Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə38/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

mik Ziya Bünyadovun Kitabxanaya qiymətli və nadir nəşrlər
hədiyyə etməsi isə bir növ ənənəyə çevrilmişdi.
1997-ci ilin ilk aylarında Mərkəzi Elmi Kitabxananın
kitab və informasiya mübadiləsi üzrə yeni partnyor axtarışı
öz səmərəsini verdi. Almaniyanın Arxeoloji Abidələr Mu ze -
yi, Yaponiyanın Milli Parlament Kitabxanası ilə mübadilə
müqavilələri imzalandı.
1997-ci ildə Rusiya EA-nın Rəyasət Heyəti Azərbaycan
EA  ilə  ilə  əlaqələrini  gücləndirmək  məqsədilə  yeni  qərar
qəbul etdi. Qərara əsasən həmin ildən etibarən Rusiya EA
Tə biət Elmləri Kitabxanası “Nauka” nəşriyyatında nəşr olu-
nan elmi jurnalları pulsuz Mərkəzi Elmi Kitabxanaya gön -
dərməyə başlayır. Mərkəzi Elmi Kitabxana isə yalnız poçt
xərclərini ödəməyi öhdəsinə götürür. Yeri gəlmişkən, 1999-
cu ildə bu layihəyə Rusiyanın “Puşkin kitabxanası” da qoşul -
muşdur.
1997-ci ildə Paris Milli Kitabxanasından cənab Ture -
val, Texas Universitetindən professor Cey Nemətulla Mər -
kəzi Elmi Kitabxananın fəaliyyəti ilə tanış olmaq üçün Bakıya
səfər etmişlər.
1998-ci ildə Mərkəzi Elmi Kitabxana MDB ölkələrinin
iri kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinin bərpası
üzrə  işləri  tamamladı.  Ermənistan  istisna  olmaqla  bütün
keçmiş Sovet ölkələrinin kitabxanaları ilə əlaqələr tam bərpa
olunur. Rusiya EA-nın Təbiət Elmləri Kitabxanası, Rusiya
Dövlət Ümumi Elmi-Texniki kitabxanası, VİNİTİ, V.İ.Ver-
nadski ad. Ukrayna Milli Kitabxanası, Belarus EA-nın Y.Ko -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
150


las ad. Mərkəzi Elmi Kitabxanası, Latviya EA və Gürcüstan
EA-nın Mərkəzi Elmi Kitabxanası ilə daha sıx şəkildə əmək -
daşlıq davam etdirildi.
29 dekabr 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq
kitabxana-informasiya  fəaliyyəti  sahəsində  “Kitabxana  işi
haq qında” Qanun qəbul olundu. Qanun Azərbaycan döv -
lətinin kitabxanaların beynəlxalq əlaqələrinə müna sibə tini
or taya qoydu, dünya informasiya məkanına hərtərəfli inteq -
rasiyanı təşviq etdiyini bir daha təsdiq etdi. Sənədin “Kitabx-
ana  işi  sahəsində  beynəlxalq  əməkdaşlıq”  adlanan  33-cü
maddəsində  deyilir:  “Kitabxana  işi  sahəsində  beynəlxalq
əmək daşlıq  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı
dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. Kitabx-
analar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq
kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabx-
ana işi sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər”.
1999-2000-ci illər Mərkəzi Elmi Kitabxananın tarixin -
də ənənəvi proseslərin avtomatlaşdırılması ilə yadda qaldı.
Elektron kitabxana və elektron kataloqların yaradılmasına,
oxuculara İnternet üzərindən xidmətlərin göstərilməsinə,
beynəlxalq  yazışmaların  əsasən  elektron  poçt  vasitəsilə
həyata keçirilməsinə başlandı.
Bu illərdə Mərkəzi Elmi Kitabxana 65 ölkənin 600 elm
və təhsil müəssisəsi, nəşriyyatı ilə əlaqədə idi. Kitabxananın
ən aktiv partnyorları ABŞ, Rusiya, Fransa, Böyük Britaniya,
Kanada, Almaniya, İtaliya, Türkiyə, İsveç, Yaponiya və Av -
stri yanın kitabxanaları və universitetləri idilər. 1990-2000-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
151


ci illər ərzində Kitabxana bu və digər partnyorları ilə 50 min
nüsxəlik  kitab  və  jurnal  mübadiləsi  həyata  keçirmişdi.  O
dövrdə Kitabxananın 600 minlik dövri nəşrlər fondunun 450
minini xarici elmi jurnallar təşkil edirdi. 2000-ci ildə 4 min
oxucu 20 min xarici elmi jurnala müraciət etmişdi. Burada
xüsusi olaraq bir məqamı vurğulamalıyıq ki, əgər 90-cı illərdə
oxucular əsasən dəqiq elmlər üzrə jurnallarla maraq lanır dı -
larsa, 2000-ci ildən etibarən iqtisadiyyat, hüquq, tarix, bey -
nəl xalq  əlaqələr  və  digər  ictimai-siyasi  elmlər  üzrə  xarici
nəşr lərə maraq artmışdı. Bu isə, Azərbaycan Respublikasının
xarici ölkələrlə iqtisadi, siyasi, elmi və mədəni əlaqələrinin
genişlənməsi ilə izah olunmalıdır. 
2001-ci ildə Kitabxana Avrasiya Kitabxanalar Assam -
ble yası, Türkdilli Dövlətlərin Kitabxanaları Assosiasiyası, Za-
qafqaziya İnformasiya Mütəxəssisləri Assosiasiyası kimi bir
sıra beynəlxalq təşkilatlara üzv qəbul edildi. Həmin il Al ma -
niyanın  Hannover  Universitetinin  Kitabxanası  və  Alman
Geo loji Cəmiyyəti ilə əlaqələr quruldu, intensiv kitab və in -
formasiya mübadiləsinə start verildi. 2001-ci ildə Mərkəzi
Elmi Kitabxananın dəvəti ilə Bakıya gələn amerikalı profes-
sor Robert Heyes burada “Kitabxana-informasiya xidməti -
nin  avtomatlaşdırılması:  təhlil  və  layihələşdirmə”  adlı
se   minar təşkil etmiş, respublikanın bir çox kitabxanaçıları
ser tifikatlara layiq görülmüşdülər. Bundan başqa həmin il,
ayrı-ayrı vaxtlarda Rusiya Kitab Palatasının nümayəndələri
və IFLA-nın Şərqi Avropa və MDB üzrə “Mühafizə və bərpa”
proqramının direktoru Q.Kislovskaya Mərkəzi Elmi Kitabx-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
152


anada olmuş və burada aparıcı kitabxanaların iştirakı ilə “Ki -
tabxana, arxiv və muzeylərin konservasiyası” adlı müşa vi rə
və “Bərpa təcrübəsi” adlı seminar təşkil etmişlər. Semi na  rın
nəticələrinə görə Mərkəzi Elmi Kitabxananın kon  servasiya
üzrə əməkdaşı A.Rəsulov qalib seçilmiş və hə min il Mos -
kvada Rusiya və Avstriyanın birgə təşkil etdiyi “Bərpa işi”
adlı  beynəlxalq  seminarda  Kitabxananı  uğurla  təmsil  et -
mişdir. 
2001-ci il Mərkəzi Elmi Kitabxananın beynəlxalq əla -
qələrində həm də onunla yadda qalıb ki, məhz o dövrdən eti -
barən dünyada nəşr olunan 4 mindən artıq elmi jurnal kağız
variantda nəşrini dayandıraraq, ABŞ-ın EBSCO adlı elmi
mə lumat bazası vasitəsilə İnternet üzərindən yayıma başla -
yıb. Həmin jurnalların arasında Mərkəzi Elmi Kitabxananın
beynəlxalq kitab mübadiləsi yolu ilə, başqa sözlə pulsuz əldə
etdiyi jurnallar da olduğundan, bu proses xarici ədəbiyyatın
komplektləşdirilməsi işinə mənfi təsir etdi. Sonrakı illərdə
də bu prosesin davam etməsi Mərkəzi Elmi Kitabxananın
komplektləşdirmə siyasətinə dəyişikliklər etməsi ilə yadda
qaldı  və  hər  fürsətdə  Kitabxana  Elmlər  Akademiyasının
rəhbərliyi qarşısında pullu komplektləşdirmə üçün ayrılan
vəsaitin artırılması tələbi ilə çıxış etməyə başladı. Çünki, əks
təqdirdə  oxucuları  maraqlandıran  elmi  ədəbiyyatın  əldə
olunması mümkün deyildi. Məsələ tezliklə həllini tapsa da,
maliyyə çatışmazlığı bugün də özünü büruzə verir. İnfor-
masiya massivlərinin çoxalması, xarici nəşrlərə olan maraq
və tələbatın artması fonunda bütün bunlar başadüşüləndir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
153


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə