətdən nə qədər hazır olmaları
mütləq nəzərə alınmalıdır. İşin belə təşkili məşğul olanların əhval-
ruhiyyəsinin yüksəlməsinə, hərəki fəallığının artmasına zəmin
yaratmaqla, onların məşğələyə marağını və şüurlu olaraq iştirakına
səbəb olur. Bütün bunlar nəticə etibarı ilə VMH kompleksinin tələb və
normalarının
yerinə
yetirilməsinə,
müvəffəqiyyətlə
həyata
keçirilməsinə önəm verən meyarlardandır.
Əks təqdirdə yəni qrup məşğələlərində kompleksləşdirmə
başdansovdu aparılarsa o bir sıra xoşagəlməz halların meydana
çıxmasına şərait yaradacıqdır. Xüsusən, məşğul olanların məşğələyə
marağı azalacaq, qeyri mütəşəkkillik özünü biruzə verəcək,
davamiyyət zəifləyəcəkdir. Eləcə də hərəkətlər texniki və taktiki
baxımından lazımınca icra olunmayacaq, nizam-intizam minimum
səviyyəyə enəcəkdir. Güclünün zəiflə eyni qrup məşğələlərində iştirakı
məşğul olanların özünə öz gücünə laqeyidliyini ortaya çıxaracaq,
tapşırıqların inamla, böyük ruhla yerinə yetirilməsinə maneçilik
törədəcəyinə şübhə yeri qalmır.
VMH kompleksi üzrə qrupların komplekləşdirilməsi üçün
bədən tərbiyəsi müəllimləri müxtəlif yarışlar keçirməli onların fiziki-
psixoloji hazırlığını müəyyənləşdirməlidir. Tibbi müayinənin nəticələri
və ümumi fiziki-psixoloji hazırlıq nəzərə alınmaqla VMH qrup-
məşğələlərində məşğul olanların soyadları açıqlanmalı və VMH qrup
jurnalına qeyd edilməlidir.
Məşğələlər 45 dəqiqədən 120 dəqiqəyə qədər davam edə bilər.
Məşğul olanların sayı isə 10-20 nəfər ola bilər.
VMH komplekst üzrə məşğələlər adətən 3 hissədən ibarət olub
bunlarında hər birinin özünəməxsus məqsədi və vəzifələri vardır.
372
Məşğələnin birinci hissəsi olan hazırlayıcı hissənin mühüm
vəzifəsi orqanizmi əsas hissədə mənimsədiləcək hərəkətlərə lazımi
səviyyədə hazırlamaqdan ibarətdir. Bunun üçündə məşğələnin ilk
hissəsi üçün tərtib olunub tətbiq edilən hərəkət növləri müxtəlif
ümuminkişafetdirici, maraqlı, diqqəti cəlbedici, emosional və əhval-
ruhiyyəni yüksəldən hərəkətlərdən ibarət olmalıdır. Həmin hissədə
əşyasız hərəkətlərlə yanaşı, əşyalı hərəkətlərdən də (doldurulmuş)
toplar, gimnastika skamyası, gimnastika ağacları və s.) istifadə etmək
məşğələnin səmərəliliyinə müsbət təsir göstərə bilər. Ən başlıcası isə
hazırlayıcı mərhələdə tətbiq edilən hərəkətlər əsas hissədə öyrədiləcək
hərəkətlərə təsir etmə gücünə, xarakterinə malik olmalıdır.
Məşğələnin ikinci hissəsi əsas hissə adlanır. Əsas hissənin
mühüm vəzifələrinə VMH kompleksi üzrə fiziki hərəkətlərin
mənimsənilməsi, onların təkmilləşdirilməsi, konkret desək, bu sahədə
bilik, bacarıq və vərdişlərə yiyələnmək, qazanılmış vərdişləri daha da
möhkəmləndirmək, məqsədəuyğun formalaşdırmaq daxildir. Bu
prosesdə mürəkkəb və olduqca çətin yerinə yetiriləcək hərəkət
növlərinin texnika və taktikasını mənimsəmək ön planda durmalıdır.
Həmin işin istənilən səviyyədə reallaşdırılmasında əvvəllər
mənimsənilmiş fiziki hərəkətlərin texnika və taktikasına istinad
edilməsi, onların əsasında prosesin qurulması xüsusi əhəmiyyət kəsb
edir. Məşğələnin əsas hissəsinin başlanğıcında sürət-güc, cəldlik və
çevikliyi inkişaf etdirən cürbəcür, rəngarəng hərəkətlərə xüsusi yer
ayrılmalıdır. Bundan sonra isə, yəni əsas hissənin axırına yaxın digər
qabiliyyətlərin inkişafını tələb edən fiziki hərəkətlər diqqət mərkəzində
saxlanılmalıdır. Bura gücün, davamlılığın inkişafına yönəldilmiş seriya
hərəkət növləri daxil edə bilər.
VMH kompleksi üzrə qrup məşğələlərində ayrı-ayrı hərəkət
növlərinin təlimində təlim mərhələləri və onların hər birinin hansı
məqsəd və vəzifələr daşıdığını da nəzərə almaq faydalıdır.
İlk mərhələ tanışlıq mərhələsində hərəkət növləri barədə
ümumi təsəvvür yaratmaq, sonrakı mərhələlərə hazırlıq mənasında
elementar bilik və bacarıqları mənimsəmək daxildirsə, ikinci
mərhələdə isə öyrədiləcək bərəkətlərin yerinə yetirilməsinə dair bilik,
bacarıq və vərdişlər aşılamaq kimi vacib məqsəd və vərdişlərin həyata
keçirilməsi qarşıda durur. Ən nəhayət, fiziki hərəkətlərin təliminin
üçüncü mərhələsində əldə edilmiş bilik, bacarıq və vərdişlərin daha
Dostları ilə paylaş: |