B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə112/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   108   109   110   111   112   113   114   115   ...   131

 

360 


 

 

 



 

 

 



 

 

 

 

 

Şəkil 67. 

«Tullanma» oyunu 

 

Topu maneələrdən keçirmək 

 

Staprt    xətti  çəkin,  hər  beş  metrdən  bir  hündürlüyü  40 



santimetr olan maneələr düzəldin (şəkil 68). Bunu belə etmək olar: bir-

birindən  beş  metr  aralıda  hər  iki  tərəfdə  üst-üstə  beş  kərpic  və  onun 

üzərindən  isə  ağac  qoyulur.  Beləliklə  də  40  santimetr  hündürlüyündə 

maneə  alınır.  Əgər  kərpic  tapmaq  mümkün  deyilsə,  onda  maneələri 

ağacdan  və  ya  onu  əvəz  edə  biləcək  digər  materialdan  istifadə  etmək 

olar.  Məsafənin  top  aparılacaq  hissəsində  də  hər  oyunçu  üçün  araları 

beş metr olan maneə olmalıdır.finiş xətti də son beşinci maneədən beş 

metr aralıda çəkilməlidir.  

Hakimin  işarəsi  ilə  oyunçular  əllərində  top  start  xəttində 

yerlərini tuturlar. Sonra onlar topu yerə vura-vura maneələri keçməyə 

başlayır  və  finiş  xəttinə  doğru  hərəkət  edirlər.  Topu  yerlə 

süründürməyə, ələ alıb aparmağa və ya maneələri düzgün keçməməyə 

icazə  verilmir.  Həmin  səhvlərə  yol  verilmiş  oyunçu  yenidən  start 

xəttinə qaytarılır  və yalnız buradan oyunu davam etdirir.  Qalib adını 

topu hamıdan tez finişə çatdırmış oyunçu qazanır. Məsafə yalnız o vaxt 

keçilmiş hesab edilir ki, oyunçu topla finiş xəttini tam şəkildə keçsin. 

 

 

 



 

 



 

361 


 

 

 



 

 

 



 

 

Şəkil 68. 



«Topu maneələrdən keçirmək» oyunu 

 

Basketbol səbətinə top atmaq 

 

Hər  bir  məktəbin  şübhəsmiz  ki,  basketbol  meydançası  var. 



Əgər  belə  bir  meydança  yoxdursa,  onda  diametri  45  santimetr  olan 

səbəti  280-300  santimetr  hündürlükdə  olan  bir  yerə  (bunun  üçün 

ağacdan  və  ya  binanın  divarlarından  istifadə  etmək  olar)  bərkitmək 

lazımdır. Meydançada topu səbətə tullamaq üçün müəyyən işarə xətləri 

çəkilir  (şəkil  69).  Oyun  1    nömrəli  nöqtədən  başlayır  və  6  nömrəli 

nöqtədən başlayır və 6 nömrəli nöqtədə başa çatır.  

Oyunçuların  məqsədi  həmin  nöqtələri  tez-tez  keçib,  topu 

səbətə  dəqiq  tullamaqdır.  1  nömrəli  nöqtədən  mübarizəyə  başlamış 

oyunçu  topu  mütləq  səbətə  tullamalıdır.  Tullamaların  sayı 

məhdudlaşdırılmır.  Lakin  hər  tullamaya  görə  oyunçuya  cərimə  xalı 

verilir.  1  nömrəli  nöqtədən  2  nömrəli  nöqtəyə  yalnız  topu  səbətə 

tulladıqdan  sonra  keçmək  olar.  Digər  nöqtələrə  keçdikdə  də  bu  şərtə 

əməl olunmalıdır. Yəni top mütləq səbətə atılmalıdır.  

Oyunu  istədiyiniz  topla,  lakin  hər  iki  tərəfin  razılığı  ilə 

başlamaq  olar.  Əlbəttə,  yaxşı  olar  ki,  bu  basketbol  topu  olsun.  Qalib 

adını daha az cərimə xalı almış oyunçu qazanır. Tullamaların hesabını 

hakim aparır.  

Qızlar  üçün  məsafənin  və  tullanma  nöqtələrinin  sayını 

tərəflərin razılığı ilə azaltmaq mümkündür.  

 

 



 

 

 




 

362 


 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 69. 

«Basketbol səbətinə top atmaq» oyunu 

Maneələrlə qaçış 

 

Start  xətti  çəkin.  Hər  beş  metrdən  bir  beş  maneə  qoyun. 



Maneələr bundan ibarət olmalıdır: diametri 100 santimetrə qədər olan 

üç  həlqə  və  hündürlüyü  60  santimetr  olan  iki  maneə  (şəkil  70). 

Həlqələri  hakimlər  də  öz  əllərində  tuta  bilərlər.  Oyunçuların  sayı  hər 

qaçışda  ikidən  dördədək  ola  bilər.  Bu  oyunçuların  hamısı  üçün 

maneələri olan müstəqil qaçış yolu olmalıdır. 

Hakimin  işarəsi  ilə  start  xəttində  durmuş  oyunçular  qaçışa 

başlayırlar. Həlqəyə yaxınlaşdıqda oyunçu onun içərisindən keçməli və 

qaçışı  maneəyə  tərəf  davam  etdirib  onun  üstündən  tullanmalıdır. 

Maneə  üzərindən  tullanış  zamanı  bir  və  ya  hər  iki  ayaqla  təkan 

verilməlidir. 

Qalib,  bütün  maneələri  müvəffəqiyyətlə  keçmiş  və  qaçışı 

birinci başa vurmuş oyunçu hesab edilir.  

Maneənin üstündə və həmçinin həlqənin içərisindən keçməyən 

oyunçular qaçışdan çıxarılır və onlar qaçışı yenidən təkrar etməlidirlər. 

 

 

 



 

 

 



 


 

363 


 

 

 



 

 

 



 

Şəkil 70. 

«Maneələrlə qaçış» oyunu 

8.7. Dünya uşaqlarının oyunları. 

 

İtaliya 



«Öz yerini tap!» 

 

Oyunçular  dairə  halında  yığışırlar.  Aparıcı  əlində  yaylıq 



kənara çıxır, oyunçuların dövrəsində fırlanmağa başlayır. Bu zaman o, 

yaylığı  oyunçulardan  birinin  çiyninə  qoyur.  Həmin  oyunçu  yaylığı 

çiynindən  götürüb,  aparıcıya  doğru  qaçmağa  başlayır.  Bu  müddətdə 

onların yerində başqa uşaqlar dayanırlar. Aparıcı və əli yaylıqlı oyunçu 

öz  köhnə  yerlərini  tapmalı  və  oranı  tutmalıdırlar.  Kim  yersiz  qalsa, 

oyunu da o davam etdirir. 

 

«Bayrağı götür!» 

 

Meydançada bir-birindən 6-7 metr aralı iki paralel xətt çəkilir. 



Bu  xətlərin  hər  birində  5-8  nəfər  uşaq  dayanır.  Hamısının  da  nömrəsi 

olur:  birinci,  ikinci,  üçüncü  və  s.  Xətlərin  ortasında  əlində  bayraq 

aparıcı dayanır. O, hər hansı bir nömrəni ucadan deyir. Bu zaman hər 

iki  xətdə  həmin  nömrəni  daşıyan  uşaqlar  aparıcıya  sarı  qaçmalı  və 

bayrağı  ondan  almalıdırlar.  Bayrağı  birinci  əlinə  keçirən  oyunçu 

yenidən öz komandasına qayıtmalı. Xətdə öz yerini tutmalıdır. Əgər o, 

öz  xəttinə  vaxtında  çatarsa,  həmin  komanda  bir  xal  qazanır.  Oyun, 

komandalar lazımi miqdarda xal toplayanadək idavam edir. 

 

Kipr 

«Bucaqlar» 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə