129
qarınlarını doyurmaq, geyimlə təmin etmək, insanlara əl açmalarına imkan
verməmək dəfələrlə, onlarla dəfə, hətta yetmiş dəfə həcc ziyarətinə yollanmaqdan
daha təqdirəlayiqdir”.
1
Allah yolunda xərcləmək təfərrüatlarını bu müxtəsər risaləyə sığışdıra
bilməyəcəyimiz geniş bir mövzudur.
2
Məsələ 320. Allahın elçisi (s) ailə başçılarını öz ailəsinin üzvlərini onlara
aldıqları hədiyyələrlə sevindirməyə təşviq edərdi. İbn Abbas onun belə
buyurduğunu nəql edir: “Bazara yollanaraq hədiyyə alıb onu öz əlləri ilə ailə
üzvlərinə aparan şəxs möhtaclara sədəqə (yardım) daşıyan şəxs kimidir”.
3
Məsələ 321. İslam şəriətinin önəmini təkidlə vurğuladığı məqamlardan biri
də müsəlmanların problemlərinə diqqət ayırmaqdır. İslam Peyğəmbərinin (s)
buyurduğu kimi, sabah açıldıqda müsəlmanların qayğısı ilə yuxudan oyanmayan
şəxs müsəlman deyil.
4
Allahın elçisi (s) belə buyururdu: “Kim yeni günə
başlayarkən müsəlmanların problemlərini düşünməzsə (onları həll etməyə
çalışmazsa), onlardan sayılmaz”.
5
Bu məsələ ilə bağlı çoxsaylı hədislər mövcuddur
ki, burada onların hamısını xatırlatmaq imkanlarımız çərçivəsində deyil.
6
İndi isə ictimai əlaqələr (sosial münasibətlər) mövzusu ilə əlaqədar Həzrət
Ayətullah əl-uzma Sistaniyə ünvanlanan bir sıra suallar və onların cavabları ilə
tanış olaq:
Məsələ 322. Qeyri-müsəlmanların, məsələn müsəlman olmayan qonşuların
cənazəsini müşayiət edərək dəfnində iştirak etmək olarmı?
Cavab: Dünyasını dəyişən şəxsin özü, yaxud yaxınları İslama və
müsəlmanlara düşmən mövqeyi ilə tanınan insanlar olmadığı halda dəfn
1
Səvab əl-əmal və iqab əl-əmal, səh.172.
2
Əlavə məlumat üçün bax: “əl-İnfaq fi səbilillah”, Seyid İzzəddin Bəhrəlülum.
3
Səvab əl-əmal və iqab əl-əmal, səh.239.
4
Cami əs-səadat, c.2, səh.229.
5
Cami əs-səadat, c.2, səh.229.
6
Bax:
Usul əl-kafi, Müsəlmanların qayğısın qalmaq fəsli.
130
mərasimində iştirak etməyin eybi yoxdur. Lakin daha yaxşı olar ki, müşayiət
zamanı cənazənin önündə deyil, arxasınca hərəkət etsinlər.
Məsələ 323. Müsəlman olmayan qonşu, biznes partnyoru, yaxud başqa bir
şəxslə şəmimi dostluq münasibətləri qurmaq olarmı?
Cavab: Əgər sözdə və hərəkətlərində İslam və müsəlmanlara qarşı
düşmənçilik meyilləri izhar etməzsə, ona qarşı dostluq və sevginin təzahürü olan
yaxşılıq və xeyirxahlıqla davranmaq olar. Uca Allah buyurur:
Dostları ilə paylaş: