99
YAŞIL BAXIŞ 1996/06/25
......... yum gözünü,
baxışında, yorulmasın duyğularım
....... yum gözünü,alışmayım a`təşinə
Tahir ilə İshaq (22) kimi cəlladların,
axınıyla, oxunmasın sınıqlığım
........ yum gözünü,
keçmişimin yorğunluğu, ürəkləri ağrıtmasın
..........yun gözünü,
- kaslı- yaslı baxışında oxunmayım,
bağlı qalım
.... sən, yaralı
... mən, yaralı
gözlərinin limanında, üzənmirəm,
- yum gözünü -
...... nisgilinə dözənmirəm,
....... sızıldayır duyğularım
...... yum gözünü,
Yalan oldu uyğularım.
100
QALARĞI QUVVƏ 1993/12/01
Kirpiklər üstə, qoy kirpiklərini
qaranlıq dalanlar içindən sovuş,
........ qonuş cilvənilə,
göz qoy, içindəki dolaşıqlara
axımlar içində; boy at, ax .....
101
ara, bəlsiz olayların izin özündə
........ közündə yaranıb sovrul; pay yetir,
könlümü eşqinə, ....və a`təşinə
zövqilə şövq ara;
ara özlüyünü, hadisələrdə
........ ki, can duyduğunu ürəyin seçir
partlayış....., partlayış içindən keçir
kirpiklər üstə, qoy kirpiklərini
səninlə yaşayan;
aydınlıq daşıyan; ulu ləhzələri, duyduqca durul
tanışlıq ver, suya- oda- toprağa
qalarğı quvvənə əl apar, ...qopar; özünü yerdən
yayıl; simlər üstə, ...əsimlər üstə
ayıl; səslər üstə, .....nəfəslər üstə
özgə uzaylarda, özünü axtar
izsiz səmalarda, izini axtar
calaq vur özündən özünə, calan; canıla- canana
...... yayıl hər yana
yenə, yeni səfər başla.......
- özünü, boşla sən həyatın xoşluqlarında
............... və tapşır özünü eşqə, çıx başa.
102
ÜRƏKLƏR YOLU 1996/06/26
qırx altı ay, Xıdır- Boğa- Üşnas- Iytax-( 23)
........və bir neçə, quduz sallax,
ölüm olub, ürəklərdən aslanmışlar
daha; yaşıl gülüş tağı, dodaqlardan pozulmuşdu
...... gül - çiçəklər nəfəsləri, qılış- qılış yaraliydi
tərənnümdən, araliydi
mahnıların ürəyindən daha; ümid alınmışdı
..........üç yüz - min - baş,
Say- hesabsız, qara ağız,
bürümüşdü ordu - ordu, od yurdunu
yorulmuşdu , Ərdəbil- Bəz- Əbrəştəveym
yorulmuşdu günəş
sankı; şafağında qürubunu, oxuyurdu
ancaq: yenə, o gedirdi ürəklərdə, öz yolunu
...... göz qoymuşdu, görüşünə
o, gedirdi həqiqəti- ülviyyəti
tapşırmışdı təqdirini, yerişinə.
103
YENİ BAŞLANIŞ 1996/06/20
Hədəfin; ən gözəl,
- məsləkin; üstün
yolun, eniş-yoxuş,
günəşə doğru
mənimdə, nəfəsim- ayağım,
ağır
doyur mənliyimi, susuzluğunla
artır, ətəşini,
artır, eşqimi
bəhe``y, gözəl biliş- gözəl doğuluş
son addımlarında, yeni başlanış
qıfıllanma, belə ürək gözümdə,
ətək aç dalğalı ruhlara, nuh ol
tufanlar içində boşlama, məni
könlümü xoşlayan eşqindən ötrü,
ətək vur gözümə ətəklənim mən
yaşıl ilqarında çiçəklənim mən.
104
ÜRƏKLƏR İSTƏYİ 1996/06/26
yorulduqca, alçaqların qarşısında,
........ ucalırdı!
dərinliyi;
duruluğun itirmişdi,
Araz kimi
axışında, sarışdıqca,
alay- alay; olaylara
qatışırdı Xəzər könlü,
okyanlara
........dalğaları;
dolğun, hikmət şatrabıyla
cərəyanı; eşqə layiq, oynar işıq
- yetgin mahnı
saydam, görüş
tam, yaraşıq.
cərəyanı, ürəklərin istəyiydi
.........el- obanın, məsləkiydi.
105
EŞQ SÜZGƏCİ 1996/07/24
O qədər oxudu, özü özünü
ömrü qısa gəldi ucalığına
hər anı, bir yaşam!
yaşamı, tarix!
qırx üç il yaşadı, anlar içində,
heç zadı qalmadı, qocalığına
baharı; tufanlı.....vüqarlı...barlı...
payızı; eşqili
............ kamil əyarlı
sovdu gündüzünün son çağlarını,
... günəşlə ayrılmaz ilqar bağladı
qürurlu dərdinin peykərəsində,
günəşdə ağladı, eldə ağladı
bağrı; kərən- kərən, şan- şan, dəlindi
eşqin- həqiqətin süzgəci oldu
baxışı sevgilər, gözü,.... gözəsi
qızıl yanaqları, vətən duvağı
.....və dağlı ürəyi yarpaq ba yarpaq,
qızıl lalələrin gülməci oldu.
Dostları ilə paylaş: |