necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz
kişi, qadın və uşaqlar müstəsnadır”.
2
Sevimli peyğəmbərimiz (s) vida həcci əsnasında söylədiyi xütbəsində
müsəlmanlara belə müraciət etmişdi: “Bilin və agah olun! Ruhuləmin (vəhy
1
Təlaq surəsi, 2-3-cü ayələr.
2
Nisaə surəsi, 97-98-ci ayələr.
98
mələyi) mənə vəhy etmişdir ki, kimsə ruzi payını tamamilə almadan dünyasını
dəyişməyəcəkdir. Beləliklə, Allahdan qorxun (təqvalı olun) və ruzinizi təqdirəlayiq
şəkildə əldə etməyə çalışın. Ruzinizin bir qədər gecikməsi sizi Allaha üsyan
etməklə (harama, günaha əl atmaqla) ruzi əldə etməyə sövq etməsin! Çünki Allah
(təbarəkə və təala) ruzini məxluqları arasında haramlıq deyil, halallıq əsasında
bölüşdürmür. Kim təqvalı və səbirli olarsa, Allah (c.c.) onun ruzisini halal yolla
özünə çatdıracaqdır. Tanrının yasaqlarına məhəl qoymayaraq, dözümsüzlük
nümayiş etdirərək ruzisini halal olmayan yollarla əldə etməyə çalışanların isə halal
ruzi payı azalar və qiyamət günü həmin şəxslər buna görə sorğu-suala cəlb
olunarlar”.
1
Məsələ 244. Müsəlmanın böyük günahların baş verdiyi əyləncə
məkanlarında harama sürüklənməsi ilə nəticələnən işlərlə məşğul olması
yolverilməzdir.
Məsələ 245. Müsəlmanlar İslam şəriətində halal hesab edilən istənilən alqı-
satqı, idxal, ixrac və s. biznes fəaliyyətlərində başqa dinlərin ardıcılları, o
cümlədən yəhudi və xristianlarla şərik ola bilərlər.
Məsələ 246. İstər dövlət, istərsə özəl sektora daxil olan qeyri-İslam
banklarında hətta qazanc (faiz gəliri) əldə etmək niyyətilə olsa belə, hesab açmaq
olar. Çünki müsəlman olmayanlardan riba almaq (faizli gəlir əldə etmək) olar.
Məsələ 247. Lakin həmin banklardan faizli borc almaq istədikdə isə həmin
borcu faizi ilə ödəyəcəyini bilsə də, bu addımı “əmlakı qurtarmaq” (bu borcu
almayacağı təqdirdə qarşılaşacağı iflas və ya borcu aldıqdan sonra faizi
ödəməyəcəyi halda üzləşəcəyi müsadirə təhlükəsindən qorunmaq
tərc.
) niyyəti ilə
atmalıdır. Həmin banklara gəlir faizi qazandırmaq niyyəti ilə borc götürmək olmaz.
Çünki riba (sələm) vermək haramdır.
Məsələ 248. Müsəlman başqa bir şəxsə öncədən tərəflər arasında
razılaşdırılmış qaydada müəyyən məbləğ müqabilində öz adından və etibarından
istifadə edərək bank, şirkət və s. səhmlərini satın almağa icazə verə bilər.
1
Vəsail əş-şiə, c.17, səh.44.
99
Məsələ 249. Müsəlman İslam və müsəlmanlara qarşı müharibədə olan hər
hansı bir dövlətin məhsullarını almamalıdır.
Məsələ 250. Müsəlman nağd və nisyə əməliyyatları arasında fərq olmaması
şərtilə istənilən valyuta mübadiləsi əməliyyatını bazar (qiymətli kağızlar bazarı)
qiymətlərinə uyğun həyata keçirə, yaxud məzənnəsindən yüksək və ya aşağı
qiymətlərə dəyişə bilər.
Məsələ 251. Saxta və ya tədavüldən çıxarılmış əskinaslarla alqı-satqı
əməliyyatlarını həyata keçirmək saxtakarlıq olduğundan doğru deyil və haramdır.
Məsələ 252. Müsəlmana mükafat məbləğini əldə etmək niyyətilə lotoreya
biletlərini almaq olmaz. Lakin İslamda məqbul hesab edilən hansısa xeyriyyə
layihəsi, məsələn xəstəxana, kimsəsizlər evi kimi müəssisələrin tikilişində iştirak
etmək niyyəti ilə olduğu halda isə lotoreya biletlərini almaq (lotoreya oyunlarında
iştirak etmək) olar. Bununla belə sözügedən müstəsna halın qeyri-müsəlman
ölkələrində özünü doğrultması bir qədər həqiqətdən uzaq görünür. Çünki İslam
şəriətində yasaq edilən bəzi iş və fəaliyyətlər həmin ölkələrdə xeyriyyə işi kimi
qəbul edilir. Ancaq istənilən halda kafirlərin təşkil etdiyi lotoreya oyununda qalib
gəldikdə mükafat məbləğini həmin əmlakı kafirlərin mülkiyyətindən qurtarmaq
(münaqişəyə yol vermədən onların əlindən almaq
tərc.
) niyyəti ilə götürmək olar.
Məsələ 253. Yeyilməsi haram olan bəbir, kaftar, tülkü, fil, şir, ayı, pişik və
eləcədə balına kimi yırtıcı heyvanların onlara bazar dəyəri qazandıracaq halal bir
faydası olduğu halda – hətta bütün deyil, bəzi mütəxəssislərin rəyinə əsaslansa belə
- onların alqı-satqısına icazə verilir. Yalnız it (ov iti istisna olmaqla) və donuz
istisna təşkil edir.
Məsələ 254. Zinət əşyası kimi istifadəsi məqsədilə qızıl və gümüş qabların
alqı-satqısına icazə verilir. Onların yemək və içki servisi kimi istifadəsi isə
haramdır.
Məsələ 255. Müsəlman dövlətlərində birbaşa şəxsin bank hesabına
köçürülən məvaciblər (eləcə də digər ödənişlər) əldə edilmədikcə (bankomatdan
çıxarılma, yaxud bank şöbələrindən alınma yolu ilə) hətta illik məxaricindən artıq
olsa belə, onlara xüms şamil edilmir.
100
İndi isə gəlin, mövzu ilə bağlı bir sıra aktual suallar və Həzrət Ayətullah əl-
uzma Sistaninin həmin suallara cavabları ilə tanış olaq:
Məsələ 256. Qərb ölkələrində hər bir şəxs heç bir çətinliklə üzləşmədən bu
və ya digər faiz gəliri olan müxtəlif növ bank hesabları aça bilər. Müsəlmanlara
faiz gəliri qazanmaq niyyəti olmadan – bank faizi ödəməkdən imtina edəcəyi halda
həmin faiz gəlirlərini tələb etmək niyyətləri olmazsa – yüksək faiz gəliri gətirən
hesablar açmağa icazə verilirmi? Bəs icazə verilmədiyi halda bank hesabı açmaq
üçün başqa bir çıxış yolu varmı? Nəzərə almaq lazımdır ki, insan övladı daxilən
hər zaman gəlir əldə etməyə meyilli olur.
Cavab: Müsəlmana qeyri-müsəlman dövlət və özəl banklarında istənilən növ
bank hesabı açmaq və hətta gəlir qazanmaq məqsədi ilə belə bank əmanətləri
yerləşdirmək olar.
Məsələ 257. Qərb ölkələrində banklar nağd yolla ev satın almağa imkanı
olmayanlara yüksək faizli uzunmüddətli kreditlər (ipoteka kreditləşməsi kimi)
verirlər. Müsəlmanlar da bu kreditlərdən istifadə edə bilərmi? Bəs icazə
verilmədiyi halda ev almaq üçün həmin kreditlərə ehtiyacı olduğunu və kifayət
qədər nağd pulu olmadığını iddia edənlər üçün başqa bir çıxış yolu varmı?
Cavab: Borc niyyəti ilə deyil, “əmlakı qurtarma” niyyəti ilə (qeyri-
müsəlmanlardan borc alıb onlara gəlir qazandırmaq niyyəti ilə deyil, şəxsi
ehtiyaclarını ödəmək zərurəti ilə götürdüyü borcun faizini ödəməkdən imtina
edəcəyi təqdirdə üzləşə biləcəyi müsadirə kimi halların qarşısını almaq
məcburiyyəti ilə
tərc.
) səhmdarları qeyri-müsəlman hüquqi və fiziki şəxslər olan
(yəni həm dövlət, həm də özəl) banklardan kredit götürmək olar. Bu halda bankın
həmin borcu faizi ilə birgə alacağını bilmək də sözügedən kredit əməliyyatlarına
əngəl hesab olunmur.
Məsələ 258. Bəzi dövlətlər müəyyən şərtlər çərçivəsində mənzil ehtiyacı
olan vətəndaşlarını mənzillə təmin etmək kimi layihələr həyata keçirirlər.
Müsəlmanlar özlərinə şəxsi mənzil satın alaraq xüms şamil olunmaması üçün bir
müddət həmin mənzildə yaşadıqdan sonra həmin mənzili kirayəyə verərək özləri
dövlətin verdiyi mənzildə yaşaya bilərlərmi?
101
Cavab: Sualda göstərildiyi kimi hallarda, satın alınan mənzilə real ehtiyac
olmadıqca orada bir müddət yaşamaqla həmin daşınmaz əmlak xümsdən azad
olmaz.
Məsələ 259. Bəzi ticarət və sənaye müəssisələri müsəlman və qeyri-
müsəlman dövlət və ya özəl banklarından faizli borclar götürür və həmin
vəsaitlərlə aparılan əməliyyatlar nəticəsində yüksək gəlirlər əldə edirlər. Həmin
şirkətlərin səhmlərini ala və onların layihələrində iştirak edə bilərikmi?
Cavab: Həmin layihələrdə iştirak etmək sələmçilik fəaliyyətində iştirak
etmək demək olarsa, icazə verilmir. Lakin sözügedən şirkət müsəlman şirkəti
olarsa və həmin əməliyyatlar nəticəsində qeyri-müsəlman banklarından faizli gəlir
əldə edərsə, bu baxımdan icazə verilir.
Məsələ 260. Qeyri-müsəlman və eləcə də bir sıra müsəlman ölkələrində
dövlət və özəl müəssisələr işçilərinin məvaciblərini birbaşa onların şəxsi bank
hesablarına köçürürlər və onlar da istədikləri zaman məvaciblərini öz
hesablarından çəkə bilirlər. Məmur və işçilərin hesablarına köçürülən pul onların
illik məxariclərindən artıq olarsa, xüms şamil olunurmu?
Cavab: Xüms həmin pulun illik məxaricdən artıq qalan hissəsinə şamil
olunur. Lakin nəzərdə tutulan işçi hansısa bir müsəlman ölkəsində dövlət məmuru
(yaxud qulluqçusu) olarsa və onun məvacibi dövlət və ya müştərək (səhmlərinin
bir qismi dövlətə, digər bir qismi isə özəl sektorun nümayəndələrinə məxsus olan)
banka köçürülərsə, həmin pulu hesabından çəkənədək ona xüms şamil olunmur və
şəriət hakiminin izni ilə (mübahisəli hallarda) həmin pul onun əmlakı sayılır.
Beləliklə, həmin pul onu hesabından çəkdiyi ilin gəlirindən sayılır və həmin ilin
məxaricindən artıq qaldığı halda ona xüms şamil olunur.
Məsələ 261. Bir müsəlman başqa bir müsəlmandan müəyyən məbləğdə pul
borc alır. Lakin bir müddətdən sonra həmin valyutanın məzənnə dəyəri (yaxud
alıcılıq qabiliyyəti) aşağı düşür. Bu halda borc hansı məbləğdə qaytarılmalıdır:
alındığı məbləğdə, yoxsa alındığı əsnada kəsb etdiyi məzənnə dəyərinə (alıcılıq
qabiliyyətinə) uyğun məbləğdə? Bəs borc verən kafir olduğu halda necə, hökm
fərqlənəcəkmi?
