“Allah din yolunda
sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi
və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları
sevər!”
1
Məsələ 324. Kitab əhli olan öncəki səmavi dinlərin nümayəndələri və hər
hansı bir müqəddəs kitaba inancı olmayan kafirlər məscidlərə və müsəlmanların
ibadət məkanlarına girə bilərlərmi və onlara giriş izni verildiyi halda hicaba riayət
etməyən qadınları içəri girərkən hicab geyinməyə məcbur etməliyikmi?
Cavab: Ehtiyata əsasən, onlar məscidlərə daxil ola bilməzlər. Lakin digər
ibadət məkanlarına giriş sərbəstdir. Hicabdan imtina etmək müqəddəs məkana
qarşı hörmətsizlik kimi anlaşıldığı halda qadınlar ona riayət etməyə borcludurlar.
Məsələ 325. Yəhudi, xristian, yaxud hər hansı bir dinə etiqad bəsləməyən
qonşulara narahatçılıq törədəcək hərəkətlərə yol vermək olarmı?
Cavab: Bbelə bir hərəkətə haqq qazandıracaq tutarlı bir səbəb olmadan
etiqadından asılı olmayaraq qonşuları incitmək olmaz.
Məsələ 326. Kitab əhli olan və olmayan kafir yoxsullara sədəqə vermək
olarmı və sədəqə verən bu əməlinə görə savab qazanırmı?
Cavab: Haqqa və haqq yolunun ardıcıllarına düşmənçilik hissi bəsləməyən
istənilən yoxsula sədəqə vermək olar və sədəqə verən bu əməlinə görə Rəbbi
tərəfindən mükafatlandırılacaqdır.
Məsələ 327. Təsirli olacağını ehtimal etdiyimiz, habelə hər hansı bir
xoşagəlməz halla nəticələnməyəcəyinə əmin olduğumuz hallarda Əhli-beyt (ə)
1
Mümtəhinə surəsi, 8-ci ayə.
131
ardıcıllarından (imamiyyə məzhəbindən) olmayanları, yaxud kitab əhli sayılan
digər səmavi dinlərin ardıcıllarını da yaxşı əməllərə sövq edərək pis işlərdən
çəkindirmək vacibdirmi?
Cavab: Vacib olması üçün zəmin hesab edilən digər şərtlər də nəzərə
alınmaqla onları da yaxşı işlərə sövq etmək və pis əməllərdən çəkindirmək
vacibdir. Həmin şərtlərdən biri də onların münkər (pis) işlərlə məşğul olması,
yaxud məruf (yaxşı) işlərin icrasından imtinasının üzürlü hal qismindən olmaması,
o cümlədən həmin şəxslərin müqəssir cahil olmaması şərtidir ki, bu halda öncə
onlara doğru olanı başa salmaq, başa düşdükdən sonra əməl etmək niyyətində
olmadığını gördükdə isə əmr (yaxşı işlərə sövq) və nəhy (pis əməllərdən
çəkindirmə) tədbirlərini (mərhələlərin ardıcıllığına riayət etməklə) həyata keçirmək
lazımdır. Münkər iş yer üzündə fəsad törətmək, nahaq insan qanı axıtmaq kimi
ümumiyyətlə Allahın gerçəkləşməsini yolverilməz hesab etdiyi günahlar
qismindən olduğu halda isə qarşısının alınması labüddür, hətta münkər işi icra edən
qasir cahil
1
olsa belə.
Məsələ 328. Avropada bəzi məktəblərdə hansısa bir dinə etiqad bəsləməyən,
şagirdlərin önündə Allahın varlığını inkar edən bir sıra müəllimlər də tədris
fəaliyyəti ilə məşğul olur. Müsəlman şagirdlərin belə məktəblərdə təhsilinə davam
etməsi doğrudurmu? Nəzərə almaq lazımdır ki, müəllimlərinin onların
düşüncələrinə təsiri olduqca güclüdür.
Cavab: Bu yolverilməzdir və bununla bağlı bütün məsuliyyət şagirdlərin
vəlilərinin (valideynlərinin, yaxud qəyyumlarının) üzərinə düşür.
Məsələ 329. Oğlanlar və qızlar orta təhsil müəssisələrində birgə təhsil ala
bilərlərmi? Nəzərə almaq lazımdır ki, belə birgə təhsil mühiti gec-tez onları
hansısa günaha, ən azından haram hesab edilən baxışa (naməhrəmə şəhvət hissi ilə
baxmağa) sürükləyəcəkdir.
Cavab: Göstərilən halda birgə təhsil doğru deyil.
1
“Müqəssir cahil” və “qasir cahil” terminləri üçün əlinizdəki əsərin “Müxtəsər fiqh terminləri lüğəti” bölməsinə
müraciət edin.
132
Məsələ 330. Müsəlman kişilər ümumi (kişi və qadınların birgə istifadə
etdiyi) hovuz xidmətlərindən istifadə edə bilərlərmi? Özəlliklə nəzərə almaq
lazımdır ki, həmin hovuzların xidmətindən istifadə edən qadınlar İslam şəriətində
əxlaq normaları hesab edilən geyim və davranış qaydalarına qarşı o qədər
etinasızdırlar ki, hətta onlara bununla bağlı edilən xatırlatmalara belə məhəl
qoymurlar.
Cavab: Geyim normalarına riayət etməyən və bu xüsusda qadağa və
xəbərdarlıqlara da məhəl qoymayan qadınlara şəhvani həzz duyğusu olmadan
baxmağa icazə verilməsinə baxmayaraq, ehtiyata əsasən, belə məkanlara üz tutmaq
ümumiyyətlə doğru yolverilməzdir.
Məsələ 331. Qərb ölkələrində məskunlaşan müsəlmanlar hicablı qızlarını
icbari orta təhsil, yaxud digər növ təhsil (texniki peşə təhsili və s.) almaq üçün
oğlanlarla qızların birgə təhsil aldığı təhsil müəssisələrinə göndərə bilərmi? Nəzərə
almaq lazımdır ki, yalnız qızların təhsil aldığı təhsil müəssiləri də vardır. Lakin
həmin məktəblər yüksək təhsil haqqı tələb edir, yaxud onların yaşayış yerlərindən
kifayət qədər uzaqdır və ya orada təhsilin səviyyəsi daha aşağıdır.
Cavab: Valideynlər övladlarını əksər hallarda müşahidə etdiyimiz kimi
şagirdlərin dini inanclarını və dinlərinə bağlılıqlarını itirməklə yanaşı onların
əxlağina da mənfi təsir edən belə məktəblərə göndərməməlidirlər.
Məsələ 332. Əcnəbi universitetlərdə müsəlman gənclərlə birlikdə təhsil alan
gənc qızlar onlarla birgə əyləncə, elmi və s. xarakterli gəzintilərdə iştirak edə
bilərlərmi?
Cavab: Yalnız haramdan (günaha düşməkdən) qorunacaqlarına əmin
olduqları halda iştirak edə bilərlər.
Məsələ 333. Küçədə qarşılaşdığımız real romantik səhnələrə baxmaq
günahdırmı?
Cavab: Şəhvani həzz hisslərinin müşayiəti ilə belə bir səhnəyə tamaşa etmək
olmaz. Hətta ehtiyata əsasən, ümumiyyətlə belə səhnələrə baxmamalısınız.
Məsələ 334. Həm kişi, həm də qadınların baş çəkdiyi kinoteatrlara və şəriət
tərəfindən məqbul hesab edilməyən digər əyləncə məkanlarına getmək olarmı?
133
Nəzərə almaq lazımdır ki, həmin məkanlarda harama (günaha) yol
verməyəcəyimizə əmin deyilik.
Cavab: Olmaz.
Məsələ 335. Kişi və qadınların birgə istifadə etdiyi hovuzlarda şəhvani həzz
almaq niyyəti olmadan üzmək olarmı?
Cavab: Ehtiyata əsasən, əxlaqi fəsadın baş alıb getdiyi məkanlara üz tutmaq
ümumiyyətlə yolverilməzdir.
Məsələ 336. Havanın isti olduğu günlərdə dincəlmək üçün dəniz sahili və
parklara baş çəkmək olarmı? Nəzərə almaq lazımdır ki, həmin məkanlarda ictimai
əxlaq qaydalarına zidd hallara rast gəlmək qaçınılmazdır.
Cavab: Harama (günaha) yol verməyəcəyinizdən əmin olmadığınız halda
belə yerlərə üz tutmamalısınız.
Məsələ 337. Avropa ölkələrində müəyyən standartlar əsasında ümumi
tualetlər tikilir və onların tikintisində müsəlman dövlətlərində riayət olunan
ayaqyolu çanaqlarının üzü və ya arxası qibləyə olmaması şərti nəzərə alınmır.
Qiblənin hansı istiqamətdə olduğunu bilmədiyimiz halda həmin ümumi
tualetlərdən istifadə edə bilərikmi? Bəs onları üzü (yaxud arxası) qibləyə olduğunu
bildiyimiz halda necə? Xahiş edirik, şəriət tərəfindən bizə həmin tualetlərdən
istifadə edilməyə icazə verilməyəcəyi halda nə etməli olduğumuzu da açıqlayın.
Cavab: Birinci halda vacib ehtiyata əsasən, orada qiblə istiqamətini
müəyyənləşdirməyin mümkünsüzlüyünə əmin olduğunuz və gözləyə bilmədiyiniz,
yaxud gözləməyin məşəqqətli olduğu hallar istisna olmaqla, həmin ümumi
tualetlərdən istifadə etmək olmaz. İkinci halda isə vacib ehtiyata əsasən, həmin
ayaqyolu çanaqlarından istifadə edərkən (sidik və ya nəcis ifrazı əsnasında) üzü və
ya arxası qibləyə oturmaqdan çəkinməlisiniz. Həmin çanaqlardan istifadə
məcburiyyəti qarşısında qaldıqda isə ehtiyata əsasən, üzü deyil, arxası qibləyə
oturmağı tərcih edin.
Məsələ 338. Müsəlman Avropa, Amerika və digər qeyri-müsəlman
ölkələrində üzərində sahibinin kimliyini müəyyən etməyə əsas verən hər hansı bir
134
əlamət (ad, soyadı, əlaqə telefonları və s.) olan və ya olmayan çamadan taparsa, nə
etməlidir?
Cavab: Adətən, çamadanların üzərində sahibi ilə əlaqə saxlamağa imkan
verən hansısa bir əlamət olur. Çamadanı tapan onun bir müsəlmana, yaxud yaxud
müsəlmanlar kimi mülkiyyət hüququ qorunan (şəriət tərəfindən toxunulmaz hesab
edilən) bir şəxsə aid olduğunu bilərsə, yaxud əsaslı bir ehtimalla güman edərsə,
vacib ehtiyata əsasən, bir il müddətində onun sahibini axtarmalı və onu tapa
biləcəyinə ümidini itirdikdən sonra isə sədəqə verməlidir. Lakin onun
müsəlmanlara, yaxud digər mülkiyyət hüququ (İslam şəriəti tərəfindən)
toxunulmaz hesab edilən şəxslərə aid olmadığını bildiyi halda isə bir müstəsna hal
xaricində həmin çamadanı mənimsəyə bilər. Müstəsna hal isə bundan ibarətdir ki,
müsəlman vətəndaşı olduğu hüquqi dövlət qarşısında qanunvericiliklə nəzərdə
tutulmuş bir sıra öhdəliklər daşıyarsa, o cümlədən həmin ölkənin ərazisində tapdığı
əşyaları əlaqədar dövlət orqanlarına təhvil verməlidirsə, bu halda həmin əşyaları
mənimsəyə bilməz və mütləq qanunvericilikdə nəzərdə tutulan öhdəçiliyini
(vətəndaşlıq vəzifəsini) icra etməlidir.
Məsələ 339. Avropa ölkələrindən birində üzərində sahibini müəyyən etməyə
əsas verən heç bir əlamət olmayan müəyyən məbləğdə pul tapsam, ona sahiblənə
bilərəmmi?
Cavab: Həmin əsknasların üzərində sahibini müəyyən etməyə imkan verən
hər hansı bir əlamət olmazsa (heç olmazsa, itirilən pulun miqdarını bilməsi ilə belə
sahibini tanımaq mümkün olmazsa), öncəki məsələlərdə qeyd olunan hallar (yerli
qanunlar çərçivəsində hərəkət etməyin zəruri olduğu məqamlar) istisna olmaqla,
həmin vəsaiti mənimsəmək olar.
Məsələ 340. Bəzi qərb ölkələrində dəyərli əşyaları elə ucu qiymətə satışa
çıxarırlar ki, nəticədə müştəri həmin əşyaların oğurluq mal olduğunu düşünür.
Beləliklə, həmin əşyaların müsəlman, yaxud kafir bir şəxsdən oğurlandığından
əmin olsaq, yaxud böyük ehtimalla şübhəyə düşsək, satıcının müsəlman olduğu və
olmadığı hallarda onları almaq olarmı?
135
Cavab: Həmin əşyaların müsəlman və ya kafir olmasından asılı olmayaraq
mülkiyyət hüququ qorunan (şəriət tərəfindən əmlakının müsadirə və qəsb edilməsi
yolverilməz hesab edilən) bir şəxsdən oğurlandığına dair məlumat əldə etdikdə,
yaxud buna əmin olduqda onları alması və öz mülkiyyətinə daxil etməsi
yolverilməz hesab olunur.
Məsələ 341. Qərb ölkələrində siqaret olduqca baha qiymətə satılır.
İstehlakçının siqaretin nəinki faydalı bir şey olmadığını, hətta sağlamlığa ciddi
təhlükə törətdiyini bildiyini nəzərə alaraq demək olarmı ki, israfçılıq baxımından
siqaret almaq haramdır?
Cavab: Siqaretin alqı-satqısı sərbəstdir və sadəcə göstərilən səbəblə (qiymət
bahalığı ilə) əlaqədar olaraq istehlak edilməsi də haram sayıla bilməz. Lakin
siqaret çəkmək istehlakçının sağlamlığına ciddi zərər törədərsə və siqaret
çəkməkdən imtina etmək ona zərər verməzsə, yaxud daha az zərər toxundurarsa,
imtina etməlidir.
Məsələ 342. Yaşadığımız dövrdə telefon danışıqlarını abonentlərin məlumatı
olmadan qeydə alan cihazlar mövcuddur. Lazım gəldikdə dəlil olaraq istifadə edə
bilmək üçün kiminsə danışığını özünün məlumatı (xəbəri və razılığı) olmadan
qeydə almaq olarmı?
Cavab: Bir abonentin həmsöhbəti olduğu abonentlə danışığını qeydə alması
üçün ondan icazə alması vacib deyil. Lakin bir mömin insana qarşı hörmətsizlik və
onun sirlərinin ifşa olunması ilə nəticələnəcəyi halda bu dərəcədə (möminin şərəf
və ləyaqətinin qorunması qədər) və ya daha artıq önəm kəsb edən bir zərurət
olmadıqca həmin səs yazısını yaymaq, yaxud başqaları ilə paylaşmaq
yolverilməzdir.
Məsələ 343. Fotoqraflıqla məşğul olan bir şəxs süfrəyə şərab da verilən bir
toy məclisində iştirakçıların fotolarını çəkmək üçün çağrılarsa, həmin məclisə gedə
bilərmi?
Cavab: Şərab içilən, yaxud hansısa bir haramın icra olunduğu səhnələrin
fotosunu çəkmək olmaz.
Məsələ 344. Valideynlərə itaətin çərçivələrini bəyan edə bilərsinizmi?
136
Cavab: Övladların valideynləri qarşısında vəzifələri bunlardır:
1) onlara yaxşılıq etməlidir; baxıma möhtac olduqları halda onların
ehtiyaclarını təmin etməli, sağlam düşüncənin məqbul və normal hesab etdiyi
çərçivədə yaşayış tələbatlarını ödəməlidirlər. Bu vəzifənin icrasından imtina etmək
onların (valideynlərin övladlara qarşı) yaxşılıqlarını inkar etmək anlamına gəlir.
Valideynlərə yaxşılıq vəzifəsinin çərçivələri onların fiziki durumundan
(səhhətindən) asılı olaraq dəyişir.
2) onlarla yaxşı davranmalıdırlar. Hətta övladlarına haqsızlıq, zülm etsələr
belə övladlar onlara qarşı xoşagəlməz ifadə və hərəkətlərdən uzaq olmalıdırlar.
Hədislərdə oxuyuruq: “Hətta (valideynlərin) səni vursalar, döysələr belə, onların
üstlərinə qışqırıb acı söz söyləmə! “Allah sizi bağışlasın!” – deməklə kifayətlən!”
Bu iki vəzifə övlad-valideyn münasibətlərini valideynlik hüquqları
aspektindən izah edir. Məsələyə övlad aspektindən baxdıqda da iki halla
qarşılaşırıq:
1) valideynlər övladlarına qarşı xeyirxahlıqlarına, qayğıkeşliklərinə görə
əziyyətə məruz qalırlar; bu halda övladlar valideynlərinin çəkindirib-
çəkindirməməsindən asılı olmayaraq onları incidəcək işlərdən uzaq durmalıdırlar.
2) valideynlər bəzi xoşagəlməz xislətlərinə, məsələn övladlarının dünya və
axirət mənfəətlərini düşünmədiklərinə (onları da belə xeyirli işlərdən
çəkindirdiklərinə) görə incidilirlər. Valideynlərin bu növ incikliyi övladlarına heç
bir günah qazandırmır və övladların onların bu növ istək və arzularına tabe olması
vacib deyil.
Göründüyü kimi, valideynlərə onların şəxsi əmr (tələb) və qadağaları (ilahi
əmr və yasaqlara zidd və zərərli istək və arzuları) xüsusunda itaət öz-özlüyündə
vacib sayılmır. Allah (hər şeyi) biləndir.
Məsələ 345. Bəzi valideynlər övladlarının insanları yaxşı əməllərə
yönləndirməsindən və xoşagəlməz işlərdən çəkindirməsindən qorxur, çəkinirlər.
Bu xüsusda onlara itaət etmək vacibdirmi? Nəzərə almaq lazımdır ki, övladlar
onların bu addımlarının nəticə verəcəyinə inanırlar və özlərinə üz verəcək hər hansı
bir zərərdən də qorxmurlar.
137
Cavab: Sözügedən addımlar şərtləri çərçivəsində övladlara vacib olduğu
halda həmin addımları atmalıdırlar. İnsanlara (hətta valideynlərə belə) itaət
Yaradanın əmrinə itaətsizliyə əsas vermir.
Məsələ 346. Bir çox ailələrdə oğullarla ataları, qızlarla isə anaları arasında
müxtəlif məişət məsələləri ilə bağlı ciddi mübahisələr baş verir və valideynlər bu
mübahisələrdən bərk inciyirlər. Övladlar valideynlərlə belə mübahisələrə girişə
bilərlərmi və bu məsələdə aşılması yolverilməz hesab edilən bir hədd, çərçivə
mövcuddurmu?
Cavab: Övladlar valideynləri ilə onların doğru hesab etmədikləri rəyləri ilə
bağlı mübahisə edə bilərlər. Lakin bu mübahisələrdə sakitçiliyə və ədəb
qaydalarına riayət etməli, nəinki kobud ifadələrə yol verməməli, hətta onlara
qəzəblə baxmaqdan və valideynlərindən uca səslə danışmaqdan belə
çəkinməlidirlər.
Məsələ 347. Ana oğlundan gəlini ilə aralarındakı narazılıqlara görə onu
boşamasını tələb edərsə, oğlunun onun istəyini gerçəkləşdirməsi vacibdirmi? Bəs
ana “əgər ondan boşanmasan, üzümə ağ olmuş sayılacaqsan!” kimi sözlərlə israr
etsə necə?
Cavab: Onun bu tələbini gerçəkləşdirmək vacib deyil və həmin sözlər də heç
bir şeyi ifadə etmir. Bununla belə, daha öncə də qeyd edildiyi kimi ananı
xoşagəlməz sözlər və davranışlarla incitməkdən çəkinmək lazımdır.
Məsələ 348. Atanın oğlunu vurması nəticəsində dərisi qaralarsa, yaxud
qızararsa, diyə ödəməlidirmi? Bəs insanı atasından başqa bir şəxs bu şəkildə
vurduqda (döydükdə) necə, hökm dəyişirmi?
Cavab: Vuranın (döyənin) insanın atası olub-olmamasından asılı olmayaraq
diyə ödənilməlidir.
Məsələ 349. Əgər müsəlman atasının onun ölkə xaricinə səfər etməsinə
etirazını sözlərlə ifadə etməsə də, onun qəlbən bu səfərə razı olmadığına əmin
olarsa, həmin səfərin onun xeyrinə olduğunu bildiyi halda səfərini gerçəkləşdirə
bilərmi?
138
Cavab: Əgər ataya yaxşılıq (öncəki məsələlərdə öz əksini tapan çərçivələrdə)
onun yanında olmağı labüd edirsə, yaxud o övladının ondan uzaqlaşması
nəticəsində mənəvi sıxıntılarla üzləşəcəksə, övlad belə bir səfərdən imtina
etməlidir. Lakin səfərdən imtina nəticəsində zərərə uğrayacağı halda imtina etməsi
vacib deyil.
Məsələ 350. Xüsusilə qürbətdə qadının ya kişinin həyat yoldaşının
valideynlərinə, bacı və qardaşına hörmət və yaxşlığı, onlara qulluq etməsi də
vacibdirmi?
Cavab: Bunun həyat yoldaşına qarşı hörmət və xeyirxahlığın örnəyi
olmasına şübhə yoxdur, lakin bununla belə vacib sayılmır.
Dostları ilə paylaş: |