102
Cavab: Eynilə borc götürülən məbləğdə qaytarılmalıdır və borc verənin
müsəlman və ya qeyri-müsəlman olmasının heç bir fərqi yoxdur.
Məsələ 262. İstehsal etdiyi məhsullar arasında şərab da olan müəssisələrə
sərmayə qoymaq olarmı? Nəzərə almaq lazımdır ki, burada biznes və gəlir
ortaqlığı mövcuddur (yəni bütün səhmdarlar gəlirlərini ümumi istehsal və satışdan
əldə edirlər).
Cavab: Şərab istehsalı və alqı-satqısı biznesinə şərik (səhmdar) olmaq
yolverilməzdir.
Məsələ 263. Müsəlman memarlara, yaxud podratçı şirkətlərə qeyri-
müsəlman ölkələrində digər dinlərin ardıcıllarının ibadət edəcəyi məbədlərin (kilsə,
sinoqoq və s.) tikintisi ilə bağlı layihə təklif olunarsa, təklifi qəbul edə bilərlərmi?
Cavab: Şəriətimiz buna icazə vermir, çünki bu iş təhrif olunmuş dinlərin
yayılmasına yardım etmək deməkdir.
Məsələ 264. Müsəlman bir kalliqrafa (hüsnü-xətt ustasına), yaxud rəssama
şərab və rəqs məclislərinin afişalarını və ya müştərilərə donuz ətindən hazırlanan
yeməklərin də təqdim olunduğu restoranların reklam lövhələrini hazırlamaqla bağlı
iş təklif olunarsa, qəbul edə bilərmi?
Cavab: Şəriət tərəfindən icazə verilmir, çünki bu günah və İslam əxlağina
zidd halların yayılmasına rəvac vermək anlamını daşıyır.
Məsələ 265. Gəlirlərinin bir qismini müsəlmanlara qarşı işğalçı
mövqeyindən əl çəkməyən dövlətlərin güclənməsinə sərf edən ticarət
mərkəzlərindən alış-veriş etmək olarmı?
Cavab: Bu yolverilməzdir.
Məsələ 266. Bir müsəlman hansısa bir binanı satın aldıqdan sonra həmin
binada müştərilərə spirtli içkilərin də satıldığı bar və ya kafe olduğunu öyrənərsə
və binanı satın aldıqdan sonra həmin iaşə obyektini işlədən icarəçini binadan çıxara
bilməzsə:
a) kafe və ya barı işlədənlərdən icarə haqqı ala bilərmi?
103
b) bəs icarə alması qeyri-məqbul hesab edildiyi halda şəriət hakiminin
xüsusi icazəsi əsasında necə, ala bilərmi və bu halda onu hansı əsasla qəbul etmiş
sayılır?
c) həmin binanı satın almazdan öncə onun ərazisində spirtli içkilərin
müştərilərə satıldığı kafenin olduğunu və kafenin icarəçisini oradan çıxara
bilməyəcəyini bildiyi halda həmin binanı satın alması doğru hesab edilirmi?
Cavab: a) Spirtli içkilərin satışı və servisi üçün istifadə müqabilində icarə
haqqı ala bilməz.
b) Lakin oradan çıxara bilmədiyi icarəçidən “təqas” (ödəşmə) niyyətilə
həmin obyektin halal işlərdə istifadəsi müqabilində ala biləcəyi icarə haqqı
mislində ödənişi qəbul edə bilər, yaxud kafeni icarə edən müsəlman olmadığı halda
“istinqaz”
1
niyyətilə ala bilər.
c) Həmin binadan deyilən növ kafe işlədildiyini və həmin iaşə müəssisəsinin
icarəçisini oradan çıxara bilməyəcəyini bilsə belə, binanı satın almasına qadağa
qoyulmur.
Məsələ 267. Müsəlman biznesmenlərin, sahibkarların işsizlikdən əziyyət
çəkən müsəlmanlar olduğu halda qeyri-müsəlmanları işə götürməsinə şəriətin
münasibəti necədir?
Cavab: Müsəlman olmayanları işə götürmək öz-özlüyündə qadağan
olunmamışdır. Lakin din qardaşlığı və müsəlmanın müsəlman üzərindəki mənəvi
haqqı hər hansı bir əngəl olmadıqca onu tərcih edərək başqalarından üstün
tutmasını daha məqsədəuyğun edir.
Məsələ 268. Çılpaq (yaxud yarıçılpaq) şəkillərin yer verildiyi jurnalların,
dərgilərin satıldığı yerlərdə işləmək, onların alqı-satqısını və çapını həyata
keçirmək olarmı?
Cavab: Harama (günaha) rəvac vermək və əxlaqsızlığı yaymaq hesab
olunduğundan bu fəaliyyətlərin heç birinə şəriət tərəfindən icazə verilmir.
1
“
İstinqaz
”
(qurtarma) - İslam şəriətində qeyi-müsəlmanların əmlakından mümkün olan hər hansı bir yolla, bu
və ya digər bir təhlükəyə yol açmamaq şərtilə faydalanmaq deməkdir.
104
Məsələ 269. Qərb ölkələrində itlərin satışa çıxarıldığı xüsusi satış yerləri
fəaliyyət göstərir. Yalnızlıqdan xilas olmaq və vaxtını şən keçirmək məqsədilə
həmin itləri alıb saxlamaq olarmı?
Cavab: Şəriət buna icazə vermir.
Məsələ 270. Bəzi qərbli qadınların gəzinti əsnasında təhlükədən qorunmaq
və əylənmək məqsədilə özləri ilə götürdükləri qoruyucu itləri satın alıb saxlamaq
olarmı? Bəs həmin heyvanların ticarətinə və icarəsinə münasibət necədir?
Cavab: Həmin heyvanların alqı-satqısına icazə verilmir. Lakin belə itləri
saxlayan şəxslərin onların üzərində mülkiyyət hüququ tanınır. Həmin heyvanların
onlardan müəyyən ödəniş müqabilində satın alınmasına da məhdudiyyət qoyulmur
və bu halda satın alan şəxs mülkiyyət hüququnu da əldə edir. Həmçinin, bu
heyvanların halal yolla faydalanmaq (o cümlədən, təhlükədən qorunmaq)
məqsədilə istifadəsi üçün icarəyə verilməsinə də heç bir məhdudiyyət qoyulmur.
Məsələ 271. Qərb ölkələrində xüsusi təlim görmüş itlər görmə
qabiliyyətindən məhrum olan sahiblərinə yolu keçməkdə və s. yardım edirlər. Belə
itlərin alqı-satqısı ilə məşğul olmağa icazə verilirmi?
Cavab: Bu suala da cavabımız öncəki sualın cavabı kimidir.
Məsələ 272. Qeyri-müsəlman ölkələrində bu və ya digər dövlət
müəssisəsində çalışan müsəlman məmurların, yaxud hər hansı bir müəssisədə
müqavilə əsasında işləyərək əmək haqqı saat hesabı ilə hesablanan müsəlman
işçilərin iş saatları ərzində məqsədli şəkildə işdən yayınmasına, səhlənkarlıq və
tənbəllik nümayiş etdirməsinə şəriətin baxışı necədir və belə hallarda onların
məvaciblərini bütövlüklə almağa haqqı çatırmı?
Cavab: Bu yolverilməzdir və belə hallarda həmin şəxslərin məvaciblərinin
hamısını almağa haqları çatmır.
Məsələ 273. Bəzi müsəlmanlar Qurani-Kərimin nəfis əlyazma nüsxələrini
qeyri-müsəlmanlara yüksək qiymətə satmaqla gəlir əldə edirlər. Buna icazə
verilirmi? Əgər Qurani-Kərimin kafirlərə satılması bu işə əngəl hesab edilərsə, bu
əngəlin aradan qıldırılması üçün bir çıxış yolu varmı? Bəs icazə verildiyi halda
çıxış yolu nədən ibarətdir?
105
Cavab: Müsəlman mədəni irsinin məhvi demək olduğundan bu işə heç bir
vəchlə icazə vermirik.
Məsələ 274. Əlyazma nüsxələrin və İslam tarixinə aid əntiq əşyaların alqı-
satqısı, Avropa ölkələrinə daşınaraq orada yüksək qiymətə satılmasına şəriət
tərəfindən icazə verilirmi, yoxsa İslam mədəni irsinin məhvi kimi qəbul edilərək
yasaqlanır?
Cavab: Öncəki sualın cavabında öz əksini tapan səbəblə əlaqədar olaraq bu
qəbildən olan işlərə heç bir vəchlə icazə vermirik.
Məsələ 275. Bəzi gecələrdə barlar müştərilərlə dolur və onlar sərxoş
olanadək içdikdən sonra həmin məkanlardan çıxaraq hazır yemək axtarırlar. Bir
müsəlman bu vəziyyətdən istifadə edərək həmin barların yaxınlığında onlara və
eləcə də digər insanlara halal yemək xidmətləri göstərən restoran aça bilərmi?
Yeyəcəkləri
həmin
halal qidaların onların sərxoşluğunu bir qədər
yüngülləşdirəcəyinə və s. müsbət cəhətlərə rəğmən bu iş günah hesab edilirmi?
Cavab: Bu iş üçün öz-özlüyündə heç bir məhdudiyyət qoyulmur.
Məsələ 276. Müsəlman donuz ətini onu halal hesab edən səmavi dinlərin
ardıcıllarına sata bilərmi?
Cavab: Donuz ətinin alqı-satqısına heç bir vəchlə icazə verilmir.
Məsələ 277. İnsan bir gün baxılması haram olan hər hansı bir kadra, video
materiala baxacağını bildiyi halda televizor alması doğrudurmu?
Cavab: Sağlam düşüncə belə bir vəziyyətdə onun televizor cihazı
almamasını tələb edir.
Məsələ 278. Donuz ətinin satıldığı satış yerlərində işləməyə, habelə
müsəlmanın öz işçilərinə müştərilərə donuz əti məhsulları satması ilə bağlı göstəriş
verməsinə şəriətin münasibəti necədir?
Cavab: Donuz ətinin hətta onun yeyilməsini halal hesab edənlərə də satışına
bilavasitə və ya başqalarının əli ilə həyata keçirilməsindən asılı olmayaraq icazə
verilmir. Donuz ətinin qeyri-ticari məqsədlərlə (gəlir əldə etmədən) onu halal qəbul
edənlərin istifadəsinə təqdim edilməsinin haramlığı il bağlı şübhələr mövcuddur.
Lakin ehtiyat bundan da çəkinməyi tələb edir.
106
Məsələ 279. Fətvanıza əsasən, müsəlman şəxs qazanmaq və priz əldə etmək
üçün deyil, xeyriyyə layihələrində iştirak etmək məqsədilə lotoreya oyunlarında
iştirak edə bilər. Bəs qazanılacaq mükafatın bir qismini xeyriyyə qurumlarına
bağışlamaq, digər bir qismini isə mükafat əldə etmək niyyətilə lotoreya bileti
almaq olarmı?
Cavab: İcazə verilmir.
Məsələ 280. Həddi-buluğa çatmış bir müsəlman qalib olmaq niyyəti ilə
oynamaq istədiyi lotoreyanın biletini azyaşlı uşağa, yaxud digər dinlərin
ardıcıllarından birinə (yəhudi, yaxud xristiana) aldıra bilərmi?
Cavab: Bununla haramlıq hökmü qüvvədən düşmür. Bir işin icrasına sövq
etmək, yaxud bir işin icrasını başqasına həvalə etmək onu bilavasitə icra etməklə
eyni hökmü daşıyır.
Məsələ 281. Üstündə lotoreya biletlərinin də təqdim edildiyi bal
məhsullarını lotoreya mükafatını əldə niyyətilə almaq olarmı?
Cavab: Verilən pul bütövlüklə bal üçün ödənilərsə, yəni bir qismi lotoreya
bileti üçün nəzərdə tutulmuş olmazsa, halal hesab edilir.
Məsələ 282. Bir müsəlman lotoreya yarışında qalib olmuş və qazandıqdan
sonra mükafatın bir qismini xeyriyyə işlərində xərcləməyi qərara almışdır. Bu
niyyətini nəzərə alaraq həmin mükafatı əldə edərək müsəlmanlar üçün faydalı olan
işlərə sərf edə bilərmi? Bəs qalibin mükafatı qazanmamışdan öncəki niyyəti onun
hamısını deyil, bir qismini müsəlmanların mənafeyinə uyğun faydalı işlərdə
xərcləmək olduğu təqdirdə hökm dəyişirmi?
Cavab: Əgər həmin mükafat tamamilə “möhtərəm əl-mal”
1
hesab olunmayan
insanların pullarından yığılmış olarsa, onu mənimsəyərək xərcləmək olar.
Məsələ 283. Müsəlman lotoreya oyunundan əldə etdiyi qazancla həcc
ziyarətinə gedərsə, həcci doğru hesab olunurmu?
Cavab: Öncəki sualın cavabına müraciət edin.
1
İslam şəriətində əmlakı toxunulmaz hesab edilən şəxs.
107
Məsələ 284. Qəsbkar və zalım (başqalarının haqqını haqsızlıqla
mənimsəyən) bir şəxs müsəlmanın həcc ziyarəti xərclərini ödəyərsə, onun həcci
doğru sayılırmı?
Cavab: Məhz həcc ziyarəti üçün ödənilən vəsaitin qəsb olunmuş (zorla,
haqsızlıqla əldə olunmuş, haram) pul olduğu məlum olmazsa, həmin şəxsin zalım
və qəsbkar olması həccin doğruluğuna xələl gətirmir.
Məsələ 285. Avropa ölkələrində məişət avadanlıqlarının satışı ilə məşğul
olan bəzi satış mərkəzləri müştərilərə aldıqları tarixdən etibarən iki həftə ərzində
aldıqları məhsulları geri qaytarmağa icazə verirlər. Sözügedən satış mərkəzlərindən
almaq məqsədilə deyil, həmin müddət ərzində istifadə etmək məqsədilə bu və ya
digər avadanlığı alaraq iki həftədən sonra qaytarmaq olarmı? Beləliklə, bu halda
müştərinin niyyəti gerçək ticarət deyil, həmin haqdan faydalanmaq olur. Bəs satşı
mərkəzinin sahibi müsəlman olduğu halda hökm dəyişirmi? Ümumiyyətlə, belə bir
addım doğru hesab edilə bilərsə, buna hansı əsasla icazə verilir?
Cavab: Satış mərkəzinin sahibi müsəlman olarsa, heç bir vəchlə icazə
verilmir. Müsəlman olmadığı halda isə ticarət deyil, bu və ya digər zərər və təhlükə
ilə qarşılaşmayacağına əmin olduğu halda istinqaz niyyəti ilə bu addımı atmaq
olar.
Məsələ 286. Bir müsəlman müştərilərinə spirtli içkilər də təqdim edən
restoranda bilavasitə şərab servisi bölümündə deyil, qabyuma bölümündə işləyə
bilərmi?
Cavab: Şərab qədəhlərinin yuyulması həmin iaşə müəssisələrində şərab
içilməsinə rəvac verən bir iş hesab olunduğu halda şəriət tərəfindən haram sayılır.
Məsələ 287. Öz dininə bağlı olan və onun yayılmasına çalışan bir müsəlman
qərb ölkələrində hər hansı bir dövlət müəssisəsində işləyərək bəzi günahları
işləmək məcburiyyəti qarşısında qalarsa və onun məqsədi gələcəkdə karyera
yüksəlişi nəticəsində daha önəmli bir yerə gələrək dininə həmin günahları kölgədə
qoyacaq qədər ciddi xidmətlər göstərmək olarsa, belə bir yerdə işləməsinə icazə
verilirmi?
108
Cavab: Sadəcə gələcəyə bağlı (reallaşacağı bəlli olmayan) hər hansı ümidləri
əldə əsas tutaraq günaha yol vermək yolverilməzdir.
Məsələ 288. Müsəlman hüquqşünasa qeyri-müsəlman ölkələrində vəkillik
fəaliyyəti məşğul olaraq həmin ölkələrin qanunvericiliyi çərçivəsində sadəcə iş
qazanmaq məqsədilə müsəlman olmayan insanların müdafiəsini həyata keçirməyə
icazə verilirmi?
Cavab: Hüquq pozuntusu, yalan iddia və ittiham kimi şəriət tərəfindən
haram edilən hallara yol verilmədiyi halda məhdudiyyət qoyulmur.
Məsələ 289. Müsəlman hüquqşünasın qeyri-müsəlman ölkəsində həmin
dövlətin qanunvericiliyi çərçivəsində hakimlik fəaliyyəti ilə məşğul olmasına icazə
verilirmi?
Cavab: Hakimlik ləyaqəti olmayan şəxslərin hakimliklə məşğul olmasına,
eləcə də ədalət mühakiməsinin İslam qanunvericiliyindən başqa qanunlar
çərçivəsində həyata keçirilməsinə şəriət tərəfindən icazə verilmir.
Məsələ 290. Avropa ölkələrində yaşayan bir müsəlman mühəndis-elektrik
mikrofon və s. səs apparaturasının çalışdırılması və təmiri üçün müxəlif yerlərə
çağırılır. Həmin yerlərdən bəziləri isə haram əyləncə məkanları olur. O, həmin
məkanlarda yeni apparatura və cihazları quraşdıra, yaxud təmir edə bilərmi?
Nəzərə almaq lazımdır ki, bir-iki dəfə belə bir işdən imtina etdiyi halda o,
müştərilərini və peşəsini itirə bilər.
Cavab: İcazə verilir.
Məsələ 291. Bir şəxs bu və ya digər restoranda ofisiant işləyərək müsəlman
olmayan müştərilərə bəzən halal olmayan ət məhsullarından, bəzən isə donuz
ətindən hazırlanan yeməklər təqdim edir. Birinci vəziyyət (qeyri-halal ət
məhsulları) ilə bağlı fətvanız məlumdur. Sualımız ikinci vəziyyətlə bağlıdır. Haram
sayılan ətlə yanaşı tərkibində donuz əti olan yeməklərin qeyri-müsəlman
müştərilərə təqdim olunmasına necə baxırsınız? Nəzərə almaq lazımdır ki, ofisiant
bundan imtina edəcəyi halda işdən azad ediləcəkdir.
Cavab: Donuz ətinin hətta onu halal bilənlərə belə təqdim edilməsinin
halallığı şübhəlidir və ehtiyata əsasən bu işdən çəkinmək lazımdır.
109
Məsələ 292. Müsəlman şəxs spirtli içkilərin də satıldığı alış-veriş
mərkəzlərində kassir işləyə bilərmi? Nəzərə almaq lazımdır ki, o satıcı deyil və işi
yalnız ödənişləri qəbul etməkdən ibarətdir.
Cavab: Həm satıcı, həm də alıcı qeyri-müsəlman olduğu halda orada işləyə
və halal məhsullar kimi spirtli içkilərin də ödənişini qəbul edə bilər.
Məsələ 293. Qərb ölkələrində mətbəə sahibi olan bir şəxs hansısa bir
restoranın aralarında donuz ətindən hazırlanan yeməklərin də olduğu yeməklər
siyahısını dərc edə bilərmi? Həmçinin, mətbəə xidmətləri ilə məşğul olan
müsəlman şəxs şərab satışını, yaxud digər günahları həyata keçirən müəssisə və
fiziki şəxslər üçün reklam lövhələrini çap edə bilərmi? Nəzərə almaq lazımdır ki,
həmin şəxs bu qəbildən olan sifarişlərdən imtina etməyin onun işinə mənfi təsir
edəcəyini iddia edir.
Cavab: Hətta biznesinə mənfi təsir edəcəyi halda da şəriət tərəfindən buna
icazə verilmir.
Dostları ilə paylaş: